Məhkəmə qərarları › İş №2-1(103)-1625/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1625/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1625/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X2 Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8610/2021 saylı, 22 dekabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı 2016-cı ildə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)- 1140/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün 07 iyul 2022-ci il tarixdə cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir, icrasını 15 gün müddətinə təmin edərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 300 (üç yüz) manat miqdarında cərimə edilsin və həmin qurumdan tutulan cərimə dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2024-cü il tarixində dəftəxana vasitəsilə təqdim edilmiş ərizədə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin iddia ərizəsi əsasında qəbul edilən 2-1(112)-8610/2021 saylı qərarı bu günədək cavabdeh tərəfindən icra edilmir. Bu faktı nəzərə alıb, qəbul edilən həmin qərarı icraya yönəldilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, ərizə tamamilə əsassızdır və təmin olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8610/2021 saylı, 22 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-8610/2021 nömrəli qərarı qurum tərəfindən icra edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/1-209010/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən əmək pensiyası 507,86 manat yenidən hesablanaraq 524.84 manat olmuşdur. Həmçinin məhkəmə qərarının icrası ilə bağlı cavabdeh tərəfindən bildirilmişdir ki, “İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xx.xx.2002-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1957-ci il tarixindən xx.xx.1959-cu il tarixinədək, xx.xx.1959-cu il tarixindən xx.xx.1959-cu il tarixinədək, xx.xx.1959-cu il tarixindən 20.11,1962-ci il tarixinədək, xx.xx.1963-cü il tarixindən xx.xx.1967-ci il tarixinədək, xx.xx.1967-ci il tarixindən xx.xx.1967-ci il tarixinədək, xx.xx.1967-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrü olmaqla ümumilikdə iş stajı 39 il 4 ay 4 gün təşkil edir. Vətəndaşın xx.xx.2005-ci il tarixdə 39 il 4 ay 4 gün iş stajına və 1995-1997-ci illər üzrə orta aylıq əmək haqqına əsasən əmək pensiyasının məbləği 59,10 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olan 26.1 -ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən maddəyə əsasən vətəndaşın 59,10 manat pensiyasından 25 manat baza hissə çıxıldıqdan sonra yerdə qalan 34,10 manat sığorta hissə hesab edilir. Adıçəkilən şəxsin pensiyasının məbləği illər üzrə indeksləşərək aşağıdakı qaydada hesablanmışdır: xx.xx.2006- 34,10+25 (baza hissə) + 2,50 (müharibə veteranı kimi baza hissəsinə əlavə) =61,60 xx.xx.2006- 34,10+30 (BH) + 3 (BH əlavə)=67,10 xx.xx.2006- 34,10+35 (BH) +3,50 (BH əlavə)=72,60 xx.xx.2007- (34,10+34,10x8,3%)+40 (BH)+ 4 (BH əlavə)=80,93 xx.xx.2007- 36,93+50 (BH)+ 5 (BH əlavə) =91,93 xx.xx.2008- 105,73+60 (BH)+ 6 (BH əlavə)=171,73 xx.xx.2008-ci il tarixindən əmək haqqına qoyulan məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar vətəndaşın pensiyası yenidən hesablanmış, sığorta hissə 1995-1997-ci illər üzrə 124,68 manat orta aylıq əmək haqqına əsasən 105,73 manat təşkil etmişdir (124,68- 51manat (əmək haqqına qoyulan məhdudiyyət)=73,68, 73,68x85%=62,63, 62,63+43,10 (əmək haqqına qoyulan 51 manat məhdudiyyətə əsasən hesablanan pensiyanın sığorta hissəsinin xx.xx.2008-ci il tarixinə indeksləşdirilmiş məbləği)=105,73 xx.xx.2008- 105,73+75 (BH)+ 7,50 (BH əlavə) =188,23 xx.xx.2009- (105,73+105,73x20,8%)+75 (BH)+ 7,50 (BH əlavə)=210,22 xx.xx.2010- (127,72+127,72x1,5%)+75 (BH)+ 7,50 (BH əlavə)= 212,14 xx.xx.2010- 129,64+85 (BH)+ 8,50 (BH əlavə)= 223,14 xx.xx.2011- (129,64+129,64x5,7%)+85 (BH)+ 8,50 (BH əlavə) =230,52 xx.xx.2012- (137,02+137,02x7,9%)+85 (BH)+8,50 (BH əlavə) =241,34 xx.xx.2013- (147,84+147,84x1,1%)+85 (BH)+ 8,50 (BH əlavə)= 242,96 xx.xx.2013- 149,48+100 (BH)+ 10 (BH əlavə) = 259,48 xx.xx.2014- (149,48+149,48x2,4%)+100 (baza hissə)+ 10 (BH əlavə)= 263,06 xx.xx.2015- (153,07+153,07x1,4%)+100 (baza hissə)+ 10 (BH əlavə)= 265,21 xx.xx.2016- (155,21+155,21x4%)+100 (BH)+ 10 (BH əlavə)= 271,42 xx.xx.2016- 161,42+110 (BH)+11 (BH əlavə)= 282,42 xx.xx.2016- 161,42+110 (BH)+11 (BH əlavə)+110 (müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxs kimi baza hissəsinə əlavə)= 392,42 “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" xx.xx.2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikası Qanununa əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 2017- ci il iyulun 1dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. xx.xx.2017- (161,42+161,42x12,4%)+110(BH)+11(SH əlavə) +110(SH əlavə)= 412,41 xx.xx.2018- (291,41+291,41 x5,7%)+11 (SH əlavə)+110(SH əlavə)=429,02 xx.xx.2019- (308,02+308,02x3%)+110 (SH əlavə)+11 (SH əlavə)= 438,26 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsinə əsasən döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə hesablanan əlavə xx.xx.2019-cu il tarixindən ləğv olunmuş və bunun əvəzində Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. xx.xx.2019- 317,26 (SH) + 110 (SH əlavə)=427,26 xx.xx.2020- (427,26+427,26x16,6%)+110 (SH əlavə)=479,93 “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” 29 dekabr 2020-ci il tarixli 240-VİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən 19cu maddənin ləğvi ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxs kimi 110 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə xx.xx.2021-ci il tarixindən ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz olunmuşdur. xx.xx.2021-369,93+369,93x11,4%=412,10 xx.xx.2022-412,10+412,10x3,4%=426,11 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 442,77 manat müəyyən edilib. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 507,86 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmış və məhkəmənin qərarı tam icra edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, əmək pensiyasının hesablanma qaydasının izah edilməsi üçün vətəndaş Mərkəzi Filiala dəvət edilmişdir. Əmək pensiyasının hesablanması qaydası vətəndaşa mütəxəssislər tərəfindən ətraflı izah edilmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçı barəsində inzibati icraatla bağlı qaydalara əməl edilərək Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/1-209010/2023 nömrəli xx.xx.2023- cü il tarixli qərara əsasən 507,86 manat əmək pensiyası yenidən hesablanaraq 524.84 manat olmuşdur. Beləliklə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarının icrası tam başa çatdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən “ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna müvafiq olaraq (keçmiş) hərbi qulluqçu kimi orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz sığorta ödənişinin” tələb edilməsi hazırki qərarın icrası ilə əhatə olunmur və ayrıca iddia tələbidir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Göründüyü kimi, məhkəmə qərarının cavabdeh tərəfindən tam şəkildə icra edilməsi hazırkı işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8610/2021 saylı, 22 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar