Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1635/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5052/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı, doğum akt qeydində düzəliş edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gürcüstan Respublikası Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli 94 saylı doğum haqqında akt qeydinin uşaq bəndində adın “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi vəzifəsinin Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5052/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır (hakim N.Abiyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx.xx.1965-ci il tarixdə Gürcüstan Respublikasının Saraclı VVAQ şöbəsindən doğum qeydi aktında adı “Dağıstan” kimi qeyd edilmişdir. “Dəyanət” adına çevirilməsi üçün yaşadığı Yasamal rayon Qeydiyyat Şöbəinə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bundan sora o, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, imtinanın qanunsuz sayılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2081/20 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə inzibati mübahisə olduğu üçün işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1965ci il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda doğulmuş İddiaçı ünvan 1 mənzil 29 ünvanda qeydiyyatdadır. İş materiallarından görünür ki, iddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin xx/xx-1138/15 №li xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-cı il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu və onun adının “Dağıstan”dan "Dəyanət”ə dəyişdirilməsini təsdiq edən sənəd təqdim edə bilmədiyi üçün Gürcüstan Respublikası, Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965-ci il tarixli, 94 saylı doğum haqqında akt qeydində uşaq bəndində adın “Dağıstan” dan “Dəyanət”ə düzəliş edilməsi imkanları xaricindədir. Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsinin “Vətəndaşlıq vəziyyəti aktlarına” düzəliş edilməsindən imtina edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ərizəçi qeydiyyat şöbəsinə müraciət edərək, soyadının “Bayramov”dan “Osmanlı”ya dəyişdirilməsini xahiş etmişdir. Vətəndaşın doğum haqqında akt qeydinin istənilməsi barədə Gürcüstan Respublikasının Bolnisi rayonuna sorğu göndərilmişdir. Sorğuya cavab olaraq doğum akt qeydi qeydiyyat şöbəsinə göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir kı, doğum akt qeydində vətəndaşın adı “Dəyanət” qeyd edilməsinə baxmayaraq, vətəndaşa məxsus bütün sənədlərdə “Dağıstan” yazılmışdır. Qeyd olunan qərarla ərizəçi İddiaçı Gürcüstan Respublikası Saraçlı VVAQ şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1965cı il tarixli, 94 saylı doğum akt qeydində adının “Dağıstan”dan “Dəyanət”ə düzəliş edilməsi barədə tələbinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndində əsaslanaraq hesab etmişdir ki, şəxsin doğum haqqında akt qeydində düzəliş edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır və ona görə də iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən Qərarı səhf təfsir etmişdir. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində düzəlişin edilməsi barədə inzibati orqana müraciət edib və inzibati orqan ona “vətəndaşlıq vəziyyəti aktlarına” düzəliş edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Yuxarıda adı çəkilən Qərarda isə konkret qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının sürdüyü tələbin növü - öhdəliyin icrası haqqında tələbdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin öhdəliyin icrası haqqında iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkilmə tələb olunur. Bu növ iddia əsasında normativ hüquqi aktın və ya inzibati aktın qəbul edilməsindən başqa istənilən növ hərəkətin edilməsi tələb oluna bilər. İddianın predmeti iddiaçı tərəfindən tələb olunan hərəkətin edilməsi və ya hərəkətdən çəkinmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianı əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsi hüququn pozulması ilə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və hüquqi nəticənin baş verməsi şərtini iddianın mümkünlüyü şərti kimi müəyyən edir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-5052/2020 saylı qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1635/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1635/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver