Məhkəmə qərarları › İş №2-1(103)-1631/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1631/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1631/2025 06.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrinfən çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, iddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********52 saylı məktubundan görünür ki, İddiaçı MTK-nın Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında inşa edilmiş 2 saylı binada yerləşən 56 ədəd mənzil üzərində hüquqlarının dövlət reyetrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmış, etirazdakı dəlillərə uyğun məzmunda cavab verilərək iddianın təmin edilməsindən imtina edilmişdir.

2. İddiaçı MTK ilə “X14" arasında bağlanmış X4 BFD-01 nömrəli, 10 oktyabr 2019-cu il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatının balansında olan qəzalı yataqxananın yenidən qurulması məqsədilə yataqxananın yerləşdiyi ərazidə X9 təşəbbüsü ilə iddiaçının dəstəyi hesabına 2 ədəd 2 girişli 7 mərtəbəli, zirzəmili 169 mənzildən ibarət olan ümumi sahəsi 9300 m2 təşkil edən yaşayış kompleksini öz vəsaiti hesabına inşa edib, 99 ədəd təmirli mənzilin əvəzsiz olaraq X11 (1 saylı bina bütövlükdə), digər 70 mənzilin isə (2 saylı bina bütövlükdə) iddiaçının sərəncamına verilməsi haqqında birgə razılığa gəlmişlər.

3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 257 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.4871 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “X14” tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yaşayış binalarının tikintisi məqsədilə X9 icarə əsasında istifadəsinə verilmişdir.

4. Eii-15/23 (Tİ-88/22) nömrəli xx.xx.2023-cü il tarixli Tikinti obyektinin İstismarına İcazə sənədindən görünür ki, tikinti obyektinin sifarişçisi X10muşdur.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş Tİ-88/22 nömrəli xx.xx.2022-ci il tarixli Obyektin tikintisinə icazə sənədində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində inşa edilmiş yaşayış binalarının sifarişçisi kimi X14 qeyd olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ‘‘X14" ilə “Kristal Abşeron" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2019-cu il tarixdə imzalanmış BFD-01 saylı “X4” müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvələ uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən 70 ədəd mənzillərin üzərində İddiaçı MTK-nın hüquqlarının məlumat bazasına daxil edilərək rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X14" ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə imzalanmış BFD-01 saylı ‘‘X4" müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yerləşən qəzalı yataqxana binası sökülərək yerində “Kristal Abşeron" MTK tərəfindən 169 mənzildən ibarət 2 ədəd, 2 girişli yaşayış kompleksi inşa edilərək xx.xx.2023-cü il tarixli, Eii-15/23(Tİ-88/22) saylı Tikinti Obyektinin İstismarına İcazə sənədinə əsasən əvvəlki mənzil istifadəçilərinin sərəncamına verilmiş və hal-hazırda həmin binalarda sakinlərin yaşayışı təmin edilmişdir. İddiaçı bildirmişdir ki, qeyd edilən müqaviləyə və müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ əsasən yeni inşa edilmiş kompleksdəki 1 saylı bina tam şəkildə "X14"nun sərəncamına, 2 saylı binadakı mənzillər isə “Kristal Abşeron" MTK-nın sərəncamına verilməsi şərtləndirilmişdir. Yaşayış kompleksindəki mənzillərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq sənədlər toplusu “X14" tərəfindən caavabdeh qeydiyyat orqanına təqdim edilmiş, lakin yaşayış kompleksində inşa edilən bütün mənzillər üzərində hüquqlar məlumat bazasında "X14"nun adına rəsmiləşdirilmişdir. Qeyd olunmuşdur ki, sözügedən müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvələ uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən 70 ədəd mənzilin üzərində “Kristal Abşeron" MTK-nın hüquqlarının məlumat bazasına daxil edilərək rəsmiləşdirilməsi ilə əlaqədar cavabdehə yazılı formada müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddianın təmin edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alına bilər. Hazırkı halda isə İddiaçı MTK 70 ədəd mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, qüvvədə olan əmlak qanunverciliyinin tələblərinə uyğun olaraq hüquqmüəyyənedici sənədləri (8.0.10-cu maddə: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində inşa edilmiş iddia olunan yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli binaların tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin torpaqayırma sərəncamı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan yaşayış binalarının tikintisinə icazə sənədi və obyektin istismarına icazə sənədi “X14”na verilmişdir. Belə olan halda cavabdeh inzibati orqan mübahisəli mənzilləri “X14”nun adına qeydiyyata almaqda haqsız sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının istinad etdiyi “X14” ilə bağlanmış xx.xx.2019-cu il tarixli, BFD-01 saylı birgə fəaliyyət göstərilməsi haqqında müqavilə hüquqi təbiətinə görə podrat müqaviləsi olmaqla, gələcəkdə inşa edilməli olan çoxmənzilli binaya dair müqavilə tərəflərinin hüquq və vəzifələrini müəyyən etmişdir. Ona görə də bu müqavilə yuxarıda istinad olunan Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzrəində hüquqların qeydiyyatı üçün hər hansı əsasa uyğun gəlmir.

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9998/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, “X14” ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixində imzalanmış BFD-01 saylı “X4” müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yerləşən qəzalı yataqxana binası sökülərək yerində İddiaçı MTK tərəfindən 169 mənzildən ibarət 2 ədəd 2 girişli yaşayış kompleksi inşa edilərək xx.xx.2023-cü il tarixli Eii-15/23(Tİ-88/22) saylı Tikinti Obyektinin İstismarına İcazə sənədinə əsasən əvvəlki mənzil istifadəçilərinin sərəncamına verilmiş və hal-hazırda həmin binalarda sakinlərin yaşayışı təmin edilmişdir. Qeyd edilən müqaviləyə və müqaviləyə 1 saylı Əlavədə göstərilən cədvələ əsasən yeni inşa edilmiş kompleksdəki 1 saylı bina tam şəkildə “X14”nun sərəncamına, 2 saylı binadakı mənzillər isə İddiaçı MTKnın sərəncamına verilməsi şərtləndirilmişdir. Yaşayış kompleksindəki mənzillərin rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq sənədlər toplusu “X14” tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Lakin, yaşayış kompleksində inşa edilən bütün mənzillər üzərində hüquqlar məlumat bazasında “X14”nun adına rəsmiləşdirilmişdir. “X14” ilə İddiaçı MTK arasında imzalanmış müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvələ uyğun olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən 70 ədəd mənzillərin üzərində İddiaçı MTK-nın hüquqlarının məlumat bazasına daxil edilərək rəsmiləşdirilməsi ilə əlaqədar tərəfimizdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə yazılı formada müraciət edilmişdir. Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən cavaba əsasən qeyd edilən mənzillər üzərində İddiaçı MTKnın hüquqlarının məlumat bazasına daxil edilərək rəsmiləşdirilməsindən imtina edilmişdir və bunun yalnız aidiyyatı məhkəmə tərəfindən qəbul ediləcək müvafiq qərarla icra edilməsinin mümkün olması bildirilmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur (İPM:maddə 73.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki halda “X14” ilə İddiaçı MTK arasında yuxarıda qeyd olunan müqavilə bağlanmışdır ki, həmin müqavilə də daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9998/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini və iddia tələbinin təmin edilməsini xahiş etdiyini bildirmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin olunmamasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;.

16. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu:

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.2 İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1 Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

22. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

23. Əvvəla qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən, xx.xx.2019-cu il tarixli BFD-1 saylı müqavilənin 1 saylı əlavəsində və xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilədə göstərilmiş “X14”nun adına mülkiyyət hüququ qeydiyyata alınmış mənzillərə dair qeydiyyatın ləğv edilərək İddiaçı MTK-nın adına mülkiyyət hüquqlarının qeydə alınması və buna dair çıxarışların və texniki pasportların verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi (dəqiqləşməsi) həyata keçirilmişdir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının əsasları qismində müəyyən edilir.

26. Hazırkı mübahisəli hüquq münasibəti hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsində göstərilən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə təşkil edir.

27. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin tənzimləndiyi normada 2 əsas şərt müəyyən edilmişdir:

1. Daşınmaz əmlaka dair müqavilənin mövcudluğu;

2. Həmin müqavilənin notariat qaydasında təsdiq edilmiş olmasıdır.

28. Hazırkı işin hallarından görünür ki, iddiaçının tələbinin hüquqi əsası olan hər iki şərt ödənilir.

29. Məhkəmə kollegiyası hər iki şərtlə bağlı qeyd etmədən öncə vurğulayır ki, üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələb edilən daşınmaz əmlak qanunvericiliyin tələblərinə uyğun inşa edilmiş və bunun əsasında da həmin əmlaklara dair 3-cü şəxs “X14”nun adına mülkiyyət hüquqları qeydə alınmışdır.

30. Mülkiyyət hüququnun qeydə alınmasının əsası olan müqavilənin mövcudluğu ilə bağlı Kollegiya bildirir ki, iş materialında olan İddiaçı MTK ilə “X14" arasında bağlanmış X4 BFD-01 nömrəli, 10 oktyabr 2019-cu il tarixli müqavilənin 1.2-ci bəndindən görünür ki, tərəflər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatının balansında olan qəzalı yataqxananın yenidən qurulması məqsədilə yataqxananın yerləşdiyi ərazidə X9 təşəbbüsü ilə iddiaçının dəstəyi hesabına 2 ədəd 2 girişli 7 mərtəbəli, zirzəmili 169 mənzildən ibarət olan ümumi sahəsi 9300 m2 təşkil edən yaşayış kompleksini öz vəsaiti hesabına inşa edib, 99 ədəd təmirli mənzilin əvəzsiz olaraq X11 (1 saylı bina bütövlükdə), digər 70 mənzilin isə (2 saylı bina bütövlükdə) iddiaçının sərəncamına verilməsi haqqında birgə razılığa gəlmişlər. Həmin müqavilə təkrarlanaraq İddiaçı MTK ilə “X14" arasında bağlanmış X4 xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilə yenidən bağlanmışdır. İddiaçı MTK ilə “X14" arasında bağlanmış X4 xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilənin 1.2-ci bəndindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllədə yerləşən Bakı Şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatının balansında olan qəzalı yataqxananın yenidən qurulması məqsədilə yataqxananın yerləşdiyi ərazidə X9 təşəbbüsü ilə iddiaçının dəstəyi hesabına 2 ədəd 2 girişli 7 mərtəbəli, zirzəmili 169 mənzildən ibarət olan ümumi sahəsi 9300 m2 təşkil edən yaşayış kompleksini öz vəsaiti hesabına inşa edib, 113 ədəd təmirli mənzilin əvəzsiz olaraq X11 (1 saylı bina bütövlükdə və 2 saylı binadan 14 ədəd 3 otaqlı mənzil), digər 56 mənzilin isə (yalnız 2 saylı binada) iddiaçının sərəncamına verilməsi haqqında birgə razılığa gəlmişlər.

31. Göründüyü ki, mülkiyyət hüququnun qeydə alınmasının qanuni əsaslarından olan daşınmaz əmlaka dair tərəflər arasında müvafiq müqavilələr mövcuddur və hazırda həmin müqavilələr qüvvədədir.

32. Kollegiya qeyd edir ki, daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınmasının əsası olan 2-ci şərt də ödənilir. Belə ki, qeyd edildiyi kimi, qanunvericilikdə təsbit edilmiş ikinci əsas şərt daşınmaz əmlaka dair müqavilənin notarial qaydada təsdiq edilməsidir ki, iş materiallarına əlavə edilmiş İddiaçı MTK ilə “X14" arasında bağlanmış X4 xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilənin xx.xx.2025-ci il tarixində Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir.

33. Göründüyü kimi, qanunvericilikdə mülkiyyət hüququnun qeydə alınmasının əsası olan normada göstərilən bütün şərtlər iddiaçı tərəfindən ödənildiyindən və bu hal məhkəmə araşdırması ilə müəyyən edildiyindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.

34. İddiaçı MTK ilə “X14" arasında bağlanmış X4 xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilədə göstərilmiş mənzillərin “X14”nun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv ilə bağlı Kollegiya bildirir ki, “X14”nun **********599 nömrəli notarial qaydada ərizəsi təqdim edilmişdir. Həmin ərizədən müəyyən olunur ki, sözügedən daşınmaz əmlaklara dair hüquqların ləğv edilərək İddiaçı MTK-nın adına qeydə alınmasına etiraz edilmədiyi göstərilmişdir. Belə olan halda, daşınmaz əmlaka dair mülkiyyət hüququnun məcburi qaydada qeydə alınmasının yolverilməz olduğu nəzərə alınaraq, həmçinin mülkiyyət hüququna dair qeydin məcburiliyinin hüququ əsası qanunvericilikdə nəzərdə tutulmadığı nəzərə alınaraq həmin əmlaklara dair mülkiyyət hüququna dair qeydin də cavabdeh tərəfindən ləğv edilməməsi qanunsuzdur.

35. Həmçinin, tərəflər arasında daşınmaz əmlaklara dair notarial qaydada bağlanmış müqavilə İddiaçı MTK-nın adına mülkiyyət hüququnun qeydə alınması üçün əsas olduğundan və eyni daşınmaz əmlaklara dair eyni zamanda təkrar qeydiyyatın həyata keçirilməsi mümkün olmadığından, qeydiyyatın ləğvinə dair mülkiyyət hüquqları qeydə alınmış hüquqi şəxsin buna dair müvafiq ərizəsi olduğundan sözügedən daşınmaz əmlaklara dair X14”nun adına qeydə alınmış əmlaklara dair mülkiyyət hüququna dair qeydiyyatlar ləğv edilməlidir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

37. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, belə olan halda cavabdeh inzibati orqan mübahisəli mənzilləri qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında iddia tələbinə müvafiq olaraq İddiaçı MTK-nın adına qeydiyyata alınmasına qanunverciliklə müəyyən edilmiş əsaslar olduğundan xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilədə göstərilən daşınmaz əmlaklara dair MTK-nın adına mülkiyyət hüquqlarının qeydə alınaraq buna dair çıxarışın və texniki pasportların verilməsindən imtinası əsassız və qanunsuz olmuşdur.

38. Göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında inşa edilmiş 2 saylı binada yerləşən (70 və 56 ədəd) mənzil üzərində hüquqlarının əvvəlki mülkiyyətçiyə məxsus olan həcmdə yeni mülkiyyətçiyə keçdiyindən və X4 notarial qaydada təsdiq edilmiş müqavilə daşınmaz əmlaka dair mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etdiyindən, indiki halda iddiaçının sözügedən mənzillərə dair mülkiyyət hüququ yaranmışdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmişdir.

40. Kollegiya qeyd edir ki, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir və həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir.

41. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalı və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən və xx.xx.2019-cu il tarixli BFD-1 saylı müqavilənin 1 saylı əlavəsində və xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilədə göstərilmiş və “X14”-nun adına qeydiyyata alınmış mənzillərin üzərində mülkiyyət hüquqlarına dair qeydiyyatın ləğv edilərək İddiaçı MTK-nın adına mülkiyyət hüquqlarının qeydə alınaraq buna dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9998/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2143-cü məhəllə ünvanında yeni inşa edilmiş 2 saylı binada yerləşən, xx.xx.2019-cu il tarixli BFD-1 saylı müqavilənin 1 saylı əlavəsində və xx.xx.2025-ci il tarixli BFD-01 saylı müqavilədə göstərilmiş “X14”nun adına mülkiyyət hüququ qeydiyyata alınmış mənzillərə dair mülkiyyət hüquqlarına dair qeydiyyatın ləğv edilərək İddiaçı MTK-nın adına mülkiyyət hüquqlarının qeydə alınması və buna dair çıxarışların və texniki pasportların verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar