Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1630/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 nömrəli 23 oktyabr 20N8-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı veteran vəsiqəsinin verilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və Müdafiə Nazirliyinin üzərinə İddiaçı veteran vəsiqəsinin verilməsi barədə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 20N7-ci il tarixli, 2-N(8N)- 5320/20N7 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 20N8-ci il tarixli, 2-N(85)-742/20N8 saylı qərardadı ilə hazırkı inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-N(N03)-NN9/20N9 nömrəli, 05 mart 20N9-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)- 26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “veteran vəsiqəsi və adının verilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(N02)- 232/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 20N9-cu il tarixli, 2-N(N03)- NN9/20N9 nömrəli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-N(N03)-2275/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)- 26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-N(N02)-83/2023 nömrəli, N2 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N03)-2275/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ümumiyyətlə xidməti barədə nə arxivdə, nə də hərbi biletində müvafiq məlumat mövcud deyil. İddiaçının xidmətinin əvvəli nə vaxt başlaması və sonu nə vaxt qurtardığı məlum deyil və bu fakta məhkəmə tərəfindən qiymət verilməmişdir. İddiaçının barəsində cinayət təqibinin başlanması və ya bundan imtina edilməsi təhqiqat və prokurorluq orqanının vəzifəsidir. Lakin bu vəzifənin yerinə yetirilməməsi iddiaçıya imtiyaz yaratmır, onun barəsində cinayət təqibinin başlanmaması ona müharibə veteranı adı almaq hüququ vermir. Nazirlər Kabineti 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə "veteran adlarının verilməsi ilə bağlı" Müdafiə Nazirliyinə səlahiyyət vermişdir və Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə veteran adı vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslər olsunlar. İddiaçı isə hərbi xidmətdən ehtiyata və istefaya buraxılmamış, hərbi hissə komandirinin onun şəxsi heyətinin siyahısına salınması və çıxarılması barədə əmr olmamışdır. Nizami hissə üzrə əmrlərə əsasən hərbi qulluqçunun hərbi biletində xidmət keçmə haqqında müvafiq qeydlər aparılır. Çünki həmin dövrdə hərbi xidmətdə olan şəxslərin hərbi xidmətdən buraxılması ilə əlaqədar xüsusi sərəncam olmamışdır. Yalnız Azərbaycan Respublikası Prezidentinin "Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehiyata buraxılması haqqında" N996-cı il 23 yanvar tarixli, 433 nömrəli Fərmanında göstərilir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin təqdimatını nəzərə alaraq, N996-cı il martın N-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehiyata buraxılsınlar. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli qərarında qeyd edilib ki, şəxsin vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmr iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi tərəfindən MPM-nin N68-ci maddəsinə əsasən iddianın mahiyyəti üzrə Müdafiə Nazirliyində ətraflı araşdırmanın aparılması və münasibət bildirilməsi üçün Müdafiə Nazirliyi tərəfindən zəruri məlumatların əldə edilməsi üçün məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavə olunan sənədlər məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilməmişdir və onlar işə münasibət bildirmək hüququndan məhrum edilmişlər. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Baş Heyət İdarəsi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, N/S-5585 saylı məktuba əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəyə cavab olaraq bildirilmişdir ki, İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”-nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mart-iyul N992-ci il tarixdə iddiaçının xidməti barədə məlumat olmadığından İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.20N7-ci il tarixli, 9/2-8797 saylı məktuba əsasən 703(730) nömrəli hərbi hissə komandirinin mart-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Suraxanı Batalyonun komandiri, polis kapitanı F.C.Quliyevin imzasını təsdiq edən Tərtər rayon komendantı polis podpolkovniki Ə.Əliyev tərəfindən imzalanmış 38N93 nömrəli arayışa əsasən, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə qədər “Suraxanı” könüllülər batalyonun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etmiş və göstərilən ezamiyyət müddətində rayonun əhalisinə hərtərəfli köməklik göstərmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə ünvanladığı N7 avqust 20N8-ci il tarixli soruğusuna xx.xx.20N8-ci il tarixli, N247 saylı məktub ilə (məktub Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarə rəisinin müavini-Səfərbərlik Hazırlığı və Səfərbərlik şöbəsinin rəisi polkovnikleytenant Vüsal Həsənov tərəfindən imzalanmışdır) cavab olaraq bildirilmişdir ki, N967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N994-cü il tarixdə SHXÇDX-nin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliknən hərbi xidmətə çağırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.20N9-cu il tarixli, 50 nömrəli cavab məktubuna əlavə edilmiş uçot kartasının və N9 iyul 2004-cü il tarixli, 26/2-2096 nömrəli arxiv arayışından (arayış Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi Kapitan M.Qurbanov tərəfindən imzalanmışdır) müəyyən olunur ki, N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında və komandirin nizami hissə üzrə əmrlərində İddiaçı mart N992 - iyul N992-ci il tarixdə xidmətdə olması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna cavab olaraq ünvanlanmış N4 iyul 2022-ci il tarixli, 4/2-4536 saylı cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin mart-iyul N992-ci il, N №-li hərbi hissə komandirinin aprel-iyul N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin mart N992-ci il tarixli nizami hissə üzrə əmrləri və "Suraxanı konüllülər" batalyon komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin mart-dekabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində "Suraxanı könüllülər" batalyonunun sonradan hərbi hissə kimi fəaliyyət göstərməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, N43N saylı sorğuya cavab məktubuna əsasən, Müdafıə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2004-cü il tarixdə daxil olmuş xx.xx.2004-cü il tarixli sorğuya əsasən, İddiaçı mart N992-ci il tarixdən iyul N992-ci il tarixədək xidmətdə olması barədə heç bir məlumat olmadığı bildirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin: N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. N-ci hissəsinin üçüncü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. N-ci hissəsinin dördüncü bəndinə əsasən bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İddiaçı “Suraxanı” könüllülər batalyonunun tərkibində Tərtər rayonunun erməni quldurlarına qarşı müdafiəsindəki döyüşlərdə fəal iştirak etməsinə əsaslanaraq ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etmişdir, iddia tələbi isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəldilmişdir. Yuxarıda adı çəkilən Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran vəsiqəsi və adı Müdafiə Nazirliyinin yaratdığı komissiya tərəfindən deyil, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-N(N02)-83/2023 nömrəli, N2 yanvar 2023-cü il tarixli qərarında qeyd edilir ki, iddiaçı könüllülər batalyonunun tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini bildirdiyindən, belə şəxslərə veteran adı və vəsiqəsinin verilməsinə baxılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə aid olduğundan, məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz olunması ilə bağlı iddiaçıya yardım etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsini qəbul edən məhkəmə tələb hüququnun iddiaçıya məxsus olduğunu və cavabdehin iddiaya cavab verməli şəxs olduğunu müəyyənləşdirməlidir. Əsl olmayan cavabdehin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olur və buna görə də əsl olan cavabdehlə əvəz edilmədən verilmiş iddianı həll etmək mümkün deyildir. Əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi iddiaçının razılığı ilə ola bilər. Məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə ilə əvəz edilməsi haqqında qərardad çıxarır. Həmin qərardadın çıxarılması əvvəlki cavabdehin öz prosessual statusunu itirməsi, eyni zamanda yeni şəxsin cavabdeh qismində işə cəlb olunması deməkdir. Prosesə cəlb edilən yeni cavabdeh bütün prosessual hüquqlardan istifadə edir və bütün prosessual vəzifələri daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.N-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Məhkəmə kollegiyası qeyd edir ki, əsl olmayan cavabdehin əvəz edilməsinə birinci instansiya məhkəməsində iş üzrə araşdırma başa çatanadək, yəni məhkəmə yekun məhkəmə aktını qəbul etmək üçün müşavirə otağına gedənədək yol verilə bilər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iş üzrə əsl olmayan cavabdeh olması məsələsinə diqqət yetirməmiş, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş və qanunvericiliyin tələblərini pozmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. Əsl cavabdehin əvəz olunması məsələsinə yalnız birinci instansiya məhkəməsində iş üzrə icraat başa çatanadək baxılmalı olduğundan, hazırkı mərhələdə, yəni apellyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əvəz edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıya müvafiq hüquqi yardım göstərildikdən sonra iddiaçı tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə razılıq təqdim edilmədikdə məhkəmə iddianın mümkünlük məsələsinə öz xidməti vəzifəsinə uyğun olaraq qiymət verməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-N(N02)-83/2023 nömrəli, N2 yanvar 2023-cü il tarixli qərarında həmçinin qeyd edilir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “veteran vəsiqəsinin verilməsi” tələbi ilə iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.20N9-cu il tarixli, 2-N(82)-2276/20N9 nömrəli qərarı ilə təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- N(N03)-3N3/2020 nömrəli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-N(N02)-N3N5/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlamışdır. İddianın rədd edilməsinin əsası kimi iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasının hər hansı mötəbər sübutla təsdiq olunmadığı qeyd edilmişdir. İşə yenidən baxılarkən iddiaçıya yardım göstərilərək cavabdeh əsl cavabdehlə əvəz olunacağı təqdirdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına istinad edilərək, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbinin hazırkı mübahisəyə tətbiq olunması istisna olunur. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarında iddianın rədd olunmasının əsası kimi iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmadığı göstərilmişdir. Hazırkı işdə isə iddianın əsasını iddiaçının həqiqi hərbi xidməti ilə bağlı deyil, onun döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və ya birləşmələrinin tərkibində iştirak etməsi dayanır. İşə təkrar baxılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə müvafiq olaraq iddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak edib-etməməsi müəyyən edilməli, bundan asılı olaraq inzibati mübahisə üzrə qanuni qərar qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv olunmalı, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.N. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-N(82)-26N9/20N8 saylı, 23 oktyabr 20N8-ci il tarixli qərarı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1630/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1630/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver