Məhkəmə qərarları › İş №2-1(103)-1629/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1629/2022

06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1629/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-5/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05-06 iyul 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi cavabdeh Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) əsas fəaliyyəti Azərbaycan Respublikasında medianın, internet azadlığının, təhsilin və demokratiyanın inkişafına dəstək verməkdir. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) fəaliyyət göstərdiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli **********749075 saylı qərarı ilə ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyində (İREX) VM-nin 38.3.5-ci maddəsi ilə əsaslandırılmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən tərtib edilən 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı Səyyar vergi yoxlaması AKT-ına əsasən sadələşdirilmiş vergi qismində 6353,14 manat əlavə vergi hesablanmış və həmin məbləğə 50% məbləğində, yəni 3176,57 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmiş, əlavə olaraq 162,00 manat məbləğində yol vergisi hesablanmış, həmin məbləğin 50%-i miqdarında, yəni 81,00 manat məbləğində maliyyə sanksiyası hesablanmış, əlavə olaraq ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi dövr üzrə ƏDV qismində 255692,87 manat əlavə ƏDV məbləği hesablanmış və həmin məbləğə 127846,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Bunlardan başqa VM-nin 57.1-ci maddəsi əsas gətirilməklə qeyd edilən vergi hesabatlarının vaxtında təqdim edilməməsi adı altında 1560,00 manat maliyyə sanksiyası təklif edilmişdir. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) Azərbaycan Respublikasında ABŞ və Azərbaycan Respublikası arasında 11 may 2000-ci il tarixdə bağlanılmış “ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında X3 dair Əməkdaşlıq Haqqında” iki tərəfli Saziş əsasında fəaliyyət göstərir. Həmin Saziş Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, № 915-İQ saylı "Azərbaycan Respublikası Hökuməti və X13 Hökuməti arasında X2 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən Sazişin A bəndinə əsasən Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfındən təyin edilmiş digər bu kimi vergi və haqqlardan azad olunurlar. AKT-ın 1.8-ci bəndində göstərilir ki, Nümayəndəliyə daxil olmuş vəsaitlərin Ədliyyə Nazirliyində qeydiyyata alınıb-alınmadığını müəyyənləşdirmək məqsədilə xx.xx.2014-cü il tarixli **********062600 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuş və xx.xx.2014-cü il tarixli 11/1082 nömrəli cavab məktubu alınmışdır. Cavab məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş vəsaitlər isə qeydiyyatdan keçirilməmişdir. 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmadığından və Ədliyyə Nazirliyində qeydiyyata alınmadığından qeyrirezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə görə ödəniş kimi qiymətləndirilir və vergi öhdəlikləri yaradır. Qeydiyyata alınmayan qrant layihələri aşağıdakılardır: 1. Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə xx.xx.2010-cu il tarixdə ABŞ-ın X9 (USAİD) arasında “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycan Yeni Media Proqramı” nın (AYMP) icrası üçün yoxlanılan dövr ərzində (xx.xx.2011-xx.xx.2014) baş ofis tərəfindən nümayəndəliyin ABB-nin “Mərkəzi” filialında yerləşən valyuta hesabına 2348134,00 ABŞ dolları (1832248,96 manat) vəsait köçürülmüşdür. Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə xx.xx.2011-ci il tarixdə ATƏT-in Bakı ofisi (OSCE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən 33726,55 manat vəsait köçürülmüşdür (başlanma tarixi xx.xx.2011-bitmə tarixi xx.xx.2011). ABŞ-ın X9 (USAİD) tərəfindən maliyyələşən Azərbaycanda Yeni Media Proqramı xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü ilə kimi olan dövrü əhatə edir. Nümayəndəlik bu proqramda nəzərdə tutulan müxtəlif fəaliyyətlərin əlaqələndirilmələrini və icrasını həyata keçirmişdir. Bunlar aşağıdakılardır: X18- Bu proqram Azərbaycan Rabitə və İnformasiya texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində Azərpoçt MMC ilə bağlanan Memorandumla baş tutmuş, Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin yerli poçt şöbələrində internet köşkləri quraşdırılmışdır. 2. X17 - Yerli tərəfdaşlarla əməkdaşlıq müqaviləsi çərçivəsində USAİD tərəfindən maliyyələşən Azərbaycanda X19 məqsədlərinə uyğun olaraq Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində İMM-lər qurulmuş, kompüterlərlə və digər zəruri avadanlıqlarla təchiz edilmiş, hər birinə fəaliyyət göstərmələri məqsədilə bir nəfər mütəxəssis işə götürülərək texniki xidmət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmiş, kommunal xidmətlərin və icarə haqlarının ödənilməsinə dəstək verilmiş və pulsuz olaraq yerli icmanın istifadəsinə təqdim olunmuşdur. 3. “Media təqaüdü ” proqramı - Azərbaycanda Yerli Media Proqramının məqsədlərinə uyğun olaraq həyata keçirdiyi bu fəaliyyət çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin (Dövlət Universitetinin və bəzi özəl universitetlərin) jurnalistika fakültəsində yeni media dərsləri tədris etmiş, tədris zamanı müəllimlər İREX Azərbaycanın təşəbbüsü ilə hazırlanan www.az.irexlearning.org vebsaytında yerləşdirilmiş, Qərb jurnalistlərin öz təcrübələrinə əsaslanan yazdıqları jurnalistikanın nəzəriyyəsinə dair 100-ə qədər materialdan faydalanıblar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil olunmuş, onlar üçün Cənubi Karolina Universitetinin Jurnalistika Fakültəsi ilə tanışlıq imkanı verilmiş, ştatın bir çox aparıcı qəzetlərinin ofisində olmuş, CNN televiziyasının Atlanta şəhərində yerləşən mərkəzində görüşlər keçirmişlər. 4. Universitetlərin Wl-Fİ-lar quraşdırılaraq pulsuz internetlə təchiz gedilməsi proqramı - Bu fəaliyyət də 2012-2013-cü illər ərzində Azərbaycanda X19 məqsədlərinə uyğun olaraq həyata keçirdiyi bu fəaliyyət çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 Dövlət Universitetinin Kitabxanalarına və digər ictimai yerlərinə İREX pulsuz olaraq internet xətti çəkilişini həyata keçirmiş, həmin yerlərə eyni vaxtda 300-dən çox insanın qoşularaq sürətli internet istifadə etməsini təmin edən Wl-Fİ modernləri quraşdırılmış, 2013-cü ilin iyul-avqust aylarınadək pulsuz internet təchizatı təmin etmişdir. Hazırda həmin avadanlıqlar Universitetlərdə istifadədədir və universitetlər bu xidməti özləri həyata keçirir. 5. Kamera sənin səsin kimi proqramı - “Camera as voice” fəaliyyəti ilə 2011-ci ildən başlayaraq Azərbaycanın 14 regionunda (Qazax, Şəmkir, Tovuz, Gəncə, Bərdə, Mingəçevir, Göyçay, Ucar, İmişli, Şirvan, Şəki, Zaqatala, Sumqayıt, Quba) X19 məqsədlərinə uyğun olaraq həyata keçirdiyi bu fəaliyyət çərçivəsində həmin bölgələrdə məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlimlərdə 13-17 yaşlı qızlar iştirak etmişdi. Təlimin məqsədi iştirakçılara video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etməyi öyrətməkdir. Tədbir çərçivəsində informasiya kommunikasiya sahəsində fərqlənən məktəbli qızlar Bakıya dəvət olunur, onlara paytaxtdakı media qurumları, İKT ilə əlaqədar fəaliyyət göstərən qurumlarda, o cümlədən Azərpoçtda, BDU-nun Jurnalistika fakültəsində görüşlərdə iştirak edirlər. 6. Təlim Proqramları - Azərbaycanda X19 məqsədlərinə uyğun olaraq həyata keçirtdiyi fəaliyyətdir. Proqramın başladığı tarixdən etibarən bu fəaliyyətlər yerli medianın və jurnalistlərin tələbləri öyrənilərək müntəzəm davam etdirilir. AKT-ın bu hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinə (İREX) daxil olan bütün vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabineti (kurator cənab Həsənov) tərəfindən qeydiyyata alınmış, layihələr Nazirlər Kabinetinin razılığı ilə həyata keçirilmiş, hər il vergidən və digər ödənişlərdən azad olunmaqları barədə AR Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən arayışlar verilmişdir. Layihələrin adlarından, məqsədlərindən də göründüyü kimi ABŞ-ın X7 Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) həyata keçirdiyi layihələr ictimai xarakter daşımış, layihələrin həyata keçirilməsində gəlir əldə etmək məqsədi olmamış və ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəlik (İREX) heç bir gəlir əldə etməmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Ona görə də, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) fəaliyyətində vergi tutma obyekti yaranmamışdır. Belə ki, AR Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Göründüyü kimi qanunvericilik vergitutmanın ilkin elementini vergi tutma obyekti kimi müəyyən etmişdir. AR VM-nin 12.3-cü vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bununla bağlı göstərilməlidir ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) VM-nin 12.3-cü maddəsində göstərilən heç bir fəaliyyət növü ilə məşğul olmamış və fəaliyyətindən heç bir gəlir, mənfəət əldə etməmişdir. Qeyd edilməlidir ki, qrantların qeydiyyata alınmasının fərqli qaydaları vardır belə ki, ictimai birliklərin aldığı qrantlar Ədliyyə Nazirliyində, kommersiya qurumlarının aldığı İqtisadi İnkişaf və Sənaye Nazirliyində, beynəlxalq təşkilatların aldığı qrantlar isə müvafiq olaraq AR Nazirlər Kabinetində, Maliyyə Nazirliyində qeydiyyata alınır. AKT-da isə göstərilir ki, qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Halbuki ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) aldığı qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmalı deyildi. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Departamentin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********749075 nömrəli qərarına əsasən ABŞ-m Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2011-ci ilin aprel ayından növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2014-cü il tarixli **********749940 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yol vergisinin 2011- 2013-cü illər üzrə 162 manat, əlavə dəyər vergisinin 2011-2014-cü illər üzrə 255692,871 manat, eyni zamanda 2011-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin 6353,14 manat azaldılması aşkar edilmişdir. Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********814318 nömrəli qərarı ilə vergi ödəyicisinə 262208,01 manat vergi borcu və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə görə 119645,97 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 381853,98 manat vəsaitin ödənilməsinə dair **********244700 nömrəli tələbnamə təqdim edilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qeyri-rezident təşkilatlarının vəsaitləri hesabına rezident fiziki və hüquqi şəxsləri cəlb etməklə müxtəlif təyinatlı layihələrinin həyata keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edək ki, yoxlanılan dövrdə Nümayəndəliyə qeyri-rezident təşkilatlardan 1865975,51 manat vəsait daxil olmuş, lakin həmin vəsaitlər qrant kimi qeydiyyata alınmamışdır. Halbuki “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 02 yanvar 2003-cü il tarixindən 04 fevral 2014-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 yanvar 2003-cü il tarixli 834 nömrəli fərmanının 3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini təşkilatlara və qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsi, kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə 17 dekabr 2013cü il tarixli 852-İVQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən (04 fevral 2014-cü il tarixindən qüvvəyə minmişdir), Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli 99 nömrəli fərmanı (04 fevral 2014-cü il tarixindən qüvvəyə minmişdir) ilə müəyyən edilmişdir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanı ilə təsdiq edilmiş və 24 iyul 2014-cü il tarixinədək qüvvədə olmuş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması” Qaydalarına əsasən, müqavilə (qərar) bağlandığı (verildiyi) andan ən geci bir ay müddətində müqavilənin (qərarın) surəti qeydiyyata alınmaq üçün Azərbaycan Respublikasının qeyri-kommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, dini təşkilatlar və qurumlar Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsinə, kommersiya hüquqi şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ərizə ilə müraciət etməlidirlər. Ərizəyə müqavilələrin (qərarın) notarial qaydada təsdiq olunmuş surəti əlavə olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Dini X23 Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi ərazi və müqavilə (qərar) təqdim edildiyi andan bir həftə ərzində həmin müqaviləni (qərarı) qeydə alır və bu barədə müraciət edən hüquqi şəxsə bildiriş verir. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alman pul və (və ya) hər hansı digər yardımdan rüsumlar və dövlət büdcəsinə müvafiq icbari ödənişlər tutulmur. Yoxlama zamanı iddiaçıya daxil olmuş vəsaitlərin qrant kimi qeydiyyata alınıb-alınmamasının müəyyən edilməsi məqsədilə xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 11/1082 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə 7555556,05 ABŞ dolları (589366,07 manat) məbləğində qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş 1865975,51 manat vəsaitlər üzrə qrant müqavilələri isə qeydiyyatdan keçirilməmişdir. Qeyd edilənlərə əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən alınmış İtlər qanunla müəyyən edilmiş qaydada qrant kimi qeydiyyatdan keçmədiyindən həmin vəsaitlərin rüsumlar və dövlət büdcəsinə məcburi ödənişlərdən azad edilməsi ilə bağlı “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin iddiaçıya tətbiq edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən alınmış vəsaitlərə dair qeydiyyata alınmayan müqavilələr aşağıdakılardır: - Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq (Tədqiqatlar və Mübadilə Şurası (İREX) ilə xx.xx.2010-cu il tarixində ABŞ-ın X9 (USAİD) arasında “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycanda Yeni Media” Proqramının icrası üçün yoxlanılan dövr ərzində baş ofis tərəfindən nümayəndəliyin Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında yerləşən valyuta hesabına 2348134,0 ABŞ dolları (1832248,96 manat) vəsait köçürülmüşdür. - Nümayəndəliyin təsisçisi (baş ofisi) ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası ilə xx.xx.2011-ci il tarixində ATƏT-in Bakı ofisi (OSCE) arasında “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsinə görə nümayəndəliyin hesabına baş ofis tərəfindən 33726,55 manat köçürülmüşdür. ABŞ-ın X9 (USAİD) tərəfindən maliyyələşən “Azərbaycanda Yeni Media” proqramı xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə etmiş və nümayəndəlik bu proqram çərçivəsində aşağıda qeyd edilən işləri yerinə yetirmişdir: - X18 - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində "xxxx" MMC ilə bağlanmış memoranduma əsasən həyata keçirilmiş və Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin yerli poçt şöbələrində internet köşklər quraşdırılmışdır. - X17 - Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində məlumat mərkəzləri qurulmuş, kompüter və digər zəruri avadanlıqlarla təchiz edilmiş, birinə fəaliyyət göstərmələri məqsədi ilə bir nəfər mütəxəssis işə götürülərək texniki xidmət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmişdir. - Media təqaüdü proqramı - proqram çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin jurnalistika fakültəsində yeni media dərslərini tədris etmiş, tədris zamanı müəllimlər İREX Azərbaycanın təşəbbüsü ilə hazırlanan www.az.irexlearning.org websaytında yerləşdirilmiş jurnalistika nəzəriyyəsinə dair materiallardan faydalanmışlar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil edilmiş və onlar üçün Cənubi Karolina Universitetinin Jurnalistika Fakültəsi ilə tanışlıq imkanı verilmişdir. Universitetlərdə Wi-Fi-ların quraşdırılaraq pulsuz internetlə təchiz edilməsi proqramı - proqram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 universitetin kitabxanalarına və digər ictimai yerlərinə pulsuz olaraq internet çəkilişi həyata keçirilmiş, həmin yerlərə eyni vaxtda 300-dən çox insanın qoşularaq sürətli internetdən İstifadə etməsini təmin edən modemlər quraşdırılmışdır. -Kamera sənin səsin kimi proqramı - proqram çərçivəsində Azərbaycanın 14 regionunda 13 - 17 yaşlı məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlim iştirakçılarına video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etmək öyrədilmişdir. Qızlar İKT-də proqramı - proqram çərçivəsində informasiya kommunikasiya lahiyəsində fərqlənən 15-17 yaşlı məktəbli qızlar Bakıya dəvət olunmuş, onların paytaxtdakı media qurumları ilə, İKT sahəsində fəaliyyət göstərəm qurumlarla, o cümlədən "xxxx" MMC ilə tanışlığı təmin edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən alınmış 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmamış və Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd edilən vəsait qeyri- rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) görə ödəniş kimi qiymətləndirilmiş və vergi öhdəliyinin yaranması üçün əsas olmuşdur. İddiaçının fəaliyyəti üzrə aparılmış yoxlama zamanı 2011-ci ilin 2-ci rübü üzrə (aprel, may ayları) nümayəndəlik tərəfindən qrant kimi qeydiyyata alınmayan layihələr üzrə görülmüş işlərin (xidmətlərin) 158828,50 manat dəyərindən Vergi Məcəlləsinin 219.1 və 220-ci maddələrinə əsasən, 6353,14 manat sadələşdirilmiş vergi hesablanmışdır. Nümayəndəliyin sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsi 2011-ci ilin aprel iyunda 124837,08 manat, may ayında 33991,43 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinin xx.xx.2011-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmışdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin 30 dekabr 2012-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal vergitutma obyektidir. Qeyd edilənlərə əsasən yoxlama ilə nümayəndəliyin ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınması öhdəliyinin yarandığı xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövr üzrə ümumilikdə 1676208,88 manat ƏDV-yə cəlb edilən dövriyyə əsasında 255692,87 manat əlavə dəyər vergisinin bəyannamə təqdim edilməməklə yayındırılması müəyyən edilmişdir. Bundan əlavə, iddiaçının fəaliyyəti üzrə aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi yoxlanılan dövrdə yol vergisinin ödəyicisi olsa da, müvafıq vergi məbləğini ödəməmiş, eyni zamanda müvafiq bəyannamələrini vergi orqanına təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnamələrindən göründüyü kimi, onun mülkiyyətində mühərrikinin həcmi 2500 kub santimetr və 2700 kub santimetr olan 2 ədəd avto nəqliyyat vasitəsi olmuşdur. Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri- rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitələri) olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir. Qeyd edilənlərə əsasən, yoxlama ilə iddiaçı tərəfindən yol vergisinin 2011, 2012 və 2012-ci illər üzrə ümumilikdə 162,0 manat azaldılması müəyyən edilmişdir. İddiaçı ərizəsində “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun müxtəlif maddələrinə, o cümlədən “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına və “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli fərmanına istinad edərək göstərmişdir ki, qeyd edilən normativ-hüquqi aktlar beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri tərəfindən qrant alınması qaydalarını tənzimləmir. İddia ərizəsində qeyd edilən bu halla razılaşmayaraq qeyd edirlər ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci bəndinə əsasən donorla münasibətdə qrant alan resipiyent sayılır. Həmin maddənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri resipiyent ola bilərlər. Vergi Məcəlləsinin 13.2.6.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri qeyri-rezident şəxs hesab edilirlər. İddiaçı ərizəsində, eyni zamanda qrant məbləğinin dövlət qeydiyyatına alınması məcburiliyinin və dövlət qeydiyyatına alınmamış qrant məbləğləri üzrə əməliyyatların qadağan olunmasının “Qrant haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklik edilməsi barədə 27 dekabr 2013-cü il tarixli qanun ilə müəyyən olunduğunu və həmin qanunun 01 fevral 2014-cü ildən qüvvəyə mindiyini qeyd etmişdir. İddia ərizəsinin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 30 aprel 2002-ci il tarixli 317-İİQD nömrəli qanuna (02 yanvar 2003-cü ildən qüvvəyə minmişdir) əsasən "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddənin 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır (maddə 4). Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar bir qayda olaraq keçirilə bilməz. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən verilmiş və Azərbaycan Respublikasının resipiyentləri tərəfindən alınmış qrantlar haqqında ildə bir dəfədən az olmayaraq, kütləvi informasiya vasitələrində ümumiləşdirilmiş məlumat verməlidir (maddə 5). Bundan əlavə, iddiaçı ərizəsində qrantların qeydiyyata alınmasının fərqli qaydalarının olmasını və beynəlxalq təşkilatların aldığı qrantların Nazirlər Kabinetində və Maliyyə Nazirliyində qeydiyyata alınmasını qeyd etsə də, qeyd edilən halı təsdiq edən normativ hüquqi aktı göstərməmiş, eyni zamanda “Qrant haqqında” qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərini nəzərə almamışdır. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdeh tərəfindən tərtib edilmiş 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi, həmin idarə tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli, **********814318 saylı qərarın və xx.xx.2014-cü il tarixli, **********244700 saylı tələbnamənin ləğv edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: E.Əliyev) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1806/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasının apelyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4/2021 saylı 07 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsinin əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: E.Əliyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) əsas fəaliyyəti Azərbaycan Respublikasında medianın, internet azadlığının, təhsilin və demokratiyanın inkişafına dəstək verməkdir. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) fəaliyyət göstərdiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmişdir. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli **********749075 saylı qərarı ilə ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyində (İREX) VM-nin 38.3.5-ci maddəsi ilə əsaslandırılmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınıb. Həmin qərar ********* saylı cinayət işi üzrə Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin göstərişi ilə başlanıb. İddiaçıya yoxlama başlanılması haqqında, həmçinin yoxlamanın müddətinin uzadılması barədə qərarlar verilməyib, ümumiyyətlə bu yoxlamalar və uzatmalar dövlət qeydiyyatına alınmayıb. Nəticədə AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən tərtib edilən 01 sentyabr 2014-cü il tarixli, **********749940 saylı Səyyar vergi yoxlaması AKTİ qəbul edilib. Həmin AKT-a əsasən sadələşdirilmiş vergi qismində 6353,14 manat əlavə vergi hesablanmış və həmin məbləğə 50% məbləğində, yəni 3176,57 manat maliyyə sanksiyası tətbiq olunması təklif edilmiş; Əlavə olaraq 162,00 manat məbləğində yol vergisi hesablanmış, həmin məbləğin 50%-i miqdarında, yəni 81,00 manat məbləğində maliyyə sanksiyası hesablanmış, Əlavə olaraq ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi dövr üzrə ƏDV qismində 255692,87 manat əlavə ƏDV məbləği hesablanmış və həmin məbləğə 127846,44 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmiş: Bunlardan başqa VM-nin 57.1-ci maddəsi əsas gətirilməklə qeyd edilən vergi hesabatlarının vaxtında təqdim edilməməsi adı altında 1560,00 manat maliyyə sanksiyası təklif edilmişdir. Beləliklə xx.xx.2014-cü il tarixli, **********814318 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar və xx.xx.2014-cü il tarixli, **********244700 saylı tələbnamə əsasında iddiaçı 387.945,64 manat əsas olmaqla, maliyyə sanksiyaları ilə birlikdə 577.088,84 manat pul tələb edilmişdir. Həmin qərarların əsasında iddiaçının bank hesabına sərəncam qoyulmuş, iddiaçı əlavə öz iradəsindən kənar olaraq, yəni qeyd edilən qərar əsasında əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata alınmışdır. Həmçinin iddiaçı təşkilat barəsində AR Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanmışdır. Məhkəmələr əvvəlki illərdə iş üzrə icraatı dayandırmış və qeyd etmişlər ki, hazırkı işin nəticəsi AR Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan ********* saylı cinayət işinin nəticəsindən asılıdır və ona görə də, icraatı həmin cinayət işinin istintaqı bitənədək dayandırmışlar. Həmin cinayət işinə xitam verildikdən sonra hazırkı işin baxılması bərpa edilmişdir. Məhkəmə yoxlamanın hansı əsaslarla açılması, yoxlamanın və yoxlamanın müddətinin uzadılmasının dövlət reyestrində qeydiyyata düşüb düşməməsini araşdırmamışdır. Halbuki, həmin hallar mütləq araşdırılmalı idi. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) Azərbaycan Respublikasında ABŞ və Azərbaycan Respublikası arasında 11 may 2000-ci il tarixdə bağlanılmış “ABŞ Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında X2 dair Əməkdaşlıq Haqqında” iki tərəfli Saziş əsasında fəaliyyət göstərir. Həmin Saziş Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, № 915-İQ saylı "Azərbaycan Respublikası Hökuməti və X13 Hökuməti arasında X2 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən Sazişin A bəndinə əsasən Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş digər bu kimi vergi və haqlardan azad olunurlar. Qeyd edilməlidir ki, bu hal 10 iyul 2020-ci il tarixli ********* saylı cinayət işinə hissəvi xitam verilməsi barədə qərarda da öz əksini tapmışdır. AKT-ın 1.8-ci bəndində göstərilir ki, Nümayəndəliyə daxil olmuş vəsaitlərin Ədliyyə Nazirliyində qeydiyyata alınıbalınmadığını müəyyənləşdirmək məqsədilə xx.xx.2014-cü il tarixli **********062600 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət olunmuş və xx.xx.2014-cü il tarixli 11/1082 nömrəli cavab məktubu alınmışdır. Cavab məktubuna əlavə edilmiş məlumat cədvəlindən görünür ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə qrant müqavilələri Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş vəsaitlər isə qeydiyyatdan keçirilməmişdir. AKT-ın bu hissəsi ilə bağlı qeyd etmək lazımdır ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinə (İREX) daxil olan bütün vəsaitlər Azərbaycan Respublikası Nazirlər Kabineti (kurator cənab Əli Həsənov) tərəfindən qeydiyyata alınmış, layihələr Nazirlər Kabinetinin razılığı ilə həyata keçirilmiş, hər il vergidən və digər ödənişlərdən azad olunmaqları barədə AR Nazirlər Kabineti, Maliyyə Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən arayışlar verilmişdir. Layihələrin adlarından, məqsədlərindən də göründüyü kimi ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) həyata keçirdiyi layihələr ictimai xarakter daşımış, layihələrin həyata keçirilməsində gəlir əldə etmək məqsədi olmamış və ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəlik (İREX) heç bir gəlir əldə etməmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Ona görə də, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) fəaliyyətində vergi tutma obyekti yaranmamışdır. Məhkəmə qərarında qeyd edir ki, guya iddiaçı qrant alan təşkilatdır. Halbuki, iş materiallarından və mübahisələndirilən səyyar vergi yoxlaması aktından görünür ki, iddiaçı qrant alan deyil, qrant verən təşkilatdır və onun özü heç bir layihə həyata keçirməmiş, yerli təşkilatlara, universitetlərə və dövlət qurumlarına qrantlar vermişdir. Qanunvericilikdə isə, qrantı verən təşkilat yox qrant alan təşkilat onu dövlət qeydiyyatıntan keçirtmək vəzifəsini daşıyır. Birinci instansiya məhkəməsi AR Baş Prokurorluğunun 10 iyul 2020-ci il tarixli cinayət işi üzrə icraata hissəvi (iddiaçıya aid hissədə xitam verilməsi barədə) qərarını, ABŞ və Azərbaycan arasında sazişi nəzərə almayaraq belə əsassız və absurd nəticəyə gəlmişdir ki, hazırkı vəziyyətdə iddiaçı vergi ödəyicisidir. Məhkəmənin qərarı qanuna və 10 iyul 2020-ci il tarixli Prokurorluğun xitam qərarına açıq-aşkar ziddir. Belə ki, həmin qərardan görünür ki, iddiaçının iddiada mübahisələndirdiyi hal üzrə qanunsuz sahibkarlıq, yəni qrantı qeydiyyatdan keçirmədən fəaliyyət göstərmə, vergi ödəməkdən yayınma və 308-ci maddələr üzrə araşdırmalar aparılmış və qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Deməli açıq-aşkardır ki, məhkəmənin iddiaçının qrantı qeydiyyatdan keçirməli olduğu halda qeydiyyatdan keçirməməsi, vergidən yayınması və hər hansı bir qanunvericiliyi pozması barədə fikirləri həqiqəti əks etdirmir və uydurmadır. Məhkəmənin iddianın təmin edilməməsi barədə cavabdehin adından qeyd etdiyi arqumentlər həqiqəti əks etdirmir. Cavabdehin həmin arqumentləri 10 iyul 2020-ci il tarixli Prokurorluğun xitam qərarı qəbul edilənədək olub, həmin qərardan sonra, qərar məcburi preyudisial hüquqi qüvvəyə malik olduğuna görə, cavabdehin sonrakı bütün məktub və etirazlarında, yəni hakimin baxdığı bütün dövrdə cavabdeh borcun silindiyinə, iddiaçının xeyrinə qərar qəbul ediləcəyi halda saldo (artıq ödəmə) yaranacağını bildirməklə iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmənin qərarda cavabdehin nümayəndəsinin adından göstərdikləri tamamilə həqiqəti əks etdirmir. Ona görə də iddiaçı qeyd edir ki, cavabdehin adından qərarda göstərilənlər həqiqəti əks etdirmir. Hətta məhkəmə son iclasın qərarını saxtalaşdırsa belə, Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli və Bakı Apelyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarlarında cavabdehin mövqeyi öz əksini tapmışdır. Beləliklə də sübut olunur ki, qərarda göstərilənlər həqiqəti əks etdirmir. AR Mülki Prosessual Məcəlləsinin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bunun üçün müəyyən etmək lazımdır ki, hazırkı işdə nə mübahisə olunurdu? Hazırkı işdə iddiaçı bildirirdi ki, qrantların qeydiyyatdan keçirib və qanunsuz sahibkarlıqla məşğul olmayıb. Hansı ki, ********* saylı cinayət işinə hissəvi, yəni iddiaçıya aid hissədə xitam verilərkən müəyyən edilmişdir ki, iddiaçı təşkilat qanunsuz sahibkarlıqla məşğul olmamış eyni zamanda vəzifə səlahiyyətlərindən sui istifadə etməmişdir. Hazırkı işdə iddiaçı bildirmişdir ki, o vergidən yayınmamış və onun fəaliyyətindən vergituma obyekti olmamışdır. Bu hal ********* saylı cinayət işinə hissəvi xitam verilməsi barədə qərarda da öz əksini tapmışdır. Məhkəmənin mövqeyi isə həmin xitam qərarından fərqli olduğu halda məhkəmə həmin qərardakı halda başqa halı müəyyən etməsini heç nə ilə əsaslandırmamışdır. Məhkəmə yoxlamanın keçirilməsinə əsas olmuş qərarların, yoxlamanın müddətinin uzadılması haqqında qərarların və bu qərarların reyestrdə qeydiyyata alınıb-alınmamsı barədə məlumatların AR Ədliyyə Nazirliyindən tələb edərək almamışdır. Hesab edirlər ki, həmin sənədlər tələb edilərək alınmalıdır. AR Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti. Göründüyü kimi qanunvericilik vergitutmanın ilkin elementini vergi tutma obyekti kimi müəyyən etmişdir. AR VM-nin 12.3-cü vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bununla bağlı göstərilməlidir ki, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) VM-nin 12.3-cü maddəsində göstərilən heç bir fəaliyyət növü ilə məşğul olmamış və fəaliyyətindən heç bir gəlir, mənfəət əldə etməmişdir. Qeyd edilməlidir ki, qrantların qeydiyyata alınmasının fərqli qaydaları vardır belə ki, ictimai birliklərin aldığı qrantlar Ədliyyə Nazirliyində, kommersiya qurumlarının aldığı qrantlar İqtisadi İnkişaf və Sanaye Nazirliyində, beynəlxalq təşkilatların aldığı qrantlar isə müvafiq olaraq AR Nazirlər Kabinetində, Maliyyə Nazirliyində qeydiyyata alınır. AKT-da isə göstərilir ki, qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Halbuki ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinin (İREX) aldığı qrantlar Ədliyyə Nazirliyində qeydiyyata alınmalı deyildi. Belə ki, AR X21 1-ci maddəsinin 1ci hissəsinə əsasən qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. Qanunun 2-ci maddəsinin 5-ci hissəsinə əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin mənfəət götürmək məqsədi güdməyən digər xarici hüquqi şəxslər, eləcə də xarici fiziki şəxslər donor qismində çıxış edə bilərlər. Qanunun 3-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən donorla münasibətlərində qrant alan resipiyent sayılır. Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət götürmək məqsədi güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filial, nümayəndəlik və şöbələri respiyent hesab olunurlar. Qanunun 4-cü maddəsinin 1-ci bəndinə görə donorla resipiyent arasında yazılı müqavilə və ya qrant verilməsi haqqında donorun yazılı qərarı qrant verilməsi, alınması və istifadəsi üçün qanuni əsasdır. Müqavilədə (qərarda) qrantın məqsədi, məbləği, predmeti və əgər donor tərəfindən resipiyent qarşısında hansısa şərtlər qoyulmuşdursa, həmin şərtlər göstərilir. Vurğulanmalıdır ki, bütün qrantlar qrant müqavilələrində göstərilmiş məqsədlər üçün istifadə edilmişdir. Qanunun 4-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının 2-ci bəndinə əsasən «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci bəndində, 3-cü maddəsinin 2-ci bəndində, 4-cü maddəsinin 4-cü və 5ci bəndlərində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 927 saylı fərmanının 1-ci bəndinə əsasən "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında "Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının 2-ci bəndindən "4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində" sözləri çıxarılmışdır. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3-cü bəndinə əsasən müəyyən edilmişdir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini X23 Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Göründüyü kimi həmin Fərmanda beynəlxalq təşkilatların azərbaycandakı nümayəndəliklərinin adı ümumiyyətlə keçmir. Qrant alınması və verilməsi barədə məlumatların verilməsi haqqında 24 sentyabr 1999-cu il tarixli, 155 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında olan resipiyent (bələdiyyə orqanları, Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik, yaxud qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsi olan və qrant almaqla birbaşa mənfəət güdməyən rezident və qeyri-rezident olan hüquqi şəxslər, onların filialı, nümayəndəlik və şöbələri, Azərbaycan Respublikasının fiziki şəxsləri) alınmasına başlanıldığı hər bir qrant haqqında, qrant alındığı andan ən geci bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Bununla bağlı qeyd edilməlidir ki, alınmış qrantlara dair AR Nazirlər Kabinetinə məlumat verilmiş və bu məbləğin vergilərdən azad olması barədə Maliyyə Nazirliyindən məktublar alınmışdır. Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə 12 fevral 2004-cü il tarixli fərmanı beynəlxalq təşkilatların ölkədəki nümayəndəlikləri tərəfindən qrant alınması qaydalarını tənzimləmir. Belə ki, həmin qaydalar yalnız Azərbaycan Respublikasında olan qeyri-kommersiya qurumlarına, fiziki şəxslərə və kommersiya hüquqi şəxslərinə şamil edilir (bax: qaydaların 1-ci bəndinə). Qeyd edilməlidir ki, həmin fərman Azərbaycan Respublikası Prezidentinin “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanının ləğv edilməsi haqqında 24 iyul 2014-cü il tarixli, 240 saylı Fərmanı ilə ləğv edilmişdir. Həmçinin vurğulanmalıdır ki, Qrant məbləğinin dövlət qeydiyyatına alınması məcburiliyi və dövlət qeydiyyatına alınmamış qrant məbləğləri üzrə əməliyyatların qadağan olunması “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qanun 01 fevral 2014-cü il tarixdə qüvvəyə minmişdir. Yeni redaksiyada Qanunun 4cü maddəsinin 4-cü bəndinə belə ifadə olunub: Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 852-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli Fərmanında da beynəlxalq təşkilatların nümayəndəliklərinin adı keçmir və həmin fərman nümayəndəliyin fəaliyyətinə şamil olunmur. Göründüyü kimi Qanun 4-cü maddəsi də, ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyinə (İREX) tətbiq edilə bilməz, çünki həmin maddədə Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinə qrant verilməsindən söhbət gedir. ABŞ-ın Humanitar Təşkilatı olan “Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikası Nümayəndəliyi (İREX) Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi deyil, beynəlxalq təşkilatın Azərbaycan Respublikasındakı Nümayəndəliyidir. Bunlardan başqa yoxlanılan dövrdə qeyd edilməlidir ki, səyyar vergi yoxlaması ilə “yoxlanılan” dövrdə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli Qanunu və onun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2014-cü il tarixli Fərmanı qüvvədə olmamışdır və onun geriyə, yəni yoxlanılan dövrə şamil edilməsi açıqaşkar qanunsuzdur. AR Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən xaricdən alınan əvəzsiz maliyyə yardımları (qrantlar) hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur. Göründüyü kimi qrantdan heç bir halda vergi tutula bilməz. Lakin cavabdeh aktda qrant müqaviləsi əsasında alınmış məbləğə ƏDV hesablamışlar. Halbuki, qrant məbləğinə vergilərin hesablanması qadağandır. Respublikada tətbiq olunan 9 vergi növündən biri olan əlavə dəyər vergisi (ƏDV) öz iqtisadi mahiyyətinə görə istehlaka tətbiq edilən, mal və xidmətlərin istehsalının və tədavülünün hər bir mərhələsində yaranan əlavə dəyərin bir hissəsinin dövlət büdcəsinə alınmasıdır. ƏDV dolayı vergi olmaqla bu vergi növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. ƏDV-nin hesablanması və ödənilməsi mexanizmi və prosedurlarına əsasən bu vergi birbaşa olaraq konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prossesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. Belə şəraitdə ƏDV konkret istehsalat üçün neytral xarakter kəsb edir. Bundan əlavə ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prossesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. ƏDV-nin hesablanmasına gəldikdə isə, vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini təsdiq edən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir. ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilən işlərin görülməsinin, xidmətlərin göstərilməsinin siyahısı Vergi Məcəlləsinin 165-ci maddəsində verilmişdir, yəni Vergi Məcəlləsinin bu maddəsində qeyd olunan işləri görən, xidmətləri göstərən şəxslər tərəfindən həmin işlərə və xidmətlərə görə ƏDV-ni sıfır (0) faiz dərəcəsi ilə hesablayaraq elektron vergi hesab fakturasında da verginin dərəcəsini “0” kimi göstərirlər. Bu isə o deməkdir ki, həmin işləri görən, xidmətləri göstərən şəxslər tərəfindən bu işlərə və xidmətlərə görə ƏDV-ni hesablanmır və dövlət büdcəsinə ödənilmir. Konstitusiyanın 151-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli, № 915-İQ saylı "Azərbaycan Respublikası Hökuməti və X13 Hökuməti arasında X2 dair Əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Qeyd edilən Sazişin A bəndinə əsasən Birləşmiş Ştatların yardım proqramları ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən tariflərdən, gömrük rüsumlarından, idxal vergisindən və Azərbaycan Respublikası Hökuməti və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş digər bu kimi vergi və haqlardan azad olunurlar. Bununla bağlı vurğulanmalıdır ki, Azərbaycan Respublikası qanunları ilə "Azərbaycan Respublikası Hökuməti və X13 Hökuməti arasında X2 dair Əməkdaşlıq haqqında Saziş" arasında ziddiyyət yarandığı halda Sazişin müddəaları tətbiq olunmalı olduğu halda cavabdeh Sazişin mövcudluğunu və onun bu gün də qüvvədə olmasını nəzərə almamış və qanunsuz bir AKT tərtib etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edilərək, AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli, **********814318 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş və məhkəmə tərəfindən iddia tələbinin azaldılması barədə ərizə icraata qəbul olunmuşdur. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli, **********814318 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, yoxlanılan dövrdə iddiaçı faktiki olaraq qeyri-rezident təşkilatlarının vəsaitləri hesabına rezident fiziki və hüquqi şəxsləri cəlb etməklə müxtəlif təyinatlı layihələrinin keçirilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə qeyd etmişdir ki, yoxlanılan dövrdə Nümayəndəliyə qeyri-rezident təşkilatlardan 1865975,51 manat vəsait daxil olmuş, lakin həmin vəsaitlər qrant kimi qeydiyyata alınmamışdır. Halbuki “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 02 yanvar 2003-cü il tarixindən 04 fevral 2014-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin xx.xx.2014-cü il tarixli 11/1082 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən qrant layihələri üzrə Nümayəndəliyə daxil olmadan birbaşa resipiyent hüquqi və fiziki şəxslərə ödənilmiş vəsaitlər üzrə 7555556,05 ABŞ dolları (589366,07 manat) məbləğində qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmiş, Nümayəndəliyin özünə daxil olmuş 1865975,51 manat vəsaitlər üzrə qrant müqavilələri isə qeydiyyatdan keçirilməmişdir. Qeyd edilənlərə əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən alınmış vəsaitlər qanunla müəyyən edilmiş qaydada qrant kimi qeydiyyatdan keçmədiyindən həmin vəsaitlərin rüsumlar və dövlət büdcəsinə məcburi ödənişlərdən azad edilməsi ilə bağlı “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin iddiaçıya tətbiq edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd etmişdir ki, ABŞ-ın X9 (USAİD) tərəfindən maliyyələşən “Azərbaycanda Yeni Media” proqramı xx.xx.2010-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrü əhatə etmiş və nümayəndəlik bu proqram çərçivəsində aşağıda qeyd edilən işləri yerinə yetirmişdir: X18 - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşma çərçivəsində "xxxx" MMC ilə bağlanmış memoranduma əsasən həyata keçirilmiş və Azərbaycanın 30 rayonunda əhalisi 5 mindən çox olan kəndlərin yerli poçt şöbələrində internet köşklər quraşdırılmışdır. X17 - Azərbaycanın 20 rayon və ya şəhər mərkəzində məlumat mərkəzləri qurulmuş, kompüter və digər zəruri avadanlıqlarla təchiz edilmiş, hər birinə fəaliyyət göstərmələri məqsədi ilə bir nəfər mütəxəssis işə götürülərək texniki xidmət göstərilmiş, həmin dövr ərzində sürətli internetlə təchiz edilmişdir. Media təqaüdü proqramı proqram çərçivəsində 12 təcrübəli media mütəxəssisi 2013-cü ilin yaz semestri ərzində Bakıda yerləşən altı ali məktəbin jurnalistika fakültəsində yeni media dərslərini tədris etmiş, tədris zamanı müəllimlər İREX Azərbaycanın təşəbbüsü ilə hazırlanan www.az.irexleaming.org websaytında yerləşdirilmiş jurnalistika nəzəriyyəsinə dair materiallardan faydalanmışlar. Layihə çərçivəsində müəllimlərin bir qisminin ABŞ-a səfəri təşkil edilmiş və onlar üçün Cənubi Karolina Universitetinin Jurnalistika Faküləsi ilə tanışlıq imkanı verilmişdir. Universitetlərdə Wi-Fi – ların quraşdırılaraq pulsuz internetlə təchiz edilməsi proqramı - proqram çərçivəsində Azərbaycanda fəaliyyət göstərən 8 universitetin kitabxanalarına və digər ictimai yerlərinə pulsuz olaraq internet çəkilişi həyata keçirilmiş, həmin yerlərə eyni vaxtda 300-dən çox insanın qoşularaq sürətli internetdən istifadə etməsini təmin edən modemlər quraşdırılmışdır. - Kamera sənin səsin kimi proqramı proqram çərçivəsində Azərbaycanın 14 Regionunda 13 - 17 yaşlı məktəbli qızlar arasında təlimlər keçirilmiş, təlim iştirakçılarına video süjet çəkmək və sadə proqramlardan istifadə edərək montaj etmək öyrədilmişdir. Qızlar İKT-də proqramı - proqram çərçivəsində informasiya kommunikasiya sahəsində fərqlənən 15 - 17 yaşlı məktəbli qızlar Bakıya dəvət olunmuş, onların paytaxtdakı media qurumları ilə, İKT sahəsində fəaliyyət göstərən qurumlarla, o cümlədən "xxxx" MMC ilə tanışlığı təmin edilmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi iddiaçı tərəfindən alınmış 1865975,51 manat vəsait hər hansı qrant müqaviləsində nəzərdə tutulmamış və Ədliyyə Nazirliyində qeydiyyata alınmamışdır. Ona görə də, qeyd edilən vəsait qeyri-rezidentin sifarişi əsasında Azərbaycan Respublikası ərazisində işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) görə ödəniş kimi qiymətləndirilmiş və vergi öhdəliyinin yaranması üçün əsas olmuşdur. İddiaçının fəaliyyəti üzrə aparılmış yoxlama zamanı 2011-ci ilin 2-ci rübü üzrə (aprel, may ayları) nümayəndəlik tərəfindən qrant kimi qeydiyyata alınmayan layihələr üzrə görülmüş işlərin (xidmətlərin) 158828,50 manat dəyərindən Vergi Məcəlləsinin 219.1 və 220-ci maddələrinə əsasən, 6353,14 manat sadələşdirilmiş vergi hesablanmışdır. Nümayəndəliyin sadələşdirilmiş vergiyə cəlb edilən dövriyyəsi 2011-ci ilin aprel ayında 124837,08 manat, may ayında 33991,43 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1-ci maddələrinə uyğun olaraq vergi ödəyicisinin xx.xx.2011-ci il tarixindən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********749075 nömrəli qərarından görünür ki, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinini 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. İş materiallarından görünür ki, yoxlama xx.xx.2014-cü il tarixdə başlamış və xx.xx.2014-cü il tarixdə başa çatdırılaraq, nəticələri xx.xx.2014-cü il tarixli **********6749940 nömrəli aktla rəsmiləşdirilmişdir. İş materiallarında olan “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2014cü il tarixli **********749075 nömrəli qərarına əsasən ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 2011-ci ilin aprel ayından 2014-cü ilin aprel ayınadək olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2014-cü il tarixli **********749940 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən yol vergisinin 2011-2013-cü illər üzrə 162 manat, əlavə dəyər vergisinin 2011- 2014-cü illər üzrə 255692,87 manat, eyni zamanda 2011-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin 6353,14 manat azaldılması aşkar edilmişdir. İş materiallarında olan Vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********814318 nömrəli qərardan görünür ki, vergi ödəyicisinə 262208,01 manat vergi borcu və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, vergi hesabatını və ya Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışın təqdim edilməməsinə görə 119645,97 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 381853,98 manat vəsaitin ödənilməsinə dair **********244700 nömrəli tələbnamə təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərin hesablanması və tələbetmə müddəti bitdiyi üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar üzrə hesablanmış 262 208,01 manat vergi və 119 645,97 manat maliyyə sanksiyası nümayəndəliyin şəxsi hesab vərəqəsindən silinmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçıya ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (baş ofis) tərəfindən köçürülmüş pul vəsaitləri qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilmiş və bu faəliyyət nəticəsində hər hansı mənfəət əldə edilməmişdir. Belə ki, vergilərin hesablanmasına əsas olmuş pul vəsaitlərinin Nümayəndəliyə “Azərbaycan Respublikasında təhsilə və yeni mediaya dəstək” adlı layihə çərçivəsində “Azərbaycanda Yeni Media” Proqramının icrası və “Yeni media təlimləri” adlı treninqin həyata keçirilməsi məqsədilə köçürülməsi və sonuncu tərəfindən təyinatı üzrə istifadə edilməsi işin mübahisəsiz hallarındandır. Eyni zamanda, mübahisələndirilən qərar ilə iddiaçıya hesablanmış ƏDV-yə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin 155.1-ci maddəsinin 30 dekabr 2012-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 150000 manatdan artıq olan hüquqi və 90000 manatdan artıq olan fiziki şəxslər (bu Məcəllənin 218.1.1.1-ci maddəsində göstərilənlər istisna olmaqla) həmin dövr başa çatdıqdan sonra 10 gün ərzində vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Qeyd olunan normaya əsasən vergi ödəyicisi aşağıdakı şərtlər yarandıqda ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir:

1. Vergi ödəyicisi sahibkarlıq fəaliyyəti göstərdikdə

2. Həmin fəaliyyət nəticəsində vergi tutulan əməliyyatların həcmi hüquqi şəxslərə münasibətdə 150000 manat, fiziki şəxslərə münasibətdə isə 90000 manatdan artıq olduqda Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir Göründüyü kimi, iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası Azərbaycan Respublikasındakı Nümayəndəliyi hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirmədiyindən onun ƏDV məqsədləri üçün qeydiyyatdan keçmək və ƏDV ödəmək öhdəliyi yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərməsinə dair iş materiallarında hər hansı sübut olmadığından, mübahisələndirilən qərar ilə hesablanmış Əlavə dəyər vergisi və ona müvafiq olaraq tətbiq edilmiş maliyyə sanksiyası qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hər hansı ƏDV ödəhliyi yaranmadığından, ƏDV hesabatlarının vaxtında təqdim ediləməsinə görə tətbiq edilmiş maliyyə sanksiyaları da əsassız hesab edilməlidir. Mübahisələndirilən qərar ilə hesablanmış sadələşdirilmiş vergiyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı yoxlama ilə əhatə olunan dövr ərzində malların (işlərin, xidmətlərin) və əmlakın təqdim edilməsindən, eləcə də satışdankənar gəlir əldə etmədiyindən, ona sadələşdirilmiş verginin hesablanması da qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi sadələşdirilmiş verginin vergitutma obyektidir. İş materiallarından göründüyü kimi, iddiaçı baş ofis tərəfindən köçürülən pul vəsaitini birbaşa əvvəlcədən müəyyən edilmiş qeyri-kommersiya məqsədləri üzrə istifadə etmiş və bunun müqabilində hər hansı xidmət haqqı və hər hansı başqa formada gəlir əldə etməmişdir ki, bu da iddiaçıya sadələşdirilmiş verginin hesablanmasını istisna edir. İddiaçıya 2011-2013-cü illər üzrə hesablanmış Yol vergisinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin 209-cu maddəsinin xx.xx.2015-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün avtonəqliyyat vasitələri) olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir. Daha sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2014-cü il tarixli Qanuna əsasən həmin maddə yeni redaksiyada verilmiş və Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu fəslin məqsədləri üçün - avtonəqliyyat vasitələri) olan şəxslər yol vergisinin ödəyiciləri sırasından çıxarılmışdır. Göründüyü kimi, xx.xx.2014-cü il tarixindən etibarən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslərin yol vergisi üzrə öhdəliyi ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2014-cü il tarixli Qanunun qüvvəyə minməsindən sonra iddiaçı yol vergisi üzrə vergi öhdəliyindən azad edildiyindən, qeyd olunan Qanunun qüvvəsi iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran və hüquqi məsuliyyətini aradan qaldıran normativ hüquqi akt qismində qüvvəyə minməsindən əvvəlki tarixdə yaranmış münasibətlərə, o cümlədən iddiaçıya 2011-2013-cü illər üzrə hesablanmış Yol vergisinə münasibətdə geriyə şamil edilə bilər. Başqa sözlə desək, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2014-cü il tarixli Qanunun geriyə şamil edilməsi nəticəsində, mübahisələndirilən qərar 2011-2013-cü illər üzrə hesablanmış Yol vergisi və ona müvafiq olaraq tətbiq edilmiş maliyyə sanksiyaları hissəsində qüvvəsini itirmiş olur. Bundan başqa, məhkəmə kollegiyası qrant müqavilələrinin iddiaçı tərəfindən "Qrant haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq qeydiyyatdan keçirilməməsinə münasibətdə bildirir ki, qeyd olunan qanunun tələblərinə riayət olunmaması iddiaçının həyata keçirdiyi fəaliyyətin xarakterini, yəni qeyri-sahibkarlıq fəaliyyəti olması və həmin fəaliyyətin ƏDV və Sadələşdirilmiş vergi məqsədləri üçün vergitutma obyekti yaratmaması faktını dəyişdirmir. Eyni zamanda qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş AR Baş Prokurorluğunun 10 iyul 2020-ci il tarixli cinayət işinə hissəvi xitam verilməsi və əmlakın həbsdən azad edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinə Amerika X1 Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) Azerbaycan Respublikası Nümayəndəliyinin vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz sahibkarlıqla məşğul olma və vergiləri ödəməkdən yayınma əməllərinə dair cinayət təqibi üzrə qanunvericiliyin müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad etmə üçün əsaslar mövcud olduğundan hissəvi xitam verilmişdir. Qeyd olunan qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 18 iyul 2000-ci il tarixli 915-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş, 11 may 2000-ci ildə Bakı şəhərində imzalanmış və hazırda quvvədə olan “Azərbaycan Respublikası Hökuməti və X13 Hökuməti arasında X2 dair əməkdaşlıq haqqında Saziş”in İ maddəsinin (Azadolmalar və toxunulmazlıqlar) (A), (B), (C) bəndlərinə əsasən Birləşmiş Ştatların yardım proqramlan ilə əlaqədar əldə edilmiş, yaxud istifadə olunan mallar, ləvazimatlar, avadanlıqlar, materiallar, texnika, ixtisaslaşdırma kursları, xidmətlər və digər əmlaklar, o cümlədən pul vəsaitləri ölkəyə idxal, yaxud ölkədən ixrac olunarkən, həmçinin ölkə daxilində alınarkən və istifadə edilərkən hər cür əlavə dəyər vergisindən, əmlak vergisindən, tariflərdən, gömrük rüsumlanndan, idxal vergisindən və X5 və onun aidiyyəti olan orqan və təşkilatları tərəfindən təyin edilmiş digər bu kimi vergi və haqlardan azad olunduğu təsbit edildiyindən, ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) Azərbaycan Respublikası Nümayəndəliyinin vəzifəli şəxslərinin fəaliyyəti üzrə müəyyən edilmiş qulluq səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz sahibkarlıqla məşğul olma və vergiləri ödəməkdən yayınma əməllərinə dair Azərbaycan Respublikası CM-nin 192.2.2, 213.2.2, 308.2-ci maddələri ilə cinayət təqibinə qanunvericiliyin müddəalannın qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar mövcud olduğundan cinayət işinə bu hissəsində xitam verilmiş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 26 iyul 2014, 03 oktyabr 2014, 08 oktyabr 2014 və 10 oktyabr 2014-cü il tarixli qərarlan ilə nümayəndəliyin və müqavilə əsasında nümayəndəliyə xidmət göstərmiş "X14 Services LTD" MMC-nin təsisçisi və rəhbəri X12, fiziki şəxslər X15 oölu və Vəkil "X11" ASC-de olan bank hesablarının üzərinə qoyulmuş həbslər ləğv edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən həyata keçirilmiş cinayət təqibi nəticəsində də iddiaçının ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) tərəfindən köçürülmüş pul vəsaitlərini təyinatı üzrə (qeyri-kommersiya məqsədləri üçün) istifadə etdiyi və hər hansı vergidən yayınma hallarına yol vermədiyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Bundan başqa, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh vergi orqanı iddiaçı ABŞ-ın Humanitar Təşkilatı olan Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX) Azərbaycan Respublikası Nümayəndəliyinin yoxlama ilə əhatə olunan dövr ərzində sahibkarlıq fəaliyyəti həyata keçirdiyini və bu fəaliyyət nəticəsində mənfəət əldə etdiyini, başqa sözlə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********814318 nömrəli qərar ləğv edilməli və həmin qərar ilə ƏDV, Sadələşdirilmiş vergi və yol vergisi üzrə hesablanmış əlavə vergi məbləğləri və tətbiq edilmiş maliyyə sanksiyaları silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-5/2022 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilsin. AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2014-cü il tarixli, **********814318 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar