Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1628/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə X1rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1291/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmək haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və hər beş illik əmək stajına, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqqın, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı, xx.xx.2010-cu il tarixdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmində haqq, xx.xx.2019-cu il tarixdən bir aylıq vəzifə maaşı həcmində maaşına əlavənin Ali Məhkəmənin hakiminin aylıq maaşına uyğunlaşdırılmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 1976-1987-ci illərdə Zəngilan rayon Xalq Məhkəməsinin hakimi, 1987-1990-cı illərdə Fizuli Rayon Məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri, 2000-2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2019-cu illərdə Sumqayıt şəhər Məhkəməsinin sədri vəzifələrində çalışmışdır. İddiaçıya 2019-cu ilin iyun ayının 01-dən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdığı ilk aylarda 2634.50 manat, 2022-ci il mart ayında 3424.85 manat, 2022-ci il aprel ayından 2897.95 manat, 2022-ci ilin oktyabr ayından isə 4156,66 manat pensiya alır. Sonradan iddiaçıya məlum olmuşdur ki, pensiyası hesablanarkən yanlışlığa yol verilmiş, fəaliyyətdə olduğu hakimlik illərində müvafiq qanunvericiliyə uyğun olaraq məzuniyyətə çıxarkən ona verilmiş 2 aylıq əmək haqqı həcmində müavinət və 2 aylıq əmək haqqı həcmində müalicə pulu pensiya məbləğinə daxil edilməmişdir. İddiaçı müvafiq arayışı ərizəsinə əlavə etməklə pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hakim vəzifəsində işlədiyi dövrdə aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1291/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X3 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2- 1(103)-2847/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1291/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(102)-258/2025 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2- 1(103)-2847/2024 saylı qərarı qismən- iddiaçı X2 ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 həvalə edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2- 1(103)-2847/2024 saylı qərarı iddiaçı X2 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərarında qeyd etdiyi göstərişinə(qeydinə) münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinə “iddiaçı X2 ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” hissəsində baxılır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş məktubu və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilən xidməti məktubdan müəyyən olunur ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 iyul 2022-ci il tarixindən İddiaçı vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1118,25 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 621,25 manat, hakimlərə müalicə üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan 600,54 manat da daxil olmaqla orta aylıq əmək haqqısı 4825,04 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən, onun 42 il 9 ay hakimlik stajına uyğun olaraq orta aylıq əmək haqqısının (4825,04 manat) 80 faizi - 3860,03 manat məbləğində müəyyən edilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 01 yanvar 2023-cü il tarixindən İddiaçı əmək pensiyası 4870,20 (3860,03+10%+14,7%) manata, növbəti dəfə indeksləşdirmələr ilə 1 yanvar 2024-cü il tarixindən 5415,66 (4870,20+11,2%) manata, 01 yanvar 2025-ci il tarixindən isə 5854,33 (5415,66+8,1%) manata çatdırılıb. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən – iddiaçının əmək pensiyası hakim vəzifəsində işlədiyi dövrdə ildə bir dəfə 2 aylıq əməkhaqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yenidən hesablandığından – yəni iddiaçının tələbi cavabdeh tərəfindən icra edildiyindən artıq tərəflər arasında mübahisə mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsində deyilir ki, İPM-in 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi “ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində icra olunduğundan, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə iddia tələbinə həmin hissədə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 87 və 90 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı “ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbinə dair icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1628/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1628/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver