Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1615/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs "xxxx" MMC-nə qarşı çıxarışın verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(112)-1167/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanda yerləşən 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.01.2021-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(112)-1167/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının 30.06.2021-ci il tarixli qərardadı ilə Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı 27.10.2019-cu il tarixdə poçt vasitəsilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156-cı məhəllə, 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzil (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M19, m4) 11 avqust 2011-ci il tarixli Maliyyə arayışı və 184 nömrəli, 11 avqust 2011-ci il tarixli Müqavilə əsasında 25.02.2021-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və halhazırda onun mülkiyyətindədir (sənədlərin surəti əlavə edilib). Bu səbəbdən də, iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, müvafiq mənzilin hazırkı mülkiyyətçisi X6 və aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və müvafiq mənzilin mülkiyyətçisi X6 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini qəbul edərək, bildirmişdir ki, İddiaçı maliyyə arayışı yoxdur, ilkin olaraq Talıbov Aidanın adına idi və sonradan Nağının adına rəsmiləşdririldi və Nağı pulu ödəməmişdi, Korrupsiya İdarəsində araşdırıldıqdan sonra məlum oldu ki, ev Zaur İbrahimovun adına rəsmiləşdirilib o da evi Fərid İbrahimova satıb. Apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının l\öv edilməsini xahiş etmişdir. İddiaçı və üçüncü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş, "xxxx" MMC ilə bağlanmış 19 iyun 2017-ci il tarixli müqavilədən müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış binanın 19-cu mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzilin əvəzi tam ödənilməklə İddiaçı tərəfindən əldə edilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 19 iyun 2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu yaşayış binasının 19-cu mərtəbəsində ümumi tikinti sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Onun "xxxx" MMC-yə borcu yoxdur. -Cavabdehin məhkəmənin sorğusunun icrası ilə əlaqədar məhkəməyə təqdim etdiyi 26.10.2020-ci il tarixli **********05 saylı məktubuna əlavə edilmiş ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış binasının tərkibinə daxil olan qeyri-yaşayış sahələri və mənzillərə dair mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış hüquqi və fiziki şəxslərə dair Milli Qeydiyyat Sistemində mövcud olan məlumatları barədə cədvəldən görünür ki, həmin binada yerləşən 46 mənzil üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 28.10.2020-ci il tarixli, 05/09-2287 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 14.02.2020-ci il tarixli 336 nömrəli istismara icazə sənədinə əsasən binanın istismarına icazə verilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21.11.2019- cu il tarixli **********96 saylı imtina məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahiblər tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında mənzil və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Beləliklə, işin faktiki hallarından məlum olur ki, İddiaçı qanuni sahibliyində və istifadəsində olan, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış binanın 19-cu mərtəbəsindəki 85 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsi cavabdeh DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən araşdırılmış, nəticədə iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi 1156-cı məhəllə, 4 saylı yaşayış binasının 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 226,6 kv.m olan 5 otaqlı 85 saylı mənzil (Yeni qaydalarla: AZ 1025, Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M19, m4) 11 avqust 2011-ci il tarixli Maliyyə arayışı və 184 nömrəli, 11 avqust 2011-ci il tarixli Müqavilə əsasında 25.02.2021-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir, onun mülkiyyət hüquqları 621708 nömrəli çıxarışla rəsmiləşdirilmişdir, daşınmaz əmlakın dövlət reyestrində 3739 nömrəli reyestr kitabının 350018 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırki iş üzrə X6 üçüncü şəxs qismində cəlb edilmişdir. İşdən görünür ki, həm iddiaçıya, həm üçüncü şəxsə mənzil "xxxx" kompani MMC tərəfindən müqavilə əsasında verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə üçüncü şəxs arasında mülki mübahisəsi olduğundan hazırki işə baxılması mümkün deyil bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(112)-1167/2021 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2-1(112)-1167/2021 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Aplellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-1615/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1615/2021
06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver