Məhkəmə qərarları › İş №2-1(103)-1626/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1626/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1626/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Afaq Bayram qızı Nuriyeva (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Mursaqulov Vaqif Ənvər oğludan ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məcburi köçkün statusu və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 2758/2020 saylı qərarından cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəyə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа, şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il təvəllüdlü övladı X4 «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2758/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır (hakim Ş.Həsənova). Həmin qərardan cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 məhkəməyə ərizə verərək, bildirmişdir ki, Komitə tərəfindən apellyasiya şikayəti verildikdən sonra X6 xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanına ASAN5 tərəfindən pasport qeydiyyatına alınmışdır. X3 valideynləri İddiaçı və X2 daimi yaşayış yeri üzrə qeydiyyatları işğal olunmuş Kəlbəcər rayonu olduğundan, cavabdeh Komitə tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsinini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kоllеgiyаsı məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, hesab edir ki, аpеllyаsiyа şikаyətinin geri götürülməsi barədə ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinn 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.3-cü maddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən, şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən apellyasiya şikayətinin geri götürülməsi qanunazidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından cavabdehin ərizəsi qəbul edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı İnzibati Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı qərara aldı: Cavabdehin nümayəndəsi M.Hüseynov tərəfindən Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2758/2020 saylı qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin və cavabdehə münasibətdə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Vaqif Mursaqulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar