Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1617/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Sadıqov Vahid Nəriman oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)- 524/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-524/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. işin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsinin) dəyişdirilərək”Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün hərbi xidmətə çağırılmışdır. 1994-cü ilin yanvar ayında ağır yaralanmışdır. 13.06.2018-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 məhkəmə-tibbi müayinəsi zamanı yaralanmasının nəticəsi “odlu silah qəlpə yaralanmasından sonrakı başın arxa ənsə nahiyəsində bir ədəd köhnə çapıq toxumaları (Azərbaycan Respublikası SHXÇDX-nin Nizami rayon İdarəsinin 21.06.2018-ci il tarixli 748 nömrəli göndərişi, 21.06.2018-ci il tarixli 129 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 13.06.2018-ci il tarixli k/452 nömrəli canlı şəxsin məhkəmə- tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilmişdir. “Hərbi travmadr, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” öz təsdiqini tapmışdır. Lakin, Azərbaycan Respublikası Müdafiə nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.2018-ci il tarixli qərarının ikinci hissəsində hərbi xidmət dövründə xəstələndiyi, 19.07.2000-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profili hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik- “sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsində. KB (-) mənfi”. Şəkərli diabet İİ, orta ağır gedişli, kompensə mərhələsində (19.07.2000-ci il tarixli 1584 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”) qərarı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.2018-ci il tarixli qərarının əsasında “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlillik təyin edilmişdir. Halbuki “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlillik təyin edilməli idi. İddiaçı ona təyin edilmiş İİ qrup əlilliyin “hərbi xidmət dövrü ilə əlaqədar” deyil “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin edilməsi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən əlavə ixtisaslaşdırılmış stasionar müayinəyə və müalicəyə ehtiyacı olduğu səbəbi ilə imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib olunmuş, əlavə olaraq “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” AR Qanununun 13, 13.1-ci, Silahlı Qüvvələrin hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanunun 27-ci maddəsinə istinad olunaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi bu iş barəsində qərar verərkən istinad olunan aidiyyətli maddi hüquq normalarına da münasibət bildirməmişdir. Lakin məhkəmə bunların heç birini etmədiyi üçün, Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.2018- ci il tarixli 1323 saylı qərarının əsasını təşkil edən və 1-ci hissəsində göstərilən halları yox, 2-ci hissəsində göstərilən və 2000-ci ildəki Müdafıə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyini nəzərə alaraq qərar vermişdir. İş materiallarında olan sənədlərlə və işin faktiki halları ilə də təsdiq olunur ki, məhkəmə yeni qərarın axırında, yəni 2-ci hissəsndə 2000-ci ildə verilən qərarda göstərilənləri yox, yeni qərarın əsasını təşkil edən 1-ci hissəsində göstərilənləri əsas götürüb məhkəmə qərarı verməli idi. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan: İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinə əsasən o, Azərbaycan Respublikası vətəndaşıdır, xx.xx.1960-ci il tarixində doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 7 nömrəli Nizami Tibbi Sosial Ekspert Komissiyasının Təkrar müayinədən keçən əlillər üçün arayışına əsasən, 1960-ci il təvəllüdlü İddiaçı h/x dövrü ilə əlaqədar ikinci əlillik qrupu müddətsiz müəyyən edilmişdir.(əsas 2303 nömrəli 10.10.2013- cü il tarixli müayinə aktı) M/V 015056 nömrəli, 03.03.1998-ci il tarixli vəsiqəyə əsasən İddiaçı müharibə veteranıdır. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 10.12.2019-cu il tarixli qərarına əsasən, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0082003AADG2 saylı göndərişi əsasında qiymətləndirilmiş və əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması ilə əlaqədar imtina edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08.20118-ci il tarixli, 1323 nömrəli qərarına əsasən, Bakı şəhəri Nizami RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin yanvar ayında aldığı və 13.06.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi- diaqnoz “Odlu silah qəlpə yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində bir ədəd, başın sağ təpə nahiyəsində bir ədəd , döş qəfəsinin ön səthində dğş sümüyü proyekssiyasında bir ədəd köhnə çapıq toxumaları (Azərbaycan Respublikasıı SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsinin 21.06.2018-ci il tarixli 748 nömrəli göndərişi, 21.06.2018-ci il tarixli 129 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş 13.06.2018-ci il tarixli k/458 nömrəli canlı şəxsin məhkəmətibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir , “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır ” və hərbi xidmət dövründə xəstələndiyi, 19.07.2000-ci ildə MN Mərkəzi Hərbi Klinik Hospitalınınn terapiya profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik- diaqnoz : “Sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkitmə mərhələsində, KB(-) mənfi Şəkərli diabet İİ, orta ağır gedişli, kompensə mərhələsində”(19.07.2000-ci il tarixli 1584 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir) “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” 18 nömrəli Birləşmiş şəhər xəstəxanasının 0082003AADG2 nömrəli 16 noyabr 2019cu il tarixli göndərişinə əsasən, İddiaçı xəstəliyi 01.01.1994-cü ildə başlanılmış, əsas diaqnoz –başın travmalarının nəticələri Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almış olduğu KBT-nin davamlı qalıq əlamətləri, ağırlaşma kimi isə “Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar. Kəllədaxili hipertenziya və tez-tez təkrarlanan qıcolma tutmaları. Digər rubrikalarda təsnif olunan yoluxucu və parazitar xəstəliklər zamanı yumaqcıq zədələnmələri. Diabetik nefropatiya. Baş beynin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi. Posttravmatik ensefalopatiya. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü .3 işarəsi ilə), -OU. Baş beynin silkələnməsi” xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Xroniki obstruktiv pielonefrit, Essensial [birincili] hipertenziya. Hipertoniya xəstəliyi İİ dərəcə krizlərlə.Sidik axarı daşları ilə birgə böyrək daşları. Sidik turşulu diatez. İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet İİ tip, insulin tələbli, orta ağır gedişli. Miokardın simptomsuz işemiyası, Ağ ciyər vərəmi, histoloji təsdiq edilmiş. Sol ağciyərin keçirilmiş infiltrativ və ikitərəfli qoltuqaltı limfa vəzilərinin vərəmi. TÇ- İİ mərhələ” xəstəliyi qeyd edilmişdir. Qeyd edilmiş əsas diaqnoz və ağırlaşma kimi qeyd olunmuş “Kəllə daxili hipertenziya. Digər rubrikalarda təsnif olunan yoluxucu və parazitar xəstəliklər zamanı yumaqcıq zədələnmələri. Diabetik nefropatiya. Baş beynin digər rubrikalarda təsnif olunmayan anoksik zədələnməsi. Posttravmatik ensefalopatiya. Diabetik retinopatiya (E10-E14 ümumi dördüncü. 3 işarəsi ilə),-OU. Baş beynin silkələnməsi”. Beləliklə, iş materialları ilə müəyyən etmişdir ki, iddiaçı 1960-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya 19.07.2000-ci ildə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik “sol ağciyərin ocaqlı vərəmi sorulma və bərkitmə mərhələsində KB(-) mənfi, şəkərli diabət İİ, orta ağır gedişli, kompensə mərhələsində ” diaqnoza əsasən TSEK tərəfindən 2013-cü ildən müddətsiz İİ qrup əlilliyi müəyyən edilmiş, əlilliyin səbəbi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 14.08. 2018-ci il tarixli, 1323 nömrəli qərarında qeyd edilmiş”Odlu silah qəlpə yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində bir ədəd, döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyasında bir ədəd köhnə çapıq toxumaları” diaqnoza əsaslanaraq əlilliyin səbəbini “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əvəzinə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilməsini tələb edir. Bununla əlaqədar 18 nömrəli Birləşmiş şəhər xəstəxanasının 0082003AADG2 nömrəli 16 noyabr 2019-cu il tarixli göndərişinə əsasən iddiaçının əlillik vəziyyəti 10.12.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina barədə qərar verilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ona 2013-cü ildə təyin edilmiş müddətsiz ikinci qrup əlilliyin səbəbinin “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əvəzinə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməsi barədə inzibati aktın qəbul edilməsini arzulayır. 2019-cu ildə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”; 4.7. bəndinə görə isə “səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İşin faktiki hallarına əsasən İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə onun səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar müayinələrlə təsdiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.2. –ci bəndinə əsasən, " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; İş materiallarından göründüyü kimi, iddiaçının xəstəliyinin Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmasına yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilməsi nəticəsində iddiaçının hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişməsinə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmasına, habelə, şəhadətləndirilməsi nəticəsində iddiaçıda tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər mövcud deyil. Belə ki, bu cur sənədlər cavabdehə və ya işə baxan zaman məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçıya 2013-cü ildə təyin edilmiş müddətsiz ikinci qrup əlilliyin səbəbi “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi qanunvericiliyin tələblərinə uyğundur. Beləki, iddiaçının əlilliyin müəyyən edilməsi üçün əsas olmuş xəstəliyi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi həkim Komissiyasının qərarına əsasən 19.07.2000-ci ildə MN Mərkəzi Hərbi Klinik hospitalın terapiya profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbinin (“Hərbi xidmət dövrü ilə əlaqədar əlillik” ifadəsinin) dəyişdirilərək”Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” ifadəsi ilə əvəz olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2-1(112)-524/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1617/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1617/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver