Məhkəmə qərarları › İş №2-1(103)-1630/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1630/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1630/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X3, vəkili VəkilN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- N770/202N saylı 24.02.202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə idiaçı Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. O, müharibə adı və müharbə veteranı vəsiqəsi almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin, cavabdeh imtina etmişdir. Hlbuki, o, döyüş zamanı yaralanmış, onun döyüşlərdə iştirak etməyini və yaralandığını təsdiq edən döyüş yoldaşları var. Bu hal, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiaysının N7 yanvar 20N8-ci il tarixli , 294 saylı Qərarı ilə də təsdiq edilir. Həmin qərarda isə göstərilib ki, onun aldığı xəsarət “Hərbi Travmadır, Azərbaycan Respubliaksinin Müdafısə zamanı alınmışdır”. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi ona müharibə veteranı” adı və vəsiqəsi verməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraıznda iddianı qəbul etməmiş rədd edilməsini xahiş etmişdir. Etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə istinadən onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə baxılmış və müsbət qərar qəbul edilmədiyi üçün sənədləri N4.08.2020-ci il tarixli N/V-N0576 nömrəli məktubla geri qaytarılmışdır. Komissiya imtinanı onunla əsaslandırmışdır ki, Mərkəzi Arxivin N5.NN.20N7ci il tarixli 9/2- 20523 nömrəli arxiv arayışına əsasən N () nömrəli hərbi hissədə oktyabr-noyabr-dekabr N99N-ci ilin nizami hissə üzrə əmrlər kitabında xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş, ******* nömrəli hərbi biletin (kserosurət) 7ci və N3- cü səhifələrində xidməti barədə aparılmış yazı qeydlərində dəqiq olaraq harada və hansı hərbi hissələrdə, eləcə də hansı illərdə xidmət keçməsi barədə məlumatlar müəyyən edilmir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N770/202N saylı 24.02.202N-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə faktiki olaraq cavabdeh inzibati orqanın həyata keçirdiyi qərəzli hüquqi mövqeyi əsas götürərək, iddia tələbini təmin etməmiş, iddia tələbini hansı əsasla rədd etdiyini əsaslandıra bilməmiş, işin faktiki hallarını formal olaraq qərara köçürməklə, məsələnin hüquqi tərəflərinə münasibət bildirməmişdir. Bütün məhkəmə iclaslarında təqdim edilən sənəd və sübutlar onu göstərmişdir ki, iddiaçının müharibə iştirakçısı olması, orada yaralanaraq, sağlamlığını itirməsi işin mübahisəsiz halıdır. Məhkəmə cavabdeh orqanın öz etirazında göstərmiş olduğu Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin müddəalarını sadalayaraq (hansı ki, iddiaçının xeyirinə qərar qəbul edilməsi üçün kifayətdir), sonradan yəni 28.09.20N8-ci il tarixdə həmin normaya edilmiş dəyişikliklərin hərbi biletlə yanaşı arxiv arayışının olmasının vacibliyini vurğulayır. Halbuki iddiaçının arxiv arayışları da vardır. Eyni zamanda, iddiaçının hüququnun yaranma anına diqqət yetirilmir. 20N8-ci il tarixdə edilmiş dəyişiklik N99N-ci ildə yaranmış və bu günə kimi davam edən hüquqa ağırlaşdırım hal olaraq tətbiq edilə bilməz. Lakin bütün bunlardan sonra məhkəmənin gəlmiş olduğu nəticə bütün hüquq normalarının pozulmasından başqa bir şey deyildir. Çünki verilən izahatlarda və təqdim edilən sübutlarda da göründüyü kimi iddiaçının müharibə iştirakçısı olması, yaralanması təkzib edilə bilməz Hər hansı qanun pozuntularının və ya qanuna edilmiş dəyişikliyinin iddiaçının hüququnun pozulmasına heç bir aidiyyəti olmamalıdır. Eyni zamanda təkrar olaraq vurğulayırıq ki. qanunun ağırlaşdırıcı hallarda geriyə qüvvəsi yoxdur. Lakin məhkəmə bu halı da nəzərə almayıb. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 06.NN.2020-ci il tarixli məktubuna istinad edərək, iddiaçının N nömrəli hərbi hissəsinin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə istintaq olunaraq icraatı dayandırılmış 200N55 nömrəli cinayət işinin materiallarında iddiaçının adının olmasına istinad etmişdir. Lakin məktubun digər hissəsinə diqqət yetirərək, hüquqi qiymət verməmişdir ki, məktubun davamında iddiaçının barəsində cinayət təqibinin başlanması, və ya onun təqsirləndirilən şəxs qismində cəlb olunması ilə bağlı hər hansı qərar qəbul olunmadığını qeyd etmişdilər. Yəni heç kəs məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hər hansı cinayət əməlinə görə təqsirləndirilə bilməz. Halbuki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının məhkumluğunun olmaması barədə də arayış verilmişdir. Eləcə də iddiaçı N993-N996-cı illərdə Polis Orqanlarında xidmət etmişdir. Məhkəmə qeyd etmişdir ki, sorğular verilmiş, hərbi hissənin əmrləri məhkəməyə daxil olmamışdır. Bu cümlənin yazılışı belə insanı dəhşətə gətirir. Sual yaranır-əmrləri məhkəməyə kim təqdim etməli idi? Bədəninin bütün üzvlərində qəlpə yaraları daşıyan, ölümün bir addımlığından dönən döyüşçü hərbi hissə əmrlərini əldə edib saxlamağa malik idimi? əmrləri məhkəməyə təqdim edilməsi cavabdeh inzibati orqan tərəfindən təmin edilməli idi Edilmədiyi halda bu hal qanunvericiliyə uyğun olaraq iddiaçının xeyirinə həll edilməli idi. Lakin görünür ki, nə inzibati orqan, nə də iddia tələbini rədd edən məhkəmə instansiyası 23-24 yaşında könüllü olaraq canını vətən uğunda fəda etmiş bir iddiaçıya "müharibə veteranı adını” artıq görmüşdür. Halbuki, ikinci Qarabağ müharibəsi bir daha sübut etdi kı, biz hər şey üçün canlarından, qanlarından keçən bu insanlara borcluyuq. Birinci Qarabağ müharibəsi veteranına edilən haqsızlıq zaman keçdikdən sonra digərlərinə də ediləcəyini istisna etmir. Nəzərə almaq lazımdır ki, N990-cı illərin savaşı daha acınacaqlı, daha çətin idi...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddaçının vəkili VəkilN apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir (İddiaçının nümayəndəsi P.Səmədova vəkilin dedikləri ilə razılaşmışdır) Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, məhkəmənin qərarı ilə razılaşmayaraq, məhkəmədə verilən izahat və təqdim edilən sübutlarla iddiaçının müharibə iştirakçısı olması və yaralanması faktının sübutlarla təsdiq olunduğu iddia edilir. Bununla bağlı onun tərəfindən sübutetmə vasitəsi kimi məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiaysının N7 yanvar 20N8-ci il tarixli, 294 saylı Qərarına istinad olunur. Hərbi Həkim Komissiaysının işə əlavə edilmiş həmin qərarında isə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi ekspertiza və X2 N0.0N.20N8-ci il tarixli k/97 nömrəli canlı şəxsin məhkəmə-tibbi Müayinə Aktına istinadən, onun bədənində odlu qəlpə yaraları olduğu təsbit olunur. İşə əlavə olunmuş həmin Müayinə Aktının 3-cü və 4-cü bəndlərində (2-ci səhifə) isə aşağıdakılar təsbit olunmuşdur: “... 3.N967-ci il təvəllüdlü XN MN MTE və PAM-də 08.0N.20N8-ci il tarixində müayinəsi zamanı özünün deməsinə görə N saylı hərbi hissənin tərkibində əsgər kimi hərbi xidmətdə olarkən,... atılmış mərmilərin...partlaması nəticəsində kontuziya və bədəninin müxtəlif nahiyələrindən odlu silah qəlpə yaraları xəsarəti almışdır. Həmin vaxtı Şuşa şəhərində yerləşən tibb taborunda müalicə almışdır. Şuşa şəhəri işğal olunduğundan, yaralanması barədə tibbi sənədlərini əldə edə bilmir...

4. Ekspertiza qarşısında qoyulmuş suallara tam və hərtərəfli cavab vermək üçün İddiaçı 08.0N.20N8-ci il tarixli N3 saylı göndərişlə MN MHP-na rentgenoloq və travmotoloqun müayinəsinə göndərilmişdir. MN MHP-nin Rengenologiya şöbəsinin rentgenoloqunun 08.0N.20N8-ci il tarixli müayinəsi: R-qr.No792: Kəllə, hər iki əl, sol baldır sümüklərində travmatik dəyişikliklər tapılmadı. Metal qəlpə tapılmadı...” Göründüyü kimi, Müayinə Aktı tibb və hərbi hissə sənədləri əsasında deyil, iddiaçının öz sözlərindən istifadə olunmuş, yeni zamanda, rentgen müayinəsinin nəticələrinə görə iddiaçının bənəində kəllə, hər iki əl, sol baldır sümüklərində travmatik dəyişikliklər, metal qəlpə tapılmamışdır. Bu baxımdan, iddiaçının istinad etdiyi Müdafiə Nazirliyinin Hərbi-həkim komissiyasının qeyd olunan qərarı ilə iddiaçı barəsində şəhadətləndirmədə təsbit olunan halların iddiaçının döyüş əməliyyatları zamanı xəsarətlər almasını təsdiq edən, mötəbər sübut əhəmiyyətli məlumatlar kimi qəbul edilməsi istisna olunur. Buna görə də Komissiyanın qeyd olunan qərarı ilə onun xəsarətinin “Hərbi- tavmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” - kimi şəhadətləndirilməsini iddiaçıya veteran adı verilməsi üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə cavabdehə sorğu ünvanlanaraq nazirliyin hərbi-həkim komissiyasının qərarı ilə iddiaçıya qeyd olunan şəhadətləndirmə verildiyi halda, nazirliyin digər orqanı - “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən veteran adı verilməsindən imtina olunmasına aydındlıq gətirilməsi tələb olunmuş və cavabdehin məhkəməyə ünvanladığı 22.N0.202N-ci il tarixli məktubunda bu ziddiyyətli halla bağlı onu qeyd etmişdir ki, iddiaçının “...Hərbi- tavmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi - şəhadətləndirilməsinə baxmayaraq, onun N () nömrəli hərbi hissənin tərkibində N99N-ci ilin oktyabr ayından N992-ci il N9 fevral tarixinədək hərbi xidmət keçməsi arxiv sənədləri ilə təsdiq edilmədiyindən, həmçinin, yaralanmadan sonrakı müddətlərdə onun yenidən hərbi xidmətə qayıtması barədə məlumatlar olmadığından onun müraciəti barədə müsbət qərar qəbul olunmamışdır. Cavabdehin qeyd etdiyi həmin hallar iş materiallarına əlavə olunmuş arxiv arayışı və iddiaçının hərbi biletinin qeydləri, habelə hərbi prokurorluğun və cavabdehin birinci instansiya məhkəməsinə sorğusuna ünvanladığı cavab məktublarında təsbit olunan məlumatlarla da öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş N5 noyabr 20N7-ci il tarixli № g/r-20523 saylı və 02.N0.2020-ci il tarixli 9/2-9855 nömrəli arxiv arayışında aşatıdakılar təsbit olunur: -“N () nömrəli hərbi hissə komandirinin N9.02.N992-ci il tarixli 38 №-li əmrilə (əsas: N səh.5, sıra-N7) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifəsindən azad edilmişdir. N () nömrəli hərbi hissə komandirinin oktyabr-noyabr-dekabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.” Eyni zamanda, cavabdehin birinci instansiya məhkəməsi tərəfindən verilən sorğuya 9/2-9796 nömrəli 30 sentyabr 2020ci il tarixli cavab məktubunda aşağıdakıları bildirmişdir: - “Könüllü xidmətə gəlmiş İddiaçı N №-li hərbi hissənin N99N-ci il tarixli adlı siyahılar qovluğunda (əsas: səh-N30, sıra-2, məlumatda atasının adı Məhyətdin yazılmışdır) 26 Bakı Komissarlığından çağırılmış şəxsi heyətin siyahısında N967-ci il təvəllüdlü sıravi İddiaçı adı qeyd edilmişdir. N () №-li hərbi hissə komandirinin N9 fevral N992-ci il tarixli 38 №-li əmrilə (əsas: səh 5, N, sıra N7) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr N99N-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır...” Eyni zamanda, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin 2N oktyabr 2020-ci il tarixli 539 nömrəli məktubunda məhkəmənin müvafiq sorğusu aşağıdakı kimi cavablandırılimışdır: “.Hərbi uçotda olan N967-ci il təvəllüdlü İddiaçı 20.NN.N985-ci il tarixdən N7.NN.N987-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, N9.09.20NN-ci il tarixdə idarə tərəfindən hərbi qeydiyyata götürülmüşdür. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakı barədə arxiv-uçot sənədlərində məlumat aşkar edilməmişdir. Vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidməti barədə məlumatı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivindən alınması tövsüyyə olunmuşdur.” Tədqiq olunan sübutlarla müəyyən hallardan göründüyü kimi, könüllü hərbi xidmətə gəlmiş İddiaçı adı N №-li hərbi hissənin şəxsi heyətinin qovluğuna daxil edilsə də, sonradan, N992-N993-cü illərdə hərbi hissənin şəxsi heyət əmrlərində onun xidməti barədə məlumatlar aşkar edilməmişdir. Bütün bunları məhz, nəticəsidir ki, adıçəkilən arxiv arayışından da göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin N9 fevral N992-ci il tarixli 38 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir. İddiaçının işə əlavə olunmuş hərbi biletinin suətindən də görünür ki, hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxıldığını, eləcə də, hərbi biletin “döyüş əməliyyatlarında iştirakına dair” qrafasında göstərən heç bir qeyd mövcud deyil. Bütün bunların məntiqi nəticəsidir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu da məhz məhkəmənin sorğusuna ünvanladığı 06 noyabr 2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının adı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin şəxsi heyətinin qrup halında fərarilik etməsi və silah-sursatın itirilməsi faktı üzrə istintaq olunaraq icraatı dayandırılmış 200N55 №-li cinayət işinin materiallarında fərarilik etmiş hərbi qulluqçuların siyahısında qeyd olunmuşdur.” «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; Həmin maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın Ndən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adı şəxsin hərbi xidmətdə olduğu orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə də, iddiaçının həm hərbi biletinə və Müdafiə Nazirliyinin arxiv arayışına əsasən iddiaçının N994-cü ilin may ayının N2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən göyüşlərdə iştirak etdiyi və qanuni əsaslarla ehtiyağa buraxıldığı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə müvafiq olan sənədlərlə öz təsdiqini tapmır. Əksinə, onun mübahisələndirilən N saylı hərbi hissəni özbaşına tərk edib qayıtmadığı sübuta yetirilir. Halbuki, İPM-in N4.3-cü maddəsinin tələbi baxımından müharibə veteran adı verilməsi barədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Belə olan halda, cavabdeh tərəfindən ona N4.08.2020-ci il tarixli imtina məktubu ünvanayaraq ona veteran statusunun verilməsindən imtina olunması tam əsaslıdır. Belə olan halda isə həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi faktlar nöqteyi-nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, məhkəmənin məhkəmənin qərarında cavabdehin qərəzli hüquqi mövqeyinin əsas götürdüyünü və iddianın rədd edilməsinin əsaslandırılmadığını, işin faktiki hallarını formal olaraq qərara köçürməklə, məsələnin hüquqi tərəflərinə münasibət bildirilmədiyini mübahisələndirən dəlilləri həmin qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N770/202N saylı 24.02.202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N770/202N saylı 24.02.202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar