Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1634/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixdə Sisiyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı 25 oktyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərə görə əmək pensiyasının təyin olunmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 17 avqust 1961-ci il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə ona əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməmiş və tələbindən imtina barədə ona 02 oktyabr 2019-cu il tarixli məktub ünvanlamışdır. Həmin imtina məktubu ilə tələbindən imtina səbəbi kimi güya onun tələbinin təmin olunması üçün qanunla tələb olunan 25 illik iş stajı yoxdur və bundan da əlavə tələb olunan 25 illik iş stajının 12 il 6 ayının güzəştli şərtlərlə işləməsinə dair də sübutu yoxdur. Halbuki, onun təqdim etdiyi sənədlərindən görünür ki, onun ümumi iş stajı 25 il 5 ay 9 gün olmaqla həmin staj ilinin də 12 il 6 ayından artıq hissəsi də zərərli və ağır olan iş şəraitində işləməsinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, onun işlədiyi peşə sahəsi də həmin siyahıya salınıb. Onun əmək kitabçası tələbində haqlı olduğuna tam cavabdır və həmin əmək kitabçasında bütün işlədiyi dövrlər, hansı yerlərdə işləməsi aşkar göstərilmişdir. İşlədiyi yerlərin bəzilərindən aldığı arxiv sənədləri də var. Lakin cavabdeh orqan onun tələbi ilə əlaqədar müraciətini əsassız şəkildə cavablandırmaqla tələbini təmin etməkdən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. 21.04.2021-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02.10.2019-cu il tarixli məktubda qeyd edilir: Ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən və güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. - Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsinin 19.09.2019-cu il tarixli, 198 saylı arayışından görünür ki, İddiaçı 03.05.1981-ci ildən 28.05.1983-cü il tarixədək keçmiş SSRİ SQ-də, 28.12.1993-cü ildən 19.10.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N saylı hərbi hissədə xidmət etmişdir. 28.12.1993-cü ildən 12.05.1994-cü il tarixədək döyüşən ordunun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Müharibə Veteranıdır. - NZ seriyalı, ******* nömrəli İddiaçı məxsus hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.05.1981-ci ildən 28.05.1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində, 28.12.1993- cü ildən 19.10.1995-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. - "xxxx" QSC X1 Donanmasının 05.03.2019-cu il tarixli, EN 01/02-186 saylı arxiv arayışından görünür ki, İddiaçı 22.01.1997-ci ildə "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (22.01.1997-ci il tarixli 10-k nömrəli əmr) işə qəbul edilmişdir. 26.04.1997-ci ildə t/x “PS-152” gəmisinə 1-ci dərəcəli motorçu vəzifəsinə (26.04.1997-ci il tarixli 71-k nömrəli əmr) keçirilmişdir. 09.11.1998-ci ildə t/x “PS-152" gəmisinə 2-ci mexanik (09.11.1998-ci il tarixli 129-k nömrəli əmr), 05.04.2000-ci ildə “SLV-363” gəmisinə böyük mexanik (05.04.2000-ci il tarixli 42-k nömrəli əmr), 01.12.2006-cı ildə isə “PSK-45” gəmisində böyük mexanik (01.12.2006-ci il tarixli 204-k nömrəli əmr) vəzifələrində çalışmışdir.12.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsinin bağlanması) (07.09.2012-ci il tarixli 1527-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 16.09.2012-ci ildə “PSK-45” gəmisinə böyük mexanik (14.09.2012-ci il tarixli 1673-k nömrəli əmr) vəzifəsinə işə qəbul edilmişdir. Hal-hazırda "PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir. Yuxarıda adı çəkilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 08 il 11 ay 10 gün təşkil edir. Əsas: kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəli, Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X1 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X1 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır. - "xxxx" ASC-nin 20.09.2019-cu il tarixli, 01-ZP/710 saylı arayışından görünür ki, İddiaçı 08.07.1983-cü ildə (əmr № 91- ok, 07.07.1983-cü il) "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin qazanxana avadalığının təmiri sexində qazan təmiri üzrə 3-cü dərəcəli qaz kəsicisi kimi işə qəbul edilmiş və 03.09.1984-cü il tarixində (əmr № 119-ok, 03.09.1984-cü il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci fəslinə əsasən Elektrik Stansiyalarında qazanxana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmirini təmin edən qazla kəsicilərin işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 01 il, 01 ay, 25 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, "xxxx" ASC-nin 23.01.2002-ci il tarixli 13№-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032№-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040№-li əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. - "xxxx" ASC-nin 24.09.2019-cu il tarixli, 16/19 saylı arayışından görünür ki, İddiaçı Ağahüseyin oğlu 04.09.1978-ci il tarixindən, 393 nömrəli, 01.10.1978-ci tarixli Əmrə əsasən Sumqayıt Üst trikotaj Fabrikinə maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, 12.12.1979-cu il tarixdən təhsil ilə əlaqədar olaraq 11.12.1979-cu il tarixli,756 nömrəli əmr əsasında işdən azad olunmuşdur. Əsas: 12 Dekabr 1979-cu il tarixli, NT-1 N:0495132 nömrəli əmək kitabçası. 23.09.2008-ci il tarixdə səhmdarların ümumi yığıncağında (23.09.2008-ci il tarixli, 08 nömrəli protokolla) qəbul olunmuş qərara əsasən Sumqayıt Üst trikotaj fabrikinin adı dəyışdirilərək, "xxxx" ASC olmuşdur. - "xxxx" ASC-nin 14.02.2020-ci il tarixli, 04/20 saylı arayışından görünür ki, İddiaçı Ağahüseyin oğlu 04.09.1978-ci il tarixdə 393 nömrəli 01.10.1978-ci tarixli Əmrə əsasən Sumqayıt Üst trikotaj Fabrikinin kompressor sexinə maşinist şagirdi vəzifəsinə qəbul olunmuş, 24.01.1979-cu il tarixdən 46a nömrəli əmr əsasında 2-ci dərəcəli maşinist dərəcəsi verilmişdir. 12.12.1979-cu il tarixdən təhsili ilə əlaqədar olaraq 11.12.1979-cu il tarixli, 756 nömrəli əmr əsasında işdən azad olunmuşdur. Əsas: 12. Dekabr 1979-cu il tarixli, NT-1 N:0495132 nömrəli əmək kitabçası. 23.09.2008-ci il tarixdə səhmdarların ümumi yığıncağında (23.09.2008-ci il tarixli, 08 nömrəli protokolla qəbul olunmuş qərara əsasən Sumqayıt Üst trikotaj fabrikinin adı dəyışdirilərək, "xxxx" ASC olmuşdur. Qeyd: 24.09.2019-cu il tarixli 16/19 nömrəli arayışda texniki səhv olaraq vəzifəsi maşinist şagirdi olduğu halda, maşinist köməkçisi yazılmışdır. - "xxxx" ASC-nin 19.09.2019-cu il tarixli, 01/133 saylı güzəştli arayışından görünür ki, İddiaçı Bakı Balıq Soyuducu Donanma İdarəsində işləmişdir – 1) 06.05.1980- ci il tarixindən RMS “Oka” gəmisində matorçu vəzifəsində işləmişdir (06.05.1980-ci il tarixli 95 №-li əmr). 2) 17.12.1980-ci il tarixindən DBE “Suraxanı” gəmisinə matorçu vəzifəsinə keçirilmişdir (07.12.1980-ci il tarixli 254 №-li əmr). 3) 16.04.1981-ci il tarxindən əsgəri xidmətə çağırışla əlaqədar əmək müqaviləsinə xitam verilmişdir (14.04.1981-ci il tarixli 73 №-li əmr). Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 13 iyul 2001-ci il tarixli 31 saylı əmrinə əsasən Bakı Balıq Soyuducu Donanma İdarəsi "xxxx" ASC adlandırılmışdır. 25 may 2005-ci il tarixində keçirilmiş Səhmdarların ümumi iclasının 02 saylı Protokoluna əsasən "xxxx" ASC “Bakı Dəniz Balıq Limanı“ ASCnə birləşdirilmişdir. "xxxx" ASC-nin 14 iyun 2017-ci il tarixli Səhmdarların ümumi iclasının Protokoluna əsasən "xxxx" ASC-i "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Yuxarıda adı çəkilən gəmilər bilavasitə açıq dənizdə balığın tutulması, istehsalı və daşınması ilə məşğul olmuş, balıq sənayesinin balıqçı donanmasını təşkil edir, liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, liman və limandaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (nəqliyyat) 21.2 b yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. - "xxxx" MMC-nin 01.12.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 17.09.1984cü il tarixindən Birləşmiş Sənaye Tikinti Müəssisəsində 3-cü dərəcəli yığıcı çilingər, 30.05.1989-cu il tarixdə xəzinədar vəzifəsinə keçirilmiş, 03.01.1991-ci il tarixdən köçürmə yolu ilə işdən azad edilmişdir. Müəssisənin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. - "xxxx" MMC-nin arxiv arayışından (tarix və nömrə göstərilməmişdir) görünür ki, İddiaçı 19.09.1984-cü il tarixində baş Mexanik bölməsinə 3-cü dərəcəli Metal konstruksiya yığıcı çilingəri peşəsi üzrə işə qəbul edilmiş, 02.06.1986-cı ildə 4-cü dərəcəli Metal konstruksiyası çilingəri təyin edilmiş, 03.01.1989-cu il tarixindən BSTM-in Anbarına anbardar təyin edilmiş, 15.03.1989-cu il müvəqqəti olaraq 2 aylığına müəssisənin Baş Mexaniki vəzifəsini də icra etməyə başlamış, 30.05.1989-cu il tarixində Müəssənin xəzinədar vəzifəsinin müvəqqəti olaraq icra edilməsinə başlamış, 13.01.1991-ci il tarixində işdən azad edilərək Azərbaycan Dəmir yolları idarəsinin yaşıllaşdırma Distansıyasına köçürülmə yolu işdən azad edilmişdir. 17.09.1984-cü il tarixindən 03.01.1989-cu il tarixinə qədər işlədiyi sahə və peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli peşələr siyahısına salınmışdır. Metal lahiyəsi yığan çilingərdə bilavasitə soyuq metallarda kəsən doğrayan dəzgahlarda işləyən işçidir. 23.01.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən baş mexaniki bölməsində işləyən çilingərlərin peşələri zərərli əmək şəraitində sayılan peşələr hesab edilir və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 4 il 3 ay 16 gün təşkil edir. Əsas: Kadr əmrləri, şəxsi vərəqə T-2, ştat cədvəlinə uyğundur. Məlumat üçün bildirilmişdir ki, 04.01.1988-ci ildə trest Sənaye müəsisələri tikintisi Azerbaşmeliorasiya dəyişdirilərək Azərsutikintisi Nazirliyi adlandırlmlşdır. əmr N:2. 04.01.1988. əmr N: 514. 31.08.1988-ci il. Hal-hazırda müəssisə özəlləşdrildikdən sonra adı dəyişdirilərək Birləşmiş Sənayetikinti Məhdud Məhsuliyyətli Cəmiyyəti olmuşdur və hüquq varis sayılır. - İddiaçı məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 04.09.1978-ci ildən 12.12.1979-cu ilədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində maşinst şagirdi işləmişdir, 15.12.1979-cu ildən 17.11.1980-ci il tarixədək Bakı Dənizçilik Məktəbində təhsil almışdır, 18.11.1980-ci ildən Bakı dəniz sənaye və reftijerator donanması idarəsi Bakı Balıq Soyuducu Donanma «Xəzərbalıq» Baş balıq sənayesi İdarəsində RMS “Oka” gəmisində matorçu, 07.12.1980ci ildən 16.04.1981-ci ilədək DBE “Suraxanı” gəmisində matorçu işləmişdir, 03.05.1981-ci ildən 04.06.1983-cü ilədək ordu sıralarında xidmət etmişdir, 08.07.1983- cü ildən 03.09.1984-cü il tarixədək "xxxx" İstehsal Təmir Müəssisəsində qazanxana-təmir sexində 3-cü dərəcəli qazlakəsən işləmişdir, 17.09.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, 02.06.1986-cı ildən metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər, 03.01.1989-cu ildən anbar müdiri işləmişdir, 15.03.1989-cu ildən 2 ay müddətinə baş mexanik vəzifəsini müvəqqəti icra etmişdir, 30.05.1989-cu ildən 03.01.1991-ci ilədək müvəqqəti olaraq kassir vəzifəsini icra etmişdir, 03.01.1991-ci ildən Azərbaycan Dəmir yolunun qoruyucu meşəliklərinin Azərbaycan Distansiyasında köçürmə yolu ilə distansiyanın istilikxanasına 4-cü dərəcəli çilingər, 01.03.1991-ci ildən 30.03.1992-ci ilədək həmin sahənin briqadiri işləmişdir, 01.04.1992-ci ildən 05.02.1993-cü il tarixədək "Azəraqroyoltikinti" LTB-nin MYTİ (meliorasiya-yol tikinti idarəsi)-44-də sahə mexaniki işləmişdir, 21.04.1993-cü ildən 26.10.1993-cü ilədək «Bəxtiyar» kommersiya müəssisəsində işləmişdir, 01.11.1993-cü ildən 19.08.1994-cü ilədək «Azərqumtikinti» birliyində 4-cü dərəcəli çilingər işləmişdir, 22.01.1997-ci ildən "Xəzərdənizneftdonanma” idarəsinin Cənub Rayon Dəniz Neft Donanma idarəsinin t/x “Qaradağ-1” gəmisində 1-ci dərəcəli motorçu, 26.04.1997-ci ildən t/x “PS-152” gəmisində 1-ci dərəcəli motorçu, 09.11.1998-ci ildən t/x “PS-152" gəmisinə 2-ci mexanik, 05.04.2000-ci ildən “SLV-363” gəmisində böyük mexanik, 01.12.2006-cı ildən “PSK-45” gəmisində böyük mexanik vəzifələrində işləmişdir, 16.09.2012-ci ildən hal-hazıradək “PSK-45” gəmisində böyük mexanik vəzifəsində işləyir (Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X1 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013- cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X1 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır). Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06.03.2007-ci il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı iddia ərizəsinin xahiş hissəsində ona güzəştli şərtlərə görə əmək pensiyasının təyin olunmasını göstərsə də, iddia ərizəsinin məzmunundan və iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 16 mart 2020-ci il tarixli etirazdan müəyyən edilir ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 12 il 06 aylıq güzəştli iş stajına malik deyildir. Belə ki, iddiaçının 04.09.1978-ci ildən 12.12.1979-cu ilədək Sumqayıt Üst Trikotaj fabrikində kompressor sexində işlədiyi maşinst şagirdi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda göstərilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayışda iddiaçının 17.09.1984-cü ildən Tikinti-sənaye birləşmiş müəssisəsində baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli çilingər, 02.06.1986-cı ildən 03.01.1989-cu ilədək metal konstruksiyaların yığılması üzrə 4-cü dərəcəli çilingər peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı Qərarında zərərli peşələrin siyahısında soyuq metalların doğranması, kəsilməsi, əyilməsi və pres dəzgahlarında işləyən işçilərin zərərli əmək şəraitində sayılan peşələr hesab edildiyi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verdiyi göstərilmişdir.(arayışın tarixi və qeydiyyat nömrəsi yoxdur) Məhkəmə kollegiyası qeyd edir ki, görtərilən arayışda, qeyd olunan peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahısında İİİ bölmə - Metallurgiya istehsalatı (qara metallar) və Vİİİ bölmə - Metallurgiya istehsalatı (əlvan metallar) sahəsində nəzərdə tutulduğu qeyd edilsə də , iddiaçının işlədiyi sahə tikinti sahəsi olduğundan, həmin arayış mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 04.09.1978-ci ildən 12.12.1979-cu ilədək (kompressor sexində maşinist şagirdi), 17.09.1984-cü ildən 03.01.1989-cu ilədək (baş mexanik bölməsinə metal konstruksiyaların yığılması üzrə 3-cü dərəcəli və 4-cü dərəcəli çilingər) çalışdığı dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından, hazırkı iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2-1(112)-323/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1634/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1634/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver