Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1627/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1627/2023 (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, alqı-satqı müqaviləsinmin ləğv olunması, işin hallarının hərtərəfli araşdırılmaması) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X7 ibarət tərkibdə, Səid Şahniyar oğlu İbrahimlinin katibliyi Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X5 nümayəndəsi-vəkili X8 və nümayəndəsi X9 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il tarixli 20s saylı sərəncamının surətindən müəyyən olunur ki, ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS – 005.2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərlə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman malları mağazası) İddiaçı icarəyə verilməsi qərara alınmışdır.
2. xx.xx.2019-cu il tarixli 26/01 saylı Hərrac protokolunun surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli 105 №li sərəncama əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın satışı ilə bağlı keçirilən hərracın qalibi X10 olmuşdur.
3. Müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2019-cu il tarixli 4377 №li müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (budan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən X10 (ş/vi AZE № 17521317, xx.xx.2019-cu ildə Qaradağ RPİ tərəfindən verilib) (bundan sonra “Alıcı” adlandırılacaq) arasında bağlanmışdır.
4. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisaddiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 Üzrə Baş İdarəsinin 17 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən X3 (VOEN: **********) xx.xx.2013-cü il tarixdə vergi orqanında uçota alınması müəyyən edilmişdir. Bildiririk ki, vergi orqanında olan uçot-baza melumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2023-çü il tarixədək olan fəaliyyət dövrü ərzində vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir.
5. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 26 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ilə 01 aprel 2013-cü il tarixdə 08/İM nömrəli icarə müqaviləsi bağlanaraq Bakı şəhəri, Qardağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 5/2 saylı idman malları mağazası onun müvəqqəti istifadəsinə verilmişdir.16 oktyabr 2014-cü il tarixli təhvil-qəbul aktına əsasən yuxarıda göstərilən qeyri-yaşayış sahəsi əvəzsiz olaraq Sosial inkişaf İdarəsinin balansından ƏmlakMəsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyri-yaşayış sahəsinin təhvil verildiyi vaxta kimi İddiaçı ilə bağlanmış 01 aprel 2013-cü il tarixli 08/İM nömrəli icarə müqaviləsi qüvvədə olmuşdur.
6. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına Qaradağ rayonu, Şıxlar yaşayış massivi ev-17A/ ünvanında əhali qrupu üzreı**********000 saylı abonent kodu mövcuddur. Qeyd edilən ünvanda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat ailə tərkibinə əsasən aparılır. Müraciətdə qeyd edilən Qaradağ rayonu, QobustärTqəsəbəsi.Salyan şosesi, 58-ci km, 110B ünvanında isə İddiaçı adına "xxxx" ASC-nin elektron bazasında abonent kodu aşkar edilməmişdir.
7. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq “Azəriqaz" İB-nin 02 iyun 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına X2 Sistemində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110 В ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanı üzrə istehlakçı hesabı yoxdur.
8. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 iyun 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, icraatda olan inzibati işlə bağlı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın özəlləşdirilməsi üçün Dövlət Neft Şirkətinin Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) təqdim etdiyi və digər sənədlərin təqdim edilməsi barədə sorğunuza Xidmətdə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110 В ünvanında yerləşən 5/2 saylı dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014cü il tarixli ARDNŞ/14-1000/10/OF-05-000057 nömrəli məktubuna Əsasən Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - Komitə) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hüquqi varisi "X4 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsidir-bundan sonra Mərkəz) xx.xx.2014-cü il tarixli 316 nömrəli əmri ilə sərəncama qəbul edilmişdir. Obyektin qəbulu zamanı əmək kollektivinin üzvü olmamışdır. Komitənin xx.xx.2016-cı il tarixli 105 nömrəli sərəncamına əsasən 5/2 saylı dükan hərraca çıxarılmış, bu barədə mətbuatda və özəlləşmə portalında elan verilmişdir. 5/2 saylı dükan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********31-06301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xx.xx.2020-ci il tarixli 66 nömrəli əmrlə Mərkəzin siyahı tərkibindən çıxarılmışdır. Eyni zamanda qeyd edirik ki, Komitə ilə sorğunuzda adı çəkilən vətəndaş İddiaçı arasında heç bir icarə müqaviləsi mövcud olmamış və onun tərəfindən icarə haqqı ödənilməmişdir.Qeyd olunanlarla əlaqədar sənədlərin əsli ilə düzgünlüyünün təsdiqlənmiş surətini təqdim edirik.
9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova “Əmlakın balansdanbalansa verilməsi” haqqında 04 iyul 2014-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 mart 2002-ci il tarixli 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı"nın 2.4.3 bəndində ARDNŞ-nin maliyyə göstəricilərinin yaxşılaşdırılması tədbiri kimi istehsal məsrəflərinin azaldılması məqsədi ilə xidmət və digər köməkçi müəssisələrin, sosial-məişət təyinatlı obyektlərin özəlləşdirilməsi və ya digər təşkilatların balansına verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, ARDNŞ strukturundakı müəssisə və təşkilatların balansında olan və bilavasitə fəaliyyət sahəsi ilə əlaqəsi olmayan obyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti qurumların balansına verilməsi ilə bağlı bir sıra tədbirləri həyata keçirmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Dövlət Neft Şirkətinin tabeliyindəki təşkilatların balansında olan yaşayış binaları, yataqxanalar, qeyri-yaşayış sahələri, mədəniyyət sarayları, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə obyektləri əvəzsiz olaraq aidiyyəti təşkilatların balansına verilmişdir. Məlumat üçün bildiririk ki, təhvil verilmiş əmlaklardan əlavə olaraq ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin balansında bir sıra qeyri-yaşayış sahələri mövcuddur (siyahı Əlavə olunur). ARDNŞ göstərilən əmlaklardan daha səmərəli istifadə edilməsi məqsədilə onların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması səmərəli istifadə edilməsinin və təkmilləşdirilməsi haqqında" 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 6.4 bəndinə uyğun olaraq Sosial İnkişaf İdarəsinin balansında olan, siyahısı bu məktubun əlavəsində göstərilən qeyri-yaşayış sahələrinin onlara aid torpaq sahələri ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsinə və müvafiq qaydada təhvil-təslim işlərinin aparılmasına münasibət bildirməyinizi xahiş edirik.
İş üzrə qəbuledilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə və üçüncü şəxslərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km, 110B ünvanda yerləşən 227,9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/1 nömrəli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi,10 iyul 2019-cu il tarixli 4377 saylı müqavilənin, X5 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km 110B ünvanda yerləşən ümumi sahəsi 227.9 kv. metr olan 5/2 saylı dükana dair ƏMDX yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 09 iyul 2019-cu il tarixli 26/01 nömrəli hərracın nəticələrinə dair protokolunun etibarsız hesab edilməsi, sözü gedən dükanın alqı-satqısına dair 10 iyul 2019-cu il tarixli 4377 nömrəli müqavilənin və X5 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli 569156 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, iddia tələbi təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2021-ci il tarixli 2(103)-4193/2021 saylı qətnaməsilə Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və ona yeni iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mübahisəli dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 203 saylı 28 yanvar 2013-cü il tarixli sərəncamı ilə onun icarəsinə verilmişdir. Bədbəxt hadisə haqqında tərtib edilmiş 4 saylı aktın məzmunundan məlum olur ki, istehsalat qəzası nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq, dükan maddi vəziyyətinin yaxşılaşdırılması üçün ayrılmışdır. Uzun müddət icarə müqaviləsi əsasında məlum obyektdə fəaliyyət göstərmişdir. Hazırda obyekt onun sahibliyində və istifadəsindədir. Lakin cavabdeh təşkilat ona məlumat vermədən, obyektə baxış keçirmədən, X1, bir neçə il keçməsinə baxmayaraq alıcı obyektə gəlməmiş və görmədiyi bir qeyri-yaşayış sahəsinə küllü miqdarda vəsait ödəmişdir.
12. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi 58-ci km, 110B ünvanında yerləşən 227.9 kv. metr ölçüdə qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixində keçirilmiş hərracda X10 tərəfindən özəlləşdirilmiş və sonuncuya mülkiyyət hüququ haqqında xx.xx.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli sərəncam verilmişdir. Qeyd edilən əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında hər hansı icarə müqaviləsi bağlanmamış, qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Komitə tərəfindən sərəncam qəbul olunan zaman həmin sahə üzərində iddiaçının hər hansı hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.5-cı yarımbəndinə əsasən: icarəyə verilmiş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Yuxarıda qeyd olunduğu kimi mübahisənin predmeti olan əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçı arasında icarə müqaviləsi bağlanılmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi həmin əmlakın icarəçiyə təklif olunması öhdəliyini daşımamış və əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(112)-9730/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərardadı ilə iddia tələbi X5 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.
15. Həmin qərardaddan apellyasiya və kassasiya şikayətləri verilməmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı ilə (hakim: N.Abıyev) iddia təmin edilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü il tarixdən İddiaçı icarəyə verilmiş, 2014-cü ildən həmin daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilmiş, iddiaçı ilə adı çəkilən Komitə arasında mübahisəli daşınmaz əmlaka dair icarə müqaviləsi bağlanmamış, sonuncu tərəfindən həmin daşınmaz əmlakın özəlləşdirilməsi haqqında qərar qəbul edilmiş, qeyriyaşayış sahəsinin hərrac vasitəsilə özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraca dair iddiaçıya rəsmi qaydada bildiriş təqdim olunmuş, hərrac haqqında məlumat Komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində qanunla müəyyən olunmuş müddətdə dərc olunmuşdur. Lakin iddiaçı hərracda iştirak etmək hüququndan istifadə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Qaydaların yuxarıda qeyd olunan tələblərinə əməl olunmaqla mübahisəli daşınmaz əmlakın satışı ilə bağlı hərrac keçirilmiş və hərracı udmuş şəxslə alqı-satqı müqaviləsi bağlanmış, bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2- 1(103)-1630/2022 nömrəli qərarı ilə (sədrlik edən – S.İ.Bəktaşi, hakimlər – A.S.Hüseynov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
21. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli, 2-1(103)-1630/2022 nömrəli qərarının ləğv edilməsini, xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-78/2023 saylı Qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 avqust 2022-ci il tarixli 2- 1 (103)- 1630/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-78/2023 saylı Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “.....İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, sözügedən obyektin satışa çıxarılması barədə icarəçi olaraq ona nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilməmişdir, obyekti satın almaq üçün ona heç bir təklif edilməmişdir..... Kollegiya qeyd edir ki, mübahisə olunan əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində olduğu halda “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin tələblərinə, iddiaçının icarəsində olmadığı halda isə “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın tələblərinə uyğun araşdırma aparılmalıdır.Apelyasiya instansiyası məhkəməsi bu barədə, o cümlədən əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində olubolmaması ilə bağlı araşdırma aparmamışdır.....”
Apellyasiya instansiya məhkəməsində ikinci icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
24. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki apellyasiya baxışındakı şikayətin dəlilləri ilə oxşar məzmunda olmuşdur.
25. Yeni apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
26. Həmçinin, məhkəmə Kollegiyası tərəfindən İddiaçı 2013-2019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olmasını təsdiq edən sübutları təqdim etməsi təklif olunmuş, eyni zamanda mübahisə olunan qeyri-yaşayış sahəsində iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirməsinin, yaxud qanuni istifadə etməsinin müəyyən olunması üçün aidiyyəti qurumlara sorğular göndərilmişdir.
27. Sonuncu apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
28. Sonuncu apellyasiya baxışı zamanı üçüncü şəxs X5 nümayəndəsi-vəkili X12 və nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdilər.
29. Sonuncu apellyasiya baxışı zamanı iddiaçı (iddiaçı teleqram göndərərək səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də buna dair sübut təqdim edilməmişdir) və iş üzrə üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
30. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun.
Maddə 1.0.1 Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 2.1 Dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir. Maddə 8.1 Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir. Maddə 15.1 Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir. Maddə 16.1.6 Dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri icarəyə verilmiş dövlət əmlakının satışıdır. Maddə 22.1 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirilmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir.
31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı: 1.1 İİ Dövlət Proqramının baş icraçısı və onun həyata keçirilməsi ilə bağlı müvafiq dövlət orqanlarının fəaliyyətini əlaqələndirən orqan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir. 2.2. Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qərarı ilə özəlləşdirilən müəssisə və obyektlər 2.3.1. Topdansatış və pərakəndə ticarət müəssisə və obyektləri (o cümlədən istehsaltexniki təyinatlı məhsullar satan müəssisə və obyektlər). 2.3.2. İctimai iaşə və məişət xidməti müəssisələri və obyektləri (idarə tabeli açıq pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektləri daxil olmaqla). 2.3.3. Xarici ticarət birlikləri və dövlət təchizatının topdansatış müəssisələri. 2.3.4. Tikinti və təmir-tikinti idarələri, inşaat materialları sənayesi müəssisə və obyektləri (dövlət əhəmiyyətli tikinti və tikinti materialları sənayesi müəssisə və obyektləri istisna olmaqla), yerli sənaye kombinatları. 2.3.5. Tikintisi dondurulmuş obyektlər, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektlər. 2.3.6. Yeyinti sənaye müəssisələri. 2.3.7. Şərab, şampan və konyak zavodları, pambıqtəmizləmə zavodları, tütün fermentləşdirici fabriklər və tütün kombinatları, çay və çayçəkici fabrikləri. 2.3.8. Çörək və çörək məhsulları, qarışıq yem və qida konsentratları istehsalı üzrə müəssisələr. 2.3.9. Kənd təsərrüfatı istehsalına xidmət edən və onu istehsal-texniki və təyinatlı məhsullarla təmin edən müəssisələr. 2.3.10. Yüngül sənaye müəssisələri. 2.3.11. Ağac emalı və kağız-sellüloz sənaye müəssisə və obyektləri, tara istehsalı və qablaşdırma müəssisələri də daxil olmaqla. 2.3.12. Yun emalı müəssisələri. 2.3.13. Avtomobil nəqliyyatı müəssisələri. 2.3.14. Ümumi istifadədə olan yolları təmir edən və xidmət göstərən müəssisələr. 2.3.15. Hamamlar və camaşırxanalar. 2.3.16. Mərasim xidmətləri göstərən müəssisə və obyektlər. 2.3.17. Lombardlar. 2.3.18. Turizm təşkilatları. 2.3.19. Apteklər və aptek bazaları (anbarları), tibb texnikası bazaları. 2.3.20. Zibil emalı zavodları və stansiyaları. 2.3.21. İcarəyə verilmiş dövlət əmlakı (özəlləşdirilməsi qadağan olunan müəssisələrin əmlakı, habelə ərazi və texnoloji cəhətdən müəssisədən ayrı özəlləşdirilməsi mümkün olmayan əmlak istisna olmaqla). 2.3.22. Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələri, habelə yaşayış binalarında yerləşən dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələri. 2.3.23. Sanatoriya-kurort və mehmanxana təsərrüfatı müəssisə və obyektləri, idarə tabeliyindən asılı olmayaraq qonaq evləri. 2.3.24. Neft və neft məhsullarının pərakəndə satışı üzrə müəssisə və obyektlər. 2.3.25. Hüquqi varisi müəyyən edilmədən ləğv olunmuş dövlət müəssisə və təşkilatlarının əmlakı. ... 4.6.5 Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, icarə müqavilələrinə əsasən icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilərkən icarəyə verilmiş əmlak 100 % dəyəri ilə icarəçiyə təklif olunur, icarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir.
32. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydaları; 1.1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və dövlət əmlakının hərraclar vasitəsi ilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. 1.2. Hərraclar vasitəsi ilə dövlət əmlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. 1.3. Özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. 2.1. Satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir; hərracların keçirilməsi üzrə komissiya təşkil edir və zəruri hallarda onun işinə müstəqil ekspertlər cəlb edir; əmlakı hərraca çıxarılan müəssisə və obyektin, dövlətə məxsus səhmin habelə torpaq sahələrinin start qiymətini müvafiq qaydada müəyyən edir; hərracın iştirakçıları ilə hesablaşmalar aparır; hərraclarda iştirak etmək istəyən şəxslərdən sifarişləri və ona əlavə olunmuş sənədləri qəbul edir, onların qeydiyyatını aparır. 2.2. Hərracların keçirilməsi haqqında məlumatda aşağıdakılar öz əksini tapmalıdır: hərracın keçirilməsi forması; hərraca çıxarılan əmlakın tam adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan; müəssisənin, obyektin və ya onların səhmlərinin habelə torpaq sahələrinin start qiyməti; özəlləşdirilən müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsi və onun üzərində yerləşən tikililərin xarakteristikası, onların öhdəliklərlə yüklənməsi (əgər mövcuddursa); müəssisənin digər müəssisələrdə iştirak payının (səhmlər, hissələr) həcmi; qeyri-maddi aktivlər (patent, ticarət markası və s.); müəssisənin öhdəlikləri (müqavilə, büdcə, kredit və digər öhdəlikləri); müəssisənin buraxdığı məhsulların (işlərin, xidmətlərin) əsas çeşidi; işçilərin sayı; müəssisənin ekoloji vəziyyəti; buraxılmış səhmlərin nominal dəyəri; müəssisənin səhmlərinin satışı üsulu; səhmlərin satışına qoyulan məhdudiyyətlər (bu cür məhdudiyyətlər müəyyən edilmişsə); satışa çıxarılan səhmlərin ümumi miqdarı və növü; bir səhmin nominal dəyəri; sifarişlərin qəbulunun başlanma və başaçatma tarixləri; sifariş və sənəd qəbulu məntəqələrinin ünvanları (zərurət olduqda mərtəbə, otaq, telefon nömrəsi, qəbul saatları göstərilməklə); hərraclarda iştirak etmək üçün sifarişçilərin sifariş ilə birlikdə verəcəkləri sənədlərin siyahısı və onların tərtib edilməsi üçün irəli sürülən tələblər; hərracların keçirilməsi tarixi, vaxtı və ünvanı; satıcı və komissiyanın qərargahının telefon nömrələri və ünvanı; ilkin satış qiymətinin 10 faizi həcmində hesablanan behin məbləği və behin keçirilməsi üçün müvafiq bank hesabı; alıcıları maraqlandıran digər məlumatları almaq qaydası. ... 4.1. Hərracın keçirilməsi məqsədilə satıcı tərəfindən komissiya yaradılır və onun iş reqlamenti təsdiq olunur. Komissiya 5 (beş) nəfərdən ibarət olmaqla onun tərkibinə satıcının, satışa çıxarılan əmlakın yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının, yerli maliyyə və ədliyyə orqanlarının nümayəndələri daxil edilir. Komissiyanın sədri satıcının nümayəndələrindən təyin olunur.
6. Özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq oltınmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.
37. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 yanvar 2013-cü il tarixli 20s saylı sərəncamına əsasən ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin balansında olan Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş ARDNŞ-nin Nizamnaməsinin 2.4 bəndinə əsasən və SOCARSS - 005,2010 standart sənədinin 01.5-ci bəndi ilə müəyyən edilmiş şərtlərlə Sİİ MKTİTTD-nin balansındakı, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv ünvanında yerləşən 238,50 kv.metr qeyri-yaşayış sahəsinin (keçmiş 5/2 saylı idman malları mağazası) ona, yəni İddiaçı icarəyə verilmişdir. Bu barədə arayış SOCAR tərəfindən Bakı inzibati Məhkəməsinə verilmiş sorğu əsasında təqdim olunmuşdur. Bundan əlavə həmin sözügedən obyektin satışa çıxarılması barədə icarəçi olaraq ona nə rəsmi, nə də qeyri-rəsmi heç bir məlumat verilməmişdir, obyekti satın almaq üçün ona heç bir təklif edilməmişdir. Halbuki, mübahisəli daşınmaz əmlak Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 28 yanvar 2013-cü it tarixdən ona icarəyə verilmişdir və ilk növbədə ona təklif olunsa idi, həmin obyekti o, alacaq idi.
38. Yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-78/2023 saylı Qərarındakı hüquqi mövqe və şikayətin dəlilləri baxımından məhkəmə Kollegiyası tərəfindən İddiaçı 2013-2019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olmasını təsdiq edən sübutları təqdim etməsi təklif olunmaqla yanaşı, eyni zamanda mübahisə olunan qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsinin, yaxud qanuni istifadə etməsinin müəyyən olunması üçün aidiyyəti qurumlara sorğular göndərilmişdir.
39. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisaddiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 Üzrə Baş İdarəsinin 17 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən X3 (VOEN: **********) xx.xx.2013-cü il tarixdə vergi orqanında uçota alınması müəyyən edilmişdir. Bildiririk ki, vergi orqanında olan uçot-baza melumatlarına əsasən İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2023-çü il tarixədək olan fəaliyyət dövrü ərzində vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir.
40. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 26 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı ilə 01 aprel 2013-cü il tarixdə 08/İM nömrəli icarə müqaviləsi bağlanaraq Bakı şəhəri, Qardağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 5/2 saylı idman malları mağazası onun müvəqqəti istifadəsinə verilmişdir.16 oktyabr 2014-cü il tarixli təhvil-qəbul aktına əsasən yuxarıda göstərilən qeyri-yaşayış sahəsi əvəzsiz olaraq Sosial inkişaf İdarəsinin balansından ƏmlakMəsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına təhvil verilmişdir.
41. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 may 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Müraciətdə qeyd edilən Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında isə İddiaçı adına "xxxx" ASCnin elektron bazasında abonent kodu aşkar edilməmişdir.
42. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq “Azəriqaz" İBnin 02 iyun 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına X2 Sistemində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58ci km, 110 В ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanı üzrə istehlakçı hesabı yoxdur.
43. Yeni apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 02 iyun 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, icraatda olan inzibati işlə bağlı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın özəlləşdirilməsi üçün Dövlət Neft Şirkətinin Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra - Xidmət) təqdim etdiyi və digər sənədlərin təqdim edilməsi barədə sorğunuza Xidmətdə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şosesi, 58-ci km, 110 В ünvanında yerləşən 5/2 saylı dükan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2014-cü il tarixli ARDNŞ/14-1000/10/OF- 05-000057 nömrəli məktubuna Əsasən Azərbaycan Respublikası keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra - Komitə) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin (hüquqi varisi "X4 və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsidir-bundan sonra Mərkəz) xx.xx.2014-cü il tarixli 316 nömrəli əmri ilə sərəncama qəbul edilmişdir. Obyektin qəbulu zamanı əmək kollektivinin üzvü olmamışdır. Komitənin xx.xx.2016-cı il tarixli 105 nömrəli sərəncamına əsasən 5/2 saylı dükan hərraca çıxarılmış, bu barədə mətbuatda və özəlləşmə portalında elan verilmişdir. 5/2 saylı dükan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın reyestr nömrəsi **********31-06301, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xx.xx.2020-ci il tarixli 66 nömrəli əmrlə Mərkəzin siyahı tərkibindən çıxarılmışdır. Eyni zamanda qeyd edirik ki, Komitə ilə sorğunuzda adı çəkilən vətəndaş İddiaçı arasında heç bir icarə müqaviləsi mövcud olmamış və onun tərəfindən icarə haqqı ödənilməmişdir.Qeyd olunanlarla əlaqədar sənədlərin əsli ilə düzgünlüyünün təsdiqlənmiş surətini təqdim edirik.
44. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova “Əmlakın balansdanbalansa verilməsi” haqqında 04 iyul 2014-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 mart 2002-ci il tarixli 893 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı"nın 2.4.3 bəndində ARDNŞ-nin maliyyə göstəricilərinin yaxşılaşdırılması tədbiri kimi istehsal məsrəflərinin azaldılması məqsədi ilə xidmət və digər köməkçi müəssisələrin, sosial-məişət təyinatlı obyektlərin özəlləşdirilməsi və ya digər təşkilatların balansına verilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, ARDNŞ strukturundakı müəssisə və təşkilatların balansında olan və bilavasitə fəaliyyət sahəsi ilə əlaqəsi olmayan obyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti qurumların balansına verilməsi ilə bağlı bir sıra tədbirləri həyata keçirmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Dövlət Neft Şirkətinin tabeliyindəki təşkilatların balansında olan yaşayış binaları, yataqxanalar, qeyri-yaşayış sahələri, mədəniyyət sarayları, məktəbəqədər tərbiyə müəssisələri, səhiyyə obyektləri əvəzsiz olaraq aidiyyəti təşkilatların balansına verilmişdir. Məlumat üçün bildiririk ki, təhvil verilmiş əmlaklardan əlavə olaraq ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin balansında bir sıra qeyri-yaşayış sahələri mövcuddur (siyahı Əlavə olunur). ARDNŞ göstərilən əmlaklardan daha səmərəli istifadə edilməsi məqsədilə onların Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin "Dövlət əmlakının qorunub saxlanılması səmərəli istifadə edilməsinin və təkmilləşdirilməsi haqqında" 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 6.4 bəndinə uyğun olaraq Sosial İnkişaf İdarəsinin balansında olan, siyahısı bu məktubun əlavəsində göstərilən qeyri-yaşayış sahələrinin onlara aid torpaq sahələri ilə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsinə və müvafiq qaydada təhvil-təslim işlərinin aparılmasına münasibət bildirməyinizi xahiş edirik.
45. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, iddiaçı X5 cavabdeh İddiaçı qarşı Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şossesi 58ci km., 110”B” saylı qeyri-yaşayış sahəsinin boşaldılması və oradan istifadəyə edilən müdaxiləyə son qoyulması barədə iddia tələbi Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 21 yanvar 2020-ci il tarixli, 2(002)-157/2020 saylı Qətnaməsi ilə təmin edilmişdir.Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya və kassasiya şikayəti təmin olunmayaraq yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
46. Sözügedən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-5508/2020 saylı Qərarından görünür ki, iddiaçı X10 izahatında bildirmişdir ki, cavabdeh qanunsuz olaraq onun mülkiyyətində olan həmin qeyriyaşayış sahəsini zəbt edərək əşyalarını ora yerləşdirmişdir.
47. Cavabdeh İddiaçı isə iddiaya etiraz etmişdir və bildirmişdir ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər dövlət mülkiyyətində olmaqla Dövlət Neft Şirkətinin balansında olub və 2013-cü il tarixli müqavilə ilə ona icarəyə verilib.Maddi imkanı olmadığından yığılan icarə borcunun tutulması üçün qətnamə mövcuddur.2014-cü ildən sonra həmin qeyri-yaşayış sahəsi Reyestr Xidmətinin balansına verilib və həmin dövrdə maddi imkansızlığı səbəbindən onu özəlləşdirə bilməyib.
48. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-5508/2020 saylı Qərarında hüquqi mövqey olaraq isə qeyd edilmişdir ki, “....şikayətin dəlilləri tam əsassızdır.Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə cavabdeh arasında bağlanmış 01 aprel 2013-cü il tarixli icarə müqaviləsinin 9.1-ci bəndinə görə, müqavilə 01 aprel 2014-cü il tarixədək qüvvədə olub.Cavabdeh həmin tarixdən sonra müqavilə müddətinin uzadılması barədə məhkəməyə hər hansı sübut təqdim etməyib....”
49. Beləliklə, işin sadalanan halları, tərəflərin izahatları, yeni apellyasiya baxışı zamanı müvafiq dövlət qurumlarına edilmiş sorğulara cavabları, mübahisəli əmlakla bağlı iddiaçı ilə 3-cü şəxs X10 arasında məhkəmə mübahisələri ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə hazırkı iş üzrə iddiaçı arasında bağlanmış 01 aprel 2013-cü il tarixli icarə müqaviləsi 01 aprel 2014-cü il tarixədək qüvvədə olmuşdur və İddiaçı həmin tarixdən sonra müqavilə müddətinin uzadılması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
50. Belə ki, apellyasiya şikayətinin dəlilləri baxımından İddiaçı 2013-2019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olmasını təsdiq edən sübutları təqdim etməsi təklif olunmaqla yanaşı, eyni zamanda mübahisə olunan qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirməsinin, yaxud qanuni istifadə etməsinin müəyyən olunması üçün aidiyyəti qurumlara sorğular göndərilmişdir.
51. İş materiallarında olan yuxarıda sadalanan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisaddiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 Üzrə Baş İdarəsinin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin, “Azəriqaz" İB-nin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab məktublarından, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənova “Əmlakın balansdan-balansa verilməsi” haqqında 04 iyul 2014-cü il tarixli məktubundan 2013-2019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olması müəyyən olunmamışdır.
52. Belə olduğu təqdirdə mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km., 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi münasibətləri “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq qiymətləndirilməlidir.
53. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 20 sentyabr 2021-ci il tarixli **********81 №li məktubu ilə məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “Kiçik dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi haqqında” 19 avqust 2016-cı il tarixli 105 №li sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin (dekabr 2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq aşağıdakılar qərara alınmışdır; - Bu sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirmə planları (forma KM2) təsdiq edilsin (əlavə olunur). - Bu sərəncamın əlavəsində göstərilən müəssisələrin (obyektlərin) özəlləşdirilməsi həmin müəssisələr (obyektlər) haqqında məlumatlar “Mülkiyyət qəzetində dərc edildikdən 30 (otuz) gün sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada respublikanın şəhər rayonlarında hərraclar vasitəsi ilə həyata keçirilsin. - Bu sərəncamın əlavəsində göstərilən kiçik dövlət müəssisə və obyektləri 100% dəyəri ilə hərraca çıxarılsın. -Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə tapşırılsın ki, ictimaiyyətlə əlaqələr və protokol şöbəsi ilə birlikdə özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan müəssisə və obyektlər barədə müvafiq məlumatların, həmçinin hərracların nəticələrinin 45 (qırx beş) gün müddətində komitənin vahid informasiya bazasına daxil edilməsini və internet saytında yerləşdirilməsini təmin etsin. - Hərrac komissiyaları hərrac başa çatdıqdan sonra həmin gün onun yekunlarını protokollaşdırsınlar, hərrac və yekun protokollarını 3 (üç) iş günündən gec olmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim etsinlər. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi hərrac keçirildikdən sonra 3 (üç) iş günü ərzində hərracın nəticəsini əks etdirən məlumatları Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinə, hərracda müəssisələrin (obyektlərin) özəlləşdirmə sənədlərini Hüquq şöbəsinə təqdim etsin. - Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsi müəssisələrin (obyektlərin) satışından əldə olunan vəsaitin 10 (on) gün müddətində xüsusi özəlləşdirmə hesablarına daxil olunmasına nəzarəti təmin etsin. - Hüquq şöbəsi 10 (on) gün müddətində Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzindən daxil olmuş özəlləşdirmə sənədləri əsasında alıcılarla Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqavilələrinin bağlanmasını və qeydiyyatını təmin etsin. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və İctimaiyyətlə əlaqələr və protokol şöbəsinə tapşırılsın ki, özəlləşdirilməsi bu sərəncamla nəzərdə tutulan müəssisə və obyektlər üzrə keçirilmiş hərracların yekunları da məlumatların hərrac keçirildiyi gündən 15 (on beş) gün müddətində “Mülkiyyət” qəzetində dərc olunmasını təmin etsin.
54. Sərəncama əlavə olunmuş “Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin siyahısı”ndan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 58-ci km, 110B ünvanında yerləşən ümumi sahəsi 227,9 kv. metr olan 5/2 saylı dükan 31.500 manata satışa çıxarılmışdır.
55. İş materiallarında olan Mülkiyyət qəzetinin 19 yanvar 2019-cu il tarixli 03 №li; 08 iyun 2019-cu il tarixli 23 №li və 30 mart 2019-cu il tarixli 13 №li buraxılışlarından müəyyən olunur ki, müvafiq olaraq 19 fevral 2019-cu il tarixdə saat 10:00-da, 09 iyul 2019-cu il tarixdə saat 10:00-da və 30 aprel 2019-cu il tarixdə saat 10:00-da respublikanın şəhər və rayonlarında təkrar hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58-ci km, 110B ünvanında yerləşən 5/2 saylı dükanın da adı qeyd olunmuşdur.
56. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 26/01 saylı Hərrac protokolunun surətindən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli 105 №li sərəncama əsasən Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 58- ci km, 110B ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 5/2 saylı dükanın satışı ilə bağlı keçirilən hərracın qalibi X10 olmuşdur.
57. İş materiallarında olan müəssisənin (obyektin) alqı-satqısına dair xx.xx.2019cu il tarixli 4377 №li müqavilənin surətindən müəyyən olunur ki, həmin müqavilə bir tərəfdən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (budan sonra “Satıcı” adlandırılacaq), digər tərəfdən X10 (ş/vi AZE № 17521317, xx.xx.2019-cu ildə Qaradağ RPİ tərəfindən verilib) (bundan sonra “Alıcı” adlandırılacaq) arasında bağlanmışdır.
58. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmetini “Alıcı”nın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərəzi tərəfindən xx.xx.2019-cu il tarixdə keçirilən hərracda 26/01 nömrəli protokola əsasən satın aldığı 5/2 saylı dükan (ümumi sahəsi 227,9 kv. metr) təşkil edir.
59. Həmin Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, “Satıcı” satır, “Alıcı” isə bu müqavilədə göstərilən şərtlərlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan Şossesi, 58-ci km., 110B ünvanında yerləşən 5/2 saylı dükanı hərracdan satış qiyməti ilə 15.750.00 (on beş min yeddi yüz əlli) manata satın alır.
60. Müqavilənin 1.3-cü bəndində göstərilmişdir ki, hərracda satılmış müəssisənin (obyektin) satış qiyməti tam ödənildikdən sonra hüquqlar müvafiq qaydada qeydiyyata alındıqdan sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır.
61. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi, 110B, 58-ci km-də yerləşən, sahəsi 227,9 kv. metr olan qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə X5 adına ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 7241 nömrəli vərəqində qeydiyyata alınmışdır.
62. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********06 №li məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km., 110B ünvanında yerləşən qeyri-yaşayış binası X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
63. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən Dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir.
64. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
65. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir.
66. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Prezidenti və Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən qəbul edilir.
67. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının; - 1.1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa, "Azərbaycan Respublikasında dövlət əmlakının habelə dövlət mülkiyyətində olan torpaq sahələrinin özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na Azərbaycan Respublikası Prezidentinin "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli, 659 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və dövlət əmlakının hərraclar vasitəsi ilə satışının keçirilməsi qaydalarını, alıcıların hərracda iştirak etməsi və hesablaşma şərtlərini, qaliblərin müəyyənləşdirilməsi qaydalarını müəyyən edir. - 1.2-ci bəndinə əsasən hərraclar vasitəsi ilə dövlət əmlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir. - 1.3-cü bəndinə əsasən Özəlləşdirilən dövlət əmlakının habelə torpaq sahələrinin satıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Satıcı) çıxış edir. - 2.1-ci bəndində əsasən satıcı hərraca hazırıq mərhələsində: hərrac gününə ən azı 30 (otuz) gün qalmış hərrac haqqında məlumatın Satıcının rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc olunmasını təmin edir. -2.3-cü bəndinə əsasən məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır. - 4.2-ci bəndinə əsasən Komissiya hərracın yekun və digər protokollarını rəsmiləşdirir və onu təsdiq etmək üçün satıcıya təqdim edir; - 4.4-cü bəndinə əsasən hərrac başa çatdıqdan sonra hərrac komissiyası hərracın yekunlarını protokollaşdırır. Hərracın nəticələrinə görə yekun protokolu iki nüsxədə tərtib edilir, hərraca yekun vurulan gün iclasda iştirak edən komissiya üzvləri tərəfindən imzalanır və təsdiq olunmaq üçün satıcıya verilir. Həmin protokol 3 (üç) gün müddətində satıcı tərəfindən təsdiq edilir. Protokol 2 (iki) nüsxədə alıcı və ya onun nümayəndəsi, komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Protokolda satıcı və alıcı haqqında məlumatlar, özəlləşdirilən müəssisənin (obyektin) və səhmin adı, axırıncı satış qiyməti, habelə alqı-satqı müqaviləsini imzalamaq haqqında tərəflərin öhdəlikləri əks olunur. Hərracın yekunları haqqında protokolun bir nüsxəsi alıcıya verilir. Bu protokol obyekt üzrə alqı-satqı müqaviləsi bağlanması üçün alıcının hüququnu təsdiq edən sənəddir. Hərracın qalibi hərrac başa çatdıqdan sonra həmin gün hərracın yekunları haqqında protokola imza etməlidir. - 5.1-ci bəndinə əsasən satıcı və alıcı arasında hərracın yekunları haqqında protokol imzalandığı andan 10 (on) təqvim günü ərzində qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alqı-satqı müqaviləsi imzalanmalıdır. - 5.2-ci bəndinə əsasən hərracın yekunları üzrə bağlanmış alqı-satqı müqaviləsində aşağıdakılar göstərilir: satılmış müəssisənin (obyektin) adı və ya səhm zərfinin həcmi; obyektin alınma qiyməti; alıcı haqqında məlumatlar və onun ünvanı; obyektin verilməsi qaydası, ödənişin forma və müddətləri. - 5.6-cı bəndinə əsasən alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir. - 6-cı bəndinə əsasən özəlləşdirmə əqdləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və hallarda etibarsız hesab edilir.
68. “Özəlləşdirilən dövlət əmlakının (müəssisə və obyektlərinin) satılmasının rəsmiləşdirilməsi” Qaydalarının; 1-ci bəndinə əsasən bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət əmlakının satılmasının rəsmiləşdirilməsi qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən Dövlət əmlakının satılması haqqında qərar qəbul olunduqdan, hərracların müsabiqələrin nəticələri barədə isə protokol imzalandıqdan sonra alıcı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanır. 4-cü bəndinə əsasən müqavilə bağlandıqdan sonra alıcının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə ona reyestrdən çıxarış verilir.
69. Məhkəmə Kollegiyası mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km., 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinin “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq həyata keçirildiyi nəticəsinə gəlməklə bərabər onu da qeyd edir ki, özəlləşdirmədə iddiaçının da iştirakına maneə olan hər hansı qanun pozuntusu aşkar edilməmişdir.
70. Nəzərə almaq lazımdır ki, hərraclar vasitəsi ilə dövlət əmlakının, habelə torpaq sahələrinin satışı zamanı özəlləşdirilən əmlak barəsində hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə iddiaçının da alıcı kimi tanınan fiziki şəxs qismində iştirak etməsi istisna olunmamışdır.
71. Məhz buna görə iddiaçının hazırkı iddia qaldırmasına subyektiv hüququ olmasını məhkəmə Kollegiyası nəzərə alır.
72. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı” Qaydalarının 1.2-ci bəndinə əsasən hərraclar vasitəsi ilə dövlət əmlakının habelə torpaq sahələrinin satışı özəlləşdirilən əmlak barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsidir.
73. Belə olduğu təqdirdə mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan şossesi 58-ci km., 110B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi münasibətləri “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq qiymətləndirilməlidir.
74. Məhkəmə Kollegiyası xüsusən bir daha diqqətə çəkir ki, 2013-2019-cu illərdə, habelə mübahisə olunan əmlak hərraca çıxarılarkən əmlakın iddiaçının icarəsində, yaxud qanuni istifadəsində olması müəyyən olunmamışdır, hərracın keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi zamanı hazırkı işə tətbiq edilən hüquq normalarına riayyət olunmuşdur.
75. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)- 2115/2022 nömrəli qərarı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1 .-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(112)-2115/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.