Məhkəmə qərarları › İş №2-1(103)-1631/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1631/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1631/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər: X10, X4) qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1397/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs: X10) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, V.Vəliyev küçəsi (keçmiş H.Hacıyev) küçəsi 1 saylı tikilinin hüquqi qeydiyyata alınması barədə Cavabdeh Başçısının xx xxxx 1997-ci il tarixli 820 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 4 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxxxx 1967-ci il tarixli bağışlama (1/3 hissə ilə bağlı) müqaviləsinə əsasən X13 adına Bakı şəhəri, Sabunçu rayonu V.Vəliyev (keçmiş H.Hacıyev) küçəsi 1 saylı tikilinin hüquqi qeydiyyata alınması barədə Bakı şəhəri Cavabdeh Başçısı xx xxxx 1997-ci il tarixdə 820 nömrəli sərəncam imzalanmışdır. Həmin Sərəncamın etibarsız hesab edilməsi barədə Sabunçu rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin Məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuş və ona həmin tələblə bağlı AR İPM0nin müvaiq tələblərinə uyğun qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Qeyd edir ki, X10 Bakı şəhəri Cavabdeh Başçısının xx xxxx 19970-ci il tarixli 820 nömrəli sərəncamına əsaslanaraq ona qarşı Sabunçu rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 2(008)- 952/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək nənəsi Meyransa Osat qızının adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış qismən “B” tikilisinə aid hissədə etibarsız hesab edimişdir. Hazırda həmin iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılmaqdadır. İddiaçı Məhkəmənin nəzərinə çatdırır ki, X10 hazırda mübahisələndirildiyi sərəncamın verilməsinə əsas olmuş xx.xx.1967-ci il tarixli bağışlama müqaviləsinə istinad edərək Sabunçu rayon Məhkəməsində ona qarşı tələblə bağlı iddia qaldırmış, eyni zamanda o da həmin iddia tələbinə qarşılıqlı iddia verərək müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə isə hər iki iddia tələbi rədd edimişdir. Lakin buna baxmayaraq məhkəmə bağışlama müqaviləsi ilə bağlı öz hüquqi mövqeyini bildirmişdr. Belə ki, həmin iş üzrə qəbul edilmiş Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, xx xxxxxxxx 1967-ci il tarixli bağışlama müqavuiləsinin tərəfləri, yəni hədiyyəni bağışlayan Meyransa Osat qızı vəfat etdiyindən hədiyyə bağışlanan X19 vəfat etdiyindən tərəflər arasında bağlanmış müqavilə etibarsızdır və onun mübahisələndirilməsinə yol verilmir. Etibarsız əqdlər isə hüquqi nəticələrə səbəb olmur. X19 ona bağışlanmış hədiyyəni qəbul etməmiş və rəsmiləşdirilməmişdir. Göründüyü kimi həmin bağışlama müqaviləsi öz-özlüyündə etibarsızdır. Etibarsız əqdlər isə hüquqi nəticələrə səbəb olmadığından hesab edir ki, Bakı şəhəri Cavabdeh xx xxxx 1997-ci il tarixli 820 nömrəli sərəncamı da etibarsız hesab edilməlidir. 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki inzibati mübahisə üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1397/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər, 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin, 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhər Sabunçu Məhkəməsinin 2(008)-14417/2016 saylı xx xxxxxx 2016-cı il tarixli Qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X8 və X2 qarşı yaşayış sahəsinin istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə iradə tələbi rədd edilmişdir. Bakı Şəhər Sabunçu Məhkəməsinin 2(008)-1144/2017 saylı xx xxxxxx 2017-ci il tarixli Qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı X10 və X1 cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan rədd, qarşılıqlı iddia üzrə İddiaçı cavabdehlər X10 və X3 qarşı Bakı şəhəri 4 saylı notariat Konorunda xx xxxxxxxx 1967-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsı hesab edilməsinə dair iddiası rədd edilmişdir. Bakı Şəhər Sabunçu Məhkəməsinin 2(008)-952/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçılar X10 və X1 cavabdeh İddiaçı, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanıda DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə qarşı çıxarışın ləğv edilməsinə dair iddia təmin edilərək xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanıda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Meyransa Osat qızına verilmiş RX seriyalı ******* nömrəli çıxarışı və həmin çıxarış əsasında xx xxxxxxxx 2016-cı il tarixdə İddiaçı verilmiş RX seriyalı ******* nömrəli çıxarışı qismən, “B” tikilisinə aid hissədə etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qərarın əsaslandırıcı hissəsində müəyyən edilənlərdən görünür ki, Sabuçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, 47 nömrəli evin mülkiyyətçisi Meyransa Osat qızı tərəfindən mübahisəli əmlakın 1/3 hissəsi, hazırkı “B” tikilisi, xx xxxxxxxx 1967-ci il tarixdə X15 bağışlandığından və Bakı şəhəri, Sabuçu rayonu İcra Hakimiyyəti Başçısını 820 nömrəli xx xxxx 1997-ci il tarixli sərəncamı ilə mərhum X6 qəsəbəsi, V.Vəliyev küçəsi 1 saylı 15,8 kv.metr, 19,4 kvşmer 2 yaşayış otağından, 10,1 kv.metr mətbəxdən, 14,2 kv.metr giriş otağından, 11,4 kv.metr hamamdan, 2,8 kv.metr həyətyanı sahədə 6,1 kv.metr toyuq damından, 7,0 kv.metr hamamdan, 2,8 kv.metr ayaqyolundan ibarət olmaqla 186,2 kv.metr torpaq sahəsində yerləşən mülkün hüquqi sahibi hesab edildiyinən Meyransa Osat qızının adına verilmiş çıxarışların “B” tikilisi hissəsində etibarsızlığı üçün əsas olması müəyyən edilmişdir. Qətnamədə həmçinin müəyyən edilən hallardan biri də odur ki, Meyransa Osat qızının adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış “B” tikilisi hissəsində olmaqla qismən etibarsız hesab olunduğundan, həmin çıxarış əsasında mübahisəli əmlakı öz adına keçirmiş İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alındığı RX seriyalı 093690 nömrəli xx xxxxxxxx 2016-cı il tarixli çıxarışın da qismən, “B” tikilisi hissəsində etibarsız hesab olunmalı olduğu, çünki iddiaçının məhkəmə iclasında həmin reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirildiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər 4 saylı Notariat kontorunun 20 - 11030 saylı notarius işindən müəyyən olunur ki, xx xxxxxxxx 1967-ci il tarixli bağışlama müqaviləsinə əsasən Sabunçu rayonu Ramana qəsəbəsi, V.Vəliyev küçəsi 47 nömrəli evin mülkiyyətçisi Meyransa Osat qızı 1/3 hissəsisini X15 bağışlamışdır. Göründüyü kimi iddiaçı hazırda Bakı şəhəri, Sabunçu rayonu, V.Vəliyev küçəsində yerləşən 1 saylı tikilinin hüquqi qeydiyyata alınması barədə Cavabdeh Başçısının xx xxxx 1997-ci il tarixli 820 nömrəli sərəncamın etibarsız hesab edilməsini xahiş etmiş və həmin sərəncamın qanuni olması artıq qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1-ci maddəsində inzibati aktların etibarsız sayılması əsasları göstərilmişdir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4-cü maddəsinə əsasən maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6-cı maddəsinə əsasən kimə ünvanlandığı aydın olmayan inzibati akt. Bakı şəhəri Sabuçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 820 nömrəli sərəncamı məhkəmə kollegiyası tərəfindən tədqiq edilərkən, inzibati aktların etibarsız sayılmasının əsaslarından hər hansı birinə uyğunluğun olması aşkar olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, etibarsızlığı tələb olunan sərəncam iddiaçının maraqlarına toxunsa da, onun etibarsızlığı üçün nə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində, nə də digər qanunvericilik aktlarında əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə etibarsız hesab edilməsi tələb olunan sərəncamın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlili isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1397/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1397/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar