Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1627/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Kazımov Elşən Cələddin oğlu və Səmədov Rəşid Əfraim oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 19263/2023 saylı qərarının ləğv edilməsi və iddiaçının adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1686/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Agentliyin Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19263/2023 saylı qərarının ləğv edilməsini və adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları zamanı - 14 oktyabr 2020-ci il tarixdə başından güllə yarası almış və ona ikinci dərəcə əlillik təyin olunmuşdur. Ona verilmiş ********** nömrəli əlillik haqqında arayışda diaqnozu: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri, Sol tərəfli hemiparez., Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. Sümük defekti, Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması qeyd edilmişdir. Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 1785 nömrəli “Xəstənin stasionar tibbi kartından çıxarışın (epikriz) surətindən görünür ki, KT müayinəsi: sağ təpə sümüyünün yuxarı sinusun həmən qonşuluğunda çoxsaylı qəlpəli kobud sınıqlar, beyin toxumasının 5 sm. qədər nüfuz edən, beyin toxumasının həmin nahiyədə əzilməsi təyin olunur. xx.xx.2020-ci il tarixdə cərrahi əməliyyat edilmiş, yaranın təftişi basılmış sümük qəlpələrin, beyin detritin xaric edilməsi, duraplastika icra edilmişdir. KT müayinəsi: sağ təpə nahiyədə 56 x 38 mm. ölçüdə sümük defekti, təpə payında ensefalomalyasiya sahəsi qeyd edilir. xx.xx.2021-ci il tarixdə cərrahi əməliyyat edilmiş, sağ təpə nahiyədə sümük defektinin titan lövhə ilə plastikası icra edilmişdir. X5 tərəfindən verilmiş arayışdan görünür ki, onda sağda parietal sümükdə 6 sm. enində geniş kraniotomiya defekti diqqət çəkdi, sağda maksilyar sinusda 2 sm. ölçüdə mukozal retansion kistası diqqət çəkdi. Sağ parietal payda psterior medialda 4 x 4.5 x 2.5 sm. sahəni əhatə edən keçirilmiş serebrovaskulyar hadisəyə və ya travmaya ikincili kistikensefalomalozik sahə diqqət çəkdi. Kəpəz Hospital tərəfindən verilmiş arayışdan görünür ki, sağ təpə sümüyündə postop kranioektomiya deffekti izlənilir. Sağ alın təpə nahiyəsində medialda 44 x 31 mm. ölçüdə kortikosubkortikal ensefalomalaziya sahəsi və ətrafında qliozisə aid T2, Flair hiperintens siqnal dəyişikliyi izlənilir. DWİ rejimlərdə restriksiya izlənilmədi. Sağ maksillar sinusda 28 mm. ölçüdə retenziya kistası izlənilir. Xəstəlik haqqında Şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı: Sağ təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən dəlib-keçən güllə yaralanmasına (xx.xx.2020), baş beynin sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksiondekompression trpanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastikası (xx.xx.2021) cərrahi əməliyyatdan sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. sümük defekti. - odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin sol tərəfli mülayim hemiparezlə nəticələnən qalıq əlaməti. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikasının Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli, 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə, Azərbaycan Respublikasının Baş Nazirinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı, Azərbaycan Respublikasının müdafiə nazirinin 03 noyabr 2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif edilmişdir. Sənəd və sübutlarla minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh formal mülahizəyə əsasən bundan imtina etmişdir. Cavabdehin imtinası əsassız olmaqla onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh iddiaya qarşı etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması(xx.xx.2020.) nəticəsində keçirilmiş açıq kəllə beyin travması ,baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion -dekompressıon trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümüük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Yeriş, hərəkət, tutma funksiyasının pozulması.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə baxılmış və Diaqnozun mətni: Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion -dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti. Tsekin əlavə diaqnozu: ağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion - dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti; Əlavə müayinələrin nəticələri: Sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion -dekompression trepenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materilla əvəz edilmiş 21 sm sümük defekti; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1 Minik avtomobil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə əsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X3 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik nvtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya müıərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün şəxsə dair məlumatlar MEİS-dəki növbə ilik siyahısına daxil edilir. 3.5. Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial" internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15 Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(112)- 1686/2024 saylı qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3- 3-19263/2023 saylı qərarının ləğv edilməsi və İddiaçı adına minik avtomobilinin təyinatına tibbi göstəriş verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, “... iddiaçı xx.xx.2001-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçdiyi dövrdə aldığı xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə 57-ci bəndində qeyd edilmişdir ki, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Beləliklə, iddiaçının minik avtomobilinə tibbi göstərişin təyini barədə tələbi yuxarıda qeyd edilən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə göstərilmiş meyarlara uyğundur”. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər:K.H.Əkbərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və M.N.Tağızadə) xx.xx.2024-cü il tarixli, 2-1(103)- 2203/2024 saylı qərarı ilə cavabdeh “Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1686/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və S.Y.Quliyev) xx.xx.2024-cü il tarixli, 2-1(102)-2648/2024 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2203/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarında aşağıdakıları göstərmişdir: “ ... hazırkı halda iddiaçının minik avtomobili ilə təmin edilməsi üçün iki şərt ödənilməlidir:1) iddiaçı ya xüsusi səbəblə, ya da Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxs olmalıdır; 2) ona əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”ndə minik avtomobili verilməsinə dair tibbi göstərişlərdən birinə uyğun olmalıdır.
32. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, iddiaçı 2021-ci ildən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsdir.
33. Göründüyü kimi, iddiaçıya münasibətdə 1-ci şərt ödənilir. 34. 2-ci şərtə münasibətdə isə həmin birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi Əlavənin 6.1-ci bəndinin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 3cü yarımbəndində göstərilən tibbi göstərişə - “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi”nə istinadən iddiaçının minik avtomobili ilə təmin edilməli olduğu qənaətinə gəlmişdir.
35. Halbuki, işdən iddiaçıda qeyd olunan diaqnozun aşkar edildiyi görünmür.
36. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı diaqnoz “Sağ təpə nahiyəsinin kəllə boşluğuna nüfuz edən dəlib-keçən güllə yaralanmasından, baş beynin sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastikası cərrahi əməliyyatdan sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm. sümük defekti. Odlu silah yaralanması nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin sol tərəfli mülayim hemiparezlə nəticələnən qalıq əlaməti” kimi müəyyən edilmişdir. Həmçinin, ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə beyin travması, baş beyinin sağ təpə payının əzilməsinin qalıq əlamətləri. Sol tərəfli hemiparez. Sağ təpə paynın əzilməsinə görə aparılmış sağ təpə nahiyyəsinin rezeksion-dekompression treoenasiya əməliyyatından və sağ təpə nahiyyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materiala əvəz edilmiş 21 sm. sümük defekti. Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması”dır.
37. Göründüyü kimi, parezlərdən iddiaçıda baş beynin sol tərəfli hemiparezi müşahidə edilir. Məhkəmənin istinad etdiyi diaqnoz isə hemiparez deyil, aşağı ətrafın parezidir
38. Tibbi ədəbiyyatda olan məlumatlara əsasən, aşağı ətrafın parezi ilə hamiparez fərqli xəstəliklərdir. Belə ki, parez tam iflicdən fərqli olaraq (paraliz) əzələlərin hərəkətinin tam yox olmaması deyil, sadəcə zəifləməsidir. Hemiparez özü qismən zəiflik deməkdir. Soltərəfli hemiparez bədənin sol tərəfində olan əzələlərin gücünün azalması və ya zəifliyi ilə, aşağı ətrafın parezi isə ayaqlardakı əzələlərin gücünün zəifləməsi və ya hərəkət qabiliyyətinin qismən itməsi ilə xarakterizə olunan nevroloji vəziyyətdir. Aşağı ətrafın parezi ilə mülayim hemiparez arasında əsas fərq onların təsir etdiyi bölgələr və simptomların şiddətidir. Belə ki, aşağı ətrafın parezi yalnız ayaqlara təsir edir (bir və ya hər iki ayaq), yuxarı ətraflara və ya bədənin digər hissələrinə təsir etmir. Bu, adətən onurğa beyninin zədələnməsi və ya periferik sinir zədələri ilə bağlıdır. Mülayim hemiparezdə isə bədənin yalnız bir tərəfində həm yuxarı, həm də aşağı ətraflarda (sol və ya sağ tərəf) zəiflik olur, simptomlar bədənin sağ və ya sol tərəfinə yayılır. Bu isə adətən baş beyin yarımkürəsinin zədələnməsi ilə bağlıdır.
39. Bununla bağlı birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmətibbi ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqana həvalə edilmişdir. ... 46. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işə təkrar baxılarkən apellyasiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi cavabdeh orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X7 X4” publik hüquqi şəxsinə həvalə edilməli və ekspert qarşısında iddiaçıda “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 3 və 4-cü yarımbəndlərində göstərilən tibbi göstərişlərin - “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi” və ya “hemiplegiya, nəzərəçarpan hemiparez” diaqnozlarının aşkar edilib-edilmədiyi ilə bağlı suallar qoyulmalı, ekspertiza tədqiqatının nəticəsindən asılı olaraq iddia tələbinə hüquqi qiymət verilməlidir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2648/2024 saylı qərarında ifadə edilmiş mövqe nəzərə alınmaqla Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)- 1627/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdeh orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X7 X4” publik hüquqi şəxsinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “ ... 1. İddiaçı “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”nin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 3 və 4-cü yarımbəndlərində göstərilən tibbi göstərişlərin - “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi” və ya “hemiplegiya, nəzərəçarpan hemiparez” diaqnozları aşkar edilirmi?
2. İddiaçı müvafiq diaqnostik müayinə metodları əsasında canlı müayinə olunmaqla hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin dinamikası, klinik proqnozlarına əsaslanan sağlamlıq vəziyyətinin real və obyektiv qiymətləndirilməsini aparılmaqla onda müəyyən edilən xəstəlik və ağırlaşmaları hansılardır?”. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X7 X4” X6 T 360/2025 saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... 02 may 2025-ci il tarixdə İddiaçı “MTE və PA Birliyi” phş-in Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Hazırda İİ qrup əlildir. Əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillikdir. İİ Qarabağ müharibəsi zamanı yaralanmış və onunla əlaqədar da İİ qrup əlillik təyin edilmişdir. Maşın almaq üçün müraciət etmiş və imtina verildiyindən İnzibati Məhkəməyə müraciət etmişdir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Başın sağ təpə nahiyəsində uzunluğu 11 sm olan çapıq toxuma vardır. Beləliklə, vətəndaş İddiaçınm tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri, sol tərəfli hemiparez, sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksion-dekompression trepanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021.) c/ə sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm sümük defekti, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetininin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə əsasən 5il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. ... 2001-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş Y.N. Abbaslının hazırda əziyyət çəkdiyi “X1: XX Sinif-xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020) nəticəsində keçirilmiş açıq kəllə-beyin travması, baş beynin sağ təpə payının əzilməsinin qalıq əlamətləri, sol tərəfli hemiparez, sağ təpə payının əzilməsinə görə aparılmış sağ təpə nahiyəsinin rezeksiondekompression trepanasiya əməliyyatından və sağ təpə nahiyəsinin sümük defektinin titan lövhə ilə plastika (xx.xx.2021) c/ə sonrakı təpə sümüyünün plastik materialla əvəz edilmiş 21 sm sümük defekti, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yeriş, hərəkət, tutma funksiyasının pozulması” diaqnozlu xəstəliklər ona stasionarda anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından klinik proqnoz və onların səmərəliliyi qənaətbəxş olmuşdur. Diaqnozda “Sol tərəfli hemiparez” olduğundan onda hazırda həmin ağırlaşma mövcuddur”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.1-cü bəndinə əsasən, minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin 57-ci bəndinə əsasən, minik avtomobilləri “aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi” barəsində tibbi göstərişlər olduğu hallarda təyin edilir. Göründüyü kimi, “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası” nın yuxarıda istinad edilən 3.1-ci bəndində minik avtomobili ilə təmin edilməsi nəzərdə tutulan əlilliyi müəyyən olunmuş şəxslərin kateqoriyaları konkret olaraq göstərilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən, şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bu Qaydaya əlavə “Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks-göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri”ndə isə yuxarıda qeyd olunan kateqoriyadan əlilliyi müəyyən edilmiş şəxslərin müxtəlif reabilitasiya vasitələri, o cümlədən, minik avtomobili ilə təmin edilməsinə əsas verən tibbi göstərişlər, yəni müvafiq diaqnozlar təsbit edilmişdir. Hazırkı vəziyyətdə iddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş və hal-hazırda mövcud olan diaqnozun qanunvericilikdə nəzərdə tutulmuş minik avtomobili verilməsinə dair tibbi göstərişlərdən hər hansı birinə uyğunluğu iş materiallarında olan sənədlərdən müəyyən edilmir. Belə ki, birinci instansiyası məhkəməsi Əlavənin 6.1-ci bəndinin “Digər reabilitasiya vasitələri” (minik avtomobili) adlı bölməsinin 3-cü yarımbəndində göstərilən tibbi göstərişə - “bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi”nə istinadən iddiaçının minik avtomobili ilə təmin edilməli olduğu qənaətinə gəlsə də, ekspert rəyi ilə iddiaçıda həmin diaqnozun deyil, məhz sol tərəfli hemiparez diaqnozun mövcudluğu təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(112)-1686/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1686/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi rədd edilsin. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Elşən Kazımov Rəşid Səmədov