Məhkəmə qərarları › İş №2-1(103)-1615/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1615/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1615/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN749/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN749/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN749/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən işin hallarını tam araşdırmamış, cavabdehin mənafeyini əsas götürərək onun iddiaya etiraz dəlillərini müdafiə edərək səhv nəticəyə gəlmişdir. Məhkəmə qərarında göstərilir ki, “Məhkəmə araşdırılması zamanı isə iddiaçının N hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli N2 №-li əmri ilə hərbi xidmətə qəbul edilməsi, həmin hərbi hissənin komandirinin xx.xx.N992-ci il tarixli 0N5 №-li əmrinə əsasən İddiaçı atıcı olması müəyyən olunmuş, lakin onun xx.xx.N992-ci il tarixdən sonrakı fəaliyyəti və hərbi xidmətdən ehtiyata buraxılması aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçının xx.xx.N992-ci il tarixdən sonrakı dövr üzrə hərbi xidmət keçməsi barədə məlumat aşkar olunmamışdır ki, bu da cavabdehin - inzibati orqanın imtinasının birinci dəlilinin əsaslı olmasının göstəricisidir». Halbuki, həmin məlumatların aşkar edilməməsi iddiaçının səhvi deyil. İddiaçı ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arayış ziddiyyətli olmuş, hərbi hissənin əmrləri və şəxsi heyətinin əlifba qeydiyyat kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün onun barəsində xidməti araşdırma aparıla bilinmədiyi qeyd olunmuşdur. Onun xidmət etdiyi N nömrəli hərbi hissənin əmrlərinin və qeydiyyat kitablarının cavabdeh orqana təhvil verilməməsi ondan asılı səbəb deyil. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı X2 iştirakçısı olmuş və adı çəkilən hərbi hissədə qulluq etmişdir. Hərbi biletində orduya giriş və çıxışına dair hərbi hissənin komandirinin əmri və möhür vurulmuşdur. Hərbi biletində birbaşa olaraq qeyd olunmuşdur ki, “N99N-N993-cü illərdə Laçın, Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Orduda olarkən müalicəsi ilə əlaqədar komandir tərəfindən göndərişlər də olmuşdur ki, onların da vərəqələri iddiaçıda qalmışdır. Belə olan halda heç də məhkəmənin qeyd etdiyi kimi inzibati orqanın guya iddiaçının xx.xx.N992-ci il tarixdən sonrakı dövr üzrə hərbi xidmət keçməyi barədə məlumat aşkar olunmaması dəlilini əsaslı hesab etmək olmaz. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışında özləri etiraf edirlər ki, hərbi hissənin əmrləri və qeydiyyat kitabları arxivə təqdim olunmamışdur. Sənədlərin arxivə təhlil verilməməsi onun xidmətdə olduğunu inkar edə bilməz, bu, tamamilə yanlış yanaşmadır. Halbuki, hərbi bileti və N nömrəli hərbi hissənin qərargah rəisi tərəfindən verilmiş müvafiq arayışlar onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini təsdiq edir. Göründüyü kimi, hərbi bilet qanunda nəzərdə tutulmuş məqsədlə inzibati orqanın özü tərəfindən verilir. Belə olan halda hərbi biletə daxil edilən məlumat da inzibati orqanın özü tərəfindən həyata keçirilir. Həmin məlumatların doğruluğuna görə inzibati orqanın özü məsuliyyət daşıyır. Hazırki iddia üzrə inzibati orqanın hərbi biletə daxil etmiş olduğu məlumatın özünün arxiv məlumatları ilə üst-üstə düşməməsinə görə vətəndaşın qanunla nəzərdə tutulmuş hüquqdan məhrum edilməsi qanuni nöqteyi-nəzərdən əsaslı və ağlabatan deyildir. Ələlxüsus nəzərə alınmalıdır ki, inzibati orqan hərbi biletdə olan məlumatların düzgünlüyünü mübahisələndirməmişdir. Belə olan halda sözügedən məlumatların düzgünlüyünün məhz inzibati orqanın özü tərəfindən verilmiş arayışdan asılı etməklə, birbaşa inzibati orqanın iradəsindən asılı etmək əsaslı və qanuni addım deyildir, bu halda inzibati orqan, yəni cavabdeh buraxmış olduğu yanlışlıqdan məhz vətəndaşın ziyanına istifadə etməklə, onun hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxaran mövqe sərgiləməkdədir. Məhkəmə qərarında həmçinin iddia tələbinin rədd olunması əsası kimi hərbi xidmətdən tərxis olunmaqla bağlı sübutların təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin dövr üzrə hərbi xidmətdən tərxis olunma müddəti N996-cı ildən sonra başlandığından N993-cü ildə iddiaçı hərbi qulluqçu kimi hərbi xidmətdən təxris oluna bilməz. İddiaçının ordudan tərxis olunmağı qulluq etdiyi N nömrəli hərbi hissənin ləğv olunması ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/3-8N82 nömrəli imtina məktubunda qeyd olunur ki, Mərkəzi Arxivin xx.xx.20N8-ci il tarixli 9/2-N2340 nömrəli arayışına əsasən xx.xx.N992-ci il tarixdən sonrakı hərbi xidmətiniz və qanuni əsaslarla ordu sıralarından ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N8-ci il tarixli arxiv arayışında qeyd olunur ki, N №-li hərbi hissə komandirinin N6 dekabr N99N-ci il tarixli N2 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) siravi İddiaçı həqiqi hərbi xidmətə qəbul olunması barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin 2N may N992-ci il tarixli 08 №-li əmrində siravi İddiaçı adı qeyd olunmuşdur, N №-li hərbi hissə komandirinin 0N avqust N992-ci il tarixli 0N5 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) atıcı siravi İddiaçı adı qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı H3 №6578957 saylı hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.N99N-ci il tarixdən xx.xx.N992-ci il tarixə qədər N saylı hərbi hissədə xidmət keçmişdir. N99N-N993-cü illərdə Laçın və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, № 4/2-N9N2 nömrəli məktubuna əlavə edilmiş Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli məktubundan qeyd olunur ki, N №-li hərbi hissə komandirinin N6 dekabr N99N-ci il tarixli N2 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) siravi İddiaçı həqiqi hərbi xidmətə qəbul edilərək əsgər vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 08 №-li əmrilə siravi İddiaçı əsgər vəzifəsinə təyin edilmişdir, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 0N5 №-li əmrində siravi İddiaçı atıcı vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N99N-ci il tarixli N2 №-li və xx.xx.N992-ci il tarixli 0N5 №-li əmrlərində atasının adı yazılmadığından məlumatların İddiaçı aid olmasını təsdiq edə bilmirlər. N №-li hərbi hissə komandirinin avqust N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adının verilməsini tələb edir. Lakin iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçının xx.xx.N992-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumat mövcud deyildir. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmadı. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hərbi biletin surəti isə hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciətinin təmin edilməsidən cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-NN749/2022 nömrəli, 05 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar