Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1633/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi) X5 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşən Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı kompensasiyanın və satınalma qiymətinin 20%-nin cavabdeh tərəfindən iddiaçıya ödəniməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2022 saylı iş üzrə qəbul etdiyi 26 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qaldıraraq mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən evin 44,4 kv metrinə görə (1 kv metr 2000 manat qiymətləndirilməklə) ümumilikdə 88800 manat, nəzərə alınmayan 19,2 kv metr (64,2-44,4=19,8) üçün 39600 manat (19,8x2000=39600) və nəzərə alınmayan 101,35 kv metr torpaq sahəsinə görə 121600 (101,35x1200=121600) manat olmaqla ümumilikdə 250000 (88800+39600+121600) manat və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanında nəzərdə tutulmuş satınalma qiymətinin 20%-i – 50000 manat məbləğində pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 88 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan əsas və köməkçi sahə cəmi bir yerdə 64,2 kv.m olduğu halda cavabdeh tərəfindən kompensasiya ödənilərkən 44,4 kv.m. sahə hesablanmışdır. İddiaçının mülkiyyətində olan 101,35 kv.m torpaq sahəsi isə ümumiyyətlə nəzərə alınmamışdır. Cavabdeh həmin sahələrin nəyə görə nəzərə alınmaması ilə bağlı mövqeyini əsaslandırılmamış və indiyə qədər iddiaçıya bu barədə cavab verilməmişdir. İddiaçı ona dəyən ziyanın məbləğinin müəyyən edilməsi və əmlakın qiymətləndirilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, mülkiyyətində olan əsas və köməkçi sahələrin 1 kv.m. hissəsi 1200 manat, torpaq sahəsinin 1 sotu isə 12000 manat qiymətləndirilir. İddiaçı hesab edir ki, hal-hazırda onun mülkiyyətçisi olduğu Yasamal rayonu, Xıdır Mustafayev küçəsi, ev 136 ünvanında yerləşən 64,2 kv.m tikili sahəsinə görə (1 kv.m. görə 2000 manat qiymətləndirməklə) 88.800 manat, 101,35 kv.m (1200 manat) torpaq sahəsinə görə 121.600 manat, ümumilikdə 250000 manat məbləğində kompensasiya, əlavə 20% - 50000 manat məbləğində pulun ona ödənilməsi barədə qərar qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2022 saylı iş üzrə qəbul etdiyi 26 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında iddiaçıya məxsus tikilinin 19,8 kv.m hissəsinə görə 29700 manat və torpaq sahəsinə görə 50000 manat kompensasiya, daşınmaz əmlakın bazar qiymətinin (132980 manat məbləğinin) 20% miqdarında satınalma qiymətinə əlavə haqq 26596 manat, cəmi 106296 manat məbləğinin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilərək, iddia qalan hissədə rədd edilmişdir. Qərardan narazı qalan tərəflər apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mülkiyyət hüququnun pozulması hissəsində düzgün qənaətə gəlsə də, kompensasiyanın hesablanması hissəsində düzgün qənaətə gəlməmiş, kompensasiya az hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daçınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən ünvan 2 ünvanda yerləşən payının y/s-14.kv.m, k/s-50 kv.m (cəmi 64.2 kv.m) və 101.35.kv.m torpaq sahəsindən ibarət olduğu halda cavabdeh tərəfindən kompensasiya ödənilərkən cəmi 44,4 kv.m sahənin hesablandığı, torpaq sahəsinin isə ümumiyyətlə nəzərə alınmadığını, kompensasiyanın iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə uyğun olaraq nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməli olduğu halda, məhkəmənin təqdim etdiyi sübutlara tam qiymət vermədiyi üçün işin hallarına uyğun olmayan nəticəyə gəldiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində layihələndirilən yolun tikintisi altına düşən İddiaçı aid əmlaka dəymiş ziyan dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə 59,9 kv metr əsas sahəyə görə 71880 manat, 1,82 kv metr köməkçi sahəyə görə 2184 manat, 101,35 kv metr torpaq sahəsinə görə 12162 manat kompensasiya hesabanmışdır. İddiaçı həmin kompensansiyanı xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən 74064 manat məbləğində qəbul etmiş və əlavə olaraq torpaq sahəsinə görə 12162 manat vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən, iddiçı İddiaçınn mülkiyyətində olan tikilinin 19.8 kv.metr hissəsinə və 100 kv.metr torpaq sahəsinə görə cavabdeh tərəfindən kompensasiya hesablanmaması barədə gəldiyi qənaəti əsassız hesab edən şikayətçi, göstərmişdir ki, halbuki sözü gedən layihə çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən iddiaçıya məxsus tikinti altına düşən əmlaka dair qiymətləndirmə barədə hesabat hazırlanmış, iddiaçı qiymətlə razılaşmış, qarşılıqlı razılaşma əsasında alqı-satqı müqaviləsi bağlanmış və gələcəkdə məhkəmə mübahisəsinin olmayacağı barədə satıcı (iddiaçı) tərəfindən təminat verilsə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının həmin əmlak üzərində bütün hüquqlarını itirdiyindən və bu hüquqlar cavabdehə keçdiyindən iddiaçının əlavə olaraq istifadəsində olan əmlakın bir hissəsinə və torpaq sahəsi ilə bağlı kompensasiya ödənilməsinə dair hazırki iddiasını əsassız hesab edən cavabdeh birinci instansiya məhkəməsinin iddiaçıya məxsus torpağın alınması ilə əlaqədar yolun həmin hissəsində tikililərin mövcud olub-olmamasını heç bir sənədlə təhlil etmədiyini, habelə mübahisəli əraziyə yerində baxış keçirmədən qərar qəbul etdiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının verdiyi apellaysiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini, cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi verdikləri apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini, iddiaçının apellysiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Tərəflərin verdiyi apelyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 138 kv.metr olan ünvan 3 ünvanda yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinin 1 otaq, y/s-14 kv.m, k/s-50,2 kv.m hissəsi İddiaçı mülkiyyətrindədir. xx.xx.2019-cu il tarixli, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin bölgü sxemindən aydın olur ki, müvafiq fərdi yaşayış evinin yerləşdiyi 0,0304 ha torpaq sahəsinin 100.kv.metri İddiaçı mülkiyyətrindədir. Tərəflər arasında bağlanmış Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində layihələndirilən yolun tikintisi altına düşən İddiaçı aid əmlakın alqı-satqısına dair xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş müqaviləyə əsasən haqqında bəhs olunan əmlak cavabdehə satılmışdır İş materillarında olan Daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı müstəqil qiymətləndirici “X4” MMC tərəfindən hazırlanmış qiymətləndirmə hesbatından görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin (faktiki qeyri-yaşayış sahəsinin ) 23 oktyabr 2018-ci il tarixə orta bazar dəyəri 128 000,0 (yüz iyirmi səkkiz min ) manat təşkil edir. İddiaçının 14 dekabr 2018-ci il tarixli ərizəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli M-3/16-207 nömrəli cavab məktubundan qeyd olunmuşdur ki, iddiaçının ərizəsi ilə əlaqədar həyata keçiriulmiş “Bakı şəhəri Xarici Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrin qiymətləndirilməsini aparmış qiymətləndirici "xxxx" MMC-yə müraciət olunmuşdur. Alınmış cavabdan müəyyən olunmuşdur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri Xarici Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus əmlaka mütəxəssislərimiz tərəfindən baxış keçirilmiş və ilkin olaraq 18 mart 2018-ci ildə həmin obyektə qiymətləndirmə standartlarına uyğun olaraq üç yanaşma ilə baxılmış və müqayisəli yanaşmaya əsasən (qiymətləndirilən tarixə yaxın həmin əraziyə yaxın ünvanlardakı analoqların notarial qaydada alqı-satqısı olmuş obyektlərin əldə edilməsi və analizi) 86.226,00 (səksən altı min iki yüz iyirmi altı) manat məbləğində qiymətləndirilmişdir. Belə ki ölçü işləri aparılmış əmlakın əsas 59.9 kv.m, köməkçi 1.82 kv.m., sənədlə torpaq 101.35 kv.m sahəsindən ibarət olduğu müəyyən olunmuşdur. Qiymətləndirmə zamanı əsas və köməkçi sahələrin (59.9 kv.m və 1.82 kv.m) ümumilikdə 1 kv.m hissəsi 1200 manat, torpaq sahəsinin isə 1 sotu 12.000 manat dəyərində (nəzərdə tutulmuş əlavələrlə) qiymətləndirilmişdir. Bu da yerləşdiyi yerə, analoqlara və obyektin təmir vəziyyətinə görə ən uyğun məbləğdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən əmlakın qiymətləndirmə cədvəlindən də görünür ki, cavabdehin məktubunda qeyd olunanlar müvafiq hesabatda öz əksini tapmışdır. Beləliklə birinci instansiya məhkəməsinə iddiaçı və cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışın surəti, xx.xx.2019-cu il tarixli bölgü sxemi, xx.xx.2019-cu il tarixli müqavilə, iddiaçının sifarişi ilə aparılmış qiymətləndirmənin xx.xx.2018-ci il tarixli hesabatı, cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubu, fərdi yaşayış evinin pasportu, Bakı şəhəri, Yasamal rayonu, Xıdır Mustafayev, 136 ünvanında yerləşən yaşayış evinə görə qiymətləndirmə hesabatına əsasən məhkəmə müəyyən etmişdir ki, ünvan 1-da iddiaçının payı 1 otaq - y/s – 14 kv metr, k/s 50,2 kv metr təşkil edir, tikilinin altında olan torpaq da paylı mülkiyyətçilərin, o cümlədən iddiaçının xüsusi mülkiyyətindədir. xx.xx.2019-cu ildə iddiaçı ilə digər paylı mülkiyyətçilər arasında torpağın bölgü sxemi tərtib edilərək imzalanmış və həmin bölgü sxemi notariat qaydasında təsdiq edilmişdir, qeyd edilən bölgü sxeminə əsasən ünvan 1 ünvanda yerləşən torpaq sahəsində iddiaçının payı 100 kv metr müəyyən edilmişdir. Daha sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə notariat qaydasında təsdiq edilmiş müqavilə imzalanmış, qeyd edilən müqaviləyə əsasən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İddiaçı mülkiyyətində olan tikintialtı sahə - 44,4 kv metrə görə iddiaçıya 53.280 manat məbləğinin ödənilməsini, iddiaçı isə 44,4 kv metr tikintialtı sahədən cavabdehin xeyrinə imtina etməyi öz öhdəsinə götürmüşdür, iddiaçı hazırda hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan əmlaka görə ödənilmiş kompensasiyanın məbləği düzgün müəyyən edilməmişdir, odur ki, məhkəmədə hazırki iddianı qaldırmışdır. Kollegiya birinci instansiya məhkəmənin iddianın qismən təmin edilməsi nəticəsi ilə qismən razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı “torpağa aid kompensasiyanın ödənilməsi hissəsində” dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları X2 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. Nizamnamənin 2.1-ci bəndinə əsasən isə Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na bilavasitə daxil edilməsə də, fəaliyyəti ilə əlaqədar mövcud normativ hüquq aktlarına əsasən inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən, habelə balansında olan yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə əlaqədar mühafizə zonasına düşən mövcud tikililərin sökülməsi zamanı əmlakın qiymətləndirilməsində sifarişçi qismində iştirak etməklə hesablanmış kompensasiyanın öz adından mülkiyyətçilərin hesabına köçürməsi ilə bağlı qəbul etdiyi qərarlar hüquqi nəticələr yaratdığından, hazırki iş üzrə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində göstərilməsi həmin Qərarın “qanunvericiliyə uyğun olaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar” adlanan V fəslinə tam uyğun hesab edilir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir; Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfıyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. Beləliklə sadalanan normalardan göründüyü kimi, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən Qanunun 80-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir Beləliklə birinci instnsiya məhkəməsi tərəfindən müəyyən edilən işin mübahisə edilməz halı ondan ibarətdir kii, İddiaçı dövlət ehtiyacları üçün alınmanın təsirinə düşən ünvan 1 ünvanda yerləşən əmlakın 100 kv.metr torpaq sahəsinin və 64,2 kv metr tikilinin mülkiyyətçisidir. İddiaçı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi arasında imzalanmış alınmanın təsirinə məruz qalmış əmlakın alqı-satqı müqavilələrindən göründüyü kimi İddiaçı ona 53.280 manat kompensasiya ödənilməsi müqabilində “həyətyanı tikililərin və qurğuların texniki göstəriciləri qrafasında qeyd olunan Liter E tikintialtı sahə 44,4 kv metr” və “özbaşına tikili olan 17,34 kv.metr”dən cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xeyrinə imtina etmişdir. Hər iki tikili üçün iddiaçıya cəmi 74.064 manat pul ödənilmişdir. Cavabdeh ödənilmiş məbləğin onlar tərəfindən tərtib edilmiş hesabata uyğun olduğunu bildirsə də, məhkəmı araşdırması zamanı özbaşına tililinin əsas tikiliyə aid olmadığı müəyyən edilmişdir. Belə ki, hazırkı iş üzrə hesabatı hazırlamış cavabdehin əməkdaşlarının məhkəmə iclasındakı izahatlarından müəyyən edilmişdir ki, onlar hesabatı bir tikili (faktiki qeyriyaşayış sahəsi kimi istifadə olunan) üzrə aparmışdılar. İş materiallarına əlavə edilmiş hesabatdan da görünür ki, həmin hesabatda bir tikilinin məlumatları ( 59,9 kv.m əsas və 1.82 kv.metr köməkci sahə) öz əksini tapmışdır ki, bu sahədə iddiaçının mülkiyyət hüququ barədə çıxarışda olan 64,2 kv.metr sahəyə cüzi fərqlə uyğundur. Həm də, cavabdehin nümayəndələri özbaşına tikilinin də əsas tikiliyə aid olduğunu bildirsələr də, belə olduğu halda həmin sahələr üzrə ayrı-ayrı müqavilələrin bağlanmasını məntiqi izahını verə bilməmişdilər. Qeyd edilənlərə əsasən Kollegiya hesab etmişdir ki, cavabdehin özbaşına tikiliyə dair iddiaçıya ödədiyi kompensasiyanın, mülkiyyət hüququ dövlət qeydiyyatında keçmiş tikiliyə ğörə ödənilən kompensasiyaya hec bir aidiyyatı yoxdur. Belə olan halda, İddiaçı mülkiyyətində olan tikilinin 19,8 kv.metr hissəsinə (64,2-44,4) görə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompensasiya hesablanmadığı müəyyən edilir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı cavabdehin apellyasiya şikayətində qeyd etdiyi üzərində hər hansı hüquqa malik olmadığı əmlakın deyil, hüquq müəyyənedici sənəd hesab olunan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş **********96-10301 nömrəli texniki pasporta uyğun olaraq mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasına görə qanunvericilikdə nəzərdə tutulmuş kompensasiyanın ödənilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 152.1-ci maddə-sinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkil-məsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. İddiaçı irəli sürdüyü iddiasında mülkiyyətində olan 64,2 kv metr sahəsi olan tikilinin hər kvadratmetrə görə 2.000 manat və 101,35 kv metr torpaq sahəsinin hər kvadrat metrinə görə 1200 manatdan kompensasiyanın ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə Bakı şəhərində Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə inzibati məhkəmə icraatında baxılmış işlərdə əmlakın (tikilinin) dəyərinin mövcud inzibati praktikaya əsasən hər kv.m-ə görə 1500 manat, torpağın hər kv.m-ə görə 500 manat müəyyən edildiyindən, hər kvadratmetrə görə 2000 manat, torpağa 1200 manat kompensasiya ödənilməli olması barədə iddia ərizəsinin dəlillərini əsaslı hesab etməmiş, vahid məhkəmə praktikasına əsaslanaraq hesab etmişdir ki, iddiaçı 19,8 kv metr tikilisinə və 100 kv.m torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbində haqlıdır və qeyd edilən məbləğ (19,8 x 1500 manat) 29700 manat tikintialtı sahəyə və (100x 500 manat) 50000 manat torpaq sahəsinə görə, cəmi 79700 manat ödənilməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi işin faktiki halları ilə müəyyən etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq da iddiaçıya ödənilməmişdir ki, həmin ödənilməmiş məbləğ (53280+ 29700+ 50000= 132980 manatın 20%) 26596 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 106296 manat məbləğinin (kompensasiya və 20% əlavə) cavabdehdən tələb etməkdə haqlıdır və onun tələbi qanunvericiliyə uyğundur, iddia tələbinin qalan hissəsi isə əsassızdır. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi 101.35 kv metr deyil, bölgü sxeminə əsasən 100 kv metr təşkil edir. Habelə iddiaçı ilə cavabdeh arasında imzalanaraq notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən tərəflər 44,4 kv.m tikintialtı sahəyə görə kompensasiya məbləğinin 53280 manat olmasını razılaşdırmışlar, cavabdeh qeyd edilən müqavilə ilə razılaşdırılan məbləği iddiaçıya ödəmiş, iddiaçı həmin ödənişi qəbul etmişdir. Odur ki,birinci instansiya məhkəməsi haqlı olaraq həmin tikili sahəsinin 1 kv.metr sahəsinin 2000 manat olmaqla yenidən hesablanması və həmin sahəyə 88000 manat məbləğdə kompensasiyanın ödənilməsi tələbini əsassız və müqaviləyə zidd hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının 19,8 kv. metr tikilisinin hər kv. metrinin 1500 manat (cəmi 29700 manat) məbləğində qiymətləndirməsi və 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməli olması barədə gəldiyi nəticə ilə razılaşsa da, 100 kv.m torpağın hər kv.metrinin 500 manat məbləğində dəyərləndirməsini əsasız heab edir. Məhkəmə kollegiyası yaranmış zərurətlə əlaqədar ünvan 1 ünvanda və ona yaxın ətrafda yerləşən yaşayış və torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin (hər biri üzrə azı 3 müqavilə) təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə xx.xx.2023cü il tarixli, 2-1(103)-1633/2023 nömrəli müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsi xx.xx.2023-cü il tarixli 3- 16-5/2-11-5362/23 nömrəli cavab məktubunda əmlakların qiymətləndirilməsinə dir müvfiq notariat ofislərində 2022-2023-cü illər ərzində bağlanmış alqı-satqı müqavilələri barədə məlumat vermişdir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin xx.xx.2019-cü il tarixdə bağlanmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 2022-2023-cü illər üzrə olan məlumatlar hazırki iş üzrə qiymətləndirmə üçün əsas hesab edılə bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası Bakı şəhəri Yasamal rayonunda torpaqların dövlət ehtiyacları üçün alınması barədə Bakı Apellyasiya Məhkəməsində baxılmış analoji inzibati işlərə müraciət edilməsini məqsədəmüvafiq hesab edərək, Bakı Apellyasiya Məhkəməsində baxılmış analoji inzibati işlər ürə müəyyən edilmişdir ki, analoji dövrdə dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyərinin 1 kv.m-ə görə təxmini dəyəri 340 manat olmuşdur. Bu hal Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-34/2023 nömrəli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası vahid məhkəmə praktikasına əsaslanaraq hesab edir ki, iddiaçının 100 kv.m torpaq sahəsinə görə (100x 340 manat) 34.000 manat kompensasiya ödənilməli və buna uyğun olaraq da “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq da yenidən hesablanmalıdır. Hesbalmanın nəticəsində müvafiq məbləğ (53280+29700+34000 = 116980 manatın 20%) 23.396 manat təşkil etmişdir. Beləliklə, Kollegiya yuxarıda qeyd edilən hallara qiymət verərək hesab edir ki, iddiacıya məxsus ünvan 6 ünvanında tikilinin 19,8 kv.metr hissəsinə 29700 manat, torpaq sahəsinə görə 34.000 ( 100x340) manat, daşınmaz əmlakların bazar qiymətinin 20 % miqdarında satınalma qiymətinə əlavə haqq (23.396 manat), cəmi 87.096 manat məbləğin ödənilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Agetliyinə həvalə edilməlidir. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı “torpağa aid və daşınmaz əmlakların bazar qiymətinin 20 % miqdarında satınalma qiymətinə əlavə haqq hissədə” dəyişdirilməli, İddiaçı 87.096 manat məbləğində pulun ödənilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-459/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı “torpağa aid kompensasiyanın ödənilməsi hissəsində” dəyişdirilsin. İddiaçı “torpaq sahəsinə görə 34.000 ( 100x340) manat, daşınmaz əmlakların bazar qiymətinin 20 % miqdarında satınalma qiymətinə əlavə haqq (23.396 manat) olmaqla, cəmi 87.096 (səksən yeddi min doxsan altı) manat məbləğində pulun ödənilməsi” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin üzərinə qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 100 (yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1633/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1633/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver