Məhkəmə qərarları › İş №2-1(103)-1619/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1619/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1619/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X3, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7836/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2005-ci il təvəllüdlüdür. AZ-İ № 162731 Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Məhərrəmov Mənsum İsa oğlu xx.xx.2005-ci ildə X2 doğulmuş X5 atası hesab edilmişdir. AZ-İİ № 000132 Ölüm haqqında şəhadətnamədə bildirilmişdir ki, Məhərrəmov Mənsum İsa oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 145 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən X6 Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3- 17-1/1- R-233502/2023 nömrəli (Qeyd: xx.xx.2020-xx.xx.2023-cü il dövrü üşün ödənilməli olan müavinətin məbləği əmək pensiyası işi üzrə artıq ödənilmiş vəsait ilə əvəzləşdirilmişdir), ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-317895/2023 nömrəli, xx.xx.2024- cü il tarixli 3-17-1/1-R-40144/2024 nömrəli qərarlar iş materiallarına əlavə edilmişdir. Bununla bağlı iddiaçı (anası) cavabdeh quruma müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının nümayəndəsi X6 ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. Qeyd olunanlara əsasən övladı İddiaçı Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil dövrü M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 120 manata çatdırılıb. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasının əmək pensiyasının yenidən bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etlmişdir. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, atası Məhərrəmov Mənsum İsa oğlunun ölməsi ilə əlaqədar əmək pensiyası hesablanmışdır. 160 (yüz altmış) manat sonralar ölkə başçısı pensiyalarda artım etdi və bu məbləğ də tədricən artdı və bunlar mərhələli şəkildə həyata keçirilmişdir. X1 lazımi sənədləri indiki “DOST” mərkəzə təqdim etmişdir və hər şey olduğu kimi gedirdi. Lakin iddiaçının 18 yaşı tamam olduğundan sonra hər şey dəyişərək yenidən hesablandı və ona əmək pensiyası deyil, sosial müavinət təyin edildi, bununla yanaşı (6434,26) borc yazıldı. Anası yenidən məsələyə aydınlıq gətirmək üşün mərkəzə və Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Tələb olunan sənədlər yenidən yığılaraq mərkəzə təqdim olunmuşdur. Əyani və ödənişli şəkildə tədris alır. Atasının sənədləri Ağdam şəhərindən məcburi köçkün düşdüyü zaman itmişdir. Ona görə də anası arxiv sənədlərini Mərkəzə təqdim etmişdir. Stajın tamam olması üçün 2 ay 28 gün lazımdır. Onun Hərbi Səfərbərlikdən arayışını da təqdim etmiş, lakin Mərkəz yenə də qəbul etməmişdir. Qeyd edilmişdir ki, atsının dünyasını dəyişdiyi vaxta qədər sosial sığorta hesabı olmuşdur. X1 əlində olan bütün sənədləri ilə “Dost” mərkəzinə təqdim etsə də yenə də etiraz cavabı alınmışdır. Təqdim olunan arxiv sənədlərində atasının sosial hesabında (21299,08) manat əmanət toplanmışdır. İddiaçı bu barədə Sosial Xidmətlər Agentliyinə də müraciət etmişdir. Atasının əmək kitabçası olmasa da onun bütün arayışları, stajı, oxuduğu təhsil ocağından da arayış təqdim olunmuş və iddiaçıdan 14 il staj tələb olunmuşdur. Atası 57 yaşında dünyasını dəyişmişdir. Onun hərbi bileti də itkin düşmüşdür. Lakin Arxiv sənədində aydın göstərilmişdir ki, xx.xx.1978-ci ildən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmişdir və həmin institutun nəzdində hərbi kafedra keçmiş və ona SSRİ MN-nin 194 №-li əmrinə əsasən xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi verilmişdir. Burada tələb olunan (2 ay) aydın şəkildə görünür hansı ki, 13 il 9 ay 8 gün halhazırda staj kimi yazılıb (14 il i tamamlayan (2 ay 23 gün) onun hərb kafedra keçmiş olanlara “sbor”a 2 ay, 3 ay müddətində çağırış olurdu. Həmin o çağırışa o zamanlar keçmiş “Kirovabad” indiki “Gəncə” şəhərində Zaqafqaziya hərbi qoşun birlyində “Sborda” olmuş 15 №-li əmrə əsasən atasına xx.xx.1989-cu ildə hərbi rütbə verilmişdir. Bütün bunlar arayışda təqdim olunmuşdur. Bütün tələb olunan sənədləri təqdim etsə də Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla kifayətlənmir və iddiaçının verdiyi sənədləri qənaətbəxş olmadığını deyirlər Tələbləri isə ağılasığmaz dərəcədə yanlışdır. X9 əmrlərin açıqlanmasının tələb olunması düzgün deyildir. İddiaçı və anasının adına yaşayış evi yoxdur. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyanın bərpa edilməsi üçün inzibati orqana xx.xx.2024cü il tarixdə müraciət etmiş, inzibati icraatın nəticəsi olaraq iddiaçıya xx.xx.2024-cü il tarixdə ailə başçısının itirməyə görə əmək pensiyanın bərpa edilməməsinə dair 3-17-1/2- R-56036/2024 nömrəli imtina məktubu ünvanlanmışdır. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1- ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatmamış, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşına çatanadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. İşin faktiki hallarına əsasən İddiaçı atası Məhərrəmov Mənsum İsa oğlunun vəfat etdiyi xx.xx.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun həmin tarixə qüvvədə olmuş 14.1.2 və 18.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 18.3-cü maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1 -ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Belə ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sosial sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdən etibarən dayandırılmışdır. Bildirilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Qeyd olunanlara hallara əsasən İddiaçı atası Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmçinin qeyd etməyi zəruri hesab edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil dövrü M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1 -ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət (pensiya hüququ olmadığı üçün) təyin edilib, xx.xx.2023-cü il tarixdən 120 manata çatdırılıb. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. İddiaçı “ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (112)-7836/2024 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7836/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1- R-233502/2023 nömrəli, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli qərarların ləğv edilməsi və İddiaçı ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sosial sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra bu hal cavabdeh tərəfindən müəyyən edilmiş və əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixdən etibarən dayandırılmışdır. Bildiririk ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 ildən) azdır. Qeyd olunanlara hallara əsasən İddiaçı atası Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə mübahisələndirilən qərarında qeyd edir ki, inzibati orqan tərəfindən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı hesablanarkən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmışdır. Azərbaycan SSR təhsil qanunvericiliyinə əsasən, tədris ili rəsmi olaraq sentyabr 1-i başlayıb 31 mayda başa çatırdı. Bu müddət ərzində ümumi təhsil müəssisələrində nəzəri və praktiki dərslər keçirilir, iyun ayında isə yekun imtahanlar təşkil edilirdi. Lakin cavabdeh orqan hesablama zamanı bu faktı nəzərə almadan tədris müddətinin bitməsi kimi xx.xx.1983-cü il tarixi nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən nəzərə alınmayan 1 ay 21 gün sığorta stajı kimi hesablamalıdır. Qeyd etməyi zəruri hesab edirik ki, iddiaçı tərəfindən təqdim edilmiş X11 Universitetininxx.xx.2023-cü il tarixli arxiv arayışında mərhum Məhərrəmov Mənsum İsa oğlunun xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı qeyd edilmiş və sözügüedən arayışa əsasən həmin dövrlər M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. Hesab edirik ki, məhkəmənin sözügedən arayışı gözardı edərək, heç bir normaya əsaslanmadan təhsil dövrünün xx.xx.1983-cü il tarixədək qəbul etməsi əsassız olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 8 nömrəli arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan sığorta stajının hesablanması zamanı 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçdiyi dövr də sığorta stajı hesablanarkən nəzərə alınmalı idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-ci maddəsinə müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sosial sığorta stajına daxil edilən müddət kimi nəzərədə tutulmuşdur. Qeyd olunan normanın mahiyyətindən də göründüyü kimi hərbi hissədə təlim müddətinin sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atasının ПМК 48 (передвежная механизированная колонна) hansı tarixdən xidmət etməsini təsdiq edən faktiki sənəd mövcud deyildir. Lakin Bakı şəhəri, Əzizbəyov rayonu Hərbi Komissarlığının Atttestasiya Şəhadətləndirilməsinə əsasən ПМК 48-də (передвежная механизированная колонна) xidmətdə olan leytenant Məhərrəmov Mənsum İsa oğluna növbəti hərbi rütbənin verilməsinə layiq olduğu qeyd edilmiş, odur ki, iddiaçının mərhum atasının həmin attestasiya şəhadətləndirilməsinin verildiyi anda (xx.xx.1988-ci ildə) artıq ПМК 48-də (передвежная механизированная колонна) xidmət etdiyinə dair şübhə yaranmadığından Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən ən azı həmin tarixdən hesablama aparılmalıdır. xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Odur ki, ən geci attestasiya şəhadətləndirilməsi (növbəti hərbi rütbənin verilməsinə dair təqdimat) verildiyi tarixdən (xx.xx.1988-ci il) baş leytenant hərbi rütbəsinin verildiyi tarixə qədər olan dövr (xx.xx.1989cu il) Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən nəzərə alınmalıdır (5 ay 21 gün). Qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə Məhərrəmov Mənsum İsa oğlunun stajının xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hesablanmalı olmasına dair hər hansı maddi hüquq normasına istinad etməmiş, məhkəmənin mövqeyi sadəcə mülahizəyə əsaslanmışdır. Məhkəmə qeyd edilən dövrlərin hərbi xidmət dövrünə aid olub-olmaması, olduğu təqdirdə sosial təminat hüququ baxımdan mərhumun stajına daxil edilibedilməməsi məsələsinə dair düzgün olmayan hüquqi mövqe göstərmişdir. Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətindən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət (pensiya hüququ olmadığı üçün) təyin edilib, xx.xx.2023-cü il tarixdən 120 manata çatdırılıb. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanununun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasənqəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt,ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 145 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının X1na Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1- R-233502/2023 nömrəli, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-317895/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-1/1-R-40144/2024 nömrəli qərarlar qəbul edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi X8 cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətin cavablandırılması haqqında məktubda qeyd edilmişdir ki, İddiaçı pensiya işində olan sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla) 13 il 9 ay 8 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (14 il) azdır. Qeyd olunanlara əsasən övladı İddiaçı Mənsum Məhərrəmovun ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, təqdim etdiyi xx.xx.2023-cü il tarixli arayışda qeyd olunan xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil dövrü M.Məhərrəmovun sığorta stajına daxil edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.4.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) ailə başçısını itirməyə görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 120 manata çatdırılıb. Qanunun 39.1 -ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məlumat üçün bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müraciətin araşdırılması zamanı müəyyən olunmuşdur ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sığorta stajı olmadığı halda, övladı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixindən dayandırılmışdır. Nəticədə Qanunun 39.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixindən (xx.xx.2023-cü il tarixli müraciətdən 3 il əvvələ) xx.xx.2023-cü il tarixinədək İddiaçı əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. İddiaçı bundan sonra məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atasının ПМК 48 (передвежная механизированная колонна) hansı tarixdən xidmət etməsini təsdiq edən faktiki sənəd mövcud deyildir. Lakin Bakı şəhəri, Əzizbəyov rayonu Hərbi Komissarlığının Atttestasiya Şəhadətləndirilməsinə əsasən ПМК 48-də (передвежная механизированная колонна) xidmətdə olan leytenant Məhərrəmov Mənsum İsa oğluna növbəti hərbi rütbənin verilməsinə layiq olduğu qeyd edilmiş, odur ki, iddiaçının mərhum atasının həmin attestasiya şəhadətləndirilməsinin verildiyi anda (xx.xx.1988-ci ildə) artıq ПМК 48-də (передвежная механизированная колонна) xidmət etdiyinə dair şübhə yaranmadığından Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən ən azı həmin tarixdən hesablama aparılmalıdır. xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Odur ki, ən geci attestasiya şəhadətləndirilməsi (növbəti hərbi rütbənin verilməsinə dair təqdimat) verildiyi tarixdən (xx.xx.1988-ci il) baş leytenant hərbi rütbəsinin verildiyi tarixə qədər olan dövr (xx.xx.1989-cu il) Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən nəzərə alınmalıdır (5 ay 21 gün).” Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən qəbul edilmiş ümümi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R- 233502/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/1- R-233502/2023 nömrəli, ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-233502/2023 nömrəli, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/1-R-317895/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-1/1-R-40144/2024 nömrəli qərarlar qəbul edilmişdir. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 87 nömrəli arayışına əsasən iddiaçının mərhum atası baş leytenanat Məhərrəmov Mənsum İsa oğlu xx.xx.1978-ci ilədn xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirmiş və həmin institutun nəzdində hərbi kafedra keçmiş və ona SSRİ MN-nin 194 №-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, Zaqafqaziya Hərbi qoşun Birliyinin 15 №-li əmrinə əsasən xx.xx.1989-cu ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 247 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı “Kütləvi-tətbiqi idman” fakültəsinin bakalavriat təhsil səviyyəsinin məşqçilik ixtisası üzrə (idman növü-güllə atıcılığı) əyani təhsilalma formasının İİ kurs tədris ilində 112A4 qrupunda ödənişli əsaslarla təhsil aldığı təsdiq edilmişdir. (hazırda İİİ kurs təhsil alır) İşin birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 8 nömrəli arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüftaı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” və “Sosial ödənişlər” altsisteminə əsasən mərhum Məhərrəmov Mənsum İsa oğluna hər hansı növ pensiya və ya müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. X3 müraciətinin araşdırılması zamanı müəyyən olmuşdur ki, mərhum Mənsum Məhərrəmovun qanunvericiliklə tələb olunan 14 il sığorta stajı olmadığı halda, övladı İddiaçı Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Nəticədə İddiaçı əmək pensiyası ləğv edilmiş və ona ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixindən (vətəndaşın xx.xx.2023cü il tarixli müraciətindən 3 il əvvəl) xx.xx.2023-cü il tarixinədək vətəndaşa ödənilmiş əmək pensiyası üzrə artıqvermə məbləği müəyyən edilmişdir. Həmin artıqvermə məbləği İddiaçı təyin edilmiş sosial müavinətdən xx.xx.2023-cü il tarixindən etibarən aylıq 24 manat məbləğində olmaqla tutularaq Fondun hesabına bərpa olunmaqdadır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla mərhum xx.xx.1961-ci il təvəllüdlü baş leytenant Məhərrəmov Mənsum İsa oğlunun şəxsi işinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” qanuna əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür) əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki işdə iddiaçının mərhum atasının 13 il 9 ay 8 gün sığorta stajına malik olması işin mübahisəsiz halıdır. Cavabdeh inzibati orqan tərəfindən mərhum Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı hesablanarkən xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı müddət nəzərə alınmışdır. Azərbaycan SSR təhsil qanunvericiliyinə əsasən tədris ili rəsmi olaraq sentyabrın 1-i başlayıb 31 mayda başa çatırdı. Bu müddət ərzində ümumi təhsil müəssisələrində nəzəri və praktiki dərslər keçirilir, iyun ayında isə yekun imtahanlar təşkil olunurdu. Lakin cavabdeh orqan hesablama zamanı bu faktı nəzərə almamış, tədris müddətinin bitməsi kimi xx.xx.1983-cü il tarixi nəzərə almışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan tərəfindən nəzərə alınmayan 1 ay 21 günü sığorta stajı kimi hesablanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli 8 nömrəli arayışına əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan Kənd Təsərrüftaı İnstitutunda təhsil almış və həmin institutun nəzdində hərbi kafedra keçmişdir. 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçmiş və SSRİ MN-nin 194№-li əmri ilə xx.xx.1983-cü ildə leytenant hərbi rütbəsi, xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 №-li əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdi ki, iddiaçının mərhum atasının sığorta stajının hesablanması zamanı onun 1983-cü il tarixdə N nömrəli hərbi hissədə N gün təlim keçdiyi dövrü də nəzərə almalı idi. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mərhum atasının ПМК 48 (передвежная механизированная колонна) hansı tarixdən xidmət etməsini təsdiq edən faktiki sənəd mövcud deyildir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Əzizbəyov rayonu Hərbi Komissarlığının Atttestasiya Şəhadətləndirilməsinə əsasən ПМК 48-də (передвежная механизированная колонна) xidmətdə olan leytenant Məhərrəmov Mənsum İsa oğluna növbəti hərbi rütbənin verilməsinə layiq olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən halı nəzərə alaraq hesab etmişdi ki, iddiaçının mərhum atasının həmin attestasiya şəhadətləndirilməsinin verildiyi anda (xx.xx.1988-ci ildə) artıq ПМК 48-də (передвежная механизированная колонна) xidmət etdiyinə dair şübhə yaranmadığından Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən ən azı həmin tarixdən hesablama aparılmalıdır. xx.xx.1989-cu ildə isə Zaqafqaziya Hərbi qoşun birliyinin 15 nömrəli əmrinə əsasən baş leytenant hərbi rütbəsi verilmişdir. Odur ki, ən geci attestasiya şəhadətləndirilməsi (növbəti hərbi rütbənin verilməsinə dair təqdimat) verildiyi tarixdən (xx.xx.1988-ci il) baş leytenant hərbi rütbəsinin verildiyi tarixə qədər olan dövr (xx.xx.1989-cu il) Məhərrəmov Mənsum İsa oğlunun stajı hesablanarkən nəzərə alınmalıdır. (5 ay 21 gün) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mərhum atası Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı cavabdeh qurumun iddia etdiyi kimi, 13 il 9 ay 8 gün deyil, məhz tələb olunan 14 ildən artıqdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi qərarlar cavabdeh qurum tərəfindən qəbul edilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət olunmamışdır. Bu səbəbdən iddiaçı mərhum atası Məhərrəmov Mənsum İsa oğlunun sığorta stajı 14 ildən çox olduğuna istinad edərək “Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarının ləğv edilməsi, ona əvvəllər ailə başçısını itirməyə görə təyin edilmiş pensiyanın bərpa edilməsini tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7836/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7836/2024 saylı 10 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X14 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar