Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-163/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-603/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 aprel 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci tarixindən yenidən hesablanmasını və ödənilməmiş əmək pensiyası fərqinin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-603/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən iddiaçıya 22 aprel 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 04 noyabr 2020-ci il tarixdə əmək fəaliyyətini dayandırdıqdan sonra iddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş, nəticədə aldığı 275 manat pensiya məbləğinə 58,65 manat əlavə hesablanaraq xx.xx.2020-ci il tarixli qərarla 333,65 manat pensiya təyin edilmişdir. Hesablanmış məbləğlə razılaşmadığı üçün iddiaçı 09 fevral 2021-ci il tarixli ərizə ilə müraciət edərək pensiya artımının hesablamasının açıqlanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən 05 aprel 2021-ci tarixli imtina məktubu verilmişdir. Həmin məktuba əsasən iddiaçının sonuncu iş yeri "xxxx" MMC və işdən çıxma tarixi xx.xx.2019-cu il göstərilməklə qazanılmış və istifadə edilməyən sığorta kapitalı 4.222,46 manat müəyyən edilmişdir. Cavabdehin 05 aprel 2021-ci tarixli məktubuna etiraz olaraq iddiaçı 07 may 2021-ci il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron qaydada aparılan Vahid sosial reyestrindəki fərdi uçot məlumatlarına əsasən iddiaçının sonuncu iş yerinin "xxxx" MMC və işdən çıxma tarixi 05 fevral 2020-ci il olmaqla ödənilmiş (qazanılmış və istifadə edilməyən) sığorta kapitalının 4349 manat olduğu göstərilməklə əlavə pensiya məbləğinin düzgün hesablanmadığı, həmçinin sığorta kapitalının 2015-2020-ci illər üzrə indeksləşdirilmədyi əsaslandırılmışdır. Bundan başqa, 22 aprel 2021-ci tarixli ərizə ilə müraciət edib, 1972-1977-ci illər ərzindəki əyani təhsil müddətinə dair tələb edilən müvafiq sənədləri təqdim edərək əyani təhsil müddəti ümumi iş stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin 371,69 manat olan pensiya məbləği artırılmaq əvəzinə, yenidən hesablanaraq xx.xx.2021-ci il tarixli qərarla xx.xx.2021-ci il tarixdən 365,37 manata endirilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdən 365,37 manat pensiya məbləği dəyişdirilərək xx.xx.2021-ci il tarixli qərarla 371,89 manat olmuşdur ki, bunun da açıqlaması yoxdur. İddiaçı cavabdeh quruma xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, pensiyanın yenidən hesablanmasında yol verilən konkret səhvlər göstərilməklə, 22 aprel 2012-ci il tarixdə təyin edilən güzəştli əmək pensiyasının, xx.xx.2020-ci il tarixli qərarla 2020-ci ildə hesablanmış əlavə pensiyanın və xx.xx.2021-ci il tarixli qərarla əyani təhsillə əlaqədar yenidən hesablanmış əmək pensiyasının izahlı açıqlamasının təqdim edilməsini xahiş etmişdir. Müraciətinə cavab verilməmiş, bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardad ilə mühasibatlıq ekspertizası təyin edilmişdir. Cavabdeh orqanın mütəxəssisi tədqiqata cəlb edilmişdir. Həmin mütəxəssis ekpertiza tədqiqatının materialları ilə tanış olmuş, lakin rəsmi qaydada mütəxəssis rəyi verməmişdir. 03 noyabr 2022-ci tarixli ekspert rəyindən görünür ki, bu rəy ekpertiza tədqiqatının nəticəsi olmamış, cavabdehin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli izahat məktubunu olduğu kimi köçürmək yolu ilə tərtib edilmişdir. Ekspert həmin məktubu tədqiq etmədən yalan ekspert rəyi imzalayaraq məhkəməyə təqdim etmişdir. 2012-ci ildə iddiaçıya təyin edilən güzəştli əmək pensiyası qüvvədə olan 17 may 2011-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanun əsasında hesablanmışdır. Əmək fəaliyyətini dayandırdıqdan sonra iddiaçı 04 noyabr 2020-ci il tarixdə pensiyanın yenidən hesablanması barədə ərizə ilə müraciət etmiş və ona əlavə pensiya məbləği hesablanmışdır. Cavabdehin 05 aprel 2021-ci tarixli cavabının məzmunundan görünür ki, pensiyanın yenidən hesablanması 2012-ci ildə qüvvədə olan qanun əsasında aparılmışdır. 03 noyabr 2022-ci tarixli ekspert rəyinin nəticə hissəsində göstərilir ki, iş üzrə təyin edilən yaşa görə əmək pensiyasının və əlavə pensiyanın məbləği xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş (10 mart 2017-ci il tarixli) “Əmək pensiyaları haqqında” Qanunun 27-ci, 37.3.1-ci, 45-ci, 9-cu və 7-ci maddələrinin tələblərinə uyğun hesablanmışdır. Məhkəmə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və 03 noyabr 2022-ci tarixli rəy verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş, izahat xarakterli, kifayət qədər yetərli olmayan məlumatlar əsasında tərtib edilən 03 noyabr 2022-ci tarixli rəy mötəbər sayıla bilməz. Rəydə ekspert qarşısında qoyulan suallar tədqiq edilməyərək qoyulan suallara cavab verilməmişdir. Belə ki, ekspertin vəsatəti əsasında məhkəmə-mühasibatlıq ekspertizasının metodikasına görə tədqiqatın (hesablamaların) aparılması məqsədi ilə bu sahədə xüsusi biliyə malik olan mütəxəssis cəlb olunsa da, mütəxəssis rəyi verilməmiş, məhkəmə eksperti tərəfindən pensiya məbləğlərinin yenidən hesablanması aparılmamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçıya Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 57 yaşının tamamlandığı 22 aprel 2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyasının məbləği həmin tarixdə qanunvericiliyin tələblərinə uyğun qaydada pensiya sığorta kapitalına əsasən hesablanmışdır. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək onun ümumi iş stajı 32 il 11 ay 19 gün (xx.xx.1972-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-ci il, xx.xx.1999-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 38,92 manat (32,97 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2012-ci il tarixə indeksləşdirilib 68,79 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006xx.xx.2012-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4010,40 manat sığorta kapitalına uyğun 27,85 (4010,40:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2012-ci il tarixinə 181,64 (68,79+27,85+85,00) manat (indeksləşdirilərək xx.xx.2019-cu il tarixinə 248,88 manat) məbləğində əmək pensiyası hesablanmışdır. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq iddiaçının xx.xx.2019-cu il tarixdə işdən azad olunması ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınan 4012,29 manat sığorta kapitalına görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq (4012,29:109 ay (144 ay-35 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)=36,81 manat) xx.xx.2019-cu il tarixindən pensiya məbləği 248,88 manatdan 285,69 manata (248,88+36.81) (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 333,11 manat) artırılmışdır. Bundan başqa iddiaçının xx.xx.2020-ci il tarixdən yenidən işdən azad olunmağı ilə əlaqədar onun əmək pensiyası xx.xx.2020-ci il tarixdən yenidən hesablanaraq 331,11 manatdan 333,83 manata artırılmışdır. İddiaçının əmək pensiyası Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə görə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar həmin tarixdən 460,17 manat təşkil edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05 aprel 2021-ci il tarixli məktubda qeyd edilir: Sizə 22 aprel 2012-ci il tarixində Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64,5 yaş) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində işdən azad olmağınızla əlaqədar əmək pensiyanız Sizə vaxtilə pensiya təyin edildikdən sonra qazandığınız 4222,46 manat sığorta kapitalına görə Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (4222,46:72 ay (144 ay - 72 ay)=58,65 manat) yenidən hesablanaraq 275,00 manatdan 333,65 (275,00+58,65) manata artırılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2021-ci il tarixindən etibarən 371,69 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 371,69 manat olmaqla Mərkəzi Filial tərəfindən müvafiq kart hesabınıza köçürülür. İş materiallarına əlavə edilmiş iddiaçının pensiya işində olan Pensiyaçının uçot vərəqinin surətindən görünür ki, DSMF Nərimanov rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin materiallarında olan - cavabdehin xx.xx.2020-ci il tarixli **********8 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2020-ci ildən 333,65 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir; - cavabdehin xx.xx.2021-ci il tarixli **********0 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci ildən 365,37 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir; - cavabdehin xx.xx.2021-ci il tarixli **********8 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci ildən 365,37 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir; cavabdehin xx.xx.2021-ci il tarixli **********0 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci ildən 371,89 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı xx.xx.2012-ci il tarixdən Fondun Nərimanov rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 2-ci cümləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qeyd olunanları nəzərə alaraq, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixində adıçəkilən şəxsin əmək pensiyası ona vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 4090,05 manat sığorta kapitalına görə yenidən hesablanaraq 371,89 manat müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 384,53 manat müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun rransv rayon şöbəsi tərəfindən 57 yaşının tamamlandığı 22 aprel 2012-ci il tarixindən güzəştli şənərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyasının məbləği həmin tarixdə qanunvericiliyin tələblərinə uyğun qaydada pensiya sığorta kapitalına əsasən hesablanıb. Belə ki, adıçəkilən şəxsin pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 32 il 11 ay 19 gün (xx.xx.1972xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-ci il, xx.xx.1999xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək onun iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 38,92 manat (32,97 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2012-ci il tarixinə indeksləşdirilib 68,79 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006-xx.xx.2012-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4010,40 manat sığorta kapitalına uyğun 27,85 (4010,40:144) manat və 85,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2012-ci il tarixinə 181,64 (68,79+27,85+85,00) manat (indeksləşdirilərək xx.xx.2019-cu il tarixinə 248,88 manat) məbləğində əmək pensiyası hesablanmışdır. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il arixinədək qüvvədə olan redaksiyasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər 64 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.2019-cu il tarixində işdən azad olmağı ilə əlaqədar işləyən əmək pensiyaçısı kimi fərdi hesabının sığorta hissəsində qeydə alınan 4012,29 manat sığorta kapitalına görə əmək pensiyası xx.xx.2021-ci il tarixində Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq (4012,29:109 ay (144 ay-35 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)=36,81 manat) xx.xx.2019-cu ii tarixindən pensiya məbləği 248,88 manatdan 285,69 manata (248,88+36.81) (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 333,11 manat) artırılmışdır. Bundan başqa, İddiaçı xx.xx.2020-ci il tarixindən yenidən işdən azad olunmağı ilə əlaqədar onun əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 331,11 manatdan 333,83 manata artırılıb. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək pensiyası Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə görə və 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə qədər həmin tarixdən 460,17 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 noyabr 2022-ci il tarixli 9/3735 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubunu nəzərə alınmaqla, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 2-ci cümləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayi (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılaraq xx.xx.2021-ci il tarixində vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 4.090,05 manat sığorta kapitalına görə yenidən hesablanaraq 371,89 manat, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqı icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar isə xx.xx.2022-ci il tarixindən etibarən 384,53 manat olduğu müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir). 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. (xx.xx.2022-ci ilədək olan redaksiyası) 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır (13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır). Məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək pensiyası xx.xx.2019-cu il tarixdə işdən azad olması ilə əlaqədar ona vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 4222,46 manat sığorta kapitalına görə (4222,46 : 72 ay (144 ay - 72 ay) = 58.65 manat) yenidən hesablanaraq 275,00 manatdan 333,65 (275,00 + 58,65) manata artırılmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixdən 371,69 manat, xx.xx.2022-ci il tarixindən 384,53 manat, xx.xx.2023-cü il tarixdən isə 460,17 manat təyin edilmişdir. Hazırki iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-cü il tarixli 9/3735 nömrəli ekspert rəyi ilə müyyən olunmuşdur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayi (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılaraq xx.xx.2021-ci il tarixində vaxtilə pensiya təyin edildikdən sonra qazandığı 4.090,05 manat sığorta kapitalına görə yenidən hesablanaraq 371,89 manat, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqı icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar isə xx.xx.2022-ci il tarixindən etibarən 384,53 manat olduğu müəyyən edilir. Göründüyü kimi, iddiaçıya pensiya məbləği hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Qeyd olunanlar məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-603/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.