Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1638/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həmidov Həmid Üzeyir oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 20.03.2021-ci il tarixli, 2-1(112)- 324/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 20.03.2021-ci il tarixli, 2-1(112)-324/2021 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. işin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Abbasov X3 müharibəsi zamanı, 25 avqust 1992-ci il tarixdən 03 sentyabr 1992-ci il tarixədək Ağdam rayonuna, 18 yanvar 1994-cü il tarixdən 29 yanvar 1994-cü il tarixədək Tərtər rayonuna ezam edilərək, döyüş əməliyyatları zamanı həkim kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qeyd olunan hal ilə əlaqədar müharibə veteranı adı verilməsi üçün müraciətlər etsə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi tərəfindən 14 oktyabr 2019-cu il tarixdə əsassız olaraq imtina məktubu verilmişdir. Bildirir ki, onunla birlikdə işləyib, müharibədə iştirak etmiş iş yoldaşlarına müharibə veteranı adı verilsə də, ona əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq təsdiqici sənədlər təqdim edilsə də, nəzərə alınmamışdır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üciincü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üciincü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə alımış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı. Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfındın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22.09.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin l-ei bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10dək döviiş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları. Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin maddəyə görə maddənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrımda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dııblikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyiÇ əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları mtivafıq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə 08.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidməti ilə əvəz edilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi izahatında bildirmişdir ki, o, döyüş əməliyyatları gedən rayonlara ezam olunsa da, bunu təsdiq edən sənədləri təqdim etsə də, məhkəmə həmin sübutları nəzərə almadan əsassız qərar qəbul etmişdir. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, mən ərizəmə 1992-ci ilin 25 avqust - 03 sentyabr tarixlərində Ağdam rayonuna və 1994-cü ilin 18- 29 noyabr tarixlərində Tərtər rayonuna ezam olunmağım barədə əmrlərdən çıxarışlar əlavə etsəmdə, halbuki həmin əmrlərdən çıxarışlardan görünür ki, müharibə şəraitində olan rayonlarda ezam olunmağı xidməti vəzifələrimə uyğun olaraq tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin həmin əmrlərdən çıxarışlarda həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, habelə onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumatlar qeyd edilməmişdir. Məhkəmənin bu qənaəti tam qanunsuz və əsasızdır. Çünki hamıya məlumdur ki, 1992-1994-cü illərdə Ağdam və Tərtər ravonlan aktiv döyüş əməlliyyatlanmn meydanı olmuşdur. Ağdam rayonunun əksər hissəsi, Tərtər rayonunun isə bir hissəsi həmin dövrdə düşmən tərəfindən işğal olunmuşdur. Bu zaman döyüş təminatı ilə bağlı olmadan, məhkəmənin qənaətə gəldiyi kimi müharibəyə aidiyyəti olmadan yalnız adi tibb xidməti göstərmək üçün həkimin aktiv döyüş zonasına ezam olunması məntiqsiz görsənir. Aktiv döyüş əməliyyatları aparılan və mülki şəxslərin olmadığı zonaya həkim məlumdur ki, yalnız döyüş təminatı ilə bağlı ezam oluna bilər. Həmçinin ümumi məlum olan faktlardan biridə ondan ibarətdir ki, həmin dövrdə hərbi tibbi işçiləri ilə yanaşı, mülki tibb işçiləridə tibb xidməti göstərmək üçün döyüş təminatı üçün həmin zonalara çəlb edilmişdirlər. Həmçinin məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22.09.1995-cı ıl tanxli Qərarı ilə təsdiq edilmiş «Mühanbə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»də istifadə olunan “döyüş təminatı ilə bağlı tapşınqlann verinə yetirilməsi üçün ezam olunması" müddəasının ezamiyyət sənədlərində qeyd olunmadığı əsas gətirir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı 1995-ci ildə müharibənin aktiv mərhələsi basa çatandan sonra qəbul edilmişdir. Əgər müharibə dövründə belə qərar qəbul edilmiş olsa idi, çox güman ki, ezamiyyət sənədində ezamiyyətin məqsədi həmin qərara uyğun göstərilə bilərdi. O, ezam olunduğum dövrdə belə termin-anlayış olmadığı üçün ezamiyyət sənədlərində bu məzmunda göstərilməmişdir. Bundan başqa məhkəmə onun təqdim etdiyim əmrlərdən çıxarışların həqiqiliyin yoxlanılması üçün çoxsaylı qurumlara sorğu göndərmiş və sorğuya cavab olaraq 19.12.2004- cü il tarixdə M. Nağıyev adına Təcili və X1 Xəstəxanasının binasında yanğın baş verdiyindən bəzi arxiv sənədlərinin yandığı və onun barəsində heç bir arxiv sənədi və müvafiq əmrlərin olmaması bildirilmişdir. Həmin orqanlardan sənəd ala bilmədikdə isə, məhkəmə qənaətə gəlmişdir ki, güya o, xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərilməsi barədə natamam sənədlər təqdim etmiş, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olmağı təqdim etdiyi sübutlarla müəyyən edilmədiyi üçün iddia tələbi təmin edilə bilməz. Halbuki məhkəmənin bu qənaəti tam əsassız və qanunsuzdur. Məhkəmə özüdə qərarında ilkin olaraq göstərir ki, o, döyüş bölgəsinə ezamiyyətlə bağlı sənədləri təqdim etmişdir. Lakin məhkəmə həmin sənədlərin həqiqliyini əlavə yoxlamaq üçün aidiyyəti qurumlara sorğular verir, həmin qurumlar yanğınla bağlı bu sənədləri təqdim edə bilmədikdə, onun təqdim etdiyi sənədlərin həqiqliyini şübhə altına alır. Halkubi bu heç bir məntiqi olmayan qərar olmaqla, Azərbaycan Respublikasının İnzibati prosesual qanunvericiliyi hakimə bu çür qənaətə gəlmək üçün heç bır hüquq vermir. Əgər hakim onun sənədlərinin əslinə şübhə ilə yanaşırdısa, həmin sənəddə adı keçən şəxsləri şahid kimi dindirə, ekspertiza təyin edə bilərdi. Lakin məhkəmə İnzibati Prosessual Məcəllənin qeyd olunan şahid ifadələri, ekspertiza ilə bağlı müddəalarını tətbiq etmədən əsassız olaraq təqdim etdiyim sənədlərin həqiqiliyini şübhə altına almışdır. Halbuki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 15 avqust 2019-cu il tarixli, 5-59/A16810 saylı məktuba əsasən arxiv məlumatlarına daxil olan şəxsi hesab və qulluq vərəqəmdə onun 25 avqust 1992-ci il tarixdən 03 sentyabr 1992-ci il tarixədək Ağdam rayonuna, 18 yanvar 1994-cü il tarixdən 29 yanvar 1994-cü il tarixədək, 01 avqust 1994-cü il tarixdən 01 avqust 1995-ci il tarixədək, 21 noyabr 1994-cü il tarixdən 17 noyabr 1994-cü il tarixədək Tərtər rayonuna ezam edildiyim göstərilmişdir. Həmçinin məhkəmə belə əsassız qənaətə gəlmişdir ki, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş əmrlərdən çıxarışlarda onun həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, habelə onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağh tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumatlar qeyd edilməmişdir. Bununla bağlı bildirilir ki, məhkəmə nəzərə almalı idi ki, əgər o, qeyd olunan əmrləri yerinə yetirməsə idi, barəsində ya intizam tənbeh görülərək işdən azad olunardı və ya həmin əmrlər ləğv edilməli idi. Halbuki, bu iki haldan heç biri baş vermədiyi məhkəmə tərəfindən nəzərə alınmadan, yenə əsassız fərziyyələrlə onun ezamiyyətdə olmağı şübhə altına alınmışdır. Halbuki yuxarıda göstərildiyi kimi Səhiyyə Nazirliyi sorğuya cavab olaraq, onun ezamiyyətdə olmağını təsdiq etmişdir. Göstərəilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinici instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olması müəyyən edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2019-cu il tarixli, A/3544 saylı məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina olunaraq bildirilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqı,ida Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən iddiaçının müraciətinə 15 avqust 2019-cu il tarixli, 5-59/A16810 saylı məktub əsasında təqdim edilən arxiv məlumatlarına daxil olan şəxsi hesab və qulluğ vərəqində İddiaçı 25 avqust 1992-ci il tarixdən 03 sentyabr 1992-ci il tarixədək Ağdam rayonuna, 18 yanvar 1994-cü il tarixdən 29 yanvar 1994-cü il tarixədək, 01 avqust 1994-cü il tarixdən 01 avqust 1995-ci il tarixədək, 21 noyabr 1994-cü il tarixdən 17 noyabr 1994-cü il tarixədək Tərtər rayonuna ezam edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi X4 tərəfindən məhkəməyə ünvanlanan 02 mart 2020-ci il tarixli, 430 saylı sorğuya cavab məktubunda 19.12.2004-cü il tarixdə M.Nağıyev adına Təcili və X1 xəstəxanasının binasında yanğın baş verdiyindən bəzi arxiv sənədlərinin yandığı, İddiaçı barəsində X4in kadrlar şöbəsində heç bir arxiv sənədinin və müvafiq əmrlərinin olmadığı bildirlmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 29.10.2011-ci il tarixli, 0510 saylı Arayış ünvanlanmışdır. Həmin Arayışda 19.12.2004-cü il tarixdə saat 22:00 radələrində M.Nağıyev adına Təcili yardım xəstəxanasının binasında yanğın baş verdiyi. Binanın dam örtüyünün 800 m2 sahədə yandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 22 iyul 2020-ci il tarixli, 21/19-3509 saylı sorğuya cavab məktuubunda “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 980 nömrəli Fərmana əsasən qeyd olunan rayonlarda yerləşən tibb müəssisələri də daxil olmaqla əksər tibb müəssisələrinin 2020-ci il 01 yanvar tarixindən etibarən TƏBİB-in tabeliyinə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik hüquqi Şəxs tərəfidən məhkəməyə ünvanlanan cavab məktubunda 19.12.2004-ci il tarixində “M.Nağıyev adına Təcili X1 Xəstəxanasfnın binasında yanğın baş verdiyi, “M.Nağıyev adına Təcili və X1 Xəstəxanası" və “1 saylı Klinik Xəstəxana” Bakı Baş Səhiyyə İdarəsinin 13.12.2005-ci il tarixli, 49 nömrəli əmri ilə birləşdirildiyi və hər iki müəssisənin hüquqi varisi olan “X4”in yaradıldığı, sözügedən yanğın zamanı vətəndaş İddiaçı aid sənədlər də daxil olmaqla bəzi arxiv sənədlərinin yandığı üçün hazırda “X4"də həmin sənədlərin mövcud olmaması səbəbndən təqdim edilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi üzrə Qarabağ müharibəsi zamanı, 25 avqust 1992-ci il tarixdən 03 sentyabr 1992-ci il tarixədək Ağdam rayonuna, 18 yanvar 1994-cü il tarixdən 29 yanvar 1994-cü il tarixədək Tərtər rayonuna ezam edilərək, döyüş əməliyyatları zamanı həkim kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş bölgəsində yerləşən rayonlara ezam olunması barədə əmrlərə istinad edərək, döyüş şəraitində vuruşan orduya dəfələrlə ezam olunduğunu, torpaqların ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini, həmin ezamiyyətlərin döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı olduğunu, buna görə də ona müharibə veteranı adının və statusunun verilməli olması ilə əsaslandırmışdır. Halbuki həmin əmrlərdən çıxarışlardan görünür ki, iddiaçının müharibə şəraitində olan rayonlarda ezam olunması xidməti vəzifələrinə uyğun olaraq tibbi yardım göstərilməsi məqsədi daşımış, döyüş təminatı ilə bağlı olmamışdır. Həmçinin həmin əmrlərdən çıxarışlarda iddiaçının həqiqətən həmin rayonlara getməsi və yaralılara tibbi yardım göstərməsi, habelə onun bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması barədə məlumatlar qeyd edilməmişdir. O cümlədən iddiaçı tərəfindən tələbinin əsası olaraq istinad edilən əmrlər barəsində ayrıayrılıqda müvafiq orqanlara sorğular verilmiş, lakin sorğulara verilən cavab məktublarına 19.12.2004-cü il tarixdə M.Nağıyev adına Təcili və X1 Xəstəxanasının binasında yanğının baş verdiyindən bəzi arxiv sənədlərinin yandığı və İddiaçı barəsində heç bir arxiv sənədi və müvafiq əmrlərin olmaması bildirilmişdir. Bundan əlavə iddiaçının həmin müddət ərzində döyüş bölgəsində yerləşən hərbi hissələrə ezam olunmasının məqsədi tibbi yardım göstərilməsi olmuşdur. Döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi, bilavasitə döyüşlərdə iştirak edən hərbi birləşmələrin döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsini ehtiva etməkdədir. Belə olan halda məhkəmə iddiaçının fəaliyyətinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar iştirak etməsi kimi qiymətləndirilməməsi qənaətindədir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş təminatının həyata keçirilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsində iştirakı sübuta yetirilmədiyindən, onun iddia tələbi əsaslı və qanuni hesab edilə və bu əsasla təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezamiyyətdə olması iş materialları ilə müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.03.2021-ci il tarixli, 2-1(112)-324/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Həmid Həmidov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-1638/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1638/2021
10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver