Məhkəmə qərarları › İş №2-1(103)-1621/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1621/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1621/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X20 və qeyriləri) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Taşdemirovna, üçüncü şəxslər X7, X25, X26, X27 və X11 vəkili X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı X20 və qeyr. üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxslər tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ

1. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ½ hissə ilə İddiaçı (xx.xx.2017-ci ildə), ½ hissə ilə X10 adına (xx.xx.2024-cü ildə) qeydə alınmışdır.

2. xx.xx.2024-cü il tarixdə “Asan 7” tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1939-cu il təvəllüdlü X16, xx.xx.1978-ci il təvəllüdlü X25, xx.xx.1957-ci təvəllüdlü X2, xx.xx.1956-cı il təvəllüdlü X26, xx.xx.1958-ci il təvəllüdlü X3, xx.xx.1949-cu il təvəllüdlü X31, xx.xx.1956-cı il təvəllüdlü X17, xx.xx.1979-cu il təvəllüdlü X18, xx.xx.1963-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü-X28, xx.xx.1981-ci il təvəllüdlü X27, xx.xx.2015-ci il təvəllüdlü X29, xx.xx.2011-ci il təvəllüdlü X32, xx.xx.1977-ci il təvəllüdlü X33, xx.xx.1971-ci il təvəllüdlü X21, xx.xx.1992-ci il təvəllüdlü X34, xx.xx.2007ci il təvəllüdlü X39, xx.xx.1989-cu il təvəllüdlü X35, xx.xx.2018-ci il təvəllüdlü X40, xx.xx.1994-cü il təvəllüdlü X30, xx.xx.2011-ci il təvəllüdlü X56, xx.xx.1966-cı il təvəllüdlü X41, xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.1960-cı il təvəllüdlü X42, xx.xx.1952-ci il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X43, xx.xx.2016-cı il təvəllüdlü X23, xx.xx.1985-ci İİ təvəllüdlü X36, xx.xx.1968-ci il təvəllüdlü X48, xx.xx.2009-cu il təvəllüdlü X24, xx.xx.2013-cü il təvəllüdlü X37 ünvan 1 ünvanında qeydiyyatdadır.

3. Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, sorğuda qeyd edilən ünvan 3 ünvana tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı 4-cü Sıranın müxtəlif yerlərində bir neçə ayrı fərdi yaşayış evinin olduğu müəyyən olunmuşdur. Nümayəndəlikdə həmin ünvanların ayrı-ayrı ev kitabları mövcuddur və kitablara əsasən sözügedən fərdi yaşayış evlərində sorğuda adları qeyd olunan şəxslər daimi pasport qeydiyyatındadırlar və yaşayırlar.

4. Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yuxarıda adları çəkilən üçüncü şəxslərin iddiaçıya məxsus mübahisəli ünvana qeydiyyata düşmələrinə əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması mümkün olmamışdır.

5. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən yuxarıda adları çəkilən üçüncü şəxslərin iddiaçıya məxsus mübahisəli ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan Binəqədi RPİ) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilərək, mülkiyyətində olan ünvan 1 ünvanından üçüncü şəxslər xx.xx.1939-cu il təvəllüdlü X16, xx.xx.1978-ci il təvəllüdlü X25, xx.xx.1957-ci təvəllüdlü X2, xx.xx.1956-cı il təvəllüdlü X26, xx.xx.1958-ci il təvəllüdlü X3, xx.xx.1949-cu il təvəllüdlü X31, xx.xx.1956-cı il təvəllüdlü X17, xx.xx.1979-cu il təvəllüdlü X18, xx.xx.1963cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü-X28, xx.xx.1981-ci il təvəllüdlü X27, xx.xx.2015-ci il təvəllüdlü X29, xx.xx.2011-ci il təvəllüdlü X32, xx.xx.1977-ci il təvəllüdlü X33, xx.xx.1971-ci il təvəllüdlü X21, xx.xx.1992-ci il təvəllüdlü X34, xx.xx.2007-ci il təvəllüdlü X39, xx.xx.1989-cu il təvəllüdlü X35, xx.xx.2018-ci il təvəllüdlü X40, xx.xx.1994cü il təvəllüdlü X30, xx.xx.2011-ci il təvəllüdlü X56, xx.xx.1966-cı il təvəllüdlü X41, xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.1960-cı il təvəllüdlü X42, xx.xx.1952-ci il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X43, xx.xx.2016-cı il təvəllüdlü X23, xx.xx.1985-ci İİ təvəllüdlü X36, xx.xx.1968-ci il təvəllüdlü X48, xx.xx.2009-cu il təvəllüdlü X24, xx.xx.2013cü il təvəllüdlü X19 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evdə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etsə də müraciəti təmin olunmamış və ona izah olunmuşdur ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması yalnız məhkəmə qərarı əsasında mümkündür.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X16, X25, X1 Novruz Cavad oğlu, X3, X31, X17, X18, X4, X28, X27, X29, X32, X33, X51, qızı, X34, X39, X35, X47, X30, X56, X41, X22, X42, X7, X43, X12, X36, X48, X24, X37 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X20 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsalar da o, faktiki olaraq həmin ünvanda yaşamır və iddiaçı onların əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir.

13. Həmçinin qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər.

14. Üçüncü şəxslər apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə pasport qeydiyyatından çıxarılmış apellyasiya şikayətini vermiş üçüncü şəxsləri məhkəmə iclasına dəvət etmədən qərar qəbul edərək onların hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmə qərarında deyilir ki, “Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, lakin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir”. Məhkəmə şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada üçüncü şəxslərin də xəbərdar edildiyini bildirsə də, əslində həmin 31 nələr 3-cü şəxsdən birinə belə rəsmi və ya qeyri rəsmi bildiriş göndərməyib. Bununla məhkəmənin həmin şifahi məhkəmə baxışı iclasının yeri vaxtı barədə qanunla müəyyən olunmuş qaydada 31 nəfər 3-cü məlumatlandırmadığı öz təsdiqini tapır. Məhkəmə işi təfsilatlı araşdırmadan qərar qəbul etmiş, Binəqədi RİHB- nın M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 iyul 2024-cü il tarixli cavab məktubuna əhəmiyyət vermədən qərar qəbul edərək qanunvericiliyi kobud şəkildə pozmuşdur. Belə ki, Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, sorğuda qeyd edilən ünvan 3 ünvana tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı 4- cü Sıranın müxtəlif yerlərində bir neçə ayrı fərdi yaşayış evinin olduğu müəyyən olunmuşdur. Nümayəndəlikdə həmin ünvanların ayrı-ayrı ev kitabları mövcuddur və kitablara əsasən sözügedən fərdi yaşayış evlərində sorğuda adları qeyd olunan şəxslər daimi pasport qeydiyyatındadırlar və yaşayırlar. Göründüyü kimi, İcra Nümayəndəliyi Məhkəməyə bildirir ki, biz baxış keçirdik, mübahisəli ünvanda bir neçə ev var. Yəni həmin ünvanda iddiaçıya məxsus ev olduğu kimi, həm də üçüncü şəxslərə məxsus evlər var və sorğuda adları qeyd edilən üçüncü şəxslər həmin evlərdə, yəni öz evlərində daimi pasport qeydİyyatındadırlar və orada yaşayırlar. Məhkəmə “Binəqədi RPİ-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuş yuxarıda adları çəkilən üçüncü şəxslərin iddiaçıya məxsus mübahisəli ünvana qeydiyyata düşmələrinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə” dair məlumatı nəzərə almış, lakin “Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmiş həmin ünvanların ayrı-ayrı ev kitabları mövcuddur və kitablara əsasən sözügedən fərdi yaşayış evlərində sorğuda adları qeyd olunan şəxslər daimi pasport qeydiyyatındadırlar və yaşayırlar” nədənsə nəzərə almamış, bununla qanunvericiliyi kobud şəkildə pozmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.”

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası mübahisəyə dair iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən, yəni birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. İş üzrə əlavə araşdırmanın və onun nəticəsində asılı olaraq müvafiq qiymətləndirmənin aparılması zəruri olduğu üçün mübahisəyə dair hazırkı mərhələdə yekun qərarın çıxarılması mümkün deyildir. Buna görə də, iş təkrar birinci instansiya məhkəməsinə göndərilməlidir.

27. Belə ki, İnzibati Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu halda inzibati məhkəmədə icraatı zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər

28. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd edilən əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırılması aparılmalı olduğu halda həmin araşdırma aparılmamışdır.

29. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı mülkiyyətində olan ünvan 1 ünvanından üçüncü şəxslər xx.xx.1939-cu il təvəllüdlü X16, xx.xx.1978-ci il təvəllüdlü X25, xx.xx.1957-ci təvəllüdlü X2, xx.xx.1956-cı il təvəllüdlü X26, xx.xx.1958-ci il təvəllüdlü X3, xx.xx.1949-cu il təvəllüdlü X31, xx.xx.1956-cı il təvəllüdlü X17, xx.xx.1979cu il təvəllüdlü X18, xx.xx.1963-cü il təvəllüdlü X4, xx.xx.2011-ci il təvəllüdlü-X28, xx.xx.1981-ci il təvəllüdlü X27, xx.xx.2015-ci il təvəllüdlü X29, xx.xx.2011-ci il təvəllüdlü X32, xx.xx.1977-ci il təvəllüdlü X33, xx.xx.1971-ci il təvəllüdlü X21, xx.xx.1992-ci il təvəllüdlü X34, xx.xx.2007-ci il təvəllüdlü X39, xx.xx.1989-cu il təvəllüdlü X35, xx.xx.2018ci il təvəllüdlü X40, xx.xx.1994-cü il təvəllüdlü X30, xx.xx.2011-ci il təvəllüdlü X56, xx.xx.1966-cı il təvəllüdlü X41, xx.xx.2005-ci il təvəllüdlü X22, xx.xx.1960-cı il təvəllüdlü X42, xx.xx.1952-ci il təvəllüdlü X7, xx.xx.1997-ci il təvəllüdlü X43, xx.xx.2016-cı il təvəllüdlü X23, xx.xx.1985-ci İİ təvəllüdlü X36, xx.xx.1968-ci il təvəllüdlü X48, xx.xx.2009cu il təvəllüdlü X24, xx.xx.2013-cü il təvəllüdlü X19 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

31. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

32. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

33. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

34. Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: a) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; b) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; c) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; ç) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; d) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; e) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”.

37. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə iddianın təmin edilməsi nəticəsinə gələrkən – üçüncü şəxslərin mübahisəli ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq həmin ünvanda yaşamadıqları və iddiaçının onların əvəzinə əlavə kommunal xərcləri ödəməsinə əsaslanmışdır.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları ilə bağlı məsələni tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

39. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ½ hissə ilə İddiaçı (xx.xx.2017-ci ildə), ½ hissə ilə X10 adına (xx.xx.2024-cü ildə) qeydə alınmışdır.

40. Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, “... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. ...” Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq apelyasiya şikayəti pozulması ehtimal olan hüquq və mənafelərlə bağlı olaraq verilir.

41. Belə olan halda, hazırki işin faktiki hallarından görünür ki, X8 iddiasının təmin edilməsi ilə hazırki iş üzrə üçüncü şəxslərin qeydiyyat yeri üzrə qanunla müəyyən edilmiş hüquqlarının pozulması ehtimal ediləndir.

42. Odur ki, birinci instansiya məhkəməsi qeyd edilən istiqamətdə araşdırma aparmalı, müvafiq sorğular verməli və yaşayış sahəsinə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınıb-alınmamaları, qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid yaşayış sahəsində faktiki yaşayıb-yaşamamaları və qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxslərin iddiaçıya aid fərdi yaşayış evinə əmlak hüquqlarının mövcud olubolmaması, həmçinin, eyni ünvanda bir neçə yaşayış evinin yerləşib-yerləşmədiyini müəyyənləşdirməli və əmlakın digər payçısısını hazırkı iddia tələbi ilə razı olub-olmaması, zərurət olduqda onun 3-cü şəxs qismində icrata cəlb edilib-edilməməsi məsələləri araşdırılmalıdır.

43. Həmçinin, birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər.

44. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

45. Qeydiyyat haqqında qanunvericilik fiziki şəxsin məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir. Bu mənada üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan əmlakla eyni ünvanda qeydiyyatda qalmaları onların iddiaçıya aid fərdi yaşayış evinə hər hansı əşya hüququnun olması anlamına gəlmir. Eyni zamanda üçüncü şəxslərin həmin ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının, o cümlədən sözügedən əmlaka müstəqil sərəncam vermək imkanlarını da məhdudlaşdırmamalıdır.

46. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 3.2ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

47. Həmin Qaydaların 3.3-cü maddəsinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir.

48. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir.

49. İş materiallarında olan Binəqədi RİHB-nın M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 iyul 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, sorğuda qeyd edilən ünvan 3 ünvana tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı 4-cü sıranın müxtəlif yerlərində bir neçə ayrı fərdi yaşayış evinin olduğu müəyyən olunmuşdur. Nümayəndəlikdə həmin ünvanların ayrı-ayrı ev kitabları mövcuddur və kitablara əsasən sözügedən fərdi yaşayış evlərində sorğuda adları qeyd olunan şəxslər daimi pasport qeydiyyatındadırlar və yaşayırlar.

50. Lakin birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan iddianın təmin edilməsi barədə əsaslandırılmamış nəticəyə gəlmişdir.

51. Məhkəmənin bu cür araşdırması, İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

52. Odur ki, işə birinci instansiya məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar araşdırılmalı, bu hallara qiymət verilməli, bundan sonra əsaslandırılmış qərar qəbul edilməlidir.

53. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları tam və ətraflı araşdırmadan, onlara düzgün hüquqi qiymət vermədən iddianı təmin etməkdə haqlı olmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bu səbəbdən də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar