Məhkəmə qərarları › İş №2-1(103)-163/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-163/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-163/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdulla oğlunun Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənovdan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1975-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin 215 saylı, xx.xx.2019-cu il tarixli arayışına əsasən baş gizir İddiaçı Daxili Qoşunların tərkibində müddətli və həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus hərbi biletdəki məlumatlara əsasən xx.xx.1975-ci il təvəllüdlü İddiaçı Sabirabad rayon hərbi komissarlığından hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1993-cü ildə hərbi hissəyə göndərilmişdir. xx.xx.1998-ci ildə Sabirabad rayon hərbi komissarlığı tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 601 saylı qərarına əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xx.xx.1997-ci ildə Sabirabad rayon hərbi komissarlığına göndərilmişdir. xx xxxxx 2015-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanının 15 ş/h saylı, xx.xx.2015-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış və SHXÇDX-nin Sabirabad rayon hərbi komissarlığına göndərilmişdir. xx.xx.1998-ci ildən xx.xx.2015-ci ilə qədər AZ DİN Daxili Qoşunlarının 12318, N və N saylı hərbi hissələrində MAXE və gizir hərbi qulluqçusu vəzifələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus hərbi biletin 18-ci qrafasının Azərbaycan dilinə tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiəsi zamanı hər iki baldırında çoxsaylı qəlpə yarası almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda doldurucu İddiaçı döyüş bölgəsində yaralandığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 nömrəli əmri ilə hospitala göndərilərək qazan təminatından çıxarılmışdır. Qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin oktyabr, noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bildirilmişdir ki, Əlibayramlı (Şirvan) mərkəzi xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təqdim edilməmişdir. Əlavə araşdırmalar zamanı N nömrəli hərbi hissədən gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 64 nömrəli əmri ilə şəxsi heyətin sırasına bütün növ təminatlara daxil edilərək doldurucu vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 92 nömrəli əmri ilə İddiaçı şəxsi heyətin sırasından bütün növ təminatlardan çıxarılaraq Sabirabad RHK-na göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli 012-8093-1220 saylı məktuba əlavə və icra edilmiş tələbnamədən müəyyən edilir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-də əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X14 tərəfindən iddiaçıya ünvanlanmış 024-203147-3219 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, təqdim edilmiş arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə konkret qeydiyyat olmadığından DİN-də fəaliyyət göstərən Komissiya tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvcvericiliyə əsasən mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X4rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır və Azərbaycan Respublikasının DİN Daxili Qoşunların Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 215 saylı arxiv arayışından görünür ki, iddiaçı yuxarıda qeyd olunan müddət ərzində hərbi xidmətdə qulluq etmişdir. Eyni zamanda Milli Arxiv idarəsinin Şirvan şəhər filialı tərəfindən verilmiş 527 saylı stasionar xəstənin tibbi kartasının təsdiq olunmuş surətindən aydın görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı hər iki baldırın qəlpə yarasından müalicə almışdır. Bütün bunlar onun AO № ******* saylı hərbi biletində qeyd olunaraq təsdiqlənmişdir. Eyni zamanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2009-cu il tarixli 215 saylı arxiv arayışına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 150 nömrəli əmri ilə 1994-cü il aprel ayının 14-dən iyun ayının 8-dək Füzuli rayonu döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X14 tərəfindən məhkəməyə daxil olmuş 024-2670-1219 saylı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsindən təqdim olunmuş arxiv arayışında iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə məlumat olmadığına, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarından təxminən 25 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə iş üçün mühüm əhəmiyyət kəsb edən hallara, o cümlədən onun döyüş əməliyyatlarının birbaşa iştirakçısı olmasını təsdiq edə biləcək əmrlərə və ya bu barədə qeydlərə təsadüf olunmamışdır. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi X14 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. Bundan sonra Bakı İnzibati Məhkəməsi işə mahiyyəti üzrə baxaraq 2-1(112)- 1481/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarla iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Həmin qərardan narazı qalani İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərar əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. O, iddiaçı kimi iddianın əsaslı olduğunu sübut etmək üçün məhkəməyə rəsmi sənəd və əlavə sübutlar təqdim etmişdir. Lakin onun təqdim etdiyi bu sənədlərin məhkəmə üçün heç bir əhəmiyyəti olmamışdır. Məhkəmə hesab etmişdir ki, iş materiallarında onun döyüş əməliyyatında iştirak etməsini təsdiq edən kifayət qədər sənəd mövcud deyil, mövcud sənədlər arasında isə ziddiyyət vardır. Ona məxsus hərbi biletdə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması barədə qeyd olsa da, hansı ərazidə və hansı tarixdə aparılmış döyüş əməliyyatında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İşin obyektiv araşdırılması əvəzinə məhkəmə yalnız cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 215 saylı arxiv arayışını əsas gətirərək iddianın təmin olunmaması qərarına gəlmişdir. Həmin arayışda onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili qoşunlarında hərbi xidmət keçməsi barədə qeydlər olsa da, həmin arayışın birinci bəndində xidmətə başlama barədə əmrin, ikinci və üçüncü bandlərində isə döyüş bölgəsindən xidməti ezamiyyətdən qayıtması barədə əmrin aşkar edilmədiyi göstərilmişdir ki, bu halda həmin dəlillərin mötəbər sübutetmə vasitəsi kimi qəbul edilməsi qeyrimümkündür. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdi ki, 1994-cü ildə Füzuli rayonu ugrunda gedən doyuşlərdə iştirak etmiş, yaralanmış və bu barədə sübutları vardır. Buna baxmayaraq məhkəmə onun iddiasını təmin etməmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, faktiki olaraq iddiaçının döyüşlərdə iştirakı ilə bağlı sübutlar yoxdur, ona görə müharibə veteranı vəsiqəsinin verilməsi qeyri- mümkündür. Həmçinin orqan tərəfindən müvafiq sorğular göndərilsə də, iddiaçının dedikləri təsdiqini tapmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 1994-cü ilin aprel ayının 14-dən 1994-cü ilin iyul ayının 8-dək döyüş əməliyyatlarında iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (xx xxxxxxxx 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. İddiaçıya məxsus hərbi biletdə onun Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması barədə qeyd olsa da, iddiaçının hansı ərazidə və hansı tarixdə aparılmış döyüş əməliyyatında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Digər tərəfdən, işdə olan 215 saylı arxiv arayışında iddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət keçməsi barədə qeydlər olsa da, həmin arayışın birinci bəndində xidmətə başlama barədə əmrin, ikinci və üçüncü bəndlərində isə döyüş bölgəsindən xidməti ezamiyyətdən qayıtması barədə əmrin aşkar edilmədiyi göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən daxil olmuş məktubdan da görünür ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı faktı arxiv arayışlarında öz əksini tapmamışdır. Digər tərəfdən, iş materiallarında iddiaçının hərbi hissəni özbaşına tərk etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, inzibati qanunvericiliyin tələbinə görə, hazırki işdə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas yaradan halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu halları əsaslandıra bilməmiş və bu barədə hər hansı sübutu da təqdim edə bilməmişdir. Beləliklə, yuxarıda adı qeyd olunan Əsasnamə ilə nəzərdə tutulmuş iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları olmadığından onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi faktı sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsaslı və qanuni olmuş, eyni zamanda iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməzdi. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilmiş hallarda eynilik təşkil etdiyindən qərarın ləğv edilməsi üçün əsas deyil. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1481/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşad Həsənov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar