Məhkəmə qərarları › İş №2-1(103)-1629/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1629/2023

06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1629/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti) «çıxarışın verilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-341/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina bildirişinin qanunsuz və əsassız sayılması, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən ona məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Şəlalə Həsənova) 2-1(112)-341/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin imtinası qanunsuz hesab edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən iddiaçıya məxsus 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2019 və xx.xx.2020-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri göstərilməmişdir. Bundan əlavə, tam hasarlanmayan torpaq sahəsi yaşıllıq olan ərazidə yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1791/2022 nömrəli 01 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2171/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1791/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti hazırki iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 iyun 2013-cü il tarixli, AZ-İ seriyalı 006054 nömrəli Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1964-cü ildə doğulmuş X1 “Şükürov”dan “Zeynalabdinov”a dəyişdirilmiş və bu barədə soyadını, adını, ata adını dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin iyun ayının 21 günündə 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********21 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiaçının ərizəsinə baxılmış, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyi və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 21.1-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşəparklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafıq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 7-də yaşayan vət. X6 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” 272 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X6 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, R.M.Şükürova ayrılmış sahədə 185-000-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş xx.xx.1999-cü il tarixli aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Suraxanı rayonun baş memarı V.Seyidov, mütəxəssis S.Məmmədzadə, Bülbülə qəsəbə nümayəndəsi A.Cavadovun iştirakı ilə Suraxanı İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 272 saylı sərəncamı ilə Bülbülə qəsəbəsi S.Bəhlülzadə küçəsində 600 kv.m torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgüsünu apardılar və daimi nişanlar qoyuldu. Torpaq sahəsi verilən vətəndaş X10. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********14 nömrəli məktubdan görünür ki, müraciətlə bağlı İdarənin mühəndisi tərəfindən göstərilən (torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur) əraziyə texniki baxış keçirilmişdir. Sözügedən torpaq sahəsi tam hasarlanmamışdır (bir tərəfdən qonşu sahənin mişar daş hasarıyla, bir tərəfdən metal torla əhatələnib, iki tərəfdən şərtidir). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi tam şəkildə şam ağacları olan yaşıllıq massivinin şərti bir hissəsidir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********32 nömrəli məktubdan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı iddia etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur. Sözügedən torpaq sahəsi tam hasarlanmamışdır (bir tərəfdən qonşu sahənin mişar daş hasarıyla, bir tərəfdən metal torla əhatələnib, iki tərəfdən şərtidir). 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordinatlar daxilindəki torpaq sahəsi çoxillik əkmələrlə örtülü, ümumi istifadədə olan yaşıllıq massivinin sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak X8 yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********17 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, müraciətə əsasən iddia edilən torpaq sahəsinə baxış keçirilib naturada koordinatları müəyyən edilməklə ölçülüb, ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və digər texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır. Elektron kadastr baza məlumatlarına əsasən ölçülmüş ərazi yaşayış məntəqəsinin hüdudları daxilində yerləşən dövlət mülkiyyəti torpağıdır, ölçülmüş torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin verilməsi, eləcə də hüquqi və ya texniki sənədin verilməsi barədə məlumat aşkar edilmədi. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti X3 tərəfindən məhkəməyə ünvanlanmış Ç-DQ-329 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər icra Hakimiyyəti X3nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinin təyinatının müəyyən olunması məqsədilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazinin ümumi istifadədə olan yaşıllıq zolağında yerləşdiyi, 600 kv.metr torpaq sahəsinin hüdudları daxilində 46 (qırx altı) ədəd, hüdudlarından kənarda isə 47 ədəd olmaqla ümumilikdə ərazidə 93 ədəd 45-50 illik şam ağaclarının mövcud olduğu müəyyən olunmuşdur. Hazırda torpaq sahəsi 3 tərəfdən mişar daşı ilə hasarlanmışdır. Hasarın kim tərəfindən çəküdiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 27/04 nömrəli məktubdan görünür ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə baxış keçirilərkən qeyd edilən ünvandakı ərazinin yaşıllıq zolağına aid olduğu və təqdim olunmuş koordinat nöqtələrinin hüdudları daxilindəki yaşıllıq ərazidə (600 kv.m) normal bioloji inkişafda olan diametrləri 20-44 sm-lik 81 ədəd çoxillik Şam ağaclarının olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli BA-02762-2022 nömrəli məktubla Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 272 №-li, xx.xx.1995-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir, sərəncama heç bir sənədin əlavə edilmədiyi bildirilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının “Bakı şəhəri, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, döngə 7, ev 7-də yaşayan vət. X6 fərdi yaşayış evi tikmək üçün Suraxanı rayonu, Bülbülə qəsəbəsində torpaq sahəsinin ayrılması haqqında” 272 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, X6 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış, R.M.Şükürova ayrılmış sahədə 185-000-İİİC №-li bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********09 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən torpaq sahəsinə aid Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətinə əsasən torpaq sahəsi bir tərəfdən qonşu sahənin mişar daş hasarı ilə, bir tərəfdən metal torla sərhədlənib, iki tərəfdən şərtidir, torpaq sahəsi şam ağacları olan yaşıllıq ərazidə yerləşir, torpaq sahəsinin cizgisində istinad ölçüləri göstərilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli Ç-DQ-203 nömrəli məktubda qeyd edilmişdir: Mütəxəssislərimiz tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.metr yaşıllıq sahəsinə baxış keçirilərək akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsasən yaşıllıq sahəsində köküstəyaş normal bioloji inkişafda olan müxtəlif diametrli Eldar şamı cinsindən 90 (doxsan) ədəd ağacların olduğu qeyd olunmuşdur. Bildiririk ki, yaşıllıq sahəsi və ağaclar Birliyin balansındadır. Ağacların yaşı 50-55 illikdir, diametrləri 36-64 sm arasında dəyişir, köçürmə parametrlərinə uyğun gəlmir. İş materiallarında olan DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********42 nömrəli məktuba əsasən, göstərilən 600 kv.metr torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları olmaqla (uqodiyası: Parklar) dövlət mülkiyyətidir. Sahə bütövlüklə sıx şəkildə yerləşmiş yaşıllıq ərazisidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 22/1574 nömrəli məktubda qeyd edilmişdir: Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin hüdudları daxilindəki şam ağaclarının maneəsiz başqa əraziyə köçürülməsinin mümkün olub-olmaması ilə bağlı məlumat verilməsi barədə Meşələrin İnkişafı Xidmətinə ünvanladığınız 2022-ci il 9 iyun tarixli 2- 1(103)-1791/2022 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 4.6.5-ci yarımbəndinə istinadən qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metr hündürlüyə qədər budaqlanmayan ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilməz. Eyni zamanda sözügedən qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsi üçün əsas hesab edilən hallar göstərilmiş, həmin qaydanın 2.3-cü bəndində isə bu hallar istisna olmaqla yaşıllıqların götürülməsinin qadağan olunduğu qeyd edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 18-ci maddəsinin 1-ci hissəsinə əsasən şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. 18-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 59-cu maddəsinin 2-ci hissəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. 1.0.2. yaşıllıq əraziləri - yaşıllıqların yerləşdiyi və ya yaşıllıq salmaq üçün ayrılmış torpaq sahəsi və ona aid ekoloji mühitdir (məkan). 4.1. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. 5.0. Yaşıllıqların mühafizəsinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. yaşıllıq ərazilərində ekoloji tarazlığın təmin edilməsi; 5.0.2. mədəni-sağlamlaşdırma mühitinin yaradılması və təmin edilməsi; 5.0.3. yaşıllıqların mühafizəsində dövlət və bələdiyyə orqanlarının, əhalinin və qeyri-hökumət təşkilatlarının iştirakının təmin olunması; 5.0.4. yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmənin tətbiq edilməsi; 5.0.5. yaşıllıqların mühafizəsi sahəsində dövlət nəzarəti və ictimai nəzarət; 5.0.6. qanunun pozulmasına görə məsuliyyət; 5.0.7. yaşıllaşdırma sahəsində beynəlxalq əməkdaşlıq. 6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). 9.0. Yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X9sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X9sının obyekti olan və X9sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. İş materiallarından görünür ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 272 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində 600,0 kv.m torpaq sahəsi ayrılmış və ona ayrılmış sahədə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin göstərilmədiyini və tam hasarlanmayan torpaq sahəsinin yaşıllıq olan ərazidə yerləşdiyinin müəyyən edilməsini qeyd etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 341/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin imtinası qanunsuz hesab edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1791/2022 nömrəli 01 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2-1(112)-341/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2171/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1791/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2171/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarında qeyd edilir: Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən İPM-in 12 və 58-ci maddələrinin tələbinə uyğun araşdırma aparmamış, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsini ayırmış Suraxanı rayon İcra Hakimiyyətinə sorğu edərək torpaq sahəsinin naturada yerini müəyyən etməmiş, rayon icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin 1999-cu ildə tərtib edilmiş sxemə uyğunluğunu, 15 fevral 1995-ci il tarixli sərəncamla ayrılan torpaq sahəsində çoxillik ağaclar olubolmamasını müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrılmış, iddiaçının iddia etdiyi torpaq sahəsinə onun, cavabdehin, rayon icra hakimiyyətinin, habelə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafi Xidmətinin və Bakı şəhəri İcra Hakimiyyəti X3nin nümayəndələrinin birgə iştirakı ilə baxış keçirilməsini müzakirə etməmiş, 15 fevral 1995-ci il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin ümumi istifadədə olan yaşıllıq sahəsi, çoxillik şam ağaclarının mövcud olmasını yoxlamamışdır. Apellyasiya məhkəməsi tərəfindən iddiaçıya 1995-ci ildə torpaq sahəsi ayrılan zaman həmin vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələblərinə riayət edilib-edilməməsi araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi ayrılan zaman onun hansı kateqoriyaya aid olması müəyyən edilməli və sonradan torpağın kateqoriyasında dəyişiklik olduğu halda, həmin dəyişikliyi təsdiq edən sənədlər tələb edilməli və araşdırmanın nəticəsindən asılı olaraq mübahisəyə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq torpaq sahəsinin naturada yerinin və tərtib edilmiş sxemə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə sorğusu göndərilmiş, qeyd olunan sərəncama əsasən ayrılmış torpaq sahəsinin plan və cizgi sxeminin məhkəməyə təqdim edilməsi xahiş edilmiş, lakin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla rayon İcra Hakimiyyətinin ötən illərə, o cümlədən 1995-ci ilə dair sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən sorğunun cavablandırılmasının imkan xaricində olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli BA- 02762-2022 nömrəli məktubla isə Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının 272 №-li, xx.xx.1995-ci il tarixli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilsə də, sərəncama heç bir sənədin əlavə edilmədiyi bildirilmişdir. Eyni zamanda məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsinin, Bakı şəhər İcra Hakimiyyəti X3nin nümayəndəsi və mütəxəssisinin iştirakı ilə qeyd olunan sərəncama əsasən ayrılmış torpaq sahəsinə baxış keçirilmiş, həmin torpaq sahəsi mübahisələndirilən torpaq sahəsi kimi təqdim edilmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, həmin 600 kv.m torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmamışdır, torpaq sahəsində çoxillik şam ağacları olmaqla ərazi ümumi istifadədə olan yaşıllıq ərazisidir. Daha sonra DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır, həmin məktubda qeyd edilir: İdarənin mütəxəssisələri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi iki tərəfdən qonşu sahələrin mişar daş hasarıyla sərhədlənmişdir, iki tərəfdən isə şərtidir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 600 kv.m torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla (uqodiyası: Parklar) dövlət mülkiyyətidir. Sahə bütövlüklə sıx şəkildə yerləşmiş yaşıllıq ərazisidir. Həmçinin torpaq sahəsinin cizgisində dəqiq yerləşmə istinad məlumatı yoxdur. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti X3 tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır, həmin məktubda qeyd edilir: Bakı Şəhər İcra Hakimiyyəti X3nin əməkdaşları tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisində yerləşən 600 kv.metr torpaq sahəsinin təyinatının müəyyən olunması məqsədi ilə əraziyə baxış keçirilmişdir. Baxış zamanı ərazinin ümumi istifadədə olan yaşıllıq zolağında yerləşdiyi, 600 kv.m torpaq sahəsinin hüdudları daxilində 46 (qırx altı) ədəd 45-50 illik şam ağaclarının mövcud olduğu müəyyən olunmuşdur. Yaşıllıq keçən əsrin 70-ci illərində Bakı şəhəri və Abşeron yarımadasının yaşıllaşdırılması planına uyğun olaraq salınmışdır. Yaşıllıqların götürülməsi və eyni zamanda köçürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 saylı qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydası»nın tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi və yerli (mərkəzi) icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarları əsasında həyata keçirilir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıya ayrılmış torpaş sahəsi ümumi istifadədə olan yaşıllıq zolağında yerləşir, həmin torpaq sahəsinin hüdudları daxilində 45-50 illik normal bioloji inkişafda olan şam ağacları mövcuddur. Sahə bütövlüklə sıx şəkildə yerləşmiş yaşıllıq ərazisidir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, həmin yaşıllıq sahəsi və ağaclar Birliyin balansındadır, yaşıllıq keçən əsrin 70-ci illərində Bakı şəhəri və Abşeron yarımadasının yaşıllaşdırılması planına uyğun olaraq salınmışdır. Mütəxəssis rəyinə əsasən hazırda həmin ərazidə olan ağacların köçürmə parametrlərinə uyğun gəlmədiyi də qeyd edilmişdir. xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 70-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələri torpaqlarının tərkibinə aşağıdakılar daxildir: 1) tikinti torpaqları; 2) ümumi istifadədə olan torpaqlar; 3) kənd təsərrüfatı təyinatlı və digər torpaqlar; 4) yaşayış məntəqələrinin meşə torpaqları; 5) təbiəti mühafizə, sağlamlaşdırıcı, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı torpaqlar; 6) dəmir yolu, su, hava nəqliyyatının, boru kəməri xətlərinin, dağ-mədən və digər sənaye sahələrinin torpaqları. 76-cı maddəsinə əsasən şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar aşağıdakılardır: 1) meydanlar, küçələr, keçidlər, yollar, sahil torpaqları; 2) əhalinin mədəni-məişət ehtiyaclarının ödənilməsi üçün istifadə edilən və istifadə edilməsi nəzərdə tutulan torpaqlar: parklar, meşə-parklar, bulvarlar, bağçalar, sututarlar, stadionlar, idman meydançaları və s; 3) kommunal təyinatlı torpaqlar (qəbiristanlar, şəhər tullantılarının zərərsizləşdirildiyi yerlər və s). 78-ci maddəsinə əsasən şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin meşə torpaqlarından əhalinin istirahətinin təşkili, mədəni tələbatının ödənilməsi, ərazinin külək və su eroziyasından qorunması üçün istifadə edilir. 88-ci maddəsinə əsasən şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitar-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar müvafiq surətdə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən şəhərin şəhərətrafı zonasına və yaşıllıq zonasına ayrılır. Şəhərətrafı və yaşıllıq zonası torpaqlarından bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə edilir, Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitar, gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikililər və qurğular yaradılması qadağandır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən qeyd edir ki, Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya 600 kv.m torpaq sahəsinin ayrılması haqqında xx.xx.1995-ci il tarixli sərəncam verilərkən həmin ərazidə qeyd olunan şam ağacları mövcud olmuş, ərazi ümumi istifadədə olan yaşıllıq zonası olmuşdur. Sərəncamla torpaq sahəsi məhz fərdi yaşayış evinin tikilməsi məqsədi ilə verilmişdir, hətta fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin sərəncam verilən tarixdə və hazırda da qeyd olunan səbəblərə görə həmin ərazidə fərdi yaşayış evinin tikilməsi mümkün deyil. Bunun üçün həmin şam ağacları köçürülməli və ya məhv edilməlidir, bu isə yolverilməzdir. Yaşıllıq keçən əsrin 70-ci illərində Bakı şəhəri və Abşeron yarımadasının yaşıllaşdırılması planına uyğun olaraq salınmışdır. Göründüyü kimi, fərdi yaşayış evinin tikilməsi məqsədi ilə həmin torpaq sahəsi Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən iddiaçıya ayrıla bilməzdi. Bu səbəbdən də cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar