Məhkəmə qərarları › İş №2-1(103)-1615/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1615/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1615/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı “təminat xərcliyinin yenidən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X7 İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) qarşı “2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayına kimi cavabdeh tərəfindən ona 264.86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyanın cavabdeh tərəfindən birdəfəlik ödənilməsi, gələcək artımlar nəzərə alınmaqla təminat xərcliyinin 100% miqdarında pensiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1998-ci ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisinin 120 ş/h xx.xx.1998-ci il tarixli əmri ilə Azərbəycan Respublikası Hərbi Vəzifə və Hərbi Xidmət haqqında Qanununun 41.0.2-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, Silahlı Qüvvələrin müharibə veteranıdır. Həmin dövrdə qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” xx xxxxx 1992-ci il tarixli Qanununa əsasən ona 30 ildən çox həqiqi hərbi xidmət etdiyi müddətə görə təminat xərcliyinin 100% miqdarında ömürlük pensiya təyin edilmişdir. 1999-cu ildən 2006-cı ilin əvvəllərinədək pensiyası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmişdir. 54-İİİQ saylı xx xxxxxx 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanun qəbul edildikdən sonra bu günə kimi pensiyanı Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi ödəyir. Pensiyaya çıxdığı vaxtdan qanunvericiliyə əsasən hərbi qulluqçuların təminat xərcliyi artımdan sonra həmin artımlar nəzərə alınmaqla yenidən hesablanaraq ona ödənilmişdir. Sonradan iddiaçı ona təyin edilmiş pensiyanın düzgün hesablanmamasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X7 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, xx xxxxxx 1998-ci il tarixindən Azərbaycan Respublikası Xüsusi Döviət Mühafizə Xidməti tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. İddiaçıya x xxxx 2018-ci il tarixinədək sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyinin (1263,80 manat) 35 il 01 ay 17 gün xidmət müddətinə görə 100 faizi miqdarında pensiya qanunvericiliyinə uyğun hesablanaraq ödənilmişdir. x xxxx 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli 3771 nömrəli Sərəncamına əsasən sonuncu vəzifəsinə uyğun olaraq vəzifə maaşının 805,00 manata artırılması ilə əlaqədar -rütbə maaşı 127,00 manat; -xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə- 372,80 manat;- ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1368,80 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 1. 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 2.20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15x2) təminat xərcliyinin 30 faizi; 3. natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 85.16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, x xxxx 2018-ci il tarixinədək olan təminat xərcliyi (1263.80 manat) ilə artımdan sonrakı təminat xərcliyi (1368.80 manat) arasındakı fərq məbləğinin (105.00 manat) 85.16 faizi- 89.42 manat pensiyanın (1263.80 manat) üzərinə əlavə olunmaqla 1353.22 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X1rşı hazırki iddia ilə müraciət edərək ona 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayına kimi cavabdeh tərəfindən 264.86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyanın cavabdeh tərəfindən birdəfəlik ödənilməsi, gələcək artımlar nəzərə alınmaqla təminat xərcliyinin 100% miqdarında pensiya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, x xxxx 2018-ci il tarixdən növbəti dəfə təminat xərcliyi artandan sonra onun pensiyası düzgün hesablanmamışdır. Bununla əlaqədar DSMF-nin Hərbi qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş Departamentinə müraciət etmiş, lakin konkret cavab ala bilməmişdir. Yalnız 16.07.209-cu il tarixli məktubuna cavab verilmişdir. Ona bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən artımlar nəzərə alınmaqla təminat xərcliyi 1368.80 manat təşkil edir və “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona 1353.22 manat məbləğində pul ödənilir. 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək 17 ay müddətinə hesablamalara görə 13xx.xx-1353.22=05.58 manat x 17 ay ona 264.86 manat məbləğində az pensiya ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair qərarına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzəzrə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci ilin iyulun 01-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği xx xxxxxx 2011-ci il tarixinə azaldılmamaqla ödənilmişdir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəşli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. xx.xx.2018-ci il tarixinədək iddiaçıya sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyinin 35 il 01 ay 17 gün xidmət müddətinə görə 100% miqdarında pensiya qanunvericiliyinə uyğun hesablanaraq ödənilmişdir. İddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xidmətinin hər ili üçün 3% məbləğində əlavə müəyyən edildiyindən onun pensiyası təminat xərcliyinin 100% məbləğində müəyyənləşdirilmişdir. İddiaçıya pensiya 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi, 20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15x2) təminat xərcliyinin 30 faizi, natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi məbləğində pensiya hesablanmışdır. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 85.16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, x xxxx 2018-ci il tarixinədək olan təminat xərcliyi (1263.80 manat) ilə artımdan sonrakı təminat xərcliyi (1368.80 manat) arasındakı fərq məbləğinin (105.00 manat) 85.16 faizi-89.42 manat pensiyanın (1263.80 manat) üzərinə əlavə olunmaqla 1353.22 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanuna dair heç bir şərh qəbul edilmədiyindən yararlanaraq cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla bir çox hərbi təqaüdçülərin, o cümlədən onun xidmət stajının azaldılmağa dair tabeçilikdə olanlara şifahi formada əmr verilmişdir. Bir müddət keçdikdə bu əmr yazılı rəsmiləşdirilməmiş, qeydiyyata alınmamış və kütləvi informasiya vasitələrində elan verilməmişdir. Onun hərbi xidmət stajı əsassız şəkildə azaldılmışdır. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4733/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1513/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-533/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, iddiaçının iddia tələbinin iki hisədən ibarət olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hal dəqiqləşdirilməmiş, birinci tələbdə məbləğ 264.86 manat göstərilsə də, həmin məbləğin nədən və haradan yaranması açıqlanmamış, həmçinin 264.86 manat məbləğində fərqin nədən əmələ gəlməsi tam və hərtərəfli araşdırılmamışdır. Həmçinin iş materiallarında olan sənədlər əsasında iddiaçının hərbi qulluqçu olması faktı təsdiq edildiyi halda, apellyasiya instansiyası məhkəməsi qərarında istinad etdiyi qanunvericilik normalarının müddəalarının hərbi qulluqçulara aid edilmədiyini bildirmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, xx.xx.2018-ci il tarixədək pensiyası düz hesablanaraq ödənilirdi. Həmin tarixədək pensiyası vəzifə maaşı 805 manat, hərbi rütbə üzrə maaşı 127 manat, qulluq stajına görə faiz əlavəsi 372.80 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat olmaqla, 1368.80 manat təşkil edirdi. Lakin xx.xx.2018-ci il tarixdən 20019-cu ilin avqust ayınadək cavabdeh orqan tərəfindən qulluq stajına görə faiz əlavəsi 3 faizdən 2 faizə salınmışdır ki, bu da pensiya məbləğinin 1353.22 manatadək azaldılması ilə nəticələnmişdir. Onun pensiyasının 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək (17 ay) cavabdeh inzibati orqan tərəfindən 1368.8-264.86 manatı (1353.22=15.58x17=264.86) ödənilməmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bundan başqa apellyasiya baxışı zamanı iddiaçı ərizə təqdim edərək bildirmişdir ki, gələcək pensiya artımının üç faizlə hesablanmasını tələb edir. Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək DSMF-nin XŞTİ tərəfindən ona 264,86 manat məbləğində az hesablanan və ödənilməyən pensiyanın birdəfəyə ödənilməsini, həmçinin gələcək artımlar nəzərə alınaraq təminat xərcliyinin 100% miqdarında pensiyanın ödənilməsinin cavabdehə həvalə edilməsini istəyir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarında göstərilənlərin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi üçün məcburiliyini nəzərə alaraq məhkəmə kollegiyası işə yenidən apellyasiya qaydasında baxarkən iddiaçıya tələblərinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım göstərmiş və buna görə də iddiaçı ərizə təqdim edərək, hər iki tələbinin “pensiya artımının üç faizlə hesablanması” ilə bağlı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının qulluq illəri təqvim hesabı ilə qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Göründüyü kimi, yuxarıda adı çəkilən Qayda hazırkı iş üzrə iddiaçıya da şamil edilmiş və cavabdeh iddiaçıya əmək pensiyasını hesablayarkən qanunun tələblərini düzgün tətbiq etmişdir. Buna baxmayaraq hazırda iddiaçı 2018-ci ilin mart ayından 2019-cu ilin avqust ayınadək DSMF-nin XŞTİ tərəfindən ona hesablanmış pensiya məbləğinin 1368,8 manatdan (3%-dən) 1353.22 manatadək (2%-dək) azaldılmasına istinad edərək 17 ay üzrə 264,86 manat (1368,8 - 1353,22 = 15.58 x 17 ay = 264.86) məbləğində az hesablanan və ödənilməyən pensiyanın birdəfəyə ödənilməsini, həmçinin gələcəkdə də həmin təminat xərcliyinin ona 3% miqdarında olmaqla pensiyanın ödənilməsinin cavabdehə həvalə edilməsini istəyir, hansı ki, artıq qanunvericiliyin tələbinə görə iddiaçının tələbinin bu şəkildə təmin olunması yolverilməzdir. İddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair 2014-cü il 27 mart tarixli Qərarına istinadına gəldikdə isə, həmin Qərarda aşağıdakılar təsbit olunmuşdur:

1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. Göründüyü kimi, həmin Qərarda xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsinin həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməli olduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən hərbi xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınmalı olduğu qərara alınmışdır. Hazırkı halda, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın iddiaçı barəsində tətbiqi və apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə ziddiyyət təşkil etmir. Belə ki, həmin Qayda əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması zamanı hərbi xidmətin güzəştli sayılan hissəsinin də nəzərə alınmasını nəzərdə tutur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərаrına əsasən X7 üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh X7 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4733/2019 saylı xx xxxxxx 20019-cu il tarixli qərarı cavabdeh X7 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4733/2019 saylı xx xxxxxx 20019-cu il tarixli qərarı cavabdeh X7 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar