Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1633/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Niftalıyeva Günel Ziya qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı (X3 hüquqi varisi qismində) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X10 məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərin qanunsuz hesab edərək, pensiya ödənişlərin əvvəlki məbləğdə 2942,06 manat məbləğində bərpa edilməsi və xx.xx.2023-cü il tarixindən pensiya ödənişlərindən tutulmaların hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, xx.xx.1941 təvəllüdlü, ünvan 1 ünvanında yaşayan X2 Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsi tərəfindən 1 iyun 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası alıb, 2023-cü ilə kimi bu pensiyanın məbləğində müəyyən artışlardan savayı kəsilmələr olmamaşdı. Lakin bu vəziyyətin dəyişməsi, kəsilmələrin ilkin məbləği 600, sonrakı isə 200 manat təşkil edir, yaxın bir tarixə, 2023-cü ilin avqust ayına təsadüf edir. Məhz pensiya məbləğindəki sözügedən kəsilmələr ilə əlaqədar narahat olub 2023-cü il avqust ayının 20-si tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Bu müraciətinə verilən cavab məktubunda göstərilmişdir ki, 18 iyul 2023-cü il tarixli 3-17-1/2- S-160112/2023 nömrəli məktubu tərəfinə göndəriblər, lakin bu doğru olmayan bir bəyandır. Belə ki, həmin orqan tərəfindən yuxarıda qeyd etdiyi tarixdə ona heç bir məktub təqdim edilməmişdir. Bildirilmişdir ki, sözügedən cavab məktubunda, №3-17-1/2-8-204541/2023, xx.xx.2023 tarixli, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindan qüvvədə olan redaksiyasına əsaslanılaraq bəyan edilmişdir ki, pensiya işi araşdırılaraq aylıq ödəniş yenidən hesablanmışdır. Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı 1489,94 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 5 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqımın (1489,94 manat) 80 faizi1191.95 manat məbləğində hesablanıb. Yuxarıda qeyd edilənlərlə bağlı əsas mənbə qismində istifadə edilən sənədlərdən biri kimi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası" göstərilməlidir. Sözügedən Qaydaların 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla. 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin iyul 2017- ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bu qaydanı onun vəziyyəti ilə bağlı tətbiq etmək üçün qeyd edilməlidir ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqım 1643,52 manat təşkil edib. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilmiş məktuba əsasən Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (1489,94 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1643.52 manat) arasındakı fərq məbləğinin (153,58 manat) 63,25 faizi-97,14 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1191,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1289,09 manat məbləğində hesablanıb. Məhz bu hesablama ilə bağlı qeyd edilməsi vacibdir ki, yuxarıda göstərilmiş müvafıq qaydaların 2.3-cü bəndinə əsasən müvafiq tarixli orta aylıq əmək haqları arasındakı fərq məbləğinə tətbiq edilmiş faiz (63.25) yanlışdır. Belə ki, uyğun hesablamanı apararaq bu nəticəyə gəlmək olar ki, qeyd edilmiş fərq məbləğinə (153.58 manat) tətbiq edilməli olan faiz 69.67-dir ki, bu baxımdan əldə olunan məbləğ 106.99 manatdır. Məktubun həmin hissəsində həmçinin göstərilmişdir ki, 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının məbləği 1191,95 manat təşkil edir. Lakin bu da doğru olmayan bir məlumatdır, bu baxımdan təkrarən "Əmək pensiyaları haqqında" Qanunun 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə istinad etmək lazımdır. Belə ki, orada qeyd edilənə əsasən, dövlət qulluğunda 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğ (yuxarıdakı hesablamaya əsasən, 1191,95 manat) məktubda yanlış olaraq onun müvafiq tarixə kimi aldığı pensiya məbləği kimi göstərilmişdir. Bu yanlışlıqlar da hesablamaların nəticəsinə təsir göstərməklə sonda əldə edilən məbləğin (1289,09 manat) doğru olmamasına gətirib çıxarır. Müvafiq məktubda təsbit edilənlərlə əlaqədar xüsusilə vurğulamaq vacibdir ki, məktubda qeyd edilmiş yanlış olan məlumatlar, məsəl olaraq tətbiq edilən səhv hesablanmış faizlər, hesablamalarda istifadə edilmiş xətalı olan pensiya məbləğləri və s., belə bir nəticəyə gəlməyə imkan verir ki, məktubda artıq ödənilmiş pul vəsaiti olaraq nəzərdə tutulan məbləğ də özlüyündə yanlış hesablamaların nəticəsidir ki, bu baxımdan əsassız olduğu qeyd edilməlidir. Həmçinin məktubun son hissəsində göstərilmiş həm maddi yardım üzrə pul vəsaiti, həm də indeksləşdirmə üzrə məbləğ ilə bağlı hər hansı bir açıqlama edilməmişdir ki, sözügedən pul vəsaitlərindən məlumatı olmadığını da qeyd etməlidir. Bu baxımdan da həmin məbləğlərin hesablanılmalı olduğunu qəbul etmir. Sözügedən məsələ ilə bağlı həmçinin bildirilmişdir ki, müvafiq məktubu təqdim edən orqan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “İnzibati icraat haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanununda təsbit edilmiş normaların tələblərini pozaraq 2023-cü il avqust ayından etibarən tərəfinə heç bir bildiriş və ya məlumat vermədən ona ödənilməli olan pensiya məbləğindən tutulmalar həyata keçiribdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı X6 “əmək pensiyasının bərpa edilməsi və pensiya ödənişlərindən tutulmaların hesablanaraq ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 780,06 manat, qulluq stajına görə əlavəsi 176,84 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 117,01 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 260,02 manat, yüksəkliyə görə əlavəsi 156,01 manat olmaqla orta aylıq əmək haqqısı 1489,94 manat təşkil edib. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 5 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1489,94 manat) 80 faizi-1191,95 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 19 il 5 ay 2 gün iddiaçının qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 860,47 manat, qulluq stajına görə əlavəsi 195,07 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 129,07 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 286,82 manat, yüksəkliyə görə əlavəsi 172,09 manat olmaqla orta aylıq əmək haqqının 1643,52 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (1489,94 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1643,52 manat) arasındakı fərq məbləğinin (153,58 manat) 63,25 faizi97,14 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1191,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1289,09 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1293,10 manat, qulluq stajına görə əlavəsi 293,15 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 193,97 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 431,03 manat, yüksəkliyə görə əlavəsi 258,62 manat olmaqla orta aylıq əmək haqqının 2469,87 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (1643,52 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2469,87 manat) arasındakı fərq məbləğinin (826,35 manat) 63,25 faizi-522,67 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1289,09 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1811,76 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022- ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2331,82 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9579,17 manat artıq pul vəsaiti ödənilib. Bəzi kateqoriyalı dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 fevral 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1301,40 manat, qulluq stajına görə əlavəsi 295,03 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 195,21 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 433,80 manat, yüksəkliyə görə əlavəsi 260,28 manat olmaqla orta aylıq əmək haqqının 2485,72 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 fevral 2022-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (2469,87 manat) ilə 1 fevral 2022-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2485,72 manat) arasındakı fərq məbləğinin (15,85 manat) 63,25 faizi-10,03 manat 1 fevral 2022-ci il tarixinədək hesablanmış pensiyasının (1811,76 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1821,79 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2331,82 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 5610,33 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 2298,55 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 2942,06 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 4504,57 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya 613,12 manat pul vəsaiti hesablanıb. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 20307,19 (9579,17+5610,33+4504,57+613,12) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 20307,19 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd etdiyi kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identic məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edilmişdir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirilmişdir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edilmişdir ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X3 inzibati məhkəmə icraatında iddiaçı qismində işdə prosessual iştirakına xitam verilmiş və İddiaçı hüquqi varis hesab edilərək iddiaçı qismində nəzərə alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-15140/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-18171/2023 nömrəli qərarı ləğv edilmiş, məhkəmənin hazırki qərarında ifadə edilən hüquqi mövqe nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması haqqında yeni qərar qəbul edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və əmək pensiyasının yenidən hesablanması nəticəsində əmək pensiyasından aparılan tutulma qanunsuz hesab edilsin və X3 hüquqi varisi İddiaçı geri qaytarılması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Dövlət Sosial Müdafiə Fondu Laçın (Yasamal) rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cü il tarixli, 12/1631 nömrəli Qərar əsasında X4 xx.xx.2009-cu il tarixdən sabiq dövlət qulluqçusu kimi ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. - Dövlət Sosial Müdafiə Fondu Laçın rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2005-ci il tarixli, 93 nömrəli Qərar əsasında X4 xx.xx.2005ci il tarixdən sabiq dövlət qulluqçusu kimi ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-15140/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 2942,06 manat pensiya məbləği yenidən hesablanaraq 2298,55 manat təyin edilmişdir. (pensiyanın təyin olunduğu tarix: xx.xx.1999) - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-18171/2023 nömrəli qərarında qeyd edilmişdir ki, 2942,06 manat pensiya məbləği yenidən hesablanaraq 2298,55 manat təyin edilmişdir - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)-1977/2014 nömrəli qərarı: “... İşdə olan iddiaçıya məxsus xx.xx.1962-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 0, xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək Laçın rayon X8 İcraiyyə Komitəsində sədr vəzifəsində işləmişdir. Həmin vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət mvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndinə əsasən rayon (şəhər) X8 icraiyyə komitəsinin sədri hazırda rayon şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatının rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. ... ... İşdə olan DSMF-nin Yasamal rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 12/3766-1 saylı arayışdan görünür ki, X10 xx.xx.2006-cı ildən dövlət qulluqçusu kimi pensiya alır. ... ” - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli müvafiq məsələyə münasibət bildirilməsi haqqında məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1964-cü ildə X12 İttifaqının Laçın rayon komitəsində iş müddətilə bağlı bildiririlmişdir ki, yuxarıda qeyd edilən Siyahıda X12 ittifaqının şəhər (rayon) komitələri, eləcə də həmin komitələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1964-cü ildə X12 İttifaqının Laçın rayon komitəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 1992-1995-ci illərdə Laçın rayon X8 sədri vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda şəhər (rayon) X9 və həmin Sovetlərdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1992-1995-ci illərdə Laçın rayon X8 sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - AZ İİ 410529 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən X10 xx.xx.2024-cü il tarixində ölmüşdür. - Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş artıq ödənilmiş pul vəsaiti haqqında xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə ona Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsi tərəfindən 1 iyun 2005-ci il tarixindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 780,06 manat, qulluq stajına görə əlavə 176,84 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 117,01 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 260,02 manat, yüksəkliyə görə əlavə 156,01 manat olmaqla orta aylıq əmək haqqı 1489,94 manat təşkil edib. Bununla əlaqədar əmək pensiya "Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 19 il 5 ay 2 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1489,94 manat) 80 faizi-1191,95 manat məbləğində hesablanıb. "Əmək pensiyaları haqqında" Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası rezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyn edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 19 il 5 ay 2 gün qulluq stajına görə əmək pensiyanın hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63,25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 860,47 manat, qulluq stajına görə əlavə 195,07 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 129,07 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 286,82 manat, yüksəkliyə görə əlavə 172,09 manat olmaqla orta aylıq əmək haqqı 1643,52 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (1489,94 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1643,52 manat) arasındakı fərq məbləğinin (153,58 manat) 63,25 faizi-97,14 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (1191,95 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanı 1289,09 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1293,10 manat, qulluq stajına görə əlavə 293,15 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 193,97 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 431,03 manat, yüksəkliyə görə əlavə 258,62 manat olmaqla orta aylıq əmək haqqı 2469,87 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqı (1643,52 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2469,87 manat) arasındakı fərq məbləğinin (826,35 manat) 63,25 faizi-522,67 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (1289,09 manat) üzərinə əlavə olunmaqla əmək pensiya 1811,76 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2331,82 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 9579,17 manat artıq pul vəsaiti ödənilib. Bəzi kateqoriyalı dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 fevral 2022-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 1301,40 manat, qulluq stajına görə əlavə 295,03 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə 195,21 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 433,80 manat, yüksəkliyə görə əlavə 260,28 manat olmaqla orta aylıq əmək haqqı 2485,72 manat təşkil edib, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 fevral 2022-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının (2469,87 manat) ilə 1 fevral 2022-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2485,72 manat) arasındakı fərq məbləğinin (15,85 manat) 63,25 faizi-10,03 manat 1 fevral 2022-ci il tarixinədək hesablanmış pensiyanın (1811,76 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1821,79 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2331,82 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 5610,33 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 2298,55 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2942,06 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə ona 4504,57 manat artıq pul vəsaiti ödənilib. Əlavə olaraq bildirilmişdir ki, maddi yardım üzrə 2022-ci il üçün ona 613,12 manat pul vəsaiti hesablanıb. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə ona ümumilikdə 20307,19 (9579,17+5610,33+4504,57+613,12) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 20307,19 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Qanundan: 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq cavabdeh tərəfindən qəbul edilmiş əlverişsiz inzibati akt “İnzibati icraat haqqında” Qanunun tələbləri (maraqlı şəxsi icraata cəlb etmək, onun dinlənilmə hüququnu təmin etmək və s.) riayət edilmədən qəbul edildiyi işin mübahisəsiz halıdır. Belə ki, işin birinci instansiya icraatı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilməmişdən öncə iddiaçıya bildiriş göndərilməmiş, şəxs inzibati icraata dəvət edilməmiş və dinlənilmə hüququ pozulmuşdur. Həmçinin yazılı etirazın məzmunundan da göründüyü kimi qeyd edilən hal cavabdeh tərəfindən də təkzib edilməmişdir. Göründüyü kimi işin hallarına əsasən X3 dinlənilmə hüququnu istisna edən qanuni müddəa olmamışdır. Əlavə olaraq qeyd edilməlidir ki, X3 əmək pensiyasının yenidən hesablanması üçün əsas X4 pensiya təyin edilərkən dövlət qulluğu vəzifəsindəki uyğunlaşmada yol verilən yanlışlıqla bağlı olmuşdur. Belə ki, cavabdeh bildirir ki, X3 1964-cü ildə X12 İttifaqının Laçın rayon komitəsində işlədiyi və 1992-1995-ci illərdə Laçın rayon X8 sədri vəzifəsində işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmışdır. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2024-cü il tarixli müvafiq məsələyə münasibət bildirilməsi haqqında məktubuna əsasən Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda verilmiş siyahının təhlili zamanı X12 ittifaqının şəhər (rayon) komitələri, eləcə də həmin komitələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmadığından dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmamalıdır. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(81)- 1977/2014 nömrəli qərarında qeyd edilmişdir ki, işdə olan iddiaçıya məxsus xx.xx.1962-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 0, xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək Laçın rayon X8 İcraiyyə Komitəsində sədr vəzifəsində işləmiş və həmin vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət mvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.17-ci bəndinə əsasən rayon (şəhər) X8 icraiyyə komitəsinin sədri hazırda rayon şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatının rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə aktı tərəflər üçün res judicata (res iudicata) olmaqla məcburi hüquqi qüvvəyə malikdir, iddiaçının maddi və hüquqi marağını (mülkiyyətini) təmin etmişdir. Odur ki, məhkəmə qərarı qüvvədə olduğundan məcburi xarakterə malikdir və mübahisələndirilməməldir. Belə olan halda kollegiya qeyd edir ki, qeyd edilən məhkəmə qərarının 2014-ci ildə icra olunması zamanı X3 dövlət qulluğu stajının fərdi qaydada yenidən uyğunlaşdırılması imkanı olduğu halda, müvafiq uyğunlaşdırılma aparılmamışdır. Belə ki, cavabdeh qurumun hazırda bildirdiyi (Laçın rayon X8 İcraiyyə Komitəsində tutduğu vəzifə ilə bağlı) hal məhz həmin vaxtdan cavabdehə məlum olduğu aydındır. “İnzibati icraat haqqında” qanundan: 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın öz təşəbbüsü ilə inzibati icraat başlanması hüququ qanunda nəzərdə tutulmuşdur. Hazırda mübahisələndirilən qərardan da görünür ki, yenidən hesablanmanın yaranma səbəbi “inventarizasiya”dır. Bununla belə, həmin hüquq digər vəzifələrlə əlaqəli şəkildə tətbiq edilməli, inventarizasiya nəticəsində müəyyən olunan halların inzibati orqana əvvəllər məlum olmasının və ya aşkar olunmasının mümkünlüyü ilə birlikdə qiymətləndirilməlidir. Əks yanaşma hüquqi dövlət, hüquq müəyyənliyi və etimad hüququnun qorunması prinsiplərinə uyğun hesab edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Hazırkı işin hallarından görünür ki , həmin aktın ləğv olunmasını şərtləndirən hallar hələ 2015-ci ildə məlum olsa da, cavabdeh tərəfindən müvafiq hesablama (uyğunlaşma) inzibati icraat qaydalarına riayət etmədən 8 ildən sonra 2023-cü ildə həyata keçirilmişdir. Hazırkı işin hallarında cavabdeh tərəfindən Qanunun 67.6.1-ci maddəsinin (rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda) hallarının mövcudluğuna istinad edilmir. Qeyd edilənlərə əsasən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi ilə müəyyənləşdirilmiş bir illik müddət ötürülmüşdür. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”. Həmçinin iddiaçının X12 İttifaqının Laçın rayon komitəsində iş müddətilə bağlı qeyd edilməlidir ki, yuxarıda qeyd edilən Siyahıda X12 ittifaqının şəhər (rayon) komitələri, eləcə də həmin komitələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Odur ki, məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, 1964-cü ildə X12 İttifaqının Laçın rayon komitəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmaması iddiaçının hüquqi varisi ilə müzakirə olunmalı, bundan asılı olaraq mərhumun əmək pensiyasının yenidən hesablanması ilə bağlı (həmin dövrün dövlət qulluğu stajına daxil edilməməsindən irəli gələn) qərar qəbul edilməlidir. İddiaçının mərhum ərinin (X10) əmək pensiyasından tutulma ilə bağlı faktiki xarakterli hərəkətlərə münasibətdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Kollegiya qeyd edir ki, əmək pensiyaçısının razılığı olmadığı təqdirdə əmək pensiyasından inzibati orqanın qərarı və ya faktiki xarakterli hərəkəti əsasında tutmanın həyata keçirilməsinə dair norma qanunvericilikdə nəzərdə tutulmamışdır, əksinə müvafiq razılıq olmadıqda tutma məhkəmə qaydasında həyata keçirilməlidir. İddiaçının əmək pensiyasından tutma məhkəmənin hazırkı iş üzrə (15(112)-21/2024) müvəqqəti xarakterli müdafiəyə dair xx.xx.2024-cü il tarixli qərardadından sonra dayandırılmışdır. Odur ki, mübahisələndirilən qərarlar əsasında iddiaçının pensiyasından aparılmış tutulma geri qaytarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3303/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.