Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1618/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşının tamam olduğu vaxtdan, yəni 28.04.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında onun 2006-cı il tarixədək 25 ildən artıq ümumi əmək stajı təsdiqlənmiş, lakin “Binəqədi Neft (Kirovneft)” əmək şəraiti zərərli “neft quyuların yeraltı təmiri operator, mühəndis, neft və qaz çıxarma üzrə elektrik avadanlığına xidmət üzrə elektrik montiyoru” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli, 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarında göstərilməsinə baxmayaraq, işlədiyi həmin müəssisə məhkəməyə təqdim etdiyi arayışda güzəştli vəzifəsini qeyd etməmişdir. O, güzəştli işlə yəni zərərli işlə 2006-cı il tarixədək 15 il 02 ay 22 gün məşğul olmuşdur. Onun İT-İ №-li ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 22.08.1975-ci il tarixdə “Kirovneft və Qazçıxarma İdarəsinə” quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 3 dərəcəli operator işinə qəbul olunmuş, 26.04.1976-cı il tarixədək hərbi xidmətlə əlaqədar işdən azad olunmuşdur. 30 iyun 1978-ci il tarixdə “Kirovneft və Qazçıxarma İdarəsinə” quyuların yeraltı təmiri sexinə quyuların yeraltı təmiri üzrə 4 dərəcəli operator işinə qəbul olunmuş, 08 dekabr 1978-ci il tarixdə 3 saylı neft və qaz çıxarma (Neft mədən) sexinə 3-cü dərəcəli elektromontyor keçirilmişdir. 10 yanvar 1979- cu il tarixdə “Kirovneft və Qazçıxarma İdarəsinə” neft və qaz çıxarma üzrə elektrik avadanlığına xidmət üzrə 3-cü dərəcəli elektromontyor, 19 fevral 1985-ci il tarixdə şəbəkə rayonu mühəndisi, 13 mart 1986-cı il tarixdə həmin sexə elektrik avadanlığına xidmət üzrə 5-ci dərəcəli elektrik montyor keçirilib və 18 yanvar 1993-cü il tarixdə işdən azad olunmuşdur. Onun “Kirovneft və Qazçıxarma İdarəsində əmək şəraiti zərərli işdə stajı ümumilikdə 15 il, 02 ay 22 gün təşkil edir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı bu barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X4 nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı tələbi, “ona 57 yaşının tamam olduğu vaxtdan, yəni 28.04.2013-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı 06.07.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, lakin onun iddiası rədd edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi elektrik montyoru peşəsinin buruqlarda xidmət üzrə elektrik montyorları və bilavasitə buruqlarda elektrik avadanlığının təmiri ilə məşğul olan elektrik montyoru, yüksək gərginlikli və kontakt şəbəkəli və xidməti hava xətlərinin quraşdırılması üzrə elektrik montyoru peşəsi olmasının iddiaçının əmək kitabçası və işin digər faktiki halları ilə təsdiq olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının tələbinə münasibətdə cavabdehin mülahizəsinin nədən ibarət olduğunu (imtinanın verilib-verilmədiyini, iddiaya etirazın alınmadığını) araşdırmadan qoyulmuş tələbə mahiyyəti üzrə baxaraq onu təmin etməmiş və bununla da zəruri araşdırmanı sonadək aparmamışdır. Halbuki məhkəmənin Azərbaycan Respublikası İPMnin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək iddiaçının hüquqi marağının nədən ibarət olmasını aydınlaşdırdıqdan sonra iddiaya mahiyyəti üzrə baxmaq imkanı var idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilməmişdir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçının müraciətinə münasibətdə cavabdeh müvafiq sənədlərin tam şəkildə təqdim edilməsini təklif etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə əlaqədar tələbinin təmin edilməsi və ya bundan imtina edilməsini yalnız müvafiq sənədlərin təqdim olunması ilə şərtləndirmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi barədə birmənalı qənaətə gəlmək mümkün deyildir. Həmçinin işə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəfindən iddiaçının tələbinə münasibətdə hər hansı mülahizə (iddiaya etiraz) də alınmamışdır. Digər tərəfdən, iş üzrə müəyyən olunur ki, iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya təyin edilmə hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən belə sənəd məhkəməyə təqdim olunmadığı halda, məhkəmə belə sənədin təqdim olunmasını nə iddiaçıya təklif etmiş, nə də belə güzəştli arayışın təqdim olunmasını təmin etmək məqsədilə muvafiq orqanlara , o cümlədən işəgötürənə (müəssisələrə) sorğu məktubları ünvanlamamışdır. Halbuki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası bu barədə qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, hazırki işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının qoyduğu iddia tələbinə münasibətdə cavabdeh inzibati orqanın mülahizəsi alınmalı, tələbin təmin olunmasından cavabdehin imtina etdiyi təqdirdə bu imtinanın əsasları araşdırılmalı, iddiaya dair yazılı etirazın alınması və iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya təyin edilmə hüququ verən peşələrə aid olub-olmamasını müəyyən etmək üçün müvafiq tədbirlərin görülməsi (sorğuların verilməsi) təmin edilməlidir, buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 26.02.2021-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1457/2021 saylı 26 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1618/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1618/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver