Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1621/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-879/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyə görə son müraciət etdiyi tarixdən əlillik dərəcəsinin verilməsi barədə inzibati akt qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı səhiyyə müəssisəsinin 2767003AACQ8 saylı göndərişi əsasında 1 oktyabr 2019-cu il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması və s. səbəblərdən (TSEK) imtina qərarı verilmiş, sonradan səhiyyə müəsisəsi tərəfindən 2767003AACSN nömrəli yeni göndəriş yazılıb reyestrə daxil edilmiş, bu dəfə də TSEK 27 dekabr 2019-cu tarixli cavabı ilə göndərişin natamam doldurulması səbəbindən əsassız imtina verilmiş, bundan sonra da səhiyyə müəssisəsi tərəfindən 2767003AACSN nömrəli yeni göndəriş yazılıb reyestrə daxil edilmiş, TSEK-in 27 dekabr 2019-cu tarixli cavabı ilə göndərişin natamam doldurulması səbəbindən əsasız imtina edilmişdir. İddiaçı hesab edir ki, imtinalar, o cümlədən, sonuncu imtinası əsassız və qanunsuz olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-879/2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı müraciət edilən tarixdən əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2055/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 501/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1621/2022 saylı 31 may 2022-ci il tarixli aralıq qərardadı ilə İddiaçı əlilliyinin səhiyyə müəssisəsinin son göndərişi əsasında, Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyinin iş üzrə xx.xx.2020-ci il tarixli T283/2020 nömrəli ekspert rəyi və qanunvericiliklə müəyyən olunan əlillik meyarları nəzərə alınmaqla, Tibbi Sosial Ekspert Komissiyasında 20 gün müddətində yenidən qiymətləndirilməsinin aparılması və nəticələrinə dair qəbul olunmuş qərar barəsində məhkəməyə məlumat verilməsi öhdəliyi cavabdeh Agentliyin üzərinə qoyulmuş və qərardad icra olunanadək iş təxirə salınmışdır. Cavabdeh Agentliyik tərəfindən həmin qərardad icra olunmuş və xx.xx.2022-ci il tarixində məhkəməyə daxil olmuş **********0 nömrəli 2007.2022-ci il tarixli məktubu ilə aşağıdakılar bildirilmişdir: “İddiaçı 07 iyul 2022-ci il tarixdə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuş, hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndəriş və tibbi sənədlərində qeyd edilmiş diaqnoz və ağırlaşmalar –anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq İddiaçı “ümumi xəstəlik” səbəbi ilə müdddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır.ünvanlayaraq ətərəfindən Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadının icra olunması barədə məktubu daxil olmuşdur.” Hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı həmin məktubda qeyd olunanları təsdiq edərək, xəstəliyi üzrə ona üçüncü dərəcəli əlillik verildiyini bildirərək, iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. İşin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunanlardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mübahisə ilə bağlı tələbi təmin edilərək bu barədə müvafiq qərar qəbul olunmuş, bununla da tərəflər arsındakı mövcud olan məhkəmə mübahisəsi aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də, prosessual qanunvericiliyin qeyd olunan tələbləri baxımından, məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçının “əlillik dərəcəsinin verilməsi tələbinə dair” iddiasının təmin edildiyini və tərəflər arasındakı mövcud mübahisənin aradan qalxaraq öz həllini tapdığını nəzərə alaraq yekunda belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 90 və 94-cü maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1621/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1621/2022
06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver