Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1635/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Yusifov Cahangir Afər oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyətinin və Ticarət Evi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC) qərarın ləğv edilməsi və əmtəə nişanının qeydiyyata alınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyəti və Ticarət evi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə 13.03.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının tamamilə ləğv olunması və "xxxx" əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar "Konti-Rus” Səhmdar Cəmiyyəti, İddiaçı2 və “Ticarət Evi Konti" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1204 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 30.1-ci, 32.1-ci və 38.1-ci maddələrinə və "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 29-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv olunması və "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1204 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edirlər. 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərar iddiaçı tərəfindən 15 yanvar 2020-ci il tarixində alınmışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostyantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi “Konti" Xüsusi Səhmdar Cəmiyyətinin Qazaxıstan Respublikasında "xxxx" adlı təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair 24 dekabr 2013-cü il tarixində iddia ərizəsi verilmiş və 17 mart 2015-ci il tarixində "xxxx" adlı əmtəə nişanı 47466 nömrəsi ilə Qazaxıstan Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Bundan əlavə, Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyasının Kursk şəh., 305000, Zolotaya 13 küçəsi ünvanında yerləşən "Konti- Rus" Səhmdar Cəmiyyəti (bundan sonra "Konti SC") tərəfindən "xxxx" adlı əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə 07 iyun 2017-ci il tarixində 2017 00546 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmiş və 09 avqust 2017-ci il tarixində N 2017 0779 nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30-cu siniflərin əmtəələri və xidmətləri üzrə "xxxx" adlı əmtəə nişanı Azərbaycan Respublikasında 2016 1204 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, Koroğlu MMC "xxxx" adlı əmtəə nişanını qeydiyyata alaraq, Tatyana Viktorovnanın müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, Konti İB ilə Tatyana Viktorovna arasında imzalanmış "xxxx" adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, "xxxx" adlı təsvirin müəllifi Tatyana Viktorovnadır. Bununla bağlı qeyd etmək istərdik ki, "Ədəbi və X4 haqqında Bern Konvensiyası"nın 2-ci maddəsinin 1- ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin qanunun 6- cı maddəsinə əsasən, qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna əsasən, "xxxx" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. Bununla da , "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1-29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə Nişanların oxşarlığını müəyyən edərkən, "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.6.3-cü ("Qrafiki (görünüşlü) oxşarlıq"), 29.6.4cü ("Məna etibarı ilə”), 29.6.5-ci ("Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci ("Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur"), 29.7.2-ci ("Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir"), 29.8.1-ci ("Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər"), 29.8.2-ci ("Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1— 29.6.5 və 29.7.1—29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur"), 29.9.1- ci ("Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır") və 29.9.2-ci ("Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır") bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçilar hesab edir ki, "Konti Mousse” adlı əmtəə nişanı və "Mons” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1204 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. Nəzərinizə çatdırırıq ki, Koroğlu MMC-nin Konti ilə bilavasitə əlaqəsi var idi. Belə ki, Konti və Koroğlu MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, Koroğlu MMC Konti şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. Konti şirkəti Koroğlu MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "xxxx" adlı məhsul da mövcud idi. Bundan əlavə, Kontiyə məxsus olan "xxxx" adlı məhsullar Azərbaycan Respublikasına Koroğlu MMC-yə məxsus "xxxx" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Belə ki, Koroğlu MMC Kontinin distribütoru olub və onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, Koroğlu MMC "xxxx" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Bununla bağlı, "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. 0 cümlədən, qeyd olunmalıdır ki, "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının özbaşına təqlid edilməsinə yol verilmir və göstərilən hərəkətlər haqsız rəqabət hesab olunur. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, Koroğlu MMC Konti İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış "xxxx" adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Mons” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. Koroğlu MMC "Mons” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da Konti şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki, həmin sənədlər əsasında "Konti Mousse” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "Koroğlu” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında "xxxx" adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X2 və onun işəgötürəni Ukrayna Respublikasının Konti İB-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 18.03.2020-ci il tarixli qərardadına əsasən "xxxx" MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının ləğv edilməsi və "xxxx" əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan üçüncü şəxs "Koroğlu” MMC apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin qərarında işin faktiki hallarına və işdəki sübutlara düzgün qiymət verməmiş, işə birtərəfli qaydada yanaşmış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. “Koroğlu" MMC-yə məxsus "xxxx" kombinasiya edilmiş əmtəə nişanı olub 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə (30 - Konfetlər; 35 - 30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmət(lər) 20.10.2016- cı il tarixdə “Koroğlu" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1204 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi - 05.08.2016-cı ildir. Əmtəə nişanında “MOLOKO” söz işarəsi hüquqi mühafizə obyekti deyildir. İddiaçıya məxsus olan "xxxx" əmtəə nişanı yalnız sözdən ibarət əmtəə nişanıdır. Əmtəə nişanındakı “MOUSSE” sözü heç mühafizə obyekti də deyildir. Bundan başqa həmin iş üzrə apellyasiya şurasında araşdırma aparılan zaman bununla bağlı təkrar ekspertiza aparılmış və bu iki nişanın oxşar olmadığı müəyyən olunmuşdur. Belə ki, həmin araşdırma zamanı iddiaçıya məxsus olan sözdən ibarət əmtəə nişanının mənşə ölkəsində qeydiyyatının olmadığı da müəyyən olunmuşdur. Belə olan halda mənşə ölkəsində qeydiyyatı olmayan sözlü nişanın "xxxx" MMC-yə məxsus olan və müvafiq qaydada mənşə ölkəsi olaraq qeydiyyatdan keçmiş və kombinasiya olunmuş yəni, həm sözdən həm də təsvirdən ibarət olan əmtəə nişanı ilə müqayisəsinin aparılması birinci instansiya məhkəməsinin mövqeyinin yalnız iddiaçı tərəfin mənafeyinə xidmət etdiyini və işi hərtərfli, tam və obyektiv araşdırılmadığını bir daha sübut edir. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı sədrlik edən hakim mübahisə predmeti olan əmtəə nişanlarının arasında oxşarlığının müəyyən edilməsi məqsədi ilə məhkəmə ekspertizasının aparılmasının zəruriliyini qeyd etmişdir. O, həmin vaxt ekspertizanın aparılmasının olduqca vacib olduğunu və sözü gedən mübahisə predmeti olan, iddiaçıya məxsus əmtəə nişanının şəhadətnaməsinin məhkəməyə təqdim edilməsi barədə vəsatət vermişdir. Məhkəmə vəsatətə sonra baxacağını bildirmiş lakin, sonda bu məsələyə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə hazırkı işə iddiaçı tərəfi olaraq yanaşmış və iddiaçının mövqeyini təsdiqləmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri üçüncü şəxs "xxxx" MMC-nin – ünvan 2 ünvanına, eyni zamanda onun elektron poçt ünvanına (həmçinin SMS xəbərdarlığı bildirişi) göndərilmişdir. 25.08.2021-ci il tarixdə üçüncü şəxs məhkəməyə teleqram ünvanlayaraq, "xxxx" MMC-nin nümayəndəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Vəkil hal-hazırda COVİD-19 virusuna yoluxduğu üçün 31.08.2021ci il tarixə, saat 14:45-ə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəciyini nəzərə alaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən 21.09.2021-ci il və 23.09.2021-ci il tarixlərə təxirə salınmış məhkəmə iclaslarında üçüncü şəxsin nümayəndəsi və vəkili iştirak etməmişdir. Əvvəlki Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan : - AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş əmtəə nişanı haqqında N 2016 1204 nömrəli şəhadətnaməyə görə "xxxx" молоко əmtəə nişanının sahibi "xxxx" MMC-dir. İddia sənədinin nömrəsi 2016 00557, ilkinlik tarixi 05.08.2016-cı il, dövlət reyestrində qeydə alınma tarixi 20.10.2016-cı ildir. Qeyd olunan şəhadətnamə 05.08.2016-cı ilədək qüvvədədir. Əmtəə nişanı 30-cu (konfetlər) və 35-ci (30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər) siniflər üzrə qeydiyyata alınmışdır. Əmtəə nişanında “МОЛОКО” söz işarəsi müstəqil mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi göy, ağ, sarı rənglərdən ibarətdir. "xxxx" adlı əmtətə nişanı 24 dekabr 2013-cü il tarixli iddia ərizəsi ilə 17 mart 2015-ci il tarixdə 47466 nömrə ilə Qazaxıstan Respublikasında qeydiyyata alınmışdır. - Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının işəgötürənə verilməsinin təsdiqi haqqında 01 noyabr 2013-cü il tarixli akta əsasən "xxxx" İB özəl Səhmdar Cəmiyyətinin Marketinq departamentinin dizayn şöbəsinin rəisi vəzifəsində işləyən X3 öz əmək öhdəliklərinin icrası çərçivəsində onunla bağlanmış əmək müqaviləsinə və 01 fevral 2006-cı il tarixli Əqli mülkiyyətin müstəsna müəllif əmlak hüquqlarının verilməsi haqqında razılaşmaya müvafiq olaraq işəgötürənin tapşırığına əsasən 17 aprel 2012-ci ildə Təsvir yaratmışdır. İşəgötürənə “Təsvir”ə dair müstəsna müəllif əmlak hüquqları “Təsvir”in istənilən üsulla və istənilən formada dünyanın bütün ərazisində müstəsna hüququn qüvvədə olmasının bütün müddəti ərzində tam həcmdə məxsusdur, onları tam və ya qismən verə bilər, həmçinin işəgötürənin şəxsi istəyi ilə müəyyən etdiyi şərtlərlə istənilən şəxslərə müəllifə hər hansı bir əlavə mükafat vermədən lisenziya verə bilər. Müəllif işəgötürənə və onun razılığı ilə digər şəxslərə müəllifin adını göstərmədən “Təsvir”dən istifadə etmək. Əsərin yaradılması haqqında Akt 01 noyabr 2013-cü il tarixdə imzalanmışdır - satıcı “X7” MMC ilə alıcı "xxxx" MMC arasında Ukrayna Respublikası Kiyev şəhərində bağlanmış 02 mart 2016-cı il tarixli, 0108/8/16 TD saylı müqavilədən və İddiaçı1 SC ilə alıcı "xxxx" MMC arasında bağlanmış 10 mart 2016-cı il tarixli, 0184/8/16 saylı müqavilədən görünür ki, müqavilənin şərtlərinə müvafiq olaraq satıcı alıcının mülkiyyətinə çeşiddə göstərilən qənnadi məhsullarını verməyi, alıcı isə həmin malı qəbul etməyi, müqavilə şərtlərinə əsasən ödəməyi və malın müəyyən ərazidə yayılmasını təmin etməsi öhdəliyini götürmüşdür. Müqavilələrdən görünür ki, təchiz olunan mal satıcı tərəfindən istehsal olunur və /və ya/ satıcı tərəfindən qanuni əsaslarla satılır. Alıcı malı öz ölkəsinin ərazisində topdan və pərakəndə ticarətinin həyata keçirilməsi (təmin olunması) məqsədi ilə hazırkı müqavilə üzrə əldə edir. Müqavilənin müddəti 31.12.2016-cı il tarixədək müəyyən edilmişdir. - 10 mart 2016-cı il tarixli, 0184/8/16 saylı müqaviləyə dair 461 saylı 21.06.2016-cı il tarixli spesifikasiyadan və 838/2 nömrəli, 21.06.2016-cı il tarixli hesab fakturadan görünür ki, “Konti RUS” SC tərəfindən "xxxx" MMC-yə göndərilən məhsulların siyahısında "КОНТИ-Мусс” молоко konfeti adlı məhsul göstərilmişdir. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən qəbul edilmiş 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı X1 görünür ki, "Koroğlu” MMC-yə məxsus 2017 0779 qeydiyyat nömrəli Mons əmtəə nişanının ƏXBT-nin 30-cu və 35-ci sinifin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1 və İddiaçı2 nümayəndəsi Fuad Qəşəmov tərəfindən Apellyasiya Şurasına verilmiş etiraz ərizəsi əsassız hesab edilmiş və iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. “Ədəbi və X4 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən “«Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.” Maddənin 6-cı bəndinə əsasən “Bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir.” “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir”. Həmin Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanlarının qeydiyyata alınmasına yol verilmir “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin tələblərinə əsasən, əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə əmtəə nişanının qeydiyyatı etibarsız hesab edilir. Həmin Qanunun 6-cı maddəsinin (ç) bəndinə əsasən “əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)” ilə “eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır” “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6-quınquıes maddəsinə əsasən mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur. Bu ölkələr qeydiyyatın son şəkildə formalaşma kimi mənşə ölkəsində qeydiyyat haqqında səlahiyyətli müəssisə tərəfindən verilən şəhadətnamənin təqdim olunmasını tələb edə bilər. Belə şəhadətnamənin heç bir leqallaşması tələb olunmur. (2) Mənşə ölkəsi kimi ərizəçinin həqiqi və ciddi sənaye,yaxud ticarət müəssisəsi yerləşən İttifaq ölkəsi əgər onun İttifaq sərhədlərində belə müəssisə yoxdursa onun İttifaqın yaşayış yeri olan ölkəsi, əgər onun İttifaq sərhədlərində yaşayış yeri yoxdursa və əgər o İttifaq ölkəsinin vətəndaşıdırsa onun vətəndaşı olan ölkə götürülür. V.3 İşarələr əxlaq və ümumi qaydalara zidd olarsa, və xüsusən onlarla ictimaiyyəti çaşdırmaq olarsa baxılan maddənin qüvvəsi altına düşən ölkədə əmtəə nişanlarının qeydiyyatı rədd edilə, yaxud etibarsız hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar iddia tələbi ilə cavabdehin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A50-7 saylı qərarının tamamilə ləğv olunması və Mons əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1204 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər. İş materialları ilə müəyyən edilir ki, "КОНТИ-Мусс” konfeti adlı məhsulun iddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdehə ünvanlanmış 11.01.2019-cu il tarixli 1000-170/170-24/000652 nömrəli məktubunda qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən İddiaçı1 (Rusiya Federasiyası), “X6” (Ukrayna) və “Konti Ticarət Evi” (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə "xxxx" MMC (VÖEN:**********) vasitəsilə 2016-cı il ərzində "xxxx" nişanlı malların idxal olunması barədə məlumat təqdim edilir. Məktubda qeyd olunan "xxxx" (VÖEN:**********) MMC-nin 2010-2016-cı illər ərzində həmin şirkətlərlə xarici iqtisadi fəaliyyəti haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında məlumat yoxdur. Məlumat üçün bildirirlər ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodlaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, gömrük bəyannamələrində malın adı qrafasında əmtəə nişanlarının adları qeyd edilmədiyindən, qeyd edilən məktubun mötəbər sübut kimi istifadə edilməsi yolverilməzdir. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin istehlakçılar arasında apardığı sorğunun nəticəsində 500 nəfər respondentlərin 41 %-i məhz "xxxx" brendi altında istehsal olunan "MOUSSE” nişanını tanımış, 27%-i isə həmin əmtəə nişanını ən azı 3 ildir ki, tanıdıqlarını bildirmişlər. Eyni zamanda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının mübahisələndirilən qərarının qəbul edilməsinə əsas olmuş sənədlərə əsasən iddiaçı ilə "xxxx" MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmış, "xxxx" MMC iddiaçıya məxsus qənnadı məmulatlarının Azərbaycanda distribyusiyasını və dağıtımını həyata keçirmişdir. Axırıncı müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində bitmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlili kimi qeyd edilən müqavilənin mövcudluğunu təkzib etməsinə münasibətdə qeyd edir ki, üçüncü şəxs müqavilələrin etibarsız hesab edilməsinə dair sübut təqdim edə bilməmiş, bununla yanaşı, iş materiallarından, həmçinin, inzibati orqanda həyata keçirilmiş icraat zaman toplanılmış icraat materiallarından da aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və bu münasibətlər çərçivəsində təchiz olunan qənnadı məmulatlar arasında "КОНТИ-Мусс” konfeti olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(112)-819/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1635/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1635/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver