Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1616/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs qismində X27 cəlb edilməklə) iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən, ümumi sahəsi 0,10 ha olan K-4 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10989/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ massivi ünvanında yerləşən iddiaçıya ayrılmış ümumi sahəsi 0,10 ha olan K-4 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsiniə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X21 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. İddiaçı 1988-ci il tarixdən həmin bağçılığın üzvüdür. xx.xx.1988-ci il tarixli və xx.xx.1999-cu il tarixli protokollara əsasən bağçılığın sahəsində yerləşən ümumi sahəsi 0,04 ha olan və 0,06 ha olan K-4 saylı bağ sahəsi İddiaçı məxsusdur. Bakı şəhər X21 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə 200 üzvlərdən biri olan V.Q Poçayanaya ayrılmış K-4 saylı 0,06 ha torpaq sahəsi onun Bakı şəhərindən köçməsi ilə əlaqədar olaraq, Xəzər Dəniz Gəmitəmiri İstehsalat Birliyinin Gəmitəmirçisi X25 Heyətinin xx.xx.1988-ci il tarixli protokoluna əsasən, o həmin bağçılığın üzvlüyündən çıxarılmış və həmin protokola əsasən İddiaçı qeyd olunan müəssisədə işlədiyinə, gənc mütəxəssis olduğuna görə V.Q.Poçayana ayrılmış 0,06 ha K- 4 saylı bağ torpaq sahəsi İddiaçı ayrılaraq, o, bağçılığa üzv qəbul edilmişdir. “Gəmitəmirçisi” X22 heyətinin xx.xx.1999-cu il tarixli protokoluna əsasən İddiaçı əlavə olaraq bağçılığa aid olan 0,04 ha sahə verilmiş və ümumi olaraq onun istifadəsində 0,10 ha olan K-4 saylı bağ sahəsi verilmişdir. Həmin torpaq sahələri hazırda İddiaçı istifadəsindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2014-cü il tarixli A 5061 19 nömrəli torpaq sahəsinin kadastrından görünür ki, İddiaçı Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 1000 kv.m. torpaq sahəsi üçün K-4 saylı bağ evinin tikintisi üçün kadast verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün İddiaçı cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh orqan DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi 02 iyun 2021-ci il tarixli, **********96 saylı məktubu ilə İddiaçı xahişini təmin etməkdən imtina etmişdir. Həmin məktubda ərizəçiyə bildirilmişdir ki, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrımış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Halbuki bütün sənədlər qaydasındadır, üzvlük kitabçası, protokollar, lazımı qaydada cavabdeh orqana təqdim edilmişdir. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********96 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Eyni zamanda təqdim edilən üzvlük kitabçası və protokoldan çıxarış xx.xx.2021-ci il tarixində möhürlə təsdiqlənmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinə digər şəxs X15 müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin Xəzər dənizinin yaxınlığında (70-75 metr) yerləşdiyi məlum olmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 925 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10989/2024 saylı qərarı ilə (hakim H.A.Ağalarov) iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, bağ massivində yerləşən, ümumi sahəsi 0,10 ha olan K-4 saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10989/2024 saylı qərarı mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Eyni zamanda təqdim edilən üzvlük kitabçası və protokoldan çıxarış xx.xx.2021-ci il tarixində möhürlə təsdiqlənmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinə digər şəxs X15 müraciəti olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin Xəzər dənizinin yaxınlığında (70-75 metr) yerləşdiyi məlum olmuşdur. Torpaq sahəsinin faktiki ölçüsü 925 kv.m təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, tərəflərindən üç iş üzrə eyni vaxtda üç iddia verilmişdir. Abbasov Ruslan, Mustafayev Mahir və İddiaçı tərəfindən iddialar qaldırılmışdır. Onlar hər üçü də Bağçılıq Yoldaşlığı Cəmiyyətinion üzvü olublar. İddiaçı ağır dərəcəli onkoloji xəstədir. Onun etibarnaməsinin qüvvədə olma müddətinin bitməsinə az qalmış onun səhəti daha da ağırlaşmışdı. Həm xəstəliyə, həm də yaşlı insan olduğuna görə o, mobil notariatdan etibarnamə verə bilməmişdi. İş 3 ilədək uzandı. Sonda o, yenidən etbarnamə verdi və proses davam etdi. X27 məhkəməyə ərizə göndərməklə yanaşı, eyni zamanda məhkəmə iclasının gedişində ona zəng edilmişdir. O isə, ümumiyyətlə, məsələ ilə bağlı tərəfindən müraciət etmədiyini bildirdi. Həmçinin o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində torpaq səhəsinin olmadığını da bildirmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi də həmin məhkəmə iclasında iştirak etmiş və baş verənlərə şahid olmuşdur. Lakin buna baxmayaraq o, indi də X15 hüquqlarını müdafiə etməyə çalışır. Baxmayaraq ki, X27 özü həmin ərazidə torpaq sahəsinin olmadığını etiraf edir. Torpaq sahəsi dənizə yaxın məsafədə də deyil. Bu fakt Bakı İnzibati Məhkəməsinin qərarı ilə də təsdiqlənib. Abbasov Ruslanın və Mustafayev Mahirin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları da alınmışdır. Eyni zamanda naloji işlərlə bağlı olaraq artıq formalaşmış məhkəmə təcrübəsi mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi zəruri hesab edir. İddiaçı adının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmaması barədə dəlilə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan və cavabdeh tərəfindən mötəbərliyi mübahisələndirilməyən sənədlərdən aşağıdakılar görünür: - Bakı şəhər X21 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının 132-ci bəndində X14 adı mövcuddur. - “Gəmitəmirçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin İdarə Heyyətinin xx.xx.1988-ci il tarixdə keçirilmiş iclasının protokolundan görünür ki, həmin tarixdə X23 öz ərizəsi əsasında bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısından çıxarılmış, İddiaçı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına qəbul edilmiş və ona K-4 nömrəli, 0,06 ha torpaq sahəsi ayrılmışdır. - İddiaçıya məxsus üzvlük biletinin dublikatından görünür ki, İddiaçı 1988-ci il tarixdən həmin bağçılığın üzvüdür. Analoji iş üzrə xx.xx.2023-cü il tarixli, 2-1(102)-557/2023 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən aşağıdakılar göstərilmişdir: “ ... 29. Hazırkı qərarın 17-ci bəndində istinad edilən normaya görə 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
30. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Gəmi Təmirçisi” X11 heyətinin xx.xx.1993-ci il tarixli protokolundan çıxarışa görə X16 ərizəsinə əsasən “Gəmi Təmirçisi” BY-nin üzvlüyündən çıxarılmış, bağ sahəsi üzərində onun bütün hüquqları etibarsız hesab edilmiş, iddiaçı ərizəsinə əsasən Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş və Z-3 (0,05 ha) saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Bundan əlavə, iddiaçının adına Bağçılıq Yoldaşlığının üzvlük kitabçası verilmişdir.
31. Nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən təqdim olunmuş “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi X6 adı qeyd edilmişdir. X2 ərizəsinə əsasən “Gəmitəmirçisi” BY-nin üzvlüyündən çıxarılmış və iddiaçı onun əvəzinə Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir. Odur ki, “Gəmi Təmirçisi” X11 heyətinin xx.xx.1993-ci il tarixli protokolundan çıxarış, iddiaçının adına verilmiş Bağçılıq Yoldaşlığının üzvlük kitabçası nəzərə alındıqda, iddiaçının adının siyahıda olmaması ona bağ sahəsinin ayrıldığını istisna edən hal kimi qiymətləndirilə bilməz.
32. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
33. Belə ki, mübahisəyə dair işin müəyyən olunmuş hallarından görünür ki, “Gəmi Təmirçisi” X11 heyətinin xx.xx.1988-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən X12 və xx.xx.1990-cı il tarixli iclasının protokolundan çıxarışa əsasən X3 Yoldaşlığına üzv qəbul edilmişdir və həmin şəxslərin istifadəsinə müvafiq olaraq Z-15 və Z-01 saylı bağ sahələri ayrılmışdır.
34. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, iddiaçının bu qərarın 30-31-ci bəndlərində qeyd olunmuş üzvlüyə qəbul edildiyi qaydaya analoji qaydada “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul edilmiş X4 və X13 müvafiq olaraq istifadələrinə verilmiş Z-15 və Z01 saylı bağ sahələri üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X7 MA seriyalı, ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış, X17 isə MA seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
35. Bu baxımdan eyni Bağçılıq Yoldaşlığına eyni qaydada üzv qəbul edilmiş həmin şəxslərin hüquqları qeydiyyata alındığı və onlara bu barədə müvafiq çıxarışların verildiyi halda, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
36. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
37. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.
38. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur”. Apellyasiya şikayətinin “elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinə digər şəxs X15 müraciəti olmuşdur” dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının analoji iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(103)-1400/2024 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri X21 İcraiyyə Komitəsinin 12 oktyabr 1985-ci il tarixli, 16/358 saylı Qərarına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. “Gəmi-Təmirçi” X22 Heyətinin İclasından xx.xx.1999-cu il tarixli Protokola əsasən K-3 saylı bağ sahəsinin istifadəçisi X9 əlavə olaraq K-5 saylı “0.05 ha” bağ sahəsi ayrılması (0.10 ha) qərar alınmışdır. İddiaçı X9 məxsus “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1993-cü il tarixli üzvlük biletinin surətinə və xx.xx.2004-cü il tarixli dublikatına əsasən X1 rayonunun Hövsan qəsəbəsindəki “Bağçılıq Yoldaşlıq Cəmiyyəti”nin üzvüdür və K-3, K-5 saylı 0,10 hektar yer verilmişdir. Məhkəməyə təqdim edilmiş “Gəmitəmirçi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sol tərəf bağ sahələrinin situasiya planında K-3 və K-5 saylı bağ sahələrinin müvafiq olaraq 1988-ci ildə və 1999-cu ildə M.T.Mustafayevin fadəsinə verildiyi qeyd olunmuşdur. “Gəmi Təmirçilik” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlərinin əlavə siyahısında
58. X8” adı qeyd olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2523/2013 saylı, xx.xx.2013-cü il tarixli Qərarı ilə iddiaçı X10 istifadəsində olan Bakı şəhəri, Hövsan bağ massivində yerləşən bağ sahəsinin plan və ölçüsünün verilməsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Həmin bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqan göstərilən əraziyə digər hüquqi və fiziki şəxslərin müraciətlərinin olması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər hüquqi və fiziki şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh orqan göstərilən əraziyə digər şəxs X15 müraciətinin daxil olduğunu qeyd etsə də, İlqar Babayev tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən (iş mat., səh. 92) görünür ki, onun sözügedən torpaq sahələrinə dair heç bir iddiası və marağı yoxdur, Suraxanı rayonu, Hövsan qəsəbəsində ona məxsus heç bir torpaq sahəsi mövcud deyil”. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” b/y-nın K-3, K-5 saylı bağ sahəsi xx.xx.2025-ci il tarixdən X8 xüsusi mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 15-ci maddəsinə müvafiq olaraq, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə müvafiq olaraq, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edilən üzvlük kitabçası və protokoldan çıxarış olduğu təqdirdə, üzvlərin siyahısında adının olmaması əsası ilə mötəbərliyinin şübhə altına alınması yolverilməzdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin yenilənmiş siyahısının və bölgü sxemin cavabdeh orqanda olmaması (ona təqdim edilməməsi) iddiaçının müraciətinin təmin edilməsindən imtina əsası kimi çıxış edə bilməz. Həmçinin qanunun müddəasına görə protokoldan çıxarış iddiaçının iddia etdiyi torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçının adının bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına münasibətdə qeyd edilməlidir ki, nə siyahının tərtib edilməsi, nə də onun yenilənməsi iddiaçının məsuliyyət sferasına aid deyil. Lakin nəzərə alınmalı olan hal ondan ibarətdir ki, cavabdeh tərəfindən təqdim olunmuş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı üzvlərinin siyahısında iddiaçıya ayrılmış torpaq sahəsinin əvvəlki sahibi X14 adı qeyd edilmiş, sonradan X23 ərizəsinə əsasən “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığının üzvlüyündən çıxarılmış və iddiaçı onun əvəzinə Bağçılıq Yoldaşlığına üzv qəbul edilmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, qanuni qüvvəsini almış 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-1049/2014 saylı qərarı əsasında hazırkı iş üzrə iddiaçının ərizəsi üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən 0,10 ha olan, K-4 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 10989/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X29 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10989/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Məhəmməd Rüstəmli