Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1615/2024 23.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X5) “sərəncamların ləğv edilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddianın təmin edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli və 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanındakı Nərimanov rayon MKTB-nin balansında olan 408.82 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 8457 saylı icarə müqaviləsinə əsasən Nərimanov Bələdiyyəsinin icarəsinə verilmiş və 2021-ci ilin dekabr ayı da daxil olmaqla icarə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı pilot layihə çərçivəsində həmin binanın sökülərək yeni binanın inşası barədə qərarına əsasən balanssaxlayıcı Nərimanov Rayon MKTB-nin razılığı ilə icraçı şirkət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Nərimanov Bələdiyyəsi arasında 03 may 2021-ci il tarixli, 306 saylı müqavilə bağlanılmış və Nərimanov Bələdiyyəsi sonuncu olaraq iyun ayında icarəsində olan sahəni boşaltmış və həmin ayda, yəni 2021-ci ilin iyun ayında bina "xxxx" MMC tərəfindən sökülmüşdür. 2022-ci ilin əvvəllərində "xxxx" MMC tərəfindən Bələdiyyəyə ünvanlanmış pretenziyada qeyd olunanlardan məlum olmuşdur ki, X5 ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında xx.xx.2021-ci il tarixli 1306 saylı icarə müqaviləsi bağlanılmış, təxminən 15 gün sonra isə xx.xx.2021-ci il tarixli, 289 saylı alqı-satqı müqaviləsi bağlanaraq çıxarış verilmişdir. Bundan sonra, iddiaçı X3 "xxxx" MMC-yə və Nərimanov Rayon Bələdiyyəsinə qarşı, 305 saylı, 03 may 2021-ci il tarixli "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyri-yaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsi və həmin qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən X4 hər ay 5000 manat məbləğində kompensasiyanın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia təmin edilmiş, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə gedişi zamanı təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 145 saylı, xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamlar əsas götürülməklə İddiaçı bununla bağlı verdiyi qarşılıqlı iddiası üzrə icraata xitam verilmişdir. İnzibati orqanın sonuncu baxış zamanı məhkəməyə təqdim etdiyi kserosurət olan sərəncamlar (daxili sərəncam) əsassızdır və Qanunvericiliyin tələbləri pozulmaqla verilmişdir. Belə ki, sərəncamlar 2021-ci ilin sentyabr ayında verilməsinə baxmayaraq, bu günədək icarəçiyə yazılı və şifahi məlumat verilməmişdir ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulmasıdır. Bu əsaslara görə də Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmə gedişi zamanı təqdim etdiyi xx.xx.2021-ci il tarixli 145 saylı, xx.xx.2021-ci il tarixli 150 saylı sərəncamları ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələr ilə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Bu təminat həmçinin məhkəmə müdafiəsi yolu ilə həyata keçirilir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60- cı maddəsinin İ hissəsi). Qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə yönələn mülki məhkəmə icraatı üzrə ədalət mühakiməsi yalnız məhkəmələr tərəfindən və qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Cavabdeh xx.xx.2021-ci il tarixli, 145 saylı inzibati aktı qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş inzibati icraat açmamış, inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun icraatda iştirakını təmin etməmiş, inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər barədə iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizələrini dinləməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçını həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraatın materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. İnzibati aktın qəbul edilməsi prosesində vacib məqamlarından biri də aktın qəbul edilməsi ilə bağlı “məlumat vermə” məsələsidir. Maraqlı şəxslərə inzibati aktın qəbul edilməsi haqqında məlumatın verilməsi qaydası Qanunun 62-ci maddəsi ilə tənzimlənir. Məlumat verilmə təkcə inzibati orqanın vəzifəsi deyil, inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı üçün də ilkin şərtdir. Bu xüsusiyyətinə görə məlumat verilmə inzibati icraatın mərkəz institutudur. Yalnız inzibati aktın qəbul edilməsi haqqında məlumatın maraqlı şəxslərə verilməsi anında inzibati akt hüquqi təsirə malik olur, bu vaxta kimi akt sadəcə olaraq inzibati orqanın daxili tədbiri kimi qəbul edilir. Hüquqi qüvvəni müəyyən etmək xüsusiyyətindən başqa, məlumatın verilməsi şikayət və iddia müddətlərinin axımının başlanması anını da müəyyən edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ciil tarixli, 145 saylı, inzibati aktı qəbul edərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş, inzibati icraat açmamış, inzibati icraat barədə iddiaçıya məlumat verməyərək onun icraatda iştirakını təmin etməmiş inzibati aktı qəbul etməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər barədə iddiaçıya məlumat verməmiş, iddiaçının mülahizələrini dinləməmiş,inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçını həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraatın materialları ilə tanış etməmiş, icraatla bağlı məlumat almaq hüququnu pozmuşdur. İnzibati aktın qəbul edilməsi prosesində vacib məqamlarından biri də aktın qəbuledilməsi ilə bağlı “məlumat vermə” məsələsidir. Maraqlı şəxslərə inzibati aktın qəbul edilməsi haqqında məlumatın verilməsi qaydası Qanunun 62-ci maddəsi ilə tənzimlənir. Qeyd olunur ki, məlumat verilmə təkcə inzibati orqanın vəzifəsi deyil, inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı üçün də ilkin şərtdir. Bu xüsusiyyətinə görə məlumat verilmə inzibati icraatın mərkəz institutudur. Yalnız inzibati aktın qəbul edilməsi haqqında məlumatın maraqlı şəxslərə verilməsi anında inzibati akt hüquqi təsirə malik olur, bu vaxta kimi akt sadəcə olaraq inzibati orqanın daxili tədbiri kimi qəbul edilir. Hüquqi qüvvəni müəyyən etmək xüsusiyyətindən başqa, məlumatın verilməsi şikayət və iddia müddətlərinin axımının başlanması anını da müəyyən edir. Məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız səbəblərə istinad etməklə iddiaçının mübahisələndirdiyi cavabdeh tərəfindən qəbul edilmiş 145 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı inzibati aktı kimi qəbul etmir və hesab edir ki, tərəflərin həmin sərəncam tərəflərin öz aralarındakı münasibətləri tənzimləyir, həmçinin də mövcud olmadığından sərəncamın ləğv olunacağı təqdirdə iddiaçıının istədiyi məqsədə nail olmaq mümkün deyildir. Məhəkəmə iddiaçını gözlənilən hüquqlarını nəzərə almamış, daşınmaz əmlakın (binanın) istismar müddəni keçməsi səbəbilə yerində yeni binanın layihələndirilməsivə mövcud binada fəaliyyət göstərən obyekt və təşkilatların tikiləcək yeni binada yerləşdirilməsi, həmçinin də tikinti işləri başa çatanadək kirayənin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarını və Nərimanov rayon İcra Hakimiyyətininsərəncamını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı iltarixli, 86 saylı pilot layihə çərçivəsində həmn binanın sökülərək yerində yeni binanın inşası barədə qərarına əsasən balanssaxlayıcı ( daşınmaz əmlakın balans sahibi) Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nərimanov Rayon MKTB-nin razılığı ilə icracı şirkət olan "xxxx" MMC və Nərimanov Bələdiyyəsi arasında bağlanmış 03 may 2021-ci il tarixli, 306 saylı müqaviləyə hüquqi qiymət verilməmişdir. Qeyd olunanlardan aydın olur ki, cavabdeh tərəfindən qəbul edilmiş 145 saylı, xx.xx.2021-ci il tarixli sərəncamın ləğvinə dair iddianın uğurlu olması ilə iddiaçıya münasibətdə onun çatmaq istədiyi məqsədə nail olmaq mümkündür. Əmlak Məsələləri Dövlət Xidmətinin bu xarakterli sərəncamları daxili məsələlərə aid olduğundan, həmçinin daxili prosedurlara şamil edildiyindən inzibati akt sayılmır və inzibati qaydada mübahisələndirilə bilməz. Hətta birbaşa şəxslərə və ya maraqlarına toxunan şəxslərə aid edilmiş olsaydı belə həmin sərəncamla bağlı vaxtında və qanunvericiliyin tələblərinə müvafiq olaraq şəxslər məlumatlandırılmalıydı. Lakin, məhkəmə araşdırması zamanı təxminən bir il öncəyə qeyd olunan və birbaşa müqavilənin tərəfi olan Nərimanov Bələdiyyəsinə hər hansı formada istər yazılı,istərsə də şifahi qaydada məlumat verilməyən daxili məısələlərin həllinə yönələn sərəncamın qüvvədə olması və inzibati akt olaraq məhkəmə tərəfindən qəbul edilərək ona istinad edilməsi və bu əsasla da qarşılıqlı iddia üzrə icraat xitam verilməsi əsassızdır ləğv edilərək dəyişdirilməlidir. İddiaçının mübahisə predmeti olan sahəyə dair verilmiş sənəd özlüyündə etibarsızdır. Belə ki, təqdim olunan sənədlərdən göründüyü kimi iddiaçı X3 mübahisə predmeti olan sahəyə hüquqlarını təsdiq edən hüquq müəyyənedici sənəd alq-satqı müqaviləsində qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli. 1306 saylı icarə müqaviləsi olmuşdur ki, həmin vaxt qeyd olunan qeyri-yaşayış sahəsinə dair Nərimanov Bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Əmlak Komitəsi ilə bağlanmış müqaviləsi qüvvədə olmuşdur. Yəni, qüvvədə olan icarə müqaviləsi ləğv edilmədən istifadədə olan əmlaka dair yeni icarə müqaviləsinin bağlanması mümkünsüz olduğundan öz-özlüyündə etibarsızdır. Məhkəmə tərəflərin subyektiv hüququnun olub-olmaması məsələsinə diqqət yetirməmiş, məhkəmə araşdırması zamanı ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipiəsasında aparılmasına dair Qnunvericiliyim maddi hüquq norması pozulmuşdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apelyasiya şikayətinin əsassız olduğunu, qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarından müəyyən edilir ki: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əsasən siyahısı bu sərəncama əlavədə göstərilən daşınmaz dövlət əmlakı obyektlərinə dair bağlanılmış icarə müqavilələri ləğv edilmişdir. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi: bu sərəncamın 1-ci bəndində göstərilən qeyri-yaşayış sahələrindən səmərəli istifadə edilməsi və dövlət büdcəsinə əlavə vəsaitin daxil olması məqsədi ilə həmin qeyri-yaşayış sahələri barədə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi ilə birlikdə ləğv edilmiş icarə müqavilələri üzrə icarə haqqı borclarının ödənilməsinə nəzarəti təmin etmişdir. Hüquq şöbəsi ilə birlikdə ləğv edilmiş icarə müqavilələri üzrə yaranmış icarə haqq borclarını ödəməyən icarəçilər barədə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu sərəncamın surətinin aidiyyət üzrə çatdırılmasını təmin etmişdir. Sərəncamın icrasına nəzarət rəis müavini E.Yusubova həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 145 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakına dair bağlanılmış bir sıra icarə müqavilələrinin ləğv edilməsi haqqında sərəncamına əlavədən (icarə müqaviləsi ləğv olunan daşınmaz dövlət əmlakı obyektlərinin siyahısının ikinci sırasından) görünür ki, Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 408,8 kv.m icarə obyektinə dair bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamına əsasən dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi tərəfindən daşınmaz dövlət əmlakı obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə təqdim olunmuş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsi: mövcud qanunvericiliyə əsasən 10 (on) gün müddətində bu sərəncamın 1-ci bəndində göstərilən icarə obyektlərinin texniki göstəricilərinə uyğun olaraq icarə müqavilələrinin bağlanılmasını və qeydiyyatının aparılmasını təmin etmişdir. Hüquq şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələrini nüsxələrinin icarəçilərə və balanssaxlayıcılarına çatdırılmasını təmin etmişdir. Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi ilə birlikdə bu sərəncama əsasən bağlanılan icarə müqavilələri üzrə icarə haqlarının dövlət büdcəsinə ödənilməsinin müntəzəm nəzarəti təmin edilmişdir. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi bu sərəncamın surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Sərəncamın icrasına nəzarət rəis müavini E.Yusubova həvalə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Nərimanov Rayon X1, "xxxx" MMC-yə və Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddiası üzrə işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1007/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ilk iddia təmin edilərək ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair "xxxx" MMC ilə Nərimanov Rayon Bələdiyyəsi arasında bağlanılmış 306 saylı 03 may 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, sökülmüş qeyriyaşayış sahəsinə görə 1692 kv.m qeyri-yaşayış sahəsinin verilməsinə dair "xxxx" MMC ilə X5 arasında yeni müqavilənin bağlanılması və qeyri-yaşayış sahəsi təhvil verilənədək "xxxx" MMC tərəfindən Natiq Əliməmmədova aylıq 5.000 manat məbləğində kompensasiya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8382/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsinin şikayəti təmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1007/2022 saylı 13 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 1306 saylı xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 (registr № ***-*******5-004) ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X3 müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X5 arasında bağlanılmış 289 saylı xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə (Forma № 4M) əsasən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən, ümumi sahəsi 1409,2 kv.m qeyriyaşayış sahəsi X2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 271 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 408,8 kv.m təşkil edən MənzilKommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədi ilə Bakı şəhəri İddiaçı müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 306 saylı xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İddiaçı öz istifadəsində olan Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 10 ünvanında yerləşən 440 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi və həmin qeyri-yaşayış sahəsinə dair bütün hüquqları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin qeyri-yaşayış sahəsinin əvəzində nəzərdə tutulmuş başqa ünvanda icarəsinə veriləcək yerdə fəaliyyət göstərməyi bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada qəbul etməyi öhdəsinə götürmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Bakı şəhəri İddiaçı arasında bağlanılmış 8457 saylı xx.xx.2008-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 271 saylı xx.xx.2008-ci il tarixli sərəncamına əsasən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 408,8 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi ofis məqsədi ilə Bakı şəhəri İddiaçı müddətli istifadəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında olan icarə müqaviləsi (İcarə müqaviləsinin müddəti: xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək) ləğv edilərkən icarə predmeti olmuş daşınmaz əmlak mövcud olmamışdır. Qeyd edilən halı nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...icarə müqaviləsinin ləğv edildiyi zaman müqavilə predmetinin (qeyri-yaşayış sahəsinin) artıq mövcud olmamasını və mübahisəsiz olaraq həmin qeyri-yaşayış sahəsinin iddia qaldırılan zaman da mövcud olmamasını nəzərə alaraq həmin müqavilənin ləğv edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş sərəncamın ləğvinə dair iddianın uğurlu olması ilə iddiaçıya münasibətdə onun çatmaq istədiyi məqsədə nail olmaq mümkün deyil.” Eyni zamanda birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşan Kollegiya bildirir ki, cavabdehin 145 saylı xx.xx.2021-ci il tarixli sərəncamı inzibati akt hesab oluna bilməz. Belə ki, “İnzibati İcraat Haqqında Qanunun” 2.0.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Kollegiya qeyd edir ki, sözügedən sərəncam tərəflər arasında olan müqavilə münasibətlərinə xitam verilməsini nəzərdə tutduğundan, həmin sərəncam inzibati akt hesab olunmur. Məhkəmə haqlı olaraq iddiaçıya müvafiq tələblə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. İddiaçının mübahisələndirdiyi 150 saylı xx.xx.2021-ci il tarixli sərəncamla bağlı isə qeyd edilməlidir ki, sözügedən sərəncam qəbul edilərkən tərəflər arasında olan icarə müqaviləsi qüvvədə olmadığından, həmin Sərəncam iddiaçının marağına toxunmur. Bu səbəbdən də iddia tələbinin sözügedən hissəsi ilə bağlı iddia ilə müraciət etmək üçün iddiaçının subyektiv hüququ mövcud deyildir. Eyni zamanda qeyd edilir ki, sözügedən qeyriyaşayış sahəsi məhv edilmiş və iddiaçının istifadəsində olmamışdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1615/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1615/2024
23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver