Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-163/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X9nə qarşı (Bakı 38 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Mədətli Fərid İlham oğlu və X6 ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X9nə qarşı (Bakı 38 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla) “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-1409/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi X9nə (bundan sonra mətndə Agentlik) qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ildə təyin olunmuş 2-ci qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi, xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək ödənilməyən hər ayı 420 AZN olmaqla 8820 AZN, mənəvi ziyana görə 1500 AZN ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, ona, yəni İddiaçı əlilliyinin müddətinin bitdiyi tarixdən (xx.xx.2022-ci il tarixdən) 2-ci qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir “Bronxial astma” xəstəliyindən əziyyət çəkir. 2018-ci ildən İİ qrup əlildir. Hər ay əlilliyə görə 420 manat pensiya almışdır. Lakin xəbəri olmadan xx.xx.2022-ci il tarixdə əlilliyi ləğv edilmişdir. 2-ci qrupun bərpası üçün dəfələrlə müraciət etsə də tələbinə müsbət cavab verən olmamış, daxili xəstəliklərdən xəstəxanalarda müalicə olmuşdur. Ona yenidən qrup təyin edilməsi üçün forma 88 və buna əlavə edilmiş tibbi sənədlərini 14 noyabr 2022-ci ildə təqdim etmişdir. AR Səhiyyə Nazirliyi Elmi X4 İnstitutunda “qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” diaqnozu ilə müayinə olunub, 20 iyul 2022-ci ildən, 03 avqust 2022-ci ilədək olan dövrdə “Bronxial astma” “infeksion allergik forma ağır perisestə edən hormondan asılı nəzarət olunmayan tənəffüs çatışmamazlığı ikinci dərəcə” diaqnozu ilə müalicə olunmuşdur. Bu barədə 03 avqust 2022-ci il tarixli ******* saylı xəstəlik tarixinin surətini və zəruri sənədləri DOST Mərkəzinə təqdim etsə də, onlar tərəfindən “xəstəliyinin müalicəsi davam etdirilməlidir” tələbinə əsasən 29 noyabr 2022-ci ildən 14 dekabr 2022-ci il tarixədək eyni diaqnozla müalicə alaraq, bu barədə 14 dekabr 2022-ci il tarixli ******* saylı xəstəlik tarixindən çıxarışı və s. sənədləri DOST Mərkəzinə təqdim etmişdir, tədbir görülmədiyi üçün məcbur olub Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və nazirliyin yanında Dövlət Tibbi-Sosial Ekspertizası və Reablitasiya Agentliyinə 13 aprel 2023-cü il tarixdə rəsmi müraciət etsə də, bu günə qədər 53 gündür heç bir cavab verilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir.
4. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz məhkəməyə daxil olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-1409/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 18 iyul 2024-cü il tarixdən orqanizm funksiyalarının pozulma dərəcəsi 85-100 % olmaqla müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir).
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçəya və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
13. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 3-17- 7/2-9-24076/2023 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2-ci dərəcə əlilliyə görə 382.32 manat (üç yüz səksən iki manat 32 qəpik) əmək pensiyası almışdır. (Pensiya işinin nömrəsi -202202, təyinatın başlanma tarixi xx.xx.2017-ci il, təyinatın bitmə tarixi xx.xx.2022-cı il tarixə ).
14. İddiaçı aid aşağıdakı; - xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il, əlilliyin səbəbi ümumi xəstəlik, müddəti 5 il, X2: Vİ sinif-sinir sistemi xəstəlikləri => G00- G09-Mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri=>G09-Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri...Diaqnozun mətni- Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, Xroniki serebal araxnaidit, likvordinamik pozğunluqla, tez-tez təkrarlanan tranzitor həmlələr və cəngolma tutmaları ilə (ayda 3 dəfə) Bazilyar arteriyanın tıxanması və sentozu, Vertobrogen qan dövranı pozğunluğu, Dəqiqləşdirilməmiş ensefalopatiya, Dissirkuliyator ensefolapatiya, Meyar- 2.2 İkinci dərəcə əlillik=> 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..... xx.xx.2022-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2: XXİ sinif-Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər, Diaqnozun mətni-Qarışıq astma, Bronxial astma qarışıq forma hormondan asılı. Xroniki respirator çatmamazlıq, Vertebrobazilyar arterial sistem sindiromu, Vertebrogen qan dövranı pozğunluğu.Stenokardiyanın digər formaları, ÜİX.Gərginlik stenokardiyası İİ f.s Aterosklerotik kardioskleroz.Hipertoniya xəstəliyi 2-ci mər..Meyarimtina edilir...İmtina edilmənin səbəbi- əlavə müalicəyə ehtiyacın olması-Səbəb-Əvvəllər tam fərqli diaqnozla əlillik alıb. xəstəliyin ildə azı 4 dəfə kəskinləşmələri olmadığından ixtisaslaşmış müalicəni davam etdirməsi məsləhət görülür. xx.xx.2022-ci il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni-J45.8 Qarışıq astma. Bronxial astma infeksion alergig forma..Ağır gedişli. Hormondan asılı nəzarət olunmayan forma....İmtina edilmənin səbəbi-əlavə müalicəyə ehtiyacın olması-Səbəb-xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var.
15. Dövlət Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0006 №-li, xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.1965-ci il təvəllüdlü İddiaçı əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik verilməsindən imtina edilmişdir.
16. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X9 tərəfindən verilmiş T/740/2023 saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd olunmuşdur ki, ekspertiza xx.xx.2023-cü ildə başlamış, xx.xx.2023-cü il tarixdə başa çatmışdır. 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “J45.8 Qarışıq astma. Bronxial astma infeksion alergik nəzarət olunmayan forma” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətli hesab edilmişdir. Yuxanda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tərəfindən verilmiş T 68/2024 saylı (ekspertizanın başlanma tarixi 10 yanvar 2024-cü il, başa çatma tarixi 02 fevral 2024-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki: Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “J45.8 Qarışıq astma. Bronxial astma infeksion alergik nəzarət olunmayan forma” diaqnoz xəstənin anamnestik, kliniki, laborator- instrumental müayinələri əsasında müəyyən edilmiş, şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətli hesab edilmişdir. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulotar yaxud stasionar müalicəyə cəlb oluna bilər. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər hansı bir bəndini aid etmək mümkün olmadı.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2670/2024 qərardadı ilə İddiaçı “əlilliyin bərpa edilməsi” tələbinə dair ərizəsinə əlilliyinin əyani müayinəyə əsasən qiymətləndirilməklə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yenidən baxılması üçün 1 (bir) ay müddət təyin edilmişdir.
19. Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-23013/2024 nömrəli məktubunda bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətiin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-1-16455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar iş materiallarına əlavə edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2670/2024 qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Eksperiza və X5” X8 xx.xx.2025-ci il tarixli 980 nömrəli məktubu ilə T 121/2025 saylı ekspert rəyi göndərilmiş, ekspert rəyində aşağdakılar göstərilmişdir: 1965-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suala uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibbi müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: J45.8-qarışıq astma, bronxial astma infeksion allergik forma, ağır gedişli, hormondan asılı nəzarət olunmayan forma. Ağırlaşma: xroniki respirator çatmamazlıq, xroniki respirator çatmamazlığı İİ-İİİ dərəcə. Yanaşı xəstəliklər: G45.0-vertebrobazilyar arterial sistem sindromu, vertebrogen qan dövranı pozğunluğu, İ20.8-stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası İİf.s., G90-vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, xroniki serebral araxnoidit, likvorodinamik pozğunluq, OU-torlu qişanın angiopatiyası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, epileptik tutmalar ilə (ayda 3 dəfə), İ67.4-hipertenziv ensefalopatiya, dissirkulyator ensefalopatiya, İ11-ürəyin hipertenziv xəstəliyi, hipertonya xəstəliyi İİ mər., İ25.1-ürəyin aterosklerotik xəstəliyi, aterosklerotik kardioskleroz, digər neqativ pozuntular, asteno-nevrotik sindrom”** diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilsə də, onun xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı aparılmış Spirometriya müayinəsində xarici ventilyasiya pozğunluğu qeyd edilməmiş, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər hazırda əlillik səviyyəsində olmadığından əlillik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı.
21. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X8 xx.xx.2025-ci il tarixli, 3-28-9/2-850/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Mühdi qızı ilə telefon əlaqəsi saxlanılmış, müayinədən keçmək üçün instituta dəvət edilmişdir. Müvafiq müayinələrdən sonra İddiaçı “Bronxial astma. Qarışıq forma. Ağır gedişli. Nəzarət olunmayan, hormondan asılı, kəskinləşmə mərhələsi. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuş və ambulator kitabçadan çıxarış verilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
24. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır.
28. Meyarlara əsasən –üçüncü dərəcə əlillik müddətsiz (orqanizmin funksiyalarının pozulması faizi 85-100 %) şəxsdə astma (J45) ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB, İİİ mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı zamanı təyin edilir.
29. Hazırki işdə iddiaçıda qeyd edilən diaqnoz olduğuna görə ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi qanuni və əsaslıdır (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 İnstitutu” X8 İddiaçı “Bronxial astma. Qarışıq forma. Ağır gedişli. Nəzarət olunmayan, hormondan asılı, kəskinləşmə mərhələsi. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli çox ağır ventilyasiya pozğunluğu” əsas diaqnozu və ağırlaşmaları nəzərə alınmaqla)
30. Məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
32. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə cavabdehin gəldiyi nəticə və hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəqiqləşmə ərizəsi nəzərə alınmaqla, əlilliyin xx.xx.2025-ci il tarixdən (apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadın nəticəsi olaraq xx.xx.2025-ci il tarixli imtina Qərarının tarixi ) müəyyən edilməsi məqsədəuyğundur.
34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı 18 iyul 2024-cü il tarixdən orqanizm funksiyalarının pozulma dərəcəsi 85-100 % olmaqla müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. 35.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-1409/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 18 iyul 2024-cü il tarixdən orqanizm funksiyalarının pozulma dərəcəsi 85-100 % olmaqla müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fərid Mədətli Elvin Əliyev