Məhkəmə qərarları › İş №2-1(103)-1624/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1624/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1624/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ona güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 20 sentyabr 2017-ci il tarixdən həmin Qanunun İV fəslində müəyyən edilmiş “Pensiyaların hesablanması” qaydasında güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1960-cı il tarixdə doğulmuşdur, 1975-1978-ci illərdə Peşə təhsili məktəbində oxumuşdur, 1978-ci ildə əmək fəaliyyətinə başlamışdır, 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən əmək fəaliyyətinə başlamışdır və hal-hazıra qədər işləməklə ümumilikdə 40 ildən yuxarı əmək stajına malikdir və həmin əmək stajından 14 il 5 ay 22 gün zərərli əmək şəraitində işlədiyi dövrü əhatə etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajına aiddir. Qanunvericiliklə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ əldə etmişdir. Ona görə də müvafiq sənədlərlə ona 57 yaşdan etibarən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 18 mart 2021-ci ildə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə ayidiyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin,vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərində xx.xx.1988-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərətsüd” X10 Birliyinin texnoloji sexində kompressor maşinisti vəzifəsində işlədiyi qeyd edilmişdir. Adı çəkilən müəssisə tərəfindən ona dair 30 dekabr 2020-ci il tarixli 1/33 nömrəli arayışda kompressor maşinisti vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq, Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Bundan sonra məktubda tələb olunan, qüzəştli şərtlərlə pensiya hüququ verən məlumatlara dair müvafiq rəsmi arayışları, o cümlədən “Azərkontrakt” SC-nin “Azərətsüd” X10 Birliyinin 17 iyun 2021-ci il tarixli 1/26 saylı, həmin Birliyin 30 dekabr 2020-ci il tarixli 1/33 saylı, Fövqəladə Hallar Nazirliyinin DMEA-nin “Qala” Kombinatının 16 avqust 2019-cü il tarixli, "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli arayışlarını, əmək kitabçasının təsdiq olunmuş surətini cavabdeh inzibati orqana ünvanlanmış ərizəyə əlavə edib göndərmişdir. Həmin arayışlarla təsdiq olunur ki, xx.xx.1988-ci ildən xx.xx.1997-ci ilədək işlədiyi “Azərətsüd” X10 İdarəsində güzəştli şərtlərlə əmək stajı 9 il 3 ay 23 gün, yenidən həmin idarədə işlədiyi xx.xx.2004-cü ildən xx.xx.2005-ci ilədək müddətdə 11 ay, həmçinin Fövqəladə Hallar Nazirliyinin DMEA-nın “Qala” Kombinatında işlədiyi xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək 4 il 2 ay 29 gün, ümumilikdə 14 il 5 ay 22 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. Müraciətinə cavab olaraq güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabdeh inzibati orqanın 14 sentyabr 2021-ci il tarixli məktubda göstərilir ki, ərizəyə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunmaqla, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Texniki peşə məktəbində təhsil aldığı müddət və həqiqi hərbi xidmətdə olduğu müddət onun ümumi əmək stajına daxil edilməklə 40 ildən artıq müddətə əmək stajına malik olduğundan ona əmək pensiyası 57 yaşdan, yəni 20 sentyabr 2017-ci il tarixdən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Cavabdeh inzibati orqanın hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq, ona münasibətdə 39.000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 26.274,58 manat təşkil etməsinə əsaslanmaqla ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etməsi əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermə anlayışı 10 mart 2017-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əlavə edilmişdir. O, isə 01 yanvar 2006-cı ilədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona yaşa və staja görə əmək pensiyası əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Cavabdehin iddiaya dair etiraz məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №-li və 17 iyun 2021-ci il tarixli 1/26 №-li arayışlarında xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X10 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 saylı qərarı ilə (hakim N.Abıyev) iddia tələbinin təmin edilməsi, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddia ərizəsinə etirazın məzmununa uyğun apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-3474/2022 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2104/2022 nömrəli, 16 sentyabr 2022-ci il qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2-1(112)-3474/2022 saylı qərarının dəyişdirilməsi, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğinin 18 mart 2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2375/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2104/2022 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin qərarında əksini tapmış müvafiq göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2017-ci il tarixindən (57 yaşı tamam olduğu gündən) güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı ildə doğulmuş, 1975-ci ildə Bakı şəhəri 68 nömrəli orta Texniki Məktəbə daxil olmuş və 1978-ci ildə aşpazçılıq peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmiş, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1978-ci ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 4-cü şöbəsinin nəzdində “Zaqulba” pansionatına 4-cü dərəcəli mövsümü aşpaz vəzifəsinə təyin olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1978-ci ildə Nərimanov rayon X6 birliyi 25 saylı yeməkxanaya 4-cü dərəcəli aşbaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1981-ci ildə Nərimanov rayon X6 birliyi fabrik-mətbəxə 4-cü dərəcəli aşbaz vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü ildə həmin yerdə 5-ci dərəcəli aşbaz kimi təsdiq edilmiş, xx.xx.1983-cü ildə Gəncə rayonunda həmin vəzifəyə (aşbaz) təyin olunmuş, xx.xx.1983-cü ildə 11 saylı yeməkxanada həmin vəzifəyə (aşbaz) keçirilmiş, xx.xx.1984-cü ildə işdən çıxarılmış, xx.xx.1984-cü ildə “Azərelektromaş” İstehsalat Birliyi BEMZ-də 30-cu sahəyə (qarışıq tullantıların toplanması və atılması üçün sənaye sahələrinin təmizlənməsi) 2-ci (ikinci) kateqoriyalı köməkçi işçi kimi qəbul edilmiş, xx.xx.1986-cı ildə 18-ci sahəyə metal konstruksiyaların yığımı üzrə 1-ci dərəcəli çilingər ixtisası verilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə yükdaşıyan vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 1 №-li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə həmin sexdə 4cü dərəcə verilmiş, xx.xx.1992-ci ildə 5-ci dərəcə verilmiş, xx.xx.1997-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1997-ci ildə “Bakı Soyuducu kombinatı”na kompressor sexinə 5-ci dərəcəli maşinist qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi 121 saylı MKİS-ə süpürgəçi qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2003-cü ildə “X9” ATSC-də kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmiş (xx.xx.2003-cü ildə “X9” ATSC ləğv olunub “X4 Bazası” ASC yaradılmışdır), xx.xx.2003-cü ildə “X4 Bazası” ASC-də “Kompressor üzrə maşinist vəzifəsinə” qəbul edilmiş, xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2004-cü ildə “Azərətsüd” X2 vəzifə maaşı əmək müqaviləsinə uyğun olaraq 1 №-li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2006-cı ildə "xxxx" ASC-də maya zavoduna kompressor üzrə maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə işdən azad olunmuş, xx.xx.2009-cu ildə həmin zavoda eyni vəzifəyə təyin olunmuş, xx.xx.2010-cu ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri, “Qala” kombinatının Soyuducu anbarının soyuducu qurğunun maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2016-cı ildə “İpək Yol” firmasında pivə zavoduna kompressor maşinisti vəzifəsinə qəbul olunub, xx.xx.2019-cu ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" ASC-də əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq üç ay müddətinə iki həftə sınaq müddəti ilə Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsinə kompressor üzrə operator peşəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X10 Birliyinin 1/33 №-li 30 dekabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı “Azərətsüdticarət” idarəsinin texnoloji sexinə xx.xx.1988-ci ildə yükdaşıyan vəzifəsinə qəbul olunub, xx.xx.1988-ci ildə 1 №-li kompressor sexinə 3-cü dərəcəli kompressor qurğularının maşinisti (zərərli əmək şəraitində) vəzifəsinə keçirilib, xx.xx.1988-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 4-cü dərəcə verilib, xx.xx.1992-ci il tarixdə kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 5-ci dərəcə verilib, xx.xx.1997-ci il tarixdə tutduğu vəzifədən azad olunmuşdur. Yenidən xx.xx.2004-cü il tarixdə “Azərətsüd” X3 1 №-li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi xx.xx.2005-ci il tarixdən ləğv edilib. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 6 saylı əmrinə və Dövlət qeydiyyatı haqqında xx.xx.1998-ci il tarixli D-127 saylı şəhadətnaməyə əsasən “Azərətsüdticarət” idarəsi “Azərətsüd” X7 hesab edilmişdir. İşlədiyi müddət ərzində zərərli əmək şəraitində işlədiyinə görə əmək haqqının 24 faiz əlavə və 13 təqvim günü əlavə məzuniyyət verilmişdir. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyəti “Azərətsüd” X10 Birliyi tərəfindən verilmiş 1/26 №-li 17 iyun 2021-ci il tarixli arayışda Birlik tərəfindən verilmiş 1/33 №-li 30 dekabr 2020-ci il tarixli məktubda göstərilmiş məlumatlar bir daha təsdiqlənməklə, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi haqqında 12 №-li qərarının “Ümumi peşələr” bölməsində ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti kimi güzəştli pensiya almaq hüququ var. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 Bakı şəhəri “Qala” kombinatı tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həmin Kombinatda xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixə qədər soyuducu qurğunun maşinisti vəzifəsində işləmişdir. Soyuducu qurğulara xidmət edən kompressor sexi ammonyakla işlədiyinə görə zərərli sex sayılırdı. Zərərli sex olduğu üçün əmək haqqının 12%-i zərərə görə hesablanıb və əmək məzuniyyətinə 6 gün əlavə verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35ci maddəsinin “Ümumi peşələr” siyahısında “Ammonyaklı soyuducu qurğuların maşinistləri” 40-cı bəndinə uyğundur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Cəmiyyətin Texniki istismar və təsərrüfat departamentinin Texniki şöbəsində kompressor vəzifəsində işləyir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş Ticarət Nazirliyinin Bakı şəhər Ticarət və İctimai İaşə Baş İdarəsinin Səbail rayon Ticarət-Tədarük Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 401 saylı sərəncamı ilə “X9” ASC yaradılmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1267/2000 saylı qətnaməsi ilə “X9” ASC-nin yaradılması haqqında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 401 saylı sərəncamı və bununla əlaqədar keçirilmiş ixtisaslaşdırılmış çek hərraclarının nəticələri etibarsız hesab edilmiş və ləğv edlmiş “X9” ASC-nin bazasında keçmiş DƏİE üzrə DK-nin xx.xx.2007-ci il tarixli 87 saylı əmri ilə "xxxx" MMC təsis olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 18 fevral 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Bakı Soyuducu Kombinatı” xx.xx.1994-cü il tarixdə KOL-1643 nömrəsi ilə dövlət qeydiyyatına alınmış və “Azərsənayetikinti” DŞ-nin tərkibinə daxil edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 01 mart 2022-ci il tarixli məktubu ilə "xxxx" MMC-nin və Bakı Soyuducu Kombinatının təsis sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətlərə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********4 №-li və 14 sentyabr 2021-ci il tarixli **********4 №-li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azərkontrakt” Səhmdar Cəmiyyətinin 30 dekabr 2020-ci il tarixli 1/33 №-li və 17 iyun 2021-ci il tarixli 1/26 №-li arayışlarda xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X10 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə qeyd olunan 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsinə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (04 il 01 ay 28 gün (xx.xx.2012- xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, iş materiallarında olan hərbi biletin, diplomun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. İddiaçının ümumi iş stajı işin mübahisələndirilməyən hallarındandır. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Ümumi peşələr” fəsli, kod 23200000; 23200000—14341 ilə qeyd olunmuş ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinistləri və 23200000—33775 ilə qeyd olunmuş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə işlərdə kompressor qurğularının maşinistləri peşələrinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2375/22 saylı, 27 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Beləliklə qeyd olunmalıdır ki, iddiaçının arayışında göstərilən ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsində çalışan şəxsin təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə həmin işlərlə məşğul olmasından ibarətdir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, bu bölmədə nəzərdə tutulmuş peşəyə münasibətdə həlledici məqam həmin peşənin aid olduğu sahə deyil, həmin peşə ilə məşğul olarkən şəxsin daim təmasda olduğu və tətbiq etdiyi kimyəvi maddələrin təhlükəlilik səviyyəsi ilə bağlıdır. Bu baxımdan iddiaçının həmin müəssisədə işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-14341 şifrəsi ilə qeyd edilmiş təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuların maşinisti peşəsinə uyğunluğu yoxlanılmalı və bunun nəticəsindən asılı olaraq iddiaçının həmin tarixlərdə topladığı əmək stajının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı olub-olmamasına qiymət verilməli idi. İddiaçının həmin peşədə çalışarkən onun təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrlə daim təmasda olub-olmadığı, eyni zamanda əmək fəaliyyəti zamanı istehsalat zərurəti ilə əlaqədar iddiaçının daha təhlükəli kimyəvi maddələrlə işləyib-işləmədiyi araşdırılmamışdır. İşə təkrar baxan apellyasiya məhkəməsi tərəfindən bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi müəssisələrə müvafiq sorğular göndərilməli, bununla bağlı iddiaçını iş yerindən müvafiq arayışlar tələb olunmalı və həmin xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. Ali Məhkəmənin müvafiq göstərişlərinə əsasən iddiaçının işlədiyi “Azərətsüd” X10 birliyinə sorğular verilmiş və həmin sorğulara: “Azərətsüd” X10 birliyi tərəfindən verilən 23 fevral 2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı həqiqətən «AZƏRƏTSÜDTİCARƏT» idarəsinin texnoloji sexinə xx.xx.1988-ci il tarixdə (əmr № 2, xx.xx.1988-ci il) yükdaşıyan vəzifəsinə qəbul olunub. xx.xx.1988-ci il tarixdə (əmr № 7, xx.xx.1988-ci il) l№-li kompressor sexinə 3-cü dərəcəli (ammonyaklı soyuducu qurğularına xidmət edən) kompressor qurğuların maşinisti (zərərli əmək şəraitində) vəzifəsinə keçirilib. xx.xx.1988-ci il tarixdə (əmr № 222, xx.xx.1988-ci il) kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 4-cü dərəcə verilib. xx.xx.1992ci il tarixdə (əmr № 72, xx.xx.1992-ci il) kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 5-ci dərəcə verilib. xx.xx.1997-ci il tarixdə (əmr № 43, xx.xx.1997-ci il Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən tutduğu vəzifədən azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın təsdiq edilməsi haqqında 12 №-li qərarının Ümumi peşələr bölməsində ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti kimi güzəştli pensiya almaq hüququ var. Yenidən xx.xx.2004cü il tarixdə (əmr № 12/k, xx.xx.2004-cü il) «AZƏRƏTSÜD» X3 l№-li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri (zərərli əmək şəraitində) vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (ərizəsi) əsasən xx.xx.2005-ci il tarixdən (əmr № 05/k, xx.xx.2005-ci il) ləğv edilib. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «AZƏRKONTRAKT» Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il 6 saylı əmrinə və Dövlət qeydiyyatı haqqında xx.xx.1998-ci il D-127 saylı şəhadətnaməyə əsasən «AZƏRƏTSÜDTİCARƏT» idarəsi «AZƏRƏTSÜD» X7 hesab edilir. “Azərətsüd” X10 birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan 13 aprel 2023-cü il tarixli məktubdan müəyyən edilir ki, İddiaçı həqiqətən «AZƏRƏTSÜDTİCARƏT» idarəsinin texnoloji sexinə xx.xx.1988-ci il tarixdə (əmr № 2, xx.xx.1988-ci il) yükdaşıyan vəzifəsinə qəbul olunub. xx.xx.1988-ci il tarixdə (əmr № 7, xx.xx.1988-ci il) l№-li kompressor sexinə 3-cü dərəcəli (ammonyaklı soyuducu qurğularına xidmət edən) kompressor qurğuların maşinisti (zərərli əmək şəraitində) vəzifəsinə keçirilib. xx.xx.1988-ci il tarixdə (əmr № 222, xx.xx.1988-ci il) kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 4-cü dərəcə verilib. xx.xx.1992-ci il tarixdə (əmr № 72, xx.xx.1992-ci il) kompressor qurğuları maşinistinə (zərərli əmək şəraitində) 5-ci dərəcə verilib. xx.xx.1997-ci il tarixdə (əmr № 43, xx.xx.1997-ci il) Azərbaycan Respublikasının ƏQM-nin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işlədiyi kompressor sexində kompressor qurğularının işləməsi üçün ammonyakdan-NH3-dən istifadə olunur. Kompressor qurğuları maşinisti ammonyakla (NH3-lə) təmasda olur. Ammonyak (NH3) isə zəhərləyici qaz olaraq, insan orqanizminə və gözə mənfi təsir göstərir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın təsdiq edilməsi haqqında 12 №-li qərarının Ümumi peşələr bölməsində ammonyaklı soyuducu qurğulara xidmət edən soyuducu qurğuları maşinisti kimi güzəştli pensiya almaq hüququ var. İddiaçı yenidən xx.xx.2004-cü il tarixdə (əmr № 12/k, xx.xx.2004-cü il) «AZƏRƏTSÜD» X3 l№-li kompressor sexinə soyuducu qurğuların təmirçi-çilingəri (zərərli əmək şəraitində) vəzifəsinə qəbul olunub. Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (ərizəsi) əsasən xx.xx.2005-ci il tarixdən (əmr № 05/k, xx.xx.2005-ci il) ləğv edilib. Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası «AZƏRKONTRAKT» Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il 6 saylı əmrinə və Dövlət qeydiyyatı haqqında xx.xx.1998-ci il D-127 saylı şəhadətnaməyə əsasən «AZƏRƏTSÜDTİCARƏT» idarəsi «AZƏRƏTSÜD» X7 hesab edilir. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (xx.xx.1988-xx.xx.1997; xx.xx.1997-xx.xx.2000; xx.xx.2003xx.xx.2004 = 13 il 2 ay 15 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqan özü yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplamalı və nəzərə almalı, fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklər qoymamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1997-ci il tarixlər arasındakı dövrlər ərzində “Azərətsüd” X10 Birliyinin texnoloji sexində kompressor qurğuları maşinisti vəzifəsində işlədiyi dövrün güzəştli iş stajına aid olmamasından ibarətdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarında öz əksini tapmış göstərişlər nəzərə alınaraq müvafiq sorğulara alınan cavablara əsasən iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli iş stajının olması öz təsdiqini tapmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3474/2022 saylı, 17 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar