Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1637/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “yararlılıq kateqoriyasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “yararlılıq kateqoriyasının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3489/2023 saylı 25 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 44 nömrəli xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdi ki, Bakı şəhəri Suraxanı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə aldığı və xx.xx.2004-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: <<Sol incik sümüyünün aşağı 1/3-nin zəif bitişmiş sınığının müalicəsindən sonrakı vəziyyət» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Səbail rayon idarəsinin xx.xx.2014-cü il tarixli 142 saylı göndərişi, arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2004-cü il tarixli 1172 saylı arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) «TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR», xx.xx.2005-ci ildən xx.xx.2005-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: <<Xora xəstəliyi. 12 barmaq bağırsağın xroniki xorası (qanaxma ilə əsadlaşma). Refluks ezofagit. Xroniki spastik kolit», xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəliyin nəticəsi - diaqnoz: «Hər iki aşağı ətrafın flebektomiya cərrahi əməliyyatından (xx.xx.2010) sonrakı qan dövranı və funksiyasının müvəqqəti pozulması ilə» və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi SQ BKH-da müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: <<Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi. Düz bağırsağın xroniki arxa çatı. Vertebrogen lümbalgiya, natamam remissiya mərhələsində» (N saylı hərbi hissədən verilmiş xx.xx.2010-cu il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2010-cu il tarixli 436 saylı arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli çıxarış epikrizi, MN MHHK- nın həkim mütəxəssisi-terapevtin və cərrahın rəyləri ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin ç) bəndi MN MHHKnın 38 nömrəli xx.xx.2015-ci il il tarixli protokolu. İddiaçı barəsində xx.xx.2005-ci il tarixli, xx.xx.2015- xx.xx.2015-ci il tarixləri, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərinə dair xəstəlik vəziyyətindən çıxarış epikrizlər verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq cavabdehin 2002 nömrəli xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndinə əsasən “Xəstəliklər cədvəli”nin maddəsinin İİİ qrafasına və ƏTCyə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Hərbi xidmətə yararlı hesab edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının qanunsuz hesab edilərək, N saylı hərbi hissədən verilmiş xx.xx.2005-ci il tarixli xəstəlik epikrizi, MHHK-nın 44 saylı xx.xx.2015-ci il tarixli qərarı, Bakı Baş Səhiyyə İdarəsinin Klinik Tibbi Mərkəzinin 4786 nömrəli xx.xx.2015-ci il tarixli və həmin Mərkəzin 12082 nömrəli xx.xx.2015-ci il tarixli epikrizləri, eləcə də, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xxxxxxx0002 saylı xx.xx.2015-ci il tarixli qərarı əsasında İddiaçı hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararıldır” qərarı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi öhdəliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilmişdir. Qərarın icrası zamanı cavabdeh əvvəlcə heç bir qərar qəbul etmədən, cavab məktubu verməklə kifayətlənmiş, lakin təkrar məhkəmə iclası təyin olunaraq məhkəmə tərəfindən qərarın icrasını bir ay müddətində təmin edilmədiyi təqdirdə cavabdehə cərimə tətbiq ediləcəyi xəbərdarlığı verildikdən sonra cavabdeh yenidən hakimin xəbərdarlığını heçə sayaraq faktiki olaraq məhkəmə qərarını icra etməmiş, bir sədr və bir üzv olan komissiya tərkibli, MHHK-nın qərarını yox 2002 saylı xx.xx.2022-ci il tarixli arayışını vermişdir. Bu isə öz növbəsində gələcəkdə iddia qaldırılmamaqla bağlı vəzifə daşımamağı üçün, yəni qanunvericiliklə mümkün olan bütün hüquqi-müdafiə vasitələrindən istifadə etməmək kimi hərəkətsizlik məsuliyyəti daşımamağa görə hazırki iddianı irəli sürür. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı eyni iddia tələbi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1779/2022 nömrəli qərarı ilə onun iddiası təmin edilmişdir. Məhkəmənin həmin qərarı MN MHHK-sı tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilərək İddiaçı hərbi xidmətdən ehtiyata buraxılanadək mövcud olan tibbi sənədlər əsasında şəhadətləndirilmiş və ona xx.xx.2022ci il tarixli 2002 nömrəli arayış təqdim edilmişdir. Həmin arayışda qeyd olunan xəstəlik diaqnozlarına əsasən E Hüseynov hərbi xidmətdən buraxılma anı üçün hərbi xidmətə yararlı hesab olunmuşdur. Hesab edirlər ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı inzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı qanuni qüvvəyə mindiyindən İddiaçı iddia tələbinə baxıla bilməz. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10-12-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.-7.3. maddələrinə əsasən, hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Yuxarıda qeyd olunanlara görə hesab edirlər ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bır qanuni əsası yoxdur və bu səbəbdən də, məhkəmə tərəfindən onun iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3489/2023 saylı 25 oktyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarın əsaslandırma hissəsinin 11-ci bəndində iddianın növü müəyyənləşir və məcburetmə iddia növü hesab edilir. Həmin hissədə 5 bənddən ibarət məzmunda iddianın rədd edilməsi ilə bağlı heç bir əsaslı dəlil irəli sürülməmişdir. Digər hissə tədbiq edilən hüquq və məhkəmənin mövqeyi hissəsində 16-cı bənddən başlayaraq məhkəmə İnzibati icraat haqqında qanunun normalarını sadalasa da daha sonra isə Nazirlər Kabinetinin 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-Həkim Ekspertizası haqqında əsasnaməyə istinad etsə də həmin əsasnamənin yenə də bəndləri sadalanır, lakin 20-ci bənddə göstərilənlərlə obyektiv olmaması və tərxis zamanı, yəni xx.xx.2014-cü ilə və ondan sonra Səhiyyə Nazirliyinə tabe olan mülki tibb müəsissəsində müalicə almağı və İİ qrup əlil olaraq təqaüd almağı kimi işin faktiki halları məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmənin sonuncu iclasına qədər məhkəmədə iştirak etməyən nümayəndə iştirak etməklə sanki mübahisənin yəni iddianın rədd edilməsi üçün hansısa bir əsaslı arqument gətirmiş kimi dəyərləndirildi. Məhkəmə cavabdeh qarşısında xidmətdən tərxis zamanı tibbi şəhadətləndirilmə olmasa da həmin ana qədər kifayət qədər xəstəliklə bağlı müalicələrin olunması, lakin heç bir nəticə olmaması, xəstəliklərin remissiya halında olmaqla münbit mühit olduğu halda isə xəstəliyin daha proqresiv olması əsası ilə hansı xidmətə yararlıq kateqoriyasından söhbət gedə bilər. Məhz ona görə əlillik və xidmətdən sonra stasionar müalicə epikrizləri nəzərə alınmalı idi. Məhkəmə iş üzrə zəruri saydığı halda ekspertiza keçirilməsini və sənədlərin Müdafiə Nazirliyinin son ali tibb komissiyasında yox, Səhiyyə Nazirliyinin ixtisaslaşmış həkim komissiyalarında müayinə etdirə bilərdi. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə gəlməməyin səbəblərinin üzürlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbi “cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlıqlıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararıldır” qərarı ilə əvəz olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi: hərbi qulluqçuların; hərbi xidmət keçmiş vətəndaşların. d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi; 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir. 6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Əsasnamədən, o cümlədən 6.3-cü bəndindən də göründüyü kimi, Səbəbindən və vaxtından asılı olmayaraq hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. 8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: ... «C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;.. Hazırki işdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 44 nömrəli xx.xx.2015-ci il tarixli qərarında iddiaçının xx.xx.2004-cü ildə N saylı hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: <<Sol incik sümüyünün aşağı 1/3-nin zəif bitişmiş sınığının müalicəsindən sonrakı vəziyyət» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Səbail rayon idarəsinin xx.xx.2014-cü il tarixli 142 saylı göndərişi, arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2004-cü il tarixli 1172 saylı arayış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir) «TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR», xx.xx.2005-ci ildən xx.xx.2005-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: <<Xora xəstəliyi. 12 barmaq bağırsağın xroniki xorası (qanaxma ilə əsadlaşma). Refluks ezofagit. Xroniki spastik kolit», xx.xx.2010-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəliyin nəticəsi - diaqnoz: «Hər iki aşağı ətrafın flebektomiya cərrahi əməliyyatından (xx.xx.2010) sonrakı qan dövranı və funksiyasının müvəqqəti pozulması ilə» və xx.xx.2013-cü ildən xx.xx.2013-cü ilə kimi SQ BKH-da müayinə və müalicə olunduğu xəstəlik- diaqnoz: <<Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritematoz qastroduodenitin kəskinləşməsi. Düz bağırsağın xroniki arxa çatı. Vertebrogen lümbalgiya, natamam remissiya mərhələsində» (N saylı hərbi hissədən verilmiş xx.xx.2010-cu il tarixli çıxarış epikrizi, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş xx.xx.2010-cu il tarixli 436 saylı arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2013-cü il tarixli çıxarış epikrizi, MN MHHK- nın həkim mütəxəssisi-terapevtin və cərrahın rəyləri ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin ç) bəndi MN MHHK-nın 38 nömrəli xx.xx.2015-ci il il tarixli protokolu. İddiaçı barəsində xx.xx.2005-ci il tarixli, xx.xx.2015- xx.xx.2015-ci il tarixləri, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərinə dair xəstəlik vəziyyətindən çıxarış epikrizlər verilmişdir. Bundan sonra iddiaçı onun hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyasının müəyyən edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1779/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Həmin məhkəmə qərarının icrası ilə əlaqədar olaraq cavabdehin 2002 nömrəli xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində göstərilmişdir ki, “Xəstəliklər cədvəli”nin maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 19 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən “Hərbi xidmətə yararlı” hesab edilmişdir. Bundan narazı qalaraq iddiaçı hazırda “cavabdehin 2002 saylı xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararıldır” qərarı ilə əvəz olunmasını istəyir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş məhkəmə sorğularına cavab olaraq “X6” publik hüquqi şəxsi və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən təqdim edilmiş iddiaçının stasionar müayinə və müalicə olmasına dair təqdim edilmiş xəstəlik tarixlərindən çıxarış epikrizlərindən müəyyən edilmişdir ki, “iddiaçı xx.xx.2013xx.xx.2013-cü il tarixləri arasında “Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritomatoz qastroduodenitin kəskinləşməsi. Düz bağırsağın xroniki arxa çatı Vertogen lumbalgiya natamam remisiya mərhələsində” diaqnozu ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Müalicədən sonra xəstənin vəziyyəti, aparılan müalicə kliniki sağalma ilə nəticələnmişdir. Xəstə yaşı vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. İddiaçı xx.xx.2015-xx.xx.2015-ci il tarixləri arasında “12 barmaq xora xəstəliyin kəskinləşmə mərhələsində (ganayıcı) diaqnozu ilə “X8”-də müalicədə olmuşdur. Müalicə bitdikdən sonra sahə həkimi və nevropatoloqun nəzarəti altında evə yazılmışdır. Beləliklə, aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, sorğulara cavab məktubları, onlara əlavə olunmuş tibbi sənədlər, iddiaçıya aid epikrizlərdə qeyd olunmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma şəklində əlavə edilmiş “Xəstəliklər cədvəli”nə əsasən iddiaçının hərbi xidmətə yararlılıq dərəcəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi müəyyən edilməsi üçün əsas deyildir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsassız olub, onun təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı tələbinin əsası kimi istinad etdiy halları sübuta yetirə bilmədiyi üçün cavabdeh inzibati orqan onun tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə qeyd olunur ki, həmin dəlillər əsassız olub, birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3489/2023 saylı 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3489/2023 saylı 25 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1637/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1637/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver