Məhkəmə qərarları › İş №2-1(103)-1628/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1628/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1628/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı X3, Cavabdehin nümayəndələri X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “intizam məsuliyyətinə cəlb etmə barədə 10/01-11/03-K saylı xx xxxxxx 2016-cı il tarixli əmrin hissəvi ləğv edilməsi, həmin inzibati aktın icrası ilə bağlı nəticələrin aradan qaldırılması, pozulmuş hüquqların bərpa olunmasına dair tədbir görülməsi və məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi”tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2107/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı X7 tərəfindən verilmiş şikayətə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, “intizam məsuliyyətinə cəlb etmə barədə 10/01-11/03-K saylı xx xxxxxx 2016-cı il tarixli əmrin hissəvi ləğv edilməsi, həmin inzibati aktın icrası ilə bağlı nəticələrin aradan qaldırılması, pozulmuş hüquqların bərpa olunmasına dair tədbir görülməsi və məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2107/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş dilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2407/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2107/2016 saylı xx.xx.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-915/17 saylı xx xxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2407/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan iddiaçı X7 yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində onun prokurorluq orqanlarından xaric olunması ilə bağlı «İntizam məsuliyyətinə cəlb etmə barədə» qərar qəbul edilərkən, maddi hüquq normaları kimi «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 3, 7, 26.2, 27.11 və 29.2.3-cü maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinin, 72-ci maddəsinin «a» bəndinin və 79-cu maddəsinin 1- ci hissəsinin yeddinci abzasının tələblərinə əməl olunmamasını göstərmiş olsa da, məhkəmə işə baxarkən iddia tələbinin əsasını təşkil edən dəlil və sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirməmiş, sadəcə olaraq iddia ərizəsində göstərdiklərini qərara köçürməklə sonda iddia tələbinin dəlillərinin əsassız olması barədə yanlış bir nəticəyə gəlmişdir. Məhkəmə xx xxxxxx 2016-cı il tarixli qərarında iddia tələbini rədd etməsini onunla əsaslandırmışdır ki, onun prokurorluq işçisi kimi uşağını dərsə aparıb işə gələrkən yolda tıxaca düşməsi ilə əlaqədar işə gecikməsi və etibarlılıq müddəti keçmiş xidməti vəsiqədən uzun bir müddət ərzində istifadə edilməsi xidməti və ya əmək intizamının pozulması olub, iddia ərizəsində bununla bağlı göstərdiyi hallar xidməti və əmək intizamının pozulmasının üzrlü halı kimi qanunla nəzərdə tutulmadığından, işə gecikməsinin üzrlü səbəblərlə əlaqədar olmaması və beləliklə də xidməti və ya əmək intizamının pozulmasının şəraiti və digər halları nəzərə alınmaqla prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilməsində hər hansı qanunsuzluq ifadə olunmaması sübut olunduğundan iddia əsassızdır və rədd edilməlidir. Qərardan görünür ki, işə məhkəmədə baxılarkən bir sıra maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına yol verilmiş və tətbiq edilməli olan normativ aktlar nəzərə alınmamış və düzgün təfsir edilməmiş, tətbiq edilməməli normativ aktlar tətbiq edilmiş, Azərbaycan Respublikası Konstitusiyasının və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. 2016-ci ilin yanvar ayının 05-dən 06-na keçən geçə Bakı Şəhər Təcili və X5 Stansiyasına çağırış edilməsi barədə ona verilmiş 772 saylı xx.xx.2019-cu il tarixli cavab məktubundan vəambulator müalicədə olduğu XMSK-da olan xəstəlik tarixinin xx xxxxxx 2019-cu il tarixli çıxarış-arayışlardan və əmək qabliyyətinin olmaması vərəqələrinin surətlərindən, eləcə də müalicədə olduğu dövrdə Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən attestasiya olunması üçün çağırılması barədə xx xxxxxx 2019-cu il tarixdə əldə etmiş olduğu 11/1160 saylı xx xxxxxx 2015-ci il tarixli məktubun surətlərindən məlum olmuşdur ki, onun gerçəkdən səhhətində yaranmış problemlerlə bağlı müayinə və müalicədə olması səbəbindən işə çıxmamasına görə qərəzli olaraq barəsində verilmiş yanlış və özündə həqiqəti əks etdirməyən qeyri- rəsmi məlumat əsasında «İntizam məsuliyyətinə cəlb etmə barədə» xx xxxxxx 2016-cı il tarixli 10/01-11/03-k №-li əmrlə prokurorluq orqanlarından xaric olunmuşdur. Caavabdehin məhkəmədə mübahisələndirilən həmin əmrində göstərilmişdir ki, Baş Prokurorluq üzrə 11/256-k saylı xx xxxxxxxx 2014-cü il tarixli əmrlə təyin edilən, xx xxxxxxxx 2014-cü il tarixli əmrlə xidməti zərurətlə əlaqədar Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna ezam olunan İmişli rayon prokurorunun böyük köməkçisi İddiaçı iş vaxtının səhər saat 09:00-da başlamasına baxmayaraq, əmək intizamını kobud şəkildə pozmaqla xx xxxxxx 2016-cı il tarixdə işə 40 dəqiqə gecikmişdir. Saat 09:40-da Nəsimi rayon prokurorluğunun inzibati binasına daxil olan İddiaçı gecikməsinin səbəbini Yasamal rayon ərazisində yerləşən «X11 Bakı Türk Liseyində» təhsil alan övladını dərsə aparması və işə gələrkən yolda tıxaca düşməsi ilə əlaqələndirmişdir. Bununla yanaşı o, xidməti vəsiqəsinin etibarlılıq müddətinin xx xxx 2012-ci il tarixdə bitməsi, həmçinin başqa vəzifəyə keçirilməsinə baxmayaraq, vəsiqənin dəyişdirilməsi üçün Kadrlar idarəsinə müraciət etməməklə 3 ildən çox müddətdə həmin vəsiqədən istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdə özünə məxsus sənədlərin arasından etibarlılıq müddəti qurtarmış xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 2015-ci ilin noyabr ayında Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət etməsini və xidməti vəsiqəsinin təhvil verilməsini sübut edən «əsli ilə düzdür» ştampı ilə təsdiq edilməklə ona verilmiş sənəd, eləcə də onun xx xxxxxx 2016-cı il tarixdə Baş prokurorun adına yoxlamaya vermiş olduğu izahatın özündə qalan nüsxəsi aşkar olunmuşdur. Həmin izahatda qeyd olunanlardan da görünür ki, o mütəmadi olaraq iş vaxtı qurtardıqdan sonra da icraatındakı iş yükünün çoxluğu ilə əlaqədar ezamiyyətdə olduğu rayon prokurorluğunda hər gün 4-5 saat əlavə olaraq xidməti fəaliyyət göstərmiş və etibarlılıq müddəti bitmiş xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı hələ 2015-ci ilin noyabr ayında Kadrlar idarəsinə müraciət etmiş və yoxlama gününə yeni xidməti vəsiqənin hazır olmasına baxmayaraq, intizam xətası hesab edilməyən bu əmələ görə təqsirsiz olduğu halda, prokurorluq orqanlarından xaric olunması barədə Baş Prokurorluq üzrə hazırlanmış 10/01-11/03-k saylı xx xxxxxx 2016-cı il tarixli əmrdə bu hal qərəzli və məqsədli olaraq əmək intizamının kobud pozuntusu kimi göstərilmişdir. Belə olan halda, prokurorluqdan xaric olunması barədə əmrdə yanlış olaraq xidməti vəsiqənin dəyişdirilməsi üçün Kadrlar idarəsinə müraciət etməməsinin qeyd olunması, özünün xəstəliyi və işə gələrkən yolda tıxaca düşməsi ilə bağlı üzürlü səbəblərdən 40 dəqiqə işə gecikməsinin əmək intizamının kobud pozuntusu kimi qiymətləndirilməsi və məhkəmənin də cavabdehin həmin əmrinə əsaslanaraq bu halın kobud pozuntu kimi qəbul edilməsini ona qarşı qərəzli və ədalətsiz münasibətin göstəricisi olmaqla hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla bağlı təqsirsizliyini təsdiq edən sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar ərizəçi kimi ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı məhkəməyə təqdim edilməmiş və nəzərə alınmamışdır. Həmçinin xx xxxxxx 2019-cu il tarixdə əldə etdiyi Azərbaycan Pespublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin rəisinin imzası ilə İmişli rayon prokurorluğuna göndərilmiş 11/1160 saylı xx xxxxxx 2015-ci il tarixli məktubun surətindən də aydın olur ki, onun şəxsi işi belə öyrənilmədən, eləcə də əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, üç dəfə eyni vəzifədə attestasiya olunması ilə əlaqədar attestasiyadan keçirilməyən işçilərdən olmasına dair hallar nəzərə alınmadan müayinə və müalicədə olduğu müddətdə attestasiya olunmaq üçün çağırılmışdır. Eyni zamanda Baş prokurorun müavininə, ailə vəziyyətində yaranmış maddi çətinliklərin, habelə səhhəti ilə bağlı müalicəyə və ongioqrafıyaya ehtiyacının olması nəzərə alınaraq, ona maddi yardım edilməsinə göstəriş verilməsi barədə ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli təqririn surəti ilə də təsdiq olunur ki, o, həmin dövrdə əmək qabliyyətinin olmamasına dair adına açılmış xəstəlik vərəqəsinə əsasən müalicədə olduğu halda, ezamiyyətdə olduğu Nəsimi rayon prokurorluğunda xidməti vəzifələrinin icrasına cəlb edilmişdi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin yeddinci abzasının tələbinə görə də işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1 qrup əlil ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, onun prokurorluq orqanlarından xaric olunduğu dövrdə himayəsində kənar şəxsin qulluğuna ehtiyacı olan BVM-nin İ qrup əlili ailə üzvünün olmasına baxmayaraq, prokurorluq orqanlarından xaric olunmasına dair qərar qəbul edilərkən həmin Məcəllənin 308-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət edən prokurorluq orqanının özü tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu qanun pozuntusu halları Zəngilan rayon HƏEK-sı tərəfindən İ qrup əlil ailə üzvü olan atasının adına verilmiş 39/315 saylı xx.xx.1997-ci il tarixli Müayinə aktından çıxarışın surəti ilə də təsdiq olunur. Bu sənəd özü də yeni sübutlar kimi ona prokurorluq orqanlarından xaric olunması məsələsi ilə bağlı təqsirsizliyini sübut edən halların nəzərə alınaraq işə bərpa olunmasına köməklik göstərilməsi barədə Baş prokurora yeni sübutlar və ya hallar kimi aşkar olunmuş yuxarıda qeyd olunan sənədlərin surətləri əlavə edilməklə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli müraciətindən sonra 2019-cu ilin dekabr ayının axırlarında məlum olmuşdur. Onun bu müraciəti Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olaraq xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və bununla bağlı xx.xx.2019-cu il tarixdə ünvanına bildiriş göndərilmişdir. Bununla belə, məhkəmə iddia ərizəsi əsasında işə baxarkən nəzərə almamışdır ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən prokurorluq işçisinin təqsiri üzündən xidməti vəsiqənin itirilməsi intizam xətasıdır və müvafiq tənbeh tədbirinin tətbiqinə səbəb ola bilər. Xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqdan sonra ondan istifadə etmə və dəyişdirilməməsinə görə isə qanunda heç bir məsuliyyət nəzərdə tutulmamışdır. Əksinə, mövcud qanunvericilik prokurorluq işçisinə vəzifəyə təyin olunması ilə əlaqədar xidməti vəsiqənin hazırlanmasını, eləcə də prokurorluq işçisinin vəzifəsi və rütbəsi dəyişdirildikdə, habelə xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqdan sonra ona yeni xidməti vəsiqənin verilməsi vəzifəsini Baş Prokurorluğun kadrlar xidmətinin üzərinə qoymuşdur. Bu halları və ona 2016-cı ilin yanvar ayının 05-dən 06-sı tarixinə keçən geçə səhhətində olan problemlərlə bağlı iki dəfə təcili tibbi yardıma çağırış edilməsi və bundan sonra da xx xxxxxx 2016-cı il tarixdə övladını dərsə aparıb oradan işə gələrkən Bakı şəhərinin avtomobil yollarında tıxaca düşməsi kimi reallığı nəzərə almamaq və üzürlü səbəbdən 40 dəqiqə işə kecikməyə görə 24 illik qüsursuz xidmətləri olan işçini, şəxsi işini belə nəzərdən keçirmədən 2-3 saat ərzində prokurorluq orqanlarından xaric etməklə onun taleyini necə həll etmək olar. Birinci instansiya məhkəməsində işə baxılıb müvafiq qərar qəbul edilərkən maddi hüquq normalarının tələblərinin pozulması hallarına məhkəmə tərəfindən heç bir hüquqi münasibət bildirilməmiş və işin faktiki halları qanununvericiliyin tələbləri baxımından qiymətləndirilməmişdir. Habelə, onun iddia tələbi üzrə birinci instansiyası məhkəməsində işə baxılarkən «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 3, 7, 26.2, 27.11 və 29.2.3-cü maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinin, 72-ci maddəsinin «a» bəndinin və 79-cu maddəsinin 1- ci hissəsinin yeddinci abzasının müddəalarının nəinki nəzərə alınması və qiymətləndirilməsi, heç həmin iş üzrə qəbul edilmiş qərar özü belə AR İPM-nin 68.2-ci maddəsinin tələbləri pozularaq məhkəmə icraatında tədqiq olunmiş faktlar və sübutlarla əsaslandırılmamışdır. Əgər belə olmasaydı birinci instansiya məhkəməsi iş üzrə qəbul etmiş olduğu xx xxxxxx 2016-cı il tarixli qərarında onun iddiaçı kimi bununla bağlı dəlilləri əsassızdır deyə, mübahisəyə dair özünün belə bir mövqeyinə, prokurorluq orqanlarından xaric olunması ilə bağlı Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış müraciətinə Baş Prokurorluğun Təşkilat-analitik idarəsində baxılması və işə bərpa edilməsi üçün əsasların müəyyən edilməməsi və ona bu barədə xx xxxxxx 2016-cı il tarixli məktubla cavab verilməklə prokurorluq orqanlarından xaric olunması ilə bağlı 10/01-11/03-k saylı xx xxxxxx 2016-cı il tarixli əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət etmək hüququnun olmasının bildirilməsi kimi əsassız və yanlış olan formal mülahizələrinə üstünlük verməzdi və yol verilmiş qanun pozuntularına münasibət bildirməklə, mübahisənin qanuni və ədalətli həlli üçün qanununvericiliyin müddəalarını düzgün təfsir etməklə qiymətləndirmiş və tətbiq etmiş olardı. Eyni zamanda birinci instansiya, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinə bu məsələ ilə bağlı qərar qəbul edərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən yeni sübutlar və ya hallar məlum olmuş olsaydı, məhkəmə araşdırması zamanı nəzərə alınmaqla mahiyyətcə ədalətli və başqa məzmunda yeni qərar qəbul edilmiş olardı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2107/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Çingiz Quliyev tərəfindən apellyasiya şikayəti verilərək icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən müvafiq məhkəmə aktı qəbul edilərkən bir sıra maddi və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi hallarına yol verilmiş, Azərbaycan Respublikasının Konstitusiyasının və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Belə ki, məhkəmə ərizənin rədd edilməsi haqqında qərardad qəbul edərkən nəzərə almamışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Göründüyü kimi, məhkəmə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə baxarkən prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin ərizəyə əsli və ya surəti əlavə edilməklə məhkəməyə təqdim edilən sonradan aşkar olunmuş yeni sübutların və ya halların mövcudluğunu təsdiq edən sənədləri və sübutları obyektiv, tam və hərtərəfli araşdırıb icraatın təzələnməsi əsasları kimi qiymətləndirmək əvəzinə, iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərardadında həmin sübutların məhkəməyə təqdim edilmədiyini göstərmiş, icraatın təzələnməsi üçün faktiki mövcud olan əsaslara heç bir əhəmiyyət verməmiş və bununla da sübut kimi yalnız qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarlarının qüvvədə olmasına istinad etməklə, nəticədə hüquqlarının pozulmasına səbəb olan qərardad qəbul etmişdir. Bundan başqa məhkəmənin iş üzrə qəbul etmiş olduğu qərardadan göründüyü kimi, yeni açılmış hallarla bağlı ərizəyə baxılması ilə əlaqədar məhkəmə iclası xx.xx.2020ci il tarixə təyin edilmiş olsa da, ona bu barədə heç bir məlumat verilməmiş, eləcə də inzibati və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq prosessual hüquq və vəzifələrin izahı, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında rəsmi prosessual sənəd hesab edilən məhkəmə bildirişi işə baxılanadək ünvanına göndərilməmişdir. Məhkəmə bildirişi ünvanına yalnız poçt vasitəsilə ərizəyə xx.xx.2020-ci il tarixdə məhkəmədə baxıldıqdan 10 gün sonra xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında ərizəçi kimi iştirak etməsi isə həmin gün öz təşəbbüsü ilə məhkəmə iclasının yeri və vaxtı barədə telefon vasitəsilə aldığı məlumat əsasında mümkün olmuşdur. Eyni zamanda məhkəmənin iş üzrə qəbul etmiş olduğu hazırda mübahisələndirilən qərardadı da işə məhkəmədə baxıldıqdan 2 ay 08 gün sonra ünvanına daxil olmuşdur. O, məhkəmə bildirişinin fotosurətini məhkəmə iclası başlamazdan əvvəl mobil telefonla çəkməklə əldə etmişdi. Eləcə də ərizəsi əsasında keçirilən məhkəmə iclasında da hazırkı iş üzrə proses iştirakçılarına məhkəmə bildirişinin verilib-verilməməsi məsələsi inzibati və mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Apellyasiya baxışı zamanı iddiaçı X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, onun işdən azad olunması barədə verilmiş əmrdə 2 əsasa istinad edilmişdir. Əmək müqaviləsinə 2 əsasla xitam verilə bilməz. Məhkəmə tərəfindən onun himayəsində 1-ci qrup əlil şəxsin olması nəzərə alınmamışdır. Vaxtı keçdiyi üçün vəsiqəsinin yenisi ilə əvəz edilməsi üçün oktyabr ayında kadrlar idarəsinə köhnə vəsiqəsini təqdim etmiş, lakin bu hal nəzərə alınmamışdır. Xəstəliyi ilə bağlı yanvar ayının 5-dən 6-na keçən gecə iki dəfə təcili tibbi yardım çağırılmış, xəstəlik vərəqəsi oldugu halda o, işdən azad olunmuşdu. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndələri X2 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdi ki, iddiaçı konkret olaraq yeni açılmış hal barəsində məhkəməyə sübut təqdim etməmişdir. İddiaçının ərizəsində qeyd etdikləri işin mahiyyəti ilə bağlı olub məhkəmə qərarlarında həmin məsələlərə qiymət verilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, iş üzrə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “intizam məsuliyyətinə cəlb etmə barədə 10/01-11/03-K saylı xx xxxxxx 2016-cı il tarixli əmrin hissəvi ləğv edilməsi, həmin inzibati aktın icrası ilə bağlı nəticələrin aradan qaldırılması, pozulmuş hüquqların bərpa olunmasına dair tədbir görülməsi və məcburi işəburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə birinci instansiya məhkəməsi tərəfindən baxılmış və 2-1(81)-2107/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərar ilə iddia rədd edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2407/2016 saylı xx xxxxxx 2016-cı il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 915/17 saylı xx xxxxx 2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sonradan iddiaçı X7 yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmiş, lakin həmin ərizə işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə iddiaçının ərizəsinin rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103,104,106). Hazırki işdə iddiaçının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə verdiyi ərizəsinin məzmunundan görünür ki, həmin ərizədə göstərilənlərin əksəriyyəti əsasən işin mahiyyəti ilə bağlı olub, artıq mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılarkən qiymət verilən məsələlərə aiddir, digər hissəsi isə sonradan yeni sübutlar və hallar qismində aşkar olunsa belə, həmin sübutlar və halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı müəyyən olunmur. Məhkəmə kollegiyası iddiaçının ərizəsində göstərdiyi “ilkin icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması” barədə dəlillərinə qanuni qüvvəsini almış məhkəmə qərarlarında işin mahiyyəti ilə bağlı göstərilənlər və müəyyən edilmiş hallarla bağlı münasibət bildirmədən aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçı ərizəsində “xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdə özünə məxsus sənədlərin arasından etibarlılıq müddəti qurtarmış xidməti vəsiqəsinin dəyişdirilməsi ilə bağlı 2015-ci ilin noyabr ayında Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət etməsini və xidməti vəsiqəsinin təhvil verilməsini sübut edən «əsli ilə düzdür» ştampı ilə təsdiq edilməklə ona verilmiş sənəd, eləcə də onun xx xxxxxx 2016-cı il tarixdə Baş prokurorun adına yoxlamaya vermiş olduğu izahatın özündə qalan nüsxəsinin aşkar olunduğunu” bildirsə də, bu hallar onun ərizəsinə əlavə olunmuş sənədlərlə sübuta yetirilmir və ümumiyyətlə bu barədə sübutların ondan asılı olmayan səbəblərdən məhkəmə icraatına təqdim olunmadığı müəyyən olunmur. İddiaçının “2016-cı ilin yanvar ayının 5-dən 6-na keçən gecə təcili tibbi yardıma zəng etməsi, xəstə olmasına baxmayaraq bunun cavabdeh tərəfindən nəzərə alınmaması və qanunsuz olaraq orqandan xaric olunması” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə İdarəsinin Bakı şəhər Təcili və X5 Stansiyasının 772 saylı xx.xx.2019-cu il tarixli məktubundan (i.v.128) görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti bir il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən X4 adına xx.xx.2016-cı il tarixdə Bakı şəhər Təcili və X5 Stansiyasına çağırış daxil olması barədə məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. Digər tərəfdən, işdə olan SN 0005 seriyalı 121779 saylı əmək qabiliyyətinin olmaması barədə vərəqədən görünür ki, Çingiz Quliyev xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015ci il tarixə kimi, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixə kimi “Hipertonik encyalopatiya” diaqnozu ilə müalicədə olmuş və xx xxxxxx 2015-ci il tarixdən onun işə başlamalı olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının cavabdeh inzibati orqan tərəfindən xx xxxxxx 2016-cı il tarixli əmr əsasında prokurorluq orqanından xaric olunduğu zaman onun əmək qabiliyyətinin olmaması halı mövcud olmamışdır, buna görə də iddiaçının təqdim etdiyi sənədlər bu halı təsdiq edə biləcək sübutlar qismində qəbul edilə bilməz. O ki qaldı iddiaçının “prokurorluq orqanlarından xaric olunduğu dövrdə himayəsində kənar şəxsin qulluğuna ehtiyacı olan İ qrup əlili ailə üzvünün olması” barədə dəlilinə, bu barədə qeyd olunmalıdır ki, iddiaçı İ qrup əlil olan ailə üzvünün atası olduğunu bildirsə də, prokurorluq orqanlarından xaric olunduğu dövrdə əlil atasının onun himayəsində olması ilə bağlı hər hansı sənədi mübahisəyə mahiyyəti üzrə baxılarkən, yəni ilkin məhkəmə icraatı zamanı təqdim etməmiş və bu təqdimetmənin ondan asılı olmayan səbəblərdən baş tutmamasını əsaslandıra bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizəsində göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hallar kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 100-cü maddəsinin mənasına görə, yeni açılmış hal o vaxt mövcud olur ki, yeni sübutlar və ya hallar, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra məlum olsun və hər hansı səbəbdən həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməsin. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının “yeni açılmış hallar üzrə icraatın təzələnməsi” barədə ərizəsinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən və bu barədə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2107/2016 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Valeh Ağayev Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar