Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1636/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X19 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3938/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X12 məxsus olması barədə arayışın (çıxarışın) və verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi keçmiş X6 və İstismarı Birliyi ilə mərhum anası X14 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” xx.xx.1992-ci il tarixli 15435 nömrəli müqaviləyə əsasən əvəzsiz olaraq mərhum anası X9 mülkiyyətinə verilmişdir. Qeyd edir ki, uzun müddətdir ki, müvafiq bağ sahəsi təyinatına uyğun olaraq tərəflərindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında tərəfindən ödənilir və həmin bağ sahəsi onun faktiki mülkiyyətindədir. Eyni zamanda, Bakı şəhəri 42 saylı Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 31 nömrəli məktubla sözügedən bağ sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüuqunu təsdiq edən çıxarışın verilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, X6 və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli, xx.xx.1992-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair Müqavilənin İdarənin arxivində saxlanılan nüsxəsində həmin Birliyin təsdiqedici möhürünün olmadığını, həmçinin torpaq sahəsinin İdarənin arxivində saxlanılan yerləşmə cizgisində qeyd olunan perimetrik ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu, eyni zamanda torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmaması, qeyd olunanlarla yanaşı, şərti olaraq göstərilən torpaq sahəsinin təqdimedilmiş müqavilənin arxiv nüsxəsində 2500 kv.m göstərilsə də, faktiki olaraq 2152 kv.m təşkil etdiyi əsas gətirilərək ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, müvafiq bağ sahəsi ayrılan zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin imtinasının əsasları mövcud qanunvericilikdə, o cümlədən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən də, cavabdehin imtinası qanuna uyğun əsaslandırılmamış, yalnız məsələyə aidiyyəti olmayan formal mülahizə ilə kifayətlənmişdir. Sonradan iş üzrə iddiaçı X8 əsl İddiaçı ilə əvəz edilmiş, “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı, ölçüsü 2152.0 kv.m olan bağ sahəsinin mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində mərhum anası X2 adına qeydiyyata alınması və həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X5 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, X6 və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli, xx.xx.1992-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin İdarənin arxivində saxlanılan nüsxəsində həmin Birliyin təsdiqedici möhürü yoxdur. Həmçinin torpaq sahəsinə dair arxiv cizgisində qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən X3 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha-dan ibarət 3798 saylı bağ sahəsinə istifadə hüquqlarının tanınmasına dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2012 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi daxil olmuşdur. Həmçinin, bağ nömrəsinin dəyişməsinə dair İdarənin arxivində akt mövcuddur. Bundan əlavə bağ sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən göstərilən bağ sahəsi şərti olaraq göstərilmişdir və təqdim edilmiş müqavilənin arxiv nüsxəsində 2500 kv.m göstərilsə də, faktiki olaraq 2152 kv.m təşkil edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3938/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 2152.0 kv.m təşkil edən 3798 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X5 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3938/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - cavabdeh tərəfindən X4 müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********98 nömrəli məktuba əsasən Bağlar Təsərrüfatı və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli xx.xx.1992-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin idarənin arxivində saxlanılan nüsxəsində həmin birliyin təsdiqedici möhürü yoxdur. Həmçinin, torpaq sahəsinin İdarənin arxividnə saxlanılan yerləşmə cizgisində qeyd olunan perimetrik ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Eyni zamanda torpaq sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Qeyd olunanlarla yanaşı, şərti olaraq göstərdiyi torpaq sahəsinə təqdim edilmiş müqavilənin arxiv nüsxəsində 2500 kv.m göstərilsə də, faktiki olaraq 2152 kv.m təşkil edir. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli **********64 3-21-3-30/2-A0721-8/2023 nömrəli məktuba əsasən sözügedən torpaq sahəsi üzərində hüquqların məhrum X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Eyni zamanda, istinad edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş 15435 nömrəli, xx.xx.1992-ci il tarixli bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə əsasında X10 vərəsəsinin idarəyə müraciəti daxil olmuş və hal-hazırda onun iddiası əsasında Bakı İnzibati Məhkəməsində inzibati iş mövcuddur. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman tərəflərindən şərti olaraq göstərilən torpaq sahəsinin qonşu sahə ilə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Bundan başqa, elektron kadastr məlumatlarına əsasən ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 2500 kv.m qeyd olunsa da, faktiki 2152 kv.m təşkil edir. - X6 vəİstismarı Birliyi ilə X14 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 15435 nömrəli xx.xx.1992- ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 3798 saylı bağ sahəsi X9 istifadəsinə ayrılmışdır - cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********65 3-21-3-30/2-2065/2023 nömrəli məktubla X6 və İstismarı Birliyi ilə X14 arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 15435 nömrəli xx.xx.1992-ci il tarixli müqavilənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3819/2011 saylı 20 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən Ağalrova (Nuriyeva) Məsumə Əli qızının Ağalarova (Nuriyeva) X21 ilə eyni şəxs olmaqla ərizəçi X2 doğma bacısı olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5617/2012 saylı 13 dekabr 2012-ci il tarixli qətnaməsinə əsasən X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha ibarət 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmışdır. Məhkəmə hesab etmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildiyindən, bununla da, iddiaçı X7 3798 saylı bağ sahəsinə dair 15435 nömrəli müqavilədən irəli gələn, onunla icarə müqaviləsi bağlamaq hüququnu başqa vasitələrlə həyata keçirə bilmədiyindən sonuncu, hüquqlarının həyata keçirilməsi və müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla təsdiq olunmuşdur ki, iddiaçı X7 mərhum bacısının icarəsində olmuş bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini şəksiz nümayiş etdirmiş, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və ödhəlikləri qəbul etmişdir. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ shaəsinə dair iddiaçının mərhum bacısı Ağalarova (Nuriyeva) Məsumə Əli qızı ilə icarə müqaviləsi bağlandığını, sonuncunun 10 sentyabr 2003-cü il tarixdə vəfat etdiyini, iddiaçının adı çəkilən bağ sahəsinə vicdanlı sahibliyi həyata keçirdiyini və X6 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixdə ləğv edilməsi nəticəsində iddiaçının öz adına icarə müqaviləsini bağlanmasını təmin etmək imkanına malik olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmalıdır. - Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 vərəsəsi İddiaçı olmaqla, o, miras əmlakdan tam hissədə pay almaq hüququna malik olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda ştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X6 və X17 ərazisindəki 3798 nömrəli bağın istifadəyə verilməsi haqqında 15435 saylı xx.xx.1992-ci il tarixli müqaviləyə əsasən X13 istifadəsinə ayrılmış bağ sahəsinə dair iddiaçının mərhum anası X7 tərəfindən qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müqavilə üzrə hüquq və öhdəlilər qəbul edildiyindən, o, torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılması barədə müvafiq müqavilə mübahisələndirilsə də, məhkəmə araşdırması zamanı sözügedən müqaviləsinin arxiv nüsxəsi cavabdeh İdarənin arxivində aşkar olunduğundan cavabdehin imtinasında qeyd olunan əsaslarla (müqavilənin arxiv nüsxəsində möhürün olmaması) mübahisə predmetinə dair ilkin hüquqmüəyyənedici sənəd olan müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, cavabdeh İdarənin özü tərəfindən icra edilməli olan (müqaviləyə möhür vurulması) öhdəliklərin hazırki halda iddiaçının hesabına aradan qaldırılması yol verilməzdir. Məhkəmə kollegiyası hazırki halda iddaçının mərhum anasının mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının əsası olaraq qeyd edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.25 ha ibarət 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmışdır. Məhkəmə hesab etmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildiyindən, bununla da, iddiaçı X7 3798 saylı bağ sahəsinə dair 15435 nömrəli müqavilədən irəli gələn, onunla icarə müqaviləsi bağlamaq hüququnu başqa vasitələrlə həyata keçirə bilmədiyindən sonuncu, hüquqlarının həyata keçirilməsi və müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında toplanmış sübutlarla təsdiq olunmuşdur ki, iddiaçı X7 mərhum bacısının icarəsində olmuş bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etdiyini şəksiz nümayiş etdirmiş, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və ödhəlikləri qəbul etmişdir. Məhkəmə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ sahəsinə dair iddiaçının mərhum bacısı Ağalarova (Nuriyeva) Məsumə Əli qızı ilə icarə müqaviləsi bağlandığını, sonuncunun 10 sentyabr 2003-cü il tarixdə vəfat etdiyini, iddiaçının adı çəkilən bağ sahəsinə vicdanlı sahibliyi həyata keçirdiyini və X6 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixdə ləğv edilməsi nəticəsində iddiaçının öz adına icarə müqaviləsini bağlanmasını təmin etmək imkanına malik olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, X2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3798 saylı bağ sahəsinə istifadə hüququ tanınmalıdır. Sözügedən məhkəmə qətnaməsindən göründüyü kimi iddiaçının mərhum anasının sözügedən bağ sahəsinin icarəyə verilməsinə dair müqavilə üzrə hüquq və öhdəlikləri qəbul etməsi, bağ sahəsinə sahiblik və istifadə hüququnu həyata keçirməklə bağ sahəsinə istifadə hüququnu qəbul etməsi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Cavabdehin iddiaçının mübahisələndirdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsasları isə bağ sahəsinin sxematik xəritəyə uyğun hasarlanmaması, qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi və torpaq sahəsinin faktiki ölçüsünün 2500 kv.m deyil, 2152 kv.m təşkil etməsi olmuşdur ki, bağ sahəsinin sxematik xəritəyə uyğun hasarlanmaması və qonşu torpaq sahəsi ilə ümumi hasar daxilində yerləşməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Belə ki, bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması vəzifəsi də, bir başa cavabdeh inzibati orqanın öz öhdəliyidir. Bağ sahəsinin faktiki ölçüsünün 2152 kv.m təşkil etməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisəli bağ sahəsi üzərində yalnız faktiki 2152 kv.m ölçüdə hüquqların qeydə alınması xahiş edildiyindən, həmin hissədə də, mübahisə aradan qalxmış olur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək qurumun vəzifələri sırasına daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3938/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3938/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1636/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1636/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver