Məhkəmə qərarları › İş №2-1(103)-1624/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1624/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1624/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-2947/2021 saylı qərarından iddiaçının qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (iddiaçı X2 atasıdır) 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Seyid Mahmudlu kəndindən məcburi köçkün düşmüşdür. Bakı şəhərində ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışlar. 01.11.2003-cü il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 30.10.2004-cü il təvəllüdü X10 doğulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli 2(001)-12890/2017 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Arvadı məcburi köçkün deyil, onunla boşandıqdan sonra uşaq anasının himayəsinə verilmişdir. Özü məcburi köçkündür, vəsiqə ilə təmin edilmişdir və İ Qarabağ müharibəsi iştirakçısıdır. X4 İ Qarabağ müharibəsində şəhid olmuşdur. X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün Komitəyə müraciət etmiş, lakin Komitə tərəfindən 01/23392 nömrəli 04.11.2020-ci il tarixli məktubla cavab verilərək, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası” “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yei üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsinin nəzərdə tutulduğu bildirilərək, imtina edilmişdir. Hesab edir ki, cavabdehin məcburi köçkün statusunun verilməsindən imtina etməsi qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 02.12.2020-ci il tarixli sərəncamı ilə əsl olmayan İddiaçı əsl iddiaçı X10 ilə əvəz olunmaqla, İddiaçı sonuncunun qanuni nümayəndəsi kimi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-2947/2021 saylı qərarı ilə qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə iddiaçı X2 ona məcburi köçkün statusunun verilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-2947/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, o, qızının atası olaraq atalıq hüququndan məhrum edilməmişdir. Hər ay öz öhdəsinə düşən aliment məbləğini tam və vaxtında ödəyir. Keçmiş həyat yoldaşı ilə də bu barədə heç bir fikir ayrılığı olmayıb. Onun məcburi köçkün statusunun olması "Azərbaycan Respublikası Məcburi köçkünlərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qayda"larına əsasən qızınında məcuri köçkün statusunun alması anlamını verir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-2947/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, iddiaçı X10 30.10.2004-cü ildə doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evi tərəfindən 06 yanvar 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 562349 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 30 oktyabr 2004-cü ildə Bakı şəhərində doğulmuş X2 atası İddiaçı, anası isə X3r. - Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayonu sektoru tərəfindən verilmiş 6964 №li 25.11.2020-ci il tarixli arayışda göstərilmişdir ki, X1 rayonundan məcburi köçkün kimi Bakı şəhəri, 9-cu mikrorayon, H.Babaşov küçəsi, 9 saylı TTYS-nin həyətində müvəqqət məskunlaşmışdır. - Füzuli rayonu İcra hakimiyyət başçsının Mirzəcamallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 33 № li 26.02.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 33 (otuz üç) manat yemək xərci müavinəti alır. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1975-ci ildə doğulmuşdur. - AA seriyalı 437230 №li “Məcburi köçkün vəsiqəsi”nin (7124) surətindən müəyyən olunur ki, qeyd olunan vəsiqə 1975-ci ildə Füzulirayonunda doğulmuş, 1993-cü ildə daimi yaşayış yeri olan Füzuli rayonunu tərk etmiş İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 30.10.2019-cu il tarixli qərarına əsasən verilmişdir. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 04.08.1970-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ASAN-3 tərəfindən verilmiş ******* №li 29.01.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, 04.08.1970-ci ildə Tovuz rayonunda doğulmuş X9 ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-12890/2017 №li iş üzrə çıxartdığı 13.12.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək, Nəsirov X5 Sevinc İbrahim qzı arasında 01.11.2003-cü il tarixdə bağlanmış, 33 saylı qeydlə qeydə alınmış nikahlarının pozulması, tərəflərin birə nikahdan olan 30.10.2004-cü il təvəllüdlü X2 anası X8 himayəsində saxlanılması, İddiaçı tərəflərin birgə nikahından olan övladları 30.10.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,6 manat sabit pul şəklində almentin tutularaq, X7 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 23.02.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 372167 №li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X9 arasında olan nikaha Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsinə əsasən xitam verilmişdir və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 20.11.2019-cu ildə 551 nömrə ilə qeyd edilmişdir. - İddiaçının hazırkı tələblə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 04 noyabr 2020-ci il tarixli 01/23392 №li cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərlə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə görə,valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış (16 yaşlı) uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1, 9, 10, 12-ci maddələrini, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndini, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə iddiaçı X2 ona məcburi köçkün statusunun verilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Eyni zamanda iddiaçıya izah olunmuşdur ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni inzibati aktı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Baxılan iş üzrə cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Məktubda konkret olaraq ərizəçinin müraciətinin icra edilməsindən imtina edilməmiş, inzibati orqan imtina haqqında qanunda göstərilmiş formada inzibati qərar qəbul etməmişdir, sadəcə iddiaçıya qanundan çıxarış təqdim etmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X2 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-2947/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar