Məhkəmə qərarları › İş №2-1(103)-1637/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1637/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1637/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X1 və d.) “mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-499/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə şifahi məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa- Nardaran y/m, məhəllə 54, sahə 23 ünvanında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan və ölçünün tərtib edilməsi, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2330/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qərardadı ilə X1, X3 və X4 iş üzrə üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-499/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2-1(112)-499/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəməyə ərizə ünvanlayaraq şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, şikayət geri götürülmüş hesab edilməli, və iddiaçının şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə uyğun olaraq şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Həmin Məcəllənin 88.4-cü maddəsinə əsasən şikayətin geri götürüldüyü hallarda məhkəmə xərcləri haqqında məhkəmə tərəfindən qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, iddiaçının şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilməlidir. Eyni zaman cavabdehə izah olunmalıdır ki, O, şikayəti geri götürdükdən və bu haqda müvafiq məhkəmə qərardad qəbul edildikdən sonra eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanından məhrum olunur. Yuxarıdakılara əsasən və İPM-in 88, 90-cı maddələrini rəhbər tutub Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. Baxılan iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar