Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1621/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X10 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi vəkil X7, üçüncü şəxs Xalidə Alıyevanın nümayəndəsi vəkil X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X11, X12 və X6) “üçüncü şxslərin qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun mülkiyyətində olan ünvan 1 ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 12) ünvanından X8, X11, X12 və X2 qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırlıq mərhələsində məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qeydiyyatdan çıxarılmaları tələb edilən - X8, X11, X12 və X6 üçüncü şəxs qismində cəlb edilmişlər. İddianın əsaslarına görə ünvan 1 ünvan: ünvan 38 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 kv.m olan fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış alarkən ona məlum olmuşdur ki, tanımadığı, həyatda heç vaxt üzünü görmədiyi, hər hansı əlaqədə olmadığı şəxslər onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadırlar. xx.xx.2022-ci il tarixdə verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, X8, X11, X12 və X6 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1724 saylı arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında xx.xx.2015-ci ildən hazırkı vaxtadək İddiaçı ailə üzvləri: həyat yoldaşı X9, oğlu Davud Babək oğlu və qızı Məryəm Babək qızı ilə birlikdə yaşayır. Üçüncü şəxlər həmin ünvanda yaşamasalar da, həmin ünvanla bağlı hər bağlı hər hansı əlaqələri olmasa da formal olaraq qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneədir. Üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin məhkəməyə iddia ərizəsinə etirazı daxil olmamış, məhkəmə iclasında iştirak edən üçüncü şəxslər isə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətləri aşağıdakılarla əsaslandırılmışdır: Qərar qanunsuz və əsassızdır. Belə ki, iş materialarında Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanında iki ayrı fərdi yaşayış evinin olmasına dair heç bir sübut yoxdur. Bundan başqp üçüncü şəxsələrin həmin ünvanda faktiki yaşamaları faktı da sübut olunmamışdır.Həmin ünvanda iki fərdi yaşayış evi yoxdurÜçüncü şəxslər iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ərazidən 4 küçə aralıda yerləşən fərdi evdə yaşayırlar Hətta məhkəmənin sadladığı sübutlar sıyahısından DaşıFnmaz Əmlakın Dövlət Kadastrı və Restrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda da bildirilmişdir ki, üçüncü şəxslərin həmin ünvanda fərdi yaşayış evinə dair istifadə hüquqları qeydə alınmamışdır. Məhkəmə, məhkəmə düzgün araşdırma aparmamış və düzgün hüquqi nəticəyə gəlməmişdir. Ən azından məhkəmə üçüncü şəxslərin kommunal ödənişlərinin hansı ünvana gəlməsini, üçüncü şəxslərələ kommunal xidmətlərin (qaz, su, el.enerjisi və s.) göstərilməsi barədə müqavilələrin hansı ünvana bağlanması məsələləri araşdırmalı idi . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi İ.Rzazadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, üçüncü şəxsin nümayəndəsi vəkil A.Cavadov isə iki evin bir ünvanı olduğunu və X.Alıyevanın öz aliə üzvləri ilə birlikdə özlərinə məxsus fərdi yaşayış evlərində yaşadıqlarını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarını qüvvdə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, cavabdeh isə məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvan: ünvan 9rləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə iddiaçının xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Cavabdehin işə əlavə olunan iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan isə görünür ki, üçüncü şəxslərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, O.Əliyev küçəsi, ev 14 ünvanından pasport qeydiyyatından çıxarılması barədə ərizəsi, cavabdeh polis orqanı tərəfindən təmin olunmamış, həmin ünvandan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olduğundan müraciətin müsbət həllinin mümkün olmadığı bildirilərək, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, adıçəkilən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; https://www.e-qanun.az/framework/3988 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; https://www.e-qanun.az/framework/3988 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Qanunun qeyd olunan tələbi baxımından, birincisi, qeyd olunmalıdır ki, iddiaçı tərəfindən qanunda göstərilən hallardan hər hansı birini təsdiq edən sənəd cavabdeh qeydiyyat (Polis) orqanına təqdim olunmamışdır. İkincisi, iddiaçının həmin ünvana mülkiyyət hüquqnu təsdiq edən daşınmaz əmlakın reystrindən çıxarışının olmasına və üçüncü şəxslərin ona məxsus fərdi yaşayış evində yaşamadıqlarına gəldikdə isə bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında Plenum tərəfindən isə qərarı alınmışdır ki: “2 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” X1 qərarıdan göründüyü kimi, burada mülkiyyətçiyə məxsus evdə faktiki yaşamayan və onun evinə əmlak hüququ mövcud olmayan mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmış şəxslərin mülkiyyətçinin onun evindən qeydiyyatdan çıxarılması ehtiva olunur. Konkret halda isə üçüncü şəxslər, mübahisələndirilən ünvana qeydiyyta iddiaçının razılıq ərizəsinə əsasən alınmamış, onların yaşayış yeri üzrə ünvanı, sadəcə olaraq, iddiaçı ilə eyni bir ünvan olsa da, sonuncudan aralı olan ayrıca bir, daşınmaz əmlakın dövlət reyestrində hələ qeydiyyatdan keçməyən, fərdi evdə yaşayırlar və öz təşbbüsləri ilə də məhkəmədə qaldırdıqları iddianın müsbət həllinin nəticəsi olaraq, həmin evə qeydiyyata düşmüşlür və onların iddiaçının evinə dair hər hansı bir əmlak davaları yoxdur. İddiaçının özü tərəfindən də, məhz, təsdiq olunur ki, üçüncü şəxslər ondan 4 küçə aralı məsafədə öz evlərində yaşayırlar. İşin qeyd olunan faktiki halları işə əlavə olunmuş aşağıdakı sübutlarla da təsdiq olunur: Belə ki, İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 2- 527/2006 nömrəli, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, üçüncü şəxs X5 və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oqtay Əliyev küçəsi, 14 saylı evdə qeydiyyata alınmaları Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və X3 havalə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin işə əlavə olunmuq yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, onlar Suraxanı rayonu, Əmircan qəsəbəsi, Oqtay Əliyev küçəsi, ev 14 (yeni ünvan: ünvan 10ydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinin 1-ci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Məcəllənin qeyd oluunan tələbləri də nəzərə alınmaqla, üçüncü şəxslər öz evinin faktiki sahibi olduqları və həmin evə məhkəmə qərarı əsasında qeydiyyata alındıqları və faktikii olaraq yşadıqları halda, onlar evin mövcud ünvanından da istifadə etmək hüququna malikdirlər. Çünki, qeyd olunduğu kimi, həmin fərdi yaşayış evi onların sahibliyində və istifadəsində olan ayrıca bir daşınmaz əmlkdır. Belə olan halda, cavabdeh tərəfindən onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları hüquq və azadlıqlarının pozulmasını ehtiva etmiş olar. Beləliklə də, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçıya üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina olunması ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğundur. Qanuni imtina isə iddiaçının hüquq və azadlıqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini, o cümlədən, qeydiyyat və ünvan verilməsi sahəsində heç bir səlahyyyətə malik olmayan, xidmət sahəsində fəaliyyət göstərən təşkilatlarla üçüncü şəxslər arasında bağlanmış müqavilələrində və ödəniş qəbzlərində ünvanların araşdırılmadığını, qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9806/2022 saylı 2-1(112)-9806/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9806/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.