Məhkəmə qərarları › İş №2-1(103)-1617/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1617/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1617/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11820/2024 saylı 15 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixdən əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2018-ci il tarixdə müddətsiz olmaqla təyin olunmuş birinci dərəcəli əlillik dərəcəsinin ləğv edilməsi barədə Qərarının ləğv edilməsi, xx.xx.2018-ci il tarixdə təyin olunmuş 1-ci dərəcə müddətsiz əlilliyin ləğv edildiyi gündən yenidən təyin olunduğu xx.xx.2024-cü il tarixədək olan dövr üzrə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, dövlət tibb müəssisəsinin göndərişi əsasında əlillik vəziyyəti qiymətləndirilərək İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.1.4-cü bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə ümumi xəstəlik səbəbindən - böyrəklərin polikistozu. Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Proqramlı dializ. Xroniki böyrək xəstəliyi V mərhələ, dəmir defısitli anemiya. Anemiya diaqnozu qoyulmaqla müddətsiz olmaqla birinci dərəcəli əlillik müəyyən edilmişdir və müvafiq pensiya təyin edilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən əsassız səbəblərdən əslində isə İddiaçı aid heç bir səbəb olmadan əlilliyin təyinatı ilə bağlı qərar ləğv edilmişdir. Qeyd olunanlara bağlı Agentliyə müraciət etsə də, xx.xx.2023-cü il tarxili 3-17-4/-2-Q-33763/2023 saylı məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində hemodializ xəstələrinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar aparılmış əlillik təyinatı qərarının xx.xx.2020-ci il tarixdən ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.” Əlillik təyin olunandan səhhətində heç bir yaxşılaşma olmamış, əksinə get-gedə ağırlaşmalar baş verməkdədir. Cavabdehin bildirdiyi kimi əgər başqa şəxslərin barəsində inzibati icraat başlanmışdırsa təyin olunmuş müddətsiz əlilliyin ləğv edilməsi tamamilə qanunsuzdur. Təyin olunmuş əliliyə dair qərarın düzgünlüyünü şübhə altına heç bir hal yoxdur və elə cavabdehin xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublarında da ümumi olaraq bildirilir ki, "hemodializ xəstələrinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır". Yəni əgər cavabdehin qeyd etdiyi kimi "bəzi şəxslər" kateqoriyasına aid deyilsə, barəsində heç bir inzibati icraat və s. tətbiq olunmayıbsa, təyin olunmuş əlilliyin ləğv olunması anlaşılan deyil. Cavabdehin bu hərəkəti onun qanunvericiliklə müəyyən olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdehə qeyd olunan qərarın ləğvi ilə bağlı bir neçə dəfə müraciət etsə də təəssüf ki, cavabdeh tərəfindən müsbət cavab verilməmişdir. xx.xx.2024-cü il tarixdə yenidən ona “böyrəklərin polikistozu. Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Proqramlı dializ. Xroniki böyrək xəstəliyi V mərhələ, dəmir defısitli anemiya. Anemiya” diaqnozu qoyulmaqla müddətsiz olmaqla birinci dərəcəli əlillik müəyyən edilmişdir və müvafiq pensiya təyin edilmişdir. Göründüyü kimi əgər həqiqətən xx.xx.2018-ci il tarixdə təyin olunmuş əlilliyin sonradan ləğvinə əsas olmuş hallar baş versəydi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən əlillik təyin olunmazdı. xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş əlillik təyinatı qərarının ləğv edilməsi qanunsuz olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müddətsiz təyin olunmuş birinci dərəcəli əlillik dərəcəsinin ləğv olunduğu xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2024 saylı 15 noyabr 2024-cü il qərarı ilə iddianın təmin edilməsi və İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş birinci dərəcə müddətsiz əlilliyin xx.xx.2020-ci il tarixdən ləğv edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya xx.xx.2018-ci il tarixdən təyin edilmiş birinci dərəcə müddətsiz əlilliyin xx.xx.2020-ci il tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Böyrəklərin polikistozu.Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Proqramlı hemodializ. Xroniki böyrək xəstəliyi V mərhələ, Dəmir defisitli anemiya, Anemiya...Meyar: 4.1.1.4:4.Sidik-cinsiyyət sisteminin xəstəlikləri=>böyrəklərin tubulointerstisial xəstəlikləri=>Böyrəklərin yenitörəmələr zamanı tubulointerstisial zədələnməsi=>XBÇ V mərhələ, terminal mərhələ, (qanda kreatinin səviyyəsi 528 mkmol/ldən çox) (18 yaşınadək şəxslərdə YFS 15ml/dəq/1,73m2-dən az)=>..” ümumi xəstəlik səbəbi ilə OFP 95 % ilə müddətsiz əlilik verilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmiş, vətəndaşın hemodializ xəstəsi olduğu məlum olsa da onun adının hemodializ alan xəstələr siyahısında olmadığndan əlillik təyinatının xx.xx.2020-ci il tarixində **********1 nömrəli ESDAS nömrəsi ilə ləğv edilərək xüsusi nəzarətdə olan vətəndaşlar siyahısına salındığı məlum olmuşdur. Vətəndaş ilk dəfə əyani komissiyaya gələrkən (xx.xx.2023-cü il tarixində) illərdir Almaniya Federativ Respublikasında yaşadığı və orada müalicəsini davam etdirdiyi barədə məlumat vermiş, vətənə qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixindən hemodializ seanslarını davam etdirdiyi (əvvəl EGE hospitalda, daha sonra X6) məlum olmuş, bu səbəbdən ona tibb müəssisəsinə müraciət edərək yeni göndəriş rəsmiləşdirilməli olduğu barədə məlumat verilmişdir. Sonradan vətəndaşın müraciəti əsasında Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0053003AACQ0 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və nəzarətdə olan şəxslər siyahısında adı keçdiyindən əyani müayinəyə gəlməli olduğu qeyd edilərək qiymətləndirilmə aparılmamışdır. Vətəndaş xx.xx.2024-cü il tarixində komissiyaya gəlmiş, həkim ekspertlər tərəfindən müayinə edilmiş, Almaniya Federativ Respublikasında aldığı müalicə sənədləri ilə yanaşı EGE Hospitalın xx.xx.2023cü il tarixli 1569 nömrəli arayışında xəstəyə “Böyrəklərin polikistoz xəstəliyi, xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu ilə xx.xx.2023-cü il tarixlindən hemodializ müalicəsinə başlanıldığı qeyd edilmiş, X7” 15 sentyabr 2023-cü il tarixli 18-1-2/2-Q-727-42-421/2023 nömrəli arayışınada isə xx.xx.2023-cü il tarixindən X7 Hemodializ şöbəsində həftədə 3 dəfə 4 saat olmaqla hemodializ alması qeyd edilmişdir. Obyektiv müayinə zamanı dəri və görünən selikli qişalar solğun, bozumtul çəhrayı periferik limfa düyünləri patologiyasız izlənmiş, sol tərəfli nefrektomiyaya aid əməliyyat çapığı izlənilmiş sol said nahiyyəsində aktiv fiistulası izlənmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələri və təqdim edilmiş sənədlərə əsasən vətəndaşın vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 4.1.1.4 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 95% (doxsan beş faiz) pozulması barəqə dərar qəbul edilmiş, əmək zəmanəti “əlavə istirahət saatı (və ya günləri) ilə yüngül işlərdə işləyə bilər” şəklində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, bu hal cavabdehə hər hansı icraat aparmadan iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliyin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona üçüncü dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən Altsistem vasitəsilə ləğv etməkdə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində ləğv etmişdir. Məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarlan”nda öz əksini tapması ilə bağlı şərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları”na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdehin istinad etdiyi “etimadın qorunması hüququ mütləq həqiqətin tapılması hüququndan üstün ola bilməz” fikri o zaman qəbul edilə bilərdi ki, mütləq həqiqət kimi qeyd edilən hal həqiqətən mövcud olmuş olsun. Yəni hazırkı işə münasibətdə 2018-ci ildə iddiaçıya təyin olunmuş əlilliyin həqiqətən qeyri-qanuni olduğu müəyyən edilsin. Lakin cavabdehin təqdim etdiyi və eləcə də iş materiallarında olan sübutlarla müəyyən olunur ki, cavabdeh heç bir əsaslı səbəb olmadın özünün qeyd etdiyi kimi :“hemodializ xəstələrinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Amma iddiaçının da o “bəzi şəxslərin” arasında olub-olmadığı heç bir sübutla müəyyən olunmur. Hətta əgər iddiaçı həmin şəxslərin sırasında olmuş olsaydı belə Cavabdeh qanunvericiliyin tələblərinə əməl etməyərək iddaçı barədə inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə maraqlı şəxsə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, nəinki heç bir mötəbər sübut ümumiyyətlə heç bir sübut və əsas olmadan iddiaçının əlilliyini ləğv etmişdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı cavabdehin iştirakı olmadan işə baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh qurumun nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarından görünür ki, İddiaçı barəsində tərtib edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 0053003AACSQ saylı göndərişə əsasən xx.xx.2018-ci il tarixdən “Böyrəklərin polikistozu.Sol tərəfli nefroektomiyadan sonrakı vəziyyət. Proqramlı hemodializ. Xroniki böyrək xəstəliyi V mərhələ, Dəmir defisitli anemiya, Anemiya.” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx/xx-2564 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olmuş xroniki böyrək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə birinci dərəcə müddətsiz əlillik təyin olunan 2127 nəfər barəsində məktub araşdırılmışdır. Bildirilir ki, həmin xəstələrdən 15 nəfəri hazırda hemodializ müalicəsi alır, 171 nəfərə böyrəkköçürmə əməliyyatı icra edilib, 929 nəfəri isə vəfat etmişdir. 164 nəfərə hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilmiş, lakin xəstələr həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. 848 nəfər isə hemodializ xəstələrinin elektron registrində mövcud deyil. Qeyd olunan 848 nəfərdən yalnız 632 nəfərə “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” vasitəsi ilə Tibbi-Sosial Ekspert Komissiyalarına göndərişlər verilmişdir, qalan 216 nəfər barədə isə məlumat mövcud deyil. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X9” publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 18-1-2/2-Q727-42-421/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixindən etibarən hazırkı dövrə kimi X7 Hemodializ şöbəsində hemodializ seanslarını həftədə 3 dəfə 4 saat olmaqla davam etdirir. Aparılan müalicə: Eritropoetin 2000 tv, kalsium karbonat 500 mq tab. Aminoselect 250 ml, Ferrint 100 mq 5ml, Levokarnitin 5.0. Diaqnoz: N18.5 Xroniki böyrək xəstəliyi V mərhələ. Z49.1 Ekstrakorporal dializ. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-Q-33763/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2018-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.4 bəndinə uyğun olaraq xx.xx.2018-ci il tarixindən ümumi xəstəlik səbəbindən birinci dərəcə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində “hemodializ xəstələri"nə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar aparılmış əlillik təyinatı qərarının xx.xx.2020-ci il tarixindən ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Hazırda səhhətində ağırlaşma əmələ gəlmişdirsə, dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti qanunvericiliyə uyğun olaraq yenidən qiymətləndiriləcəkdir. Müraciət ilə bağlı əlavə sualı yaranacağı təqdirdə; “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya bilər; Qeydiyyatda olduğu ərazi üzrə Tibbisosial ekspert komissiyalarına müraciət edə bilər. Tibbi-sosial ekspert komissiyalarının ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.gov.az saytında qeyd edilmişdir. Yuxarıda göstərilən mənbələrdən alınan məlumatlar qane etmədiyi təqdirdə iş günləri ərzində www.dtsera.gov.az saytından “online növbə” əldə etməklə ünvan 3 ünvanına qəbul üçün müraciət etmək tövsiyə olunur. Sonradan iddiaçının müraciəti ilə bağlı Bakı Xəzər Tibb Mərkəzi tərəfindən Tibbi- Sosial Ekspert Komissiyasına təqdim edilmiş (N00159653APV saylı xx.xx.2024-cü il tarixli göndəriş) Forma 88 arayışından görünür ki, həmin müəssisədə iddiaçı xx.xx.2024-cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2017-cİ ildir (xroniki; orta ağır). Əsas diaqnoz: 1. N16.1* Böyrəklərin yenitörəmələr zamanı tubulointerstisial zədələnməsi, Xroniki böyrək xəstəliyi V -mərhələ diaqnozu qoyulmuş.hemodializ müalicəsinə başlanılmışdır. Böyrəklərin polikistozu Ağırlaşmalar: 1. Z49.1 Ekstrakorporal dializ, Soltərəfli nefrektomiyadan sonrakı vəziyyət Proqramlı hemodializ 2. N18.5 Xroniki böyrək xəstəliyi V mərhələ, Xroniki böyrək çatışmazlığı, V mərhələ. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 sosial ekspert komissiyasının 3-17-4/3-1- 5061/2024 saylı 12 yanvar 2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1970ci il İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün etdiyi müraciət əsasında xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilərək həkim ekspertlər tərəfindən müayinə edilmiş, vətəndaşın hemodializ xəstəsi olduğu məlum olsa da, onun adının hemodializ alan xəstələr siyahısında olmadığndan əlillik təyinatının xx.xx.2020-ci il tarixində **********1 nömrəli ESDAS nömrəsi ilə ləğv edilərək xüsusi nəzarətdə olan vətəndaşlar siyahısına salındığı məlum olmuşdur. Vətəndaş ilk dəfə əyani komissiyaya gələrkən (xx.xx.2023-cü il tarixində) illərdir Almaniya Federativ Respublikasında yaşadığı və orada müalicəsini davam etdirdiyi barədə məlumat vermiş, vətənə qayıtdıqdan sonra xx.xx.2023-cü il tarixindən hemodializ seanslarını davam elətdirdiyi (əvvəl EGE hospitalda, daha sonra X6) məlum olmuş, bu səbəbdən ona tibb müəssisəsinə müraciət edərək yeni göndəriş rəsmiləşdirilməli olduğu barədə məlumat verilmişdir. Sonradan vətəndaşın müraciəti əsasında Bakı 29 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0053003AACQ0 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və nəzarətdə olan şəxslər siyahısında adı keçdiyindən əyani müayinəyə gəlməli olduğu qeyd edilərək qiymətləndirilmə aparılmamışdır. Vətəndaş xx.xx.2024-cü il tarixində komissiyaya gəlmiş, həkim ekspertlər tərəfindən müayinə edilmiş, Almaniya Federativ Respublikasında aldığı müalicə sənədləri ilə yanaşı EGE Hospitalın xx.xx.2023cü il tarixli 1569 nömrəli arayışında xəstəyə “Böyrəklərin polikistoz xəstəliyi, xroniki böyrək xəstəliyi V mərhələ” diaqnozu ilə xx.xx.2023-cü il tarixlindən hemodializ müalicəsinə başlanıldığı qeyd edilmiş, X7” 15 sentyabr 2023-cü il tarixli 18-1-2/2-Q-727-42-421/2023 nömrəli arayışınada isə xx.xx.2023-cü il tarixindən X7 Hemodializ şöbəsində həftədə 3 dəfə 4 saat olmaqla hemodializ alması qeyd edilmişdir. Obyektiv müayinə zamanı dəri və görünən selikli qişalar solğun, bozumtul çəhrayı periferik limfa düyünləri patologiyasız izlənmiş, sol tərəfli nefrektomiyaya aid əməliyyat çapığı izlənilmiş sol said nahiyyəsində aktiv fiistulası izlənmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələri və təqdim edilmiş sənədlərə əsasən vətəndaşın vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın 4.1.1.4 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 95% (doxsan beş faiz) pozulması barədə dərar qəbul edilmiş, əmək zəmanəti “əlavə istirahət saatı (və ya günləri) ilə yüngül işlərdə işləyə bilər” şəklində qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-Q-17186/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə araşdırması çərçivəsində şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Bununla əlaqədar aparılmış əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdən ləğv edilmişdir. Müəyyən olunmuşdur ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin 0053003AACQ0 nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və natamam doldurulması səbəbindən göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra müraciət əsasında xx.xx.2024-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Hazırda iddiaçının tələbi “xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, müddətsiz təyin olunmuş birinci dərəcəli əlillik dərəcəsinin ləğv olunduğu xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan xx.xx.2018-ci il tarixli qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.” Ona görə də iddia təmin olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxıb müvafiq qərar qəbul etməkdə haqlı olmamışdır. Belə ki, Kollegiya hesab edir ki, iddianın mümkünlük məsələsi birinci instansiya məhkəməsi tərəfindən tam yoxlanılmamışdır. Əvvəla, qeyd olunmalıdır ki, iddiaçının xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlilliyi xx.xx.2020-ci il tarixdə altsistemdə ləğv edilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsini mübahisələndirmək və müddətsiz təyin olunmuş birinci dərəcəli əlillik dərəcəsinin ləğv olunduğu xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddianı qaldırmaq üçün qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət edib-etmədiyi məsələsi araşdırılmalıdır. “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmal məktubunda qeyd edilmişdi ki, “.....əlilliyi müəyyən edilmiş şəxsin əlilliyi, əlillik müddəti bitmədən TSEK tərəfindən ləğv edilmişsə və inzibati orqanın həmin hərəkətinin qanuniliyi mübahisələndirilməmişsə, bununla, əvvəlki statusa bağlı olan bütün təminatlara dair hüquqlar da aradan qalxır. Bu mənada, həmin şəxsin əlilliyin müəyyən edilməsi ilə bağlı yeni müraciətinə təkrar qiymətləndirmə kimi deyil, məhz əlilliyin ilkin qiymətləndirilməsi kimi baxılmaqla, müalicə müddəti şərtinin ödənilməsi yoxlanılmalıdır.... Sözügedən iddialar (əlilliyin müəyyən edilməsinə dair) məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilib-edilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.” Hazırki işdə iddiaçının verdiyi iddia tələbləri “mübahisələndirmə və məcburetmə haqqında iddia” növlərinə aid olduğu üçün həmin iddialar üzrə inzibati icraat haqqında qanunvericilikdə və İnzibati Prosessual Məcəllədə məhkəməyə müraciət etmə müddəti 1 ay müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İşdən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsindən bu iddia ilə məhkəməyə müraciət etməmişdən 1 ay öncə deyil, bundan daha öncə məlumatlı olmuşdur. Belə ki, əlilliklə bağlı müavinətlərin verilməsi həmin əlilliyin ləğv edilməsi ilə dayandırıldığı üçün iddiaçıya da bu halın illər öncə məlum olması istisna edilmir. Odur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlilliyinin xx.xx.2020-ci il tarixdə ləğv edilməsindən 2018-ci ildə (həmin ilin istənilən ayı götürülsə belə) məlumatlı olsa da, bu hərəkətləri 1 ay müddətində mübahisələndirməmiş və yalnız hazırki iddia ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıya sonradan “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 95 faiz pozulmasına görə əlillik məhz iddiaçının müraciəti ilə bağlı verilmiş göndəriş əsasında təyin edilmişdir. Bu hal da onu deməyə əsas verir ki, iddiaçı onun barəsində xx.xx.2018-ci il tarixdə müddətsiz təyin olunmuş birinci dərəcəli əlilliyin ləğv edilməsindən həm də barəsində sonuncu göndərişin (N00159653APV saylı xx.xx.2024-cü il tarixli göndərişin) göndərildiyi vaxtdan daha əvvəl məlumatlı olmuşdur. Buna baxmayaraq təxminən 4 il keçdikdən sonra, yəni qanunla müəyyən edilmiş 30 günlük müddət ötürülməklə məhkəməyə müraciət etdiyi üçün və yuxarıda qeyd olunan normaların tələbinə görə, iddia müddəti ötürüldükdə və bundan 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi yolverilməz olduğuna görə məhkəmə kollegiyası iddia müddətinin bərpası ilə bağlı müvafiq ərizənin verilməsini iddiaçıya təklif etməyə lüzum görməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqların müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Qeyd olunanları nəzərə almadan birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbuki bu zaman məhkəmə iddianın mümkünlük şərtlərinin tam ödənilib-ödənilmədiyi məsələsini araşdırmalı idi. Çünki yuxarıda da qeyd olunduğu kimi, iddiaçının iddia tələbi “mübahisələndirmə və məcburetmə haqqında” iddia növlərinə aid olduğu üçün məhz bu növdə iddiaların mümkünlük şərtləri diqqətlə yoxlanılmalı idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2024 saylı 15 noyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11820/2024 saylı 15 noyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar