Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1620/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1978-ci il tarixdə 39k saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən Azərbaycan Dağzənginləşdirmə k-t əsas təmir sahəsinə birinci dərəcəli yol fəhləsi qəbul edilmişdir. xx.xx.1979-cu il tarixdə 76k saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən şimal-qərb yatağına birinci dərəcəli köməkçi fəhlə keçirilmişdir. xx.xx.1979-cu il tarixdə 79k saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən Sovet Ordusu sıralarına çağırıldığına görə işdən azad edilmişdir. xx.xx.1981-ci il tarixdə 121/k saylı xx.xx.1981-ci il tarixli əmrə əsasən “Azmorneftstroy” TMİ-3 trestinə 3-cü dərəcəli kontruksiya montajçısı qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə 8/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən polad və dəmir-beton konstruksiyaların montajı üzrə 4-cü dərəcə verilmişdir. xx.xx.1983-cü il tarixdə 140/k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən polad və dəmir-beton konstruksiyaların montajı üzrə 5-ci dərəcə verilmişdir. xx.xx.1991-ci il tarixdə 18/k saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə 15 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən "xxxx" Kiçik Müəssisəsinə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə 21 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən öz xahişinə əsasən işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə 71 saylı xx.xx.1997-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Fərdi Əmək Müqavilələri (kontraktları) barədə” Qanun və onunla xx.xx.1997-ci il tarixdə tarixdə bağlanmış fərdi əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq “XDNTİ” TR-Tİ X1 texnoloji boru kəmərinin quraşdırılması üzrə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmişdir. xx.xx.1998-ci il tarixdə 44-k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən texnoloji boru kəmərinin quraşdırılması üzrə 6-cı dərəcəli quraşdırıcı təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə 223-k saylı xx.xx.1998-ci il tarixli əmrə əsasən əl ilə qaynaqda 6-cı dərəcəli elektrik qaynaqçısı keçirilmişdir. xx.xx.0001-ci il tarixdə 34 saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 70-A bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə 4-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 4-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 6-cı dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 114-k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına xx.xx.2005-ci il tarixdə 39 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 5 saylı sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixdə 268 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsi ilə 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına keçirilmişdir. xx.xx.2006-cı il tarixdə 268-k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2006-cı il tarixdə “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına onunla bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 5 saylı Dübəndi sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 17-k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətləri Departamentinə xx.xx.2007-ci il tarixdə 66/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən 8 saylı Təmir İstismar Sahəsinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 140/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Təmir İstismar Sahəsi Təmir Tikinti Sahəsi adlandırılmışdır. xx.xx.2001-ci il tarixdə 376/k saylı xx.xx.2011-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69- cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinə xx.xx.2012-ci il tarixdə 38-k saylı xx.xx.2012-cı il tarixli əmrə əsasən 1 №-li Nəqliyyat Sexinə 4-cü dərəcə ilə avtomobil sürücüsü qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə 409-k saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən təqdim edilmiş SOCAR**********30020123X00010 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" trestinin arxiv fondunun materiallarına əsasən: İddiaçı -xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixli 121/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) 3 nömrəli sahəyə 3-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı -xx.xx.1983cü il tarixindən xx.xx.1983-cü il tarixli 08/k nömrəli əmrə əsasən 4-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.1983-cü il tarixindən xx.xx.1983-cü il tarixli 140/k nömrəli əmrə əsasən 5-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçirilmişdir. İddiaçı- xx.xx.1991-ci il tarixindən xx.xx.1991-ci il tarixli 18/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. İddiaçı -xx.xx.1997-ci il tarixli 71/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin X3 5-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.1998-ci il tarixli 44/k nömrəli əmrə əsasən 6-cı dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.1998-ci il tarixli 223/k nömrəli əmrə əsasən 6-cı dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə keçirilmişdir. İddiaçı - xx.xx.2001-ci il tarixli 37/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 70- ci maddənin “a” bəndinə uyğun olaraq (idarənin ləğv edilməsi ilə əlaqədar) işdən azad edilmişdir. İddiaçı - xx.xx.2001-ci il tarixli 04/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2005-ci il tarixli 114/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı - xx.xx.2005ci il tarixli 39/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2006-cı il tarixli 268/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. İddiaçı - xx.xx.2006cı il tarixli 98/k nömrəli əmrə əsasən “Xəzərdənizneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2007-ci il tarixli 18/k nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının 35-ci maddəsinə (Ümumi peşələr üzrə) əsasən əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə 07 mart 2007-ci il tarixli, 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 12 mart 2007-ci il tarixli, 51 nömrəli və 14 mart 2007-ci il tarixli, 61 nömrəli əmrlərinə əsasən “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestinin (qeydiyyat tarixi: xx.xx.1997-ci il, qeyd.№D-2270) və “Azneft” İstehsalat Birliyinin “Azərdənizneftinşaat” trestinin (qeydiyyat tarixi: xx.xx.1994-cü il) bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir.
3. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən İddiaçı təqdim edilmiş SOCAR**********30490075X00097 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Müraciətdə qeyd edilən “konstruksiya quraşdırıcısı” peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X8 sorğu kitabçalarının işlənib hazırlanması haqqında" 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasında (hissə 3), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. Çalışdığı sahəyə uyğun olan, “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3} daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmirbeton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmirbeton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. Çalışdığı “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsi “Neft Daşları”nda yerləşmiş, fəaliyyətinin əsas istiqamətləri hidrotexniki qurğuların təmiri və tikintisi işləri olmuşdur.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********4 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən 13 iyul 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda, SOCAR-ın "xxxx" trestinin sizə dair 25 fevral 2022-ci il tarixli SOCAR**********30020123X00010 nömrəli və 15 fevral 2022-ci il tarixli SOCAR**********30490075X00097 nömrəli arxiv arayışlarında xx.xx.1981-xx.xx.1991ci il və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən trestin Tikinti Quraşdırma İdarəsində konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Sözügedən arayışlarda qeyd olunan məlumatlardan göründüyü kimi işlədiyi vəzifə qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 22 gün (xx.xx.1998xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005- ci il, xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq məlumatları əks etdirən iş yerinin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra baxılacaqdır.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" tresti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14-2-14/2-1050/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı “Xəzərdənizneftqaztikinti” trestinin X2 xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsində çalışmışdır. Əmək stajı 1 il 9 gün təşkil edir. İddiaçı işlədiyi texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsi Siyahının 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsinə 9 fevral 2024-cü il 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2.4-cü yarımbəndi ilə əlavə edilmiş “texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi ilə uyğunluq təşkil edir. “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının eyni adlı bölməsinin “a) fəhlələr” alt bölməsində də öz əksini tapmışdır (kod: 2290000а—14612). “Texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi isə həmin alt bölmədə yoxdur. "xxxx" tresti Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birbaşa tabeçiliyində olan dövlət müəssisəsi kimi “Azneft” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” və “Azərdənizneftinşaat” trestlərinin bazasında yaradılmışdır və həmin təşkilatların hüquqi varisidir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-1-63091/2024 saylı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndində (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı dair 13 iyul 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında, SOCAR-ın "xxxx" trestinin ona dair 15 fevral 2022-ci il tarixli SOCAR **********30490075X00097 nömrəli, 25 fevral 2022-ci il tarixli SOCAR **********30020123X00010 nömrəli arxiv arayışlarında və 13 iyun 2024-cü il tarixli 14- 2-14/2-1050/2024 nömrəli arayışında onun xx.xx.1981-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Azərdənizneftinşaat trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin arayışlarda qeyd olunan məlumatlardan göründüyü kimi polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinin əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmirbeton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmirbeton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir. Onun çalışdığı Azərdəmirneftinşaat trestinin 3 saylı Tikinti Quraşdırma idarəsi “Neft Daşları”nda yerləşmiş, işlədiyi vəzifənin funksiyaları yuxarıda qeyd olunan işlər deyil, hidrotexniki qurğuların təmiri və tikintisi işləri olmuşdur. Buna görə də İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az 09 il 4 ay (xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.1998-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il və xx.xx.2005- xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablayanaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961- ci il tarixində anadan olmuşdur. xx.xx.2021-ci il tarixində iddiaçının 60 yaşı tamam olub. xx.xx.2021-ci il tarixinə kimi iddiaçı ümumi 25 ildən və güzəştli şərtlərlə əmək pensiya hüququ verən sahə üzrə 12 il yarımdan çox sığorta stajına malik olmuşdur. Belə ki iddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində hərbi xidmətdə olub (2 il 7 gün); xx.xx.1981-ci il tarixdən xx.xx.1081-ci il tarixli 121/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə (Neft Daşları) 3 nmrəli sahəyə 3-cü dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə işə qəbul edilib; xx.xx.1983-cü il tarixdən xx.xx.1983- cü il tarixli 08/k nömrəli əmrə əsasən 4-ci dərəcəli konstruksiya quraşdırıcısı peşəsinə keçilmişdir; xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixli 140/k nömrəli əmrə əsasən 5- ci dərəcəli konstruksiya quraşdırıcısı quraşdrıcısı peşəsinə keçilmişdir; (cəmi 2 il 11 ay 8 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş); xx.xx.1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilib. xx.xx.1997-ci il il tarixli 71/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin X3 5-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir; xx.xx.1998-cü il tarixli 44/k nömrəli əmrə əsasən 6-ci dərəcəli texnoloji boru kəmərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə keçilmişdir; xx.xx.1998-cü il tarixli 223/k nömrəli əmrə əsasən 6-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə keçilmişdir; (3 il 4 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş) xx.xx.2001-ci il tarixdə idarənin ləğv edilməsi əsasıyla işdən azad edilib. xx.xx.2001-ci il il tarixli 37/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işə qəbul edilmişdir; (4 il 2 ay 7 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş) - xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilib; xx.xx.2005-ci il il tarixli 39/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində işə qəbul edilmişdir; (1 il 4 ay 3 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş) - xx.xx.2006-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilib; xx.xx.2006-cı il tarixli 98/k nömrəli əmrə əsasən “Xəzərdəniznedtqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6- cı dərəcəli elektrik qaynaqçısı peşəsində işə qəbul edilmişdir; (3 ay 18 gün güzəştli şərtlərlə pensiya hüququ verən iş) xx.xx.2007-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar və qaynaq aparan və elektrik peşəsi güzəştli iş kimi nəzərə alınmışdır. Göründüyü kimi iddiaçının 60 yaşı tamam olan günə kimi ümümi 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il yarımdan artıq stajı mövcuddur. İddiaçı 3 may 2022-ci il tarixində tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanı birdəfəlik hesablayaraq ona ödənilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 05 iyul 2022-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi konstruksiya quradırıcısının güzəştli peşə sahəsi kimi nəzərə alınmaması qeyd olunmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablayanaq ona ödənilməsi barədə qərar qəbul olunmalıdır.
9. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, , İddiaçı tərəfindən cavabdeh orqana güzəştli arayış qismində SOCAR-ın "xxxx" trestinin 25 fevral 2022-ci il tarixli SOCAR**********30020123X00010 nömrəli və 15 fevral 2022-ci il tarixli SQCAR**********30490075X00097 nömrəli arxiv arayışları təqdim edilmişdir. Sözügedən arxiv arayışlarda iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin X2 konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) sözügedən Arxiv arayışlarda göstərilməmişdir. Yuxarıda qeyd olunan səbəblərə görə, sözügedən arayışlarda qeyd olunan konstruksiya quraşdırıcısı vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr bəndinin (a) polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid olmağını müəyyən etmək olmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 22 gün (xx.xx.1998- xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2005-ci il, 11,07.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçının çalışdığı Azərdəmirneftinşaat trestinin 3 saylı Tikinti Qurşadırma idarəsi “Neft Daşları”nda yerləşmiş, işlədiyi vəzifənin funksiyaları hidrotexniki qurğuların təmiri və tikintisi işləri olmuşdur. Odur ki, iddiaçının işlədiyi vəzifə Siyahı üzrə müəyyən edilmiş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə aid deyil. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
18. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) 23.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-19-cu bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 24.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. 25.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi dövr 12 il 6 aydan az təşkil etdiyindən güzəştli iş stajı olmadığı üçün ona 57 yaşdan pensiya təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
26. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən, onun ümumi iş stajının 25 ildən artıq olduğu sübut olunur.
27. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
28. Bununla bağlı işin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) sorğu verilmişdir.
29. xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunun məzmunu iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubla eynilik təşkil edir.
30. İş materiallarından görünür ki, iddiaçının çalışdığı konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsi əmək kitabçasında qeyd edilsə də, ümumiyyətlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “fəhlə peşələri və qulluqçu vəzifələri üzrə ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin X8 sorğu kitabçalarının işlənib hazırlanması haqqında” 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.1997-ci il 16-4/1 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif- ixtisas sorğu kitabçasında (hissə 3), həmçinin bundan öncə qüvvədə olmuş SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nın 17 iyul 1985-ci il tarixli 226/125-15-88 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçasının (hissə 3) “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsində öz əksini tapmamışdır. “Konstruksiya quraşdırıcısı” adlı peşə "xxxx" trestində mövcud peşələr siyahısında yoxdur. Trestdə həmin peşəyə uyğun olan vəzifə “Tikinti, quraşdırma və təmir-tikinti” sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçasına (hissə 3) daxil edilmiş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” peşəsidir ki, onun da əsas iş nümunələri yığma dəmir-beton və beton bünövrə blokları, başlıq svay rastverklərinin bloklarının quraşdırılması, yığma dəmir-beton tirlərin quraşdırılması, yığma dəmir-beton sərnişin platformalarının quraşdırılması, körpü və estakadaların yığma dəmirbeton tavalarının qoyulması, tir, dayaq tiri və rigelin sütunlarla bitişmə yerlərinin tutulması, daimi bolt birləşmələrinin bərkidilməsi, yüksəkmöhkəmlikli boltların qurulması, qoyma detalların korroziyaya qarşı rənglənməsi, qoyma hissə bloklarının iriləşdirilmiş yığılması, qoyma hissələrin qabaqcadan qurulması, hidrotexniki qurğuların sürgülərini və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz) qoyulması, hidrotexniki qurğuların böyükqabaritli boru kəmərlərinin hissə və obeçaykaların yığılması və s. bu kimi işlərdən ibarətdir..
31. Kollegiya qeyd edir ki, “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır.
32. Göründüyü kimi iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsində və xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Xəzərdənizneftqaztikinti” trestinin X2 konstruksiya quraşdırıcısı vəzifəsində işləməsi həm iddiaçının əmək kitabçası, həm işəgötürən tərəfindən verilmiş arayışlarla təsdiq edilir və cavabdeh tərəfindən mübahisələndirilmir. Yuxarıda qeyd olunan müddətləri cavabdeh tərəfindən güzəştli staj kimi qəbul edilən 8 il 3 ay 22 gününün (xx.xx.1998-xx.xx.2007-ci illər) xx.xx.2006-cı ilə qədər olan illər ilə topladıqda iddiaçının güzəştli stajının 12 il 6 aydan artıq olması müəyyən olunur.
33. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, əmək kitabçasında natamam qeyd edilmiş “konstruksiya quraşdırıcısı” vəzifəsinə yeganə uyğun gələn - “polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı” vəzifəsində işləməsini cavabdeh tərəfindən qəbul edilməməsi və cavabdehin bu əsasla imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.
34. Nəzərə alınmalıldır ki, mövcud məhkəmə təcrübəsinə uyğun olaraq iddiaçıya əvvəllər verilməmiş hüquqlar sonradan Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təstiq edilmiş siyahı üzrə verilməsi (yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da həmin peşələr nəzərdə tutulmamışdır) "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” kimi qəbul edilərək tətbiq edilməsi mümkün olur.
35. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş siyahıda “Konstruksiya quraşdırıcısı” vəzifəsi iddiaçının işlədiyi müəssisələrdə mövcud olmamışdır və həmin peşəyə uyğun olan polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsi olmuşdur. “Polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (Siyahı) "xxxx" trestinin istehsalat sahələrinin aid olduğu 29-cu, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a) fəhlələr” alt bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi öz əksini tapmışdır.
36. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla və 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2019-cu ildən pensiya məbləğinin əldə etməsi hüququna malikdir. 38.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 39.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8242/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.