Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1616/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı «Harry Diam L.L.C»nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (üçüncü şəxs X6) “əmlakın cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9479/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı «Harry Diam L.L.C» cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət «Harry Diam LLC”nin mülkiyyətçisi hesab olunan üçüncü şəxs X2 brilyantların götürülmüş və hal hazırda Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan brilyantların həmin şirkətin mənsub olduğu ölkəsinə, X7 aparılması üçün cavabdehdən alınaraq iddiaçı şirkətə təqdim olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının iddia ərizəsində şərh etdiyi faktiki hallara görə müqavilə şərtlərinə əsasən alıcı 150 gün müddətində cədvəldə sadalanan malların pulunu ödəməli idi. Həmin əmlaklar alıcıya üçüncü şəxs X4 ödənilsə də pulunu ödəməmişdir. Məlum olmuşdur ki, E.Məmmədov həmin əmlakları Azərbaycan Respubliksına gətirmiş və onları bəyan etmədiyindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli hökmü ilə CM-in 206.1 -ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və üzərində 1 il sınaq müddəti müəyyən edilmişdir. Həmçinin iş üzrə verilmiş mülki iddia təmin edilməyərək, təqsirləndirilən şəxs X3 iş üzrə cinayətin predmeti olan və Azərbaycan Respublikası DGK-nin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan maddi sübutlar 1886,87 karat (377,374 qram) brilyant daşlardan dövlətin xeyrinə imtina etməsi nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qərarına əsasən prokurorluq tərəfindən verilmiş apellyasiya protesti təmin olunaraq, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X3 haqqındakı 01 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X6 haqqında 01 avqust 2018-ci il tarixli hökmü mülki iddianın təmin edilməməsinə aid hissədə ləğv edilərək, mülki iddia təmin edilmiş, iş üzrə maddi sübutlar olan Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 12 aprel 2018-ci il tarixli protokollarla X2 götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş, ümumilikdə, kütləsi 1886,87 karat olan brliyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) manat alındıqdan sonra, X4 qaytarılması qərara alınmışdır. Hal-hazırda əmlaklar dövlət gömrük komitəsinin müvafiq idarəsində saxlanılır. Elnur Məmmədovla “Harry Dıam L.L.C" arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli müqavilənin ləğv edilməsinə dair sazişə əsasən 10 aprel 2018-ci il tarixli tərəflər arasındakı müqavilə ləğv edilmiş və yuxarıda göstərilən brilyant əşyalar üzərində hüquqlar satıcıya qaytarılmışdır. Mövcud durumda həmin əmlaklar üzərində qanuni sahiblik hüquqları “Harry Dıam L.L.C” şirkətinə məxsusdur. Şirkət həmin əmlakları geriyə, mənşə ölkəsi olan X10 ölkəsinə qaytaracaqdır. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən bundan imtina edilmişdir (İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcələsinin 152.1, 157.2-ci maddələrinə istinad olunur) Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra maddi sübut qismində götürülmüş brilyant daşlar X4 qaytarılacaq. İddia ərizəsində iddiaçı X6 ilə 10 oktyabr 2019-cu il tarixdə bağladığı müqavilədə bildirir ki, hazırkı iş üzrə mübahisələndirilən əmlak üzərində qanuni sahiblik hüquqları «Harry Diam LLC”-nə məxsusdur. Halbuki hazırkı işdə iddiaçı qismində iştirak edən "xxxx" MMC şirkətinin mübahisələnidirilən əmlak üzərindəki sahiblik hüquqları Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada, o cümlədən tərəflər arasında bağlanılmış müqavilədən irəli gələn öhdəliklər əsasında tənzimlənir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Gömrük Məcəlləsinin 183.3cü maddəsinə əsasən gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9479/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, məhkəmənin yanaşması əsassızdır. Mülki Məcəllənin 152.1, 157.2-ci maddəsinə istad olunur). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarına dair beynəlxalq –hüquqi aktlarında əsas ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan hüquqları haqqında bəyannamə”nin 1.7-ci maddəsi,“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X8 1 saylı Protokolun maddəsi və s.) İPM-in 2.2.7-ci maddəsinə əsasən əmlak tələinə dair iddialara inzibati icraat qaydasında baxılır. Həmin əmlaklar dövlət nəfinə müsadirə olunmamışdır, Elnur Məmmədova qaytarılmalıdır və gömrük saxlancına qəbul edilmişdir. Onları "xxxx" şirkətinə məxsus olması iş materialları ilə şübhə doğurmur. Həmin əmlaklar iddiaçı şirkətə qaytarılmalıdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Həsənli iddiaçının apellyasiya şikayətinə etirazını bildirərək qanuni qüvvəsini almış hökmdə göstərilən şərtlərin yerinə yetirilmədiyini, həm də Gömrük Məcəlləsinin 183.1-183.2-ci maddəsinə əsasən malların gömrük anbarında 3 il müddətində saxlanıla bildiyini, həmin müddət başa çatanda onların başqa gömrük proseduru altnda yerləşdirmək üçün bəyan edilmədiyikdə həmin mallar barəsində Nazirlər kabinetinin 2014-cü il tarixli 88 nömrəli qərarı ilə müvafiq sərəncam verildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə mülkiyyətçisi hesab olunan üçüncü şəxsdən götürülmüş və hal hazırda cavabdehin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan brilyantların, iddiaçı şirkətin mənsub olduğu ölkəsi X7 aparılması üçün cavabdehdən alınaraq, şirkətə təqdim olunması vəzifənin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi qərarıı ilə onun həmin iddia tələbi əsassız hesab olunaraq rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, iş materiallarına əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur: “Harry Diam LLC” ilə X6 arasında bağlanmış 10 aprel 2018-ci il tarixli 106 №li alqısatqı müqaviləsi əsasında 150.602.18 ABŞ dolları məbləğində brilyant satışı həyata keçirilmiş, lakin sonuncu Gömrükdə həmin malları bəyan etmədən keçirərkən tutularaq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Daha sonra, X1 rayon Məhkəməsinin 1(003)-228/2018 saylı 01 avqust 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Mülki iddia təmin edilməmiş təqsirləndirilən şəxs X3 iş üzrə cinayətin predmeti olan və Azərbaycan Respublikası DGKnin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş idarəsində saxlanılan maddi sübutlar 1886,87 karat (377,374 qram) brilyant daşlardan dövlətin xeyrinə imtina etməsi nəzərə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 noyabr 2018-ci il tarixli 1(103)-1377/18 saylı Qərarı ilə həmin hökmü dəyişdirilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin X6 haqqındakı 01 avqust 2018-ci il tarixli hökmü mülki iddianın təmin edilməməsinə aid hissədə ləğv edilmiş, mülki iddia təmin edilərək, iş üzrə maddi sübutlar olan Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan 12 aprel 2018-ci il tarixli protokollarla X2 götürülmüş 26 paket ümumi çəkisi 400 qram təşkil etmiş, ümumilikdə, kütləsi 1886,87 karat olan brliyant daşlar hökm qanuni qüvvəyə mindikdən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan və həmin malların gömrük ödənişləri üçün 943817,95 manat (doqquz yüz qırx üç min səkkiz yüz on yeddi manat 95 qəpik) manat alındıqdan sonra X4 qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının həmin Qərarından kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından göründüyü kimi, kütləsi 1886,87 karat olan brliyant daşlar - o halda, məhkum olunmuş X4 qaytarıla bilər ki, hökm qanuni qüvvəyə minsin, bundan sonra gömrük rəsmiləşdirilməsi aparılsın, daha sonra həmin malların 943817,95 manat məbləğində gömrük xərci X2 alınsın. Konkret halda isə həmin şərtlərdən yalnız birincisi, yəni, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış, lakin qərarda təsbit olunan digər iki şərt yerinə yetirilməmişdir. O cümlədən, üçüncü şəxs X6 tərəfindən brilyantların gömrük rəsmiləşdirilməsi və həmin malların gömrük xərcləri üzrə hesablanmış 94.3817,95 manat məbləğində pul ödənilməmişdir. Başqa sözlə, üçüncü şəxs X6 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qanuni qüvvəsini almış 13 noyabr 2018-ci il tarixli qərarı icra olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə (h. 1-İİ) əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 183.1-ci maddəsinə əsasən mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir. Saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları" ilə tənzimlənir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən mallar barəsində sərəncam verilməsi malların xüsusiyyətləri nəzərə alınmaqla, aşağıdakı formalarda həyata keçirilir: 2.4.1. əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına vermə; 2.4.2. təkrar emal; 2.4.3. məhv etmə. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən mallar Gömrük Məcəlləsinin 183.1-ci maddəsi ilə müəyyən edilmiş gömrük anbarında saxlanc müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd edilən tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə uyğun olaraq sərəncam verilir. Qeyd olunmalıdır ki, hazırkı qərarın qəbul olunduğu tarixə qanunvericiliklə müəyyən edilən 3 illik son saxlanc müddəti də artıq bitmişdir. Bundan əlavə və ən başlıcası, iddiaçı iddia ərizəsində onunla üçüncü şəxs arasında bağlanmış 10 aprel 2018-ci il tarixli birilyantların alqı-satqı müqaviləsinin, sonradan onlar arasında bağlanmış 10 oktyabr 2019-cu il tarixli müqavilə ilə ləğv edildiyi bildirilsə də, iş materiallarına əsasən belə bir müqavilənin mövcudluğu müəyyən olunmur, İş materiallarında yalnız iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya xarakterli məktubundan da bu görünmür. Ümumiyyətlə, iddiaçının istinad etdiyi, onunla üçüncü şəxs arasındakı mübahisəli brilyantların alqı-satqısı ilə balğı olan hər iki müqavilə mülki hüquq və vəzifələrin icrasından irəli gələn bir mübahisəni ehtiva etməklə, həmin müqavilə şərtlərindən irəli gələn halların publik hüquq sahəsinə aid edilmədiyindən hazırkı inzibati icraat qaydasında araşdırılması da mümkünsüzdür. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən məhkəmənin qanuni qüvvəsini almış qərarından irəli gələn öhdəlikləri çərçivəsində iddiaçıya üçüncü şəxsdən götürülmüş brilyantların qaytarılmasından imtina olunması əsaslı olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş və məhkəmə iddianın rədd olunması barədə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsənin mübahisələndirilən məsələyə yanaşmasının əsassız olduğunu əsaslandıran dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9479/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9479/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1616/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1616/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver