Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1635/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X49 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X38 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X49 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X49 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004797 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və aktın vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********5950 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********484700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 16:30-da oxunduğu müəyyən edilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X49 üzrə Baş İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin **********5950 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X49 üzrə Baş İdarəsi 18 avqust 2021-ci il tarixli, **********4383 saylı əsasən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin edilmiş, ünvan 3 ünvanında yerləşən avtoservis obyektində operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının aşkar edilməsi səbəbindən 19 avqust 20201-ci il tarixli, 004797 saylı akt tərtib edilmişdir. Həmin aktda İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulmasına hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********5950 saylı, 30 avqust 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin Qərarla İddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 40000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X49 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********4383 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 (iyirmi) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 004797 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş və aktın vergi ödəyicisinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq bir nüsxəsinin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021ci il tarixli **********5950 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 40000 (qırx min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********484700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 16:30:da oxunduğu müəyyən edilmişdir. İddiaçının dəlilinə münasibətdə bildirilmişdi ki, OVN tədbiri keçirilən zaman foto və (və ya) video çəkilişdən istifadə olunması vergi orqanının vəzifəsi deyil, hüququdur və Məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır. Digər tərəfdən, nəinki “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərar, OVN tədbiri gedişində qəbul edilmiş bütün rəsmi sənədlər vergi ödəyicisinə təqdim edilmiş və bütün sənədlər sonuncu tərəfindən “tanış oldum” qeydi ilə imzalanmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış İddiaçı xx.xx.2021-ci il tarixli izahatına əsasən o, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində (avtoservis) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, tabeliyində olan 18 işçi ilə hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, digər iki işçinin üç gündür ki işə götürüldüyünü qeyd edərək işçilərlə ən qısa zamanda əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. Bu faktları işçilər özləri ifadə verərkən də təsdiqləmişlər. Digər 8 nəfər işçi X6, X42, X21, X39, X10, X7, X48 heç bir əsas olmadan izahat verməkdən imtina etmişlər. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə görə vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarətkassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə 58.7.1-ci maddəsinə əsasən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2-ci maddəsinə görə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3-cü maddəsinə əsasən təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. 50.1.7-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2022 saylı 10 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq vergi orqanı tərəfindən əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunan 20 nəfərdən Tural Niftəliyevin mağaza işçisi olduğunu, orada rəsmi olaraq əmək müqaviləsi ilə fəaliyyət göstərdiyini, Kübra İsayevanın isə qeyri-qanuni fəaliyyətə cəlb edilmədiyini göstərmiş və həmin şəxslərin ifadələrinin alınmasının zəruri olduğunu, 3 nəfər- Ramiz Sərdarov, Kənan Quluzadə və Məhəmməd Fətəlizadənin isə orada əmək fəaliyyətinə cəlblə bağlı olmayan səbəblərdən orda olduqları üçün izahat verməkdən imtina etdiklərini, Yusif Lətifov, Nadir Məmmədov, Nəriman Əsədov, Cavid Atakişiyev, Etibar Nərimanov, Ceyhun Saramanov isə israr və hədələrdən sonra izahat verdiklərini, izahatlarında səmimi olmadıqlarını, Rinat Qardaşov, Fərid Əliyev və Bayram Məmmədovun isə vergi orqanının nümayəndəsinin vəzifə səlahiyyətlərini aşmaq gücünə etdikləri israrlara baxmayaraq izahat verməkdən imtina etdiklərini, qalan, Rahim Məmmədov, Kənan Səmədov, Fuad Rzayev, Xanhüseyn Quluzadə, Fərid Cəbrayılov, Səbuhi Abdulovun obyektdə sadəcə öyrənmək məqsədilə bu sahədə fəaliyyət göstərə biləcəklərini sınamaq üçün olduqlarını bildirmişdir. Həmçinin iddiaçı şikayətində qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən tərtib edilmiş aktda adları qeyd edilmiş şəxlərin məhkəməyə çağırılıb sərbəst izahat vermək imkanları birinci instansiya məhkəməsi tərəfindən məhdudlaşdırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etirazın məzmunu iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir və əlavə olaraq göstərilmişdir ki, operativ vergi nəzarəti tədbirindən sonra İddiaçı xx.xx.2021-ci il tarixində X43, X11, X7, X53, X48, X31, X18, X42 ilə əmək müqaviləsi bildirişlərini ƏƏSMN-nin elektron informasiya sisteminə daxil etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində X12 ilə, xx.xx.2021xx.xx.2021-ci il tarixlərində X19 ilə qüvvədə olan əmək müqavilələri olmuşdur. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X32 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir və iddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X49 üzrə Baş İdarəsinə qarşı tələbi “cavabdehin **********5950 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədədir. O, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi onun iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********4383 saylı xx.xx.2021-ci il tarixli qərar ilə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il (xx.xx.2021 tarixi daxil olmaqla) tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə xx.xx.2021-ci il tarixdə KY211599811 nömrə ilə qeydə alınmış və onun keçirilməsinin əsası kimi “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Vergi Məcəlləsinin 50.1.3-cü maddəsi” göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidməti Bakı şəhəri X49 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********4395 saylı tələbnamə İddiaçı təqdim olunmuş və sonuncu tərəfindən imza edilməklə qəbul olunmuşdur. DVX seriyalı 004797 saylı 19 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fiziki şəxs İddiaçı (VÖEN **********2) məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 3 A, 2-ci Alatava Y/S-də yerləşən avtoservisdə operativ vergi yoxlaması zamanı 28 nəfər fiziki şəxsdən 20 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən Ramiz Sərdarov, Renat Qardaşov, Rəhim Məmmədov, Ceyhun Saramanov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Cavid Atakişiyev, Bayram Məmmədov, Fərid Əliyev, Kənan Səmədov, Fuad Rzayev, Xanhüseyn Quluzadə, Nəriman Əsədov, Fərid Cəbrayılov, Nadir Məmmədov, Yusif Lətifov, Səbuhi Abdullayev, Kübra İsayeva, Tural Niftəliyev, Ehtiram Nərimanov əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5950 saylı xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və xx.xx.2021-ci tarixədək 40.000 manatın büdcəyə ödənilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən iddianın dəlilləri barədə sübutun təqdim edilməməsinə, bu dəlillərin məhkəmə araşdırması zamanı da təsdiqini tapmamasına istinad edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı vergi orqanının müvafiq yoxlama apararkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatında onun Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A, 2-ci Alatava Y/S-də yerləşən obyektində (avtoservis) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, tabeliyində olan 18 işçi ilə hər hansı əmək və ya xidməti müqavilə bağlanmadığını, digər iki işçinin üç gündür ki, işə götürüldüyünü qeyd edərək işçilərlə ən qısa zamanda əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. Vergi orqanının müvafiq yoxlama apararkən əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunduğu aşkarlanan 20 nəfərdən 12-sinin izahatı alınmışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə X15 verdiyi izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən “benzonasos ustası” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, ona hər hansı əmək müqaviləsinin elektron bildirişinin bir nüsxəsinin təqdim edilmədiyini, iş vaxtının həftədə 6 gün olmaqla, saat 10:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini və İddiaçı tərəfindən nağd şəkildə gündəlik olaraq ödənildiyini bildirmişdir. X2 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, xx.xx.2020-ci il tarixdən İddiaçı tərəfindən “dəmirçi” vəzifəsinə qəbul edildiyini, işə götürüldüyü zaman onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini və İddiaçı tərəfindən nağd şəkildə gündəlik olaraq ödənildiyini bildirmişdir. X13 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən “elektrik ustası” kimi işə qəbul edildiyini, sahibkarla onun arasında hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-dan 18:00-dək olduğunu, əmək haqqının damışılmadığını, lakin gördüyü işə münasibətdə əmək haqqı aldığını, vergi orqanında qeydiyyatda olmadığını, sabit qəbz üzrə vergi ödəmədiyini bildirmişdir. X22 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, 10 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus avtoservisdə sonuncu tərəfindən “çilingər” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının həftədə 6 gün olmaqla saat 10:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini və İddiaçı tərəfindən nağd şəkildə gündəlik olaraq ödənildiyini, vergi orqanında qeydiyyatda olmadığını, sabit qəbz əldə etmədiyini bildirmişdir. X40 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, 5 aydır ki, İddiaçı tərəfindən “elektrik ustası” vəzifəsinə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 25-30 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. X4 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən Master Yasamal avtoservisində İddiaçı tərəfindən “çilingər” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, ona əmək müqaviləsinin elektron (surətinin) bildirişinin surətinin təqdim edilmədiyini, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini və gündəlik ustası Tural Əliyev tərəfindən nağd şəkildə ödənildiyini, iş vaxtının həftədə 7 gün olmaqla saat 09:00dan 18:00-dək olduğunu, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını bildirmişdir. X23 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, 2 aydır ki, İddiaçı tərəfindən “elektrik ustası” kimi işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 10:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 25 manat təşkil etdiyini, vergi orqanında uçota durmadığını, sabit qəbz əldə etmədiyini bildirmişdir. X8 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, 1 aydır ki, İddiaçı tərəfindən “usta köməkçisi” kimi işə qəbul edildiyini, işə yeni gəldiyindən onunla əmək müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini, vergi orqanında uçota durmadığını, sabit qəbz əldə etmədiyini bildirmişdir. X9 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, bir aydır ki, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən Master Yasamal avtoservisində dostuna “elektrik” işlərində köməklik etdiyini, orada işçi kimi çalışmadığını, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının olmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. X24 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, İddiaçı tərəfindən “çilingər” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 09:00-dan 18:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatda olmadığını bildirmişdir. X3 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, xx.xx.2021-ci il tarixdən oğlu Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən Master Yasamal avtoservisində İddiaçı tərəfindən “elektrik” vəzifəsinə işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını və ona təqdim edilmədiyini, iş vaxtının saat 09:00-dan 19:00dək olduğunu, əmək haqqının aylıq 250 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatının olduğunu, lakin fəaliyyətini dayandırdığını, heç bir sabit qəbz əldə etmədiyini bildirmişdir. X14 vergi orqanında müvafiq yoxlama aparılarkən xx.xx.2021-ci il tarixdə verdiyi izahatından görünür ki, o, üç gündür ki, İddiaçı tərəfindən “malyar” kimi işə qəbul edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin olmadığını, iş vaxtının saat 08:00-dan 20:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini, vergi orqanında qeydiyyatının olmadığını və sabit qəbz əldə etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.2-1-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 49.1-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. İş materiallarından görünür ki, İddiaçı operativ vergi yoxlaması zamanı verdiyi izahatında vergi orqanının əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunması aşkar olunmuş 20 nəfərin 18-i ilə əmək müqaviləsi bağlamadığını, digər iki işçinin üç gündür ki, işə götürüldüyünü bildirsə də, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən “”cinayət işi üzrə icraata xitam verilməsi barədə” qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, istintaq zamanı fərqli ifadə verərək aşkar olunan 20 nəfərin 11-nin (Ramiz Sərdarov, Rəhim Məmmədov, Ceyhun Saramanov, Fərid Əliyev, Kənan Səmədov, Fuad Rzayev, Nəriman Əsədov, Fərid Cəbrayılov, Nadir Məmmədov, Səbuhi Abdullayev, Xanhüseyn Quluzadə) işçisi olduğunu qəbul etmiş, lakin 9-nun (Tural Niftəliyev, Rinat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Cavid Atakişiyev, Bayram Məmmədov, Yusif Lətifov, Ehtiram Nərimanov və Kübra İsayeva) işçisi olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 25 may 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 15 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində istintaq olunan ********* nömrəli cinayət işinə bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək müqaviləsi bağladığı, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan AR CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş, fiziki şəxs İddiaçı qarşı X21, X42, X39, X10, X20 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə əlaqədar tətbiq edilmiş maliyyə sanksiyasının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində azaldılmasının təmin edilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X49 üzrə Baş İdarəsinə tapşırılmış, vətəndaş X6, X31, X12, X25, X48, X7, X53, X43, X18, X44, X45, X19, X11, X16 və X14 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 2915,91 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının isə onların Dövlət Sosial Müdafiə Fondunda, 206,40 manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsinin təmin olunması üçün müvafiq hesabatların alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X49 üzrə Baş İdarəsinə tapşırılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının vergi istintaqı zamanı işçisi olduğunu etiraf etdiyi 11 nəfərdən 9-u (Rəhim Məmmədov, Ceyhun Saramanov, Kənan Səmədov, Fuad Rzayev, Nəriman Əsədov, Fərid Cəbrayılov, Nadir Məmmədov, Səbuhi Abdullayev, Xanhüseyn Quluzadə) vergi orqanının yoxlama apardığı zaman verdiyi izahatlarında iddiaçının işçisi olduqlarını etiraf etmişlər, digər 2 nəfər- Ramiz Sərdarov və Fərid Əliyevin isə vergi yoxlaması zamanı izahatları alınmasa da, həmin şəxslər vergi istintaqı zamanı iddiaçının işçisi olmalarına dair ifadələr vermişlər. Belə ki, X6 vergi istintaqına verdiyi ifadəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən avtoservisdə avtomobil ehtiyat hissələrinin satıcısı işlədiyini, işə İddiaçı tərəfindən götürüldüyünü, əmək haqqının gündəlik 10 manat olmaqla, İddiaçı əlbəəl, heç bir sənədə imza etmədən nağd şəkildə aldığını bildirmişdir. Vergi istintaqı zamanı ifadəsi alınmış Fərid Əliyev isə ifadəsində xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən avtoservisdə işləyən yanacaq nasosu ustası Məmmədov Rəhimin yanında işə götürüldüyünü, əmək haqqını gündəlik 10 manat olmaqla İddiaçı əlbəəl, heç bir sənədə imza etmədən nağd şəkildə aldığını, iş rejiminin həftənin altı günü saat 10:00-dan saat 18:00-dək olduğunu, İddiaçı işçisi olduğu müddət ərzində onunla aralarında hər hansı əmək və ya xidmət müqaviləsi imzalanmadığını qeyd etmişdir. İddiaçının işçisi olmadığını bildirdiyi 9 nəfərdən (Tural Niftəliyev, Rinat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Cavid Atakişiyev, Bayram Məmmədov, Yusif Lətifov, Ehtiram Nərimanov və Kübra İsayeva) yalnız birinin- X1 vergi yoxlaması zamanı izahatı alınmamış, lakin vergi istintaqına verdiyi ifadəsində göstərdiyi kimi, sonuncu adı çəkilən şəxs məhkəmədə verdiyi izahatında da iddiaçı ilə aralarında əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduğunu etiraf etmişdir. Belə ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X7 (iddiaçının işçisi olmadığını dediyi 9 nəfərdən biri) ifadəsində İddiaçı Hövsandan tanıdığını, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov 3 A ünvanında yerləşən İddiaçı məxsus olduğunu sonradan bildiyi avtoservisdə elektrik işləri gördüyünü, əmək haqqının gündəlik 10 manat olmaqla, İddiaçı əlbəəl, heç bir sənədə imza edilmədən nağd şəkildə aldığını, aralarında hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, xx.xx.2021-ci il tarixə qədər həmin obyektə ara-sıra gəlib işlədiyini, gördüyü işlərin müqabilində həm də müştəri tərəfindən 3-5 manatın ona verildiyini bildirmişdir. İddiaçının işçisi olmadığını bildirdiyi 9 nəfərdən 3-ü- X25, X26 və X45 həm vergi yoxlaması zamanı, həm də vergi istintaqı dövründə verdikləri ifadələrində İddiaçı məxsus obyektdə müxtəlif işlərdə işləməyə cəlb olunduqlarını, buna görə Elməddindən nağd şəkildə əmək haqqı aldıqlarını, lakin İddiaçı ilə aralarında hər hansı əmək və ya xidmət müqaviləsinin bağlanmadığını bildirmişlər. İddiaçının işçisi olmadığını bildirdiyi 9 nəfərdən digər 5-nin (Tural Niftəliyev, Rinat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Kübra İsayeva) isə nə vergi yoxlaması keçirilən zaman, nə də sonradan aparılan vergi istintaqı dövründə müvafiq ifadələri alınmamışdır. Vergi yoxlaması zamanı hərbi xidmətdə olan Rinat Qardaşovun vergi istintaqı dövründə də hərbi xidmətdə olduğu üçün ifadəsinin alınması mümkün olmamış, bu barədə qeyd “cinayət işi üzrə icraata xitam verilməsi barədə” qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın məzmununda da aparılmışdır. Eyni səbəbə görə həmin şəxsin məhkəmə araşdırmaları zamanı da ifadəsinin alınması təmin edilə bilməmişdir. Beləliklə, aparılan məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdu ki, iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmuş 20 nəfərdən 12-si yoxlama zamanı izahat verərək həmin işlərə cəlb olunmaqla bağlı iddiaçı ilə aralarında əmək müqaviləsinin olmadığını bildirmiş, 8-nin vergi yoxlaması aparılan zaman izahatının alınması mümkün olmasa da, vergi istintaqı dövründə onlardan 3-ü iddiaçının işçisi olduğunu etiraf etmiş, 5inin isə heç bir halda izahatının alınması mümkün olmamışdır. İddiaçı vergi yoxlaması zamanı aşkar olunan 20 nəfərdən 11-nin işçisi olduğunu etiraf etmiş, 9-nun işçisi olmadığını bildirsə də, həmin şəxslərin 4-nün verdikləri izahat və ifadələrdən onların iddiaçı ilə əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduğu müəyyən olunmuş, qalan 5 nəfərin isə heç bir halda izahatının alınması mümkün olmamışdır. Həmin 5 nəfər şəxsin iddiaçının işçisi olub-olmamasını müəyyən etmək üçün həmin şəxslərin məhkəmədə iştirakının təmin olunması iddiaçı tərəfə həvalə olunmuş, lakin həmin şəxslərin iştirakı məhkəmə iclasında təmin olunmamışdır. Nəzərə alınmalıdır ki, vergi yoxlaması dövründə izahat vermiş 12 nəfər şəxsdən əlavə, izahatı alınmayan 8 nəfər şəxsdən 3-nün- Ramiz Sərdarovun, Fərid Əliyevin və Bayram Məmmədovun sonradan verdikləri ifadələrə görə onların iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin görülməsinə cəlb olunduğu, buna görə əmək haqqının onlara iddiaçı tərəfindən nağd şəkildə verildiyi faktı təsdiq olunduğu üçün vergi orqanı tərəfindən həmin 3 nəfər şəxsə görə iddiaçıya 6000 manat, ümumilikdə isə 15 nəfərə görə 30000 manat (hər şəxsə 2000 manat olmaqla) maliyyə sanksiyasının tətbiqi qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Lakin vergi yoxlaması zamanı izahatı alınmayan 8 nəfərdən 5-nin- Renat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Kübra İsayeva və Tural Niftəliyevin həm vergi istintaqı zamanı, həm də məhkəmə araşdırmaları zamanı iştirakları təmin olunub müvafiq ifadələri alınmadığından həmin şəxslərin iddiaçıya məxsus obyektdə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin görülməsinə əmək haqqı müqabilində cəlb olunması faktı təsdiqini tapmamışdır. Nəticədə, cavabdeh inzibati orqan operativ vergi nəzarəti zamanı işlərin görülməsinə cəlb olunduğu aşkarlanan 20 nəfərdən 5-nin- Renat Qardaşov, Kənan Quluzadə, Məhəmməd Fətəlizadə, Kübra İsayeva və Tural Niftəliyevin iddiaçıya məxsus obyektdə işçi olaraq əmək müqaviləsi olmadan müvafiq işlərin görülməsinə həqiqətən də cəlb olunması faktını sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Odur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********5950 saylı xx.xx.2021-ci il tarixli qərarla “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktına görə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 40.000 (qırx min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi 5 nəfərə münasibətdə düzgün olmadığından iddiaçının tələbi həmin hissədə əsaslı olub təmin olunmalı, qərarın 10000 (in min) manat maliyyə sanksiyasının tətbiqi ilə bağlı hissəsi ləğv olunmalı, qalan- 15 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı sübuta yetirildiyi üçün vergi orqanının qərarı 30000 (otuz min) manat maliyyə sanksiyasının tətbiqi hissəsində əsaslı olduğundan həmin hissədə iddiaçının tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı qismən, vergi orqanının **********5950 saylı xx.xx.2021-ci il tarixli qərarının “5 (beş) nəfər fiziki şəxsə - X33, X27, X5, X28 və X17 münasibətdə 10000 manat maliyyə sanksiyasının tətbiq olunması” ilə bağlı iddianın təmin olunmadığı hissədə ləğv edilməli, həmin hissədə iddia təmin olunmalı, vergi orqanının **********5950 saylı xx.xx.2021-ci il tarixli qərarı qismən, 5 (beş) nəfər fiziki şəxsə görə 10000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilməli, məhkəmə qərarı qalan, vergi orqanının **********5950 saylı xx.xx.2021-ci il tarixli qərarının “15 (on beş) nəfər fiziki şəxsə görə 30000 manat maliyyə sanksiyasının tətbiq olunması” ilə bağlı iddianın təmin olunmadığı hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2434/2021 saylı 10 fevral 2021-ci il tarixli qərarı qismən, vergi orqanının **********5950 saylı xx.xx.2021-ci il tarixli qərarının “5 (beş) nəfər fiziki şəxsə - X33, X27, X5, X28 və X17 münasibətdə 10000 manat maliyyə sanksiyasının tətbiq olunması” ilə bağlı iddianın təmin olunmadığı hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X49 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş **********5950 saylı xx.xx.2021-ci il tarixli qərar qismən, 5 (beş) nəfər fiziki şəxsə görə 10000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilsin. Məhkəmə qərarı qalan, vergi orqanının **********5950 saylı xx.xx.2021-ci il tarixli qərarının “15 (on beş) nəfər fiziki şəxsə görə 30000 manat maliyyə sanksiyasının tətbiq olunması” ilə bağlı iddianın təmin olunmadığı hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1635/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1635/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver