Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1638/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci il tarixli mənfəət vergisi üzrə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 143.067,86 manat mənfəət vergisi hesablanmışdır. Həmin vergi məbləği əsassız və qanunsuz olaraq hesablanmışdır. Daha öncə xx.xx.2022ci il tarixli, **********442700 saylı qərara əsasən müəssisəyə 49.541,52 manat mənfəət vergisi kameral qaydada hesablanmış, sonradan vergi bəyannaməsinə dəqiqləşmiş bəyannamə təqdim olunmuşnəticədə xx.xx.2022-ci il tarixli, **********813200 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 191.459,32 manat kameral mənfəət vergisi hesablanmışdır. Bundan sonra yuxarı vergi orqanına şikayətlə müraciət edilmiş, şikayət xx.xx.2022-ci il tarixli, **********748200 saylı qərarla qismən təmin edilmiş və yekunda “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli mübahisəndəirilən qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.2022 tarixli qərar ilə hesablanan kameral vergi mənfəət vergisi məbləği 48.391,46 manat azaldılmış, yekunda 143.067,86 manat mübahisəli mənfəət vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən cavabdehə edilmiş müraciətlərdə kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 715.339,32 manat xərclərin auditor rəyi əsasında Cəmiyyətin nizamnamə kapitalında əmlak şəklində qoyulduğunu və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 715.339,32 manat məbləğinin qeyd edildiyini və bunun audit rəyi ilə nizamnamə kapitalının artırılması üçün istifadə edildiyini, həmçinin dövlət reysterindən çıxarışa dəyişiklik edildiyini, həmin 715.339,32 manat məbləğin nizamnamə kapitalına əmlak şəklində qoyulan mal-materialın bəyannamənin 1 №li əlavəsinin 1.3-cü “Ehtiyatlar” sətrində mal-material kimi daxil edildiyini bildirilmiş və bununla əlaqədar audit rəyini və audit rəyinin əlavəsi təqdim edilmişdir. xx.xx.2021-ci il tarixdə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə müraciət edilərək, Cəmiyyətin nizamnamə kapitalına əlavə olaraq 715.339,32 manat məbləğində mal-material üzrə əmlak şəklində 2 pay artırılması barədə müraciət edildiyi və qeyd edilən dəyişikliyin xx.xx.2021-ci il tarixli, **********203800 nömrəli “Dövlət reyestrindən çıxarışıla təsdiq edildiyi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 715 339,32 manat məbləğin (mal-materialın) dövr ərzində daxil edildiyi və silindiyi kimi qeyd edildiyi, həmçinin qeyd edilən mal-materialın sonradan satıldığı üçün bəyannaməsinin xərclər hissəsində malların dəyəri kimi və gəlirlər hissəsində gəlir kimi qeyd edildiyi, eyni zamanda həmin məbləğin bəyannamənin 1 №-li əlavəsinin 2.1.1 -ci “Nizamnamə kapitalı” sətrinin dövr ərzində daxil olmuşdur” sütununda göstərildiyi və qeyd edilən dəyişikliklərin xx.xx.2021-ci il tarixli müstəqil auditor rəyində öz təsdiqini tapdığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddanı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsində nizamnamə kapitalına əmlak şəklində qoyulan kapital növbəti illərdə təqdim edildikdə mənfəət vergisinin azad olması nəzərdə tutulmamışdır. Məcəllənin 106-cı mədəsində azadolmalar və güzəştlər açıq şəkildə qeyd olunmuşdur ki, nizamnamə kapitalına əmlak şəklində qoyulan pay mənfəət vergisinin azadolmasına aid deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...ANT Lojistik LTD. Şti. adlı qeyri-rezident tərəfindən daşıma xidmətlərinin götərilməsi ilə Cəmiyyyətə 2021-ci il ərzində manat ekvivalenti 320 083,00 manat olan invoyslar təqdim edildiyi, dövr ərzində Cəmiyyət tərəfindən həmin şirkətə bank hesabı vasitəsilə 281 588,00 manat vəsait köçürüldüyü və inzibati araşdırmaya təqdim edilmiş yük gömrük bəyannamələrində çatdırılma şərtlərinin “EXW” kimi inkotrms şərtinə əsasən satıcının vəzifəsi edildiyi müəyyən edilmişdir. “EXW” inkoterms şərtinə əsasən satıcının vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir. Satıcı məhsulu alıcıya təqdim etdikdən sonra onun vəzifəsi bitmiş hesab olunur. İdxal edilmiş mallann daşınması ilə bağlı olaraq qeyri-rezident ANT Lojistik LTD. Şti. şirkətindən invoysların əldə edilməsinə və qeyd olunan şirkətə ödənişlərin edilməsinə baxmayaraq, Cəmiyyət tərəfindən 2021-ci ilin 1-4-cü rübləri üçün təqdim edilmiş, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin 1608.3-cü sətrində (‘‘Beynəlxalq daşımalar həyata rilərkən nəqliyyat xidmətləri üçün ödəmələr”) hər-hansısa məbləğin bəyan edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı daşımalar üzrə tərtib olunmuş sylarda son təyinat nöqtəsi Gürcüstan Respublikası kimi qeyd olmuşdur. Belə ki, qeyd olunan invoyslarm izah hissələrində son təyinat nöqtəsi “Bursa- Georgia (Azəerbayjan border)” və “İtaly-İstanbul-Georgia (Azerbaijan border)” kimi qeyd edildliyi müəyyən edilmişdir. Təqdim edilmiş invosylara və bank çıxarışlarına sasən Cəmiyyətin qeyri-rezidentə ödədiyi daşıma xidmətləri ilə bağlı xərcləri təsdiqini tapmışdır. Cəmiyyət tərəfindən edilmiş müraciətlərdə kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 715 339,32 manat xərclərin auditor rəyi əsasında Cəmiyyətin nizamnamə kapitalında əmlak şəklində qoyulduğunu və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci kapİtallaşdırma üçün aktivlər” sətrində 715 339,32 manat məbləğinin qeyd edildiyini və bunun audit rəyi ilə nizamnamə kapitalının artırılması üçün istifadə liyini, həmçinin dövlət reysterindən çıxarışa dəyişiklik edildiyini, həmin 715 32 manat məbləğin nizamnamə kapitalına əmlak şəklində qoyulan malırialın bəyannamənin 1 №-li əlavəsinin 1.3-cü “Ehtiyatlar” sətrində malmateririal kimi daxil edildiyini bildirmiş və bununla əlaqədar audit rəyini və audit ıin əlavəsini təqdim edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə mmersiya qurumunun dövlət qeydiyyatı haqqında" ərizə ilə müraciət »rək, Cəmiyyətin nizamnamə kapitalına əlavə olaraq 715339,32 manat ləğində mal-material üzrə əmlak şəklində 2 pay artırılması barədə aciət edildiyi və qeyd edilən dəyişikliyin xx.xx.2021-ci il tarixli **********00 nömrəli “Dövlət reyestrindən çıxarışıla təsdiq edildiyi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı, Cəmiyyət tərəfindən 2021-ci il hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi nnaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 339,32 manat məbləğin (mal-materialın) dövr ərzində daxil edildiyi və iiyi kimi qeyd edildiyi, həmçinin qeyd edilən mal-materialın sonradan lığı üçün bəyannaməsinin xərclər hissəsində malların dəyəri kimi və gəlirlər hissəsində gəlir kimi qeyd edildiyi, eyni zamanda həmin məbləğin bəyannamənin 1N-li əlavəsinin 2.1.1ci “Nizamnamə kapitalı" sətrinin dövr ərzində daxil olmuşdur sütununda göstərildiyi və qeyd edilən dəyişikliklərin xx.xx.2021-ci il tarix li müstəqil auditor rəyində öz təsdiqini tapdığı müəyyən edilmişdir. Qərarda cəmiyyətin təsisçiləri tərəfindən nizamnanmə kapitalına əmlak şəklində q 1 İmuş malmaterialın (avtomobil ehtiyyat hissələrinin) öz fəliyyətinə uyğun olaraq satış məqsədi ilə alındığı və Cəmiyyət tərəfindən idxal edilmiş mallar üzrə qeyrirezident ANT Lojistik LTD. Şti. şirkətindən 2021-ci il ərzində 320 083,00manat dəyərində olan invoysların əldə edildiyini və qeyd olunan şirkətə Cəmiyyət tərəfindən 2021-ci il ərzində 281 588,00 manat vəsait bank hesabı vasitəsilə köçürüldüyü qeyd olunmuşdur...” (Vergi Məcəlləsinin müddəalarına istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova onunla razılaşmamış oxşar işlərə məhkəmə praktikasında baxılaraq iddianın rədd olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında iddia tələbi birinci instansiya məhkəməsinin qərparı ilə rədd edilmişdir. İş materiallarınada olan kameral yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli qərara əsasən müəyyən olunur ki, iddiaçının 2021-ci il üçün bəyan etdiyi mənfəət vergisi 67.571,34 manat təşkil etmiş, vergi orqanı kameral qaydada müəyyən etmişdir ki, ödənilməli olan vergi məbləği 259030,6 isə manat təşkil edir, ödənilən məbləğ nəzərə alınmaqla, iddiaçıya əlavə 191459,32 manat əlavə mənfəət vergisi hesablanmışdır. Daha sonra, iddiaçının şkayəti əsasında şikayət instansiyası tərəfindən aparılan araşdırma zamanı, iddiaçı tərəfindən qeyri-rezidentə (ANT Ljistik LTD Şti.) 2021-ci il ərzində invoyslar ürzə təqdim olunmuş malallara görə yalnız 281588,00 manat köçürüldüyü müəyyən olunmuş, lakin iddiaçının dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsinnin 1.8.-ci “kapitallaşdırma üçün aktivələr” sətrində vergi ödəycisi tərəfindən 715.339,32 manat məbləğində mal-mateeral dövr ərzində daxil edildiyi və silindiyi qeyd olunmuş, lakin həmin mallara dair xərc sənədləri barədə vergi ödəyicisi məlumat verə bilməmiş, tərəfindən təsdiqedici alış-satış sənədləri təqdim olunmamış, nəticədə, ona əvvəlki qərar üzrə hesablanmış 191459,32 manat əlavə mənfəət verginin 48391,46 manatı ləğv olunmuş, xərc sənədi təqdim edilməyən 715.339,32 manat mal-materala görə isə 20 faizi miqdarında 143067,86 manat mənfəət vergisi hsablanması hissəsində əvvəlki qərar qüvvəsində saxlanılmışdır. Yekunda, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”qərarı ilə 2021-ci il üçün cəmi, 210039 manat mənfəət vergisi ödəməli olduğu hesablanmışdır ki, həmin məbləğdən də onun ödəmiş olduğu 67571,34 manat vergi çıxıldıqda, həmin qərara əsasən 2021-ci il üçün 143067,86 manat məbləğində əlavə mənfəət vergisi ödəməli olduğu müəyyyən olunur. Birinci instansiya məhkəməs iddianı rədd edərkən qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iddiaçı nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) alış və ya mədaxilini təsdiq edən hər hansı sənədi təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən yuxarıda göstərilən mallar hesabına iddiaçının nizamnamə kapitalının artırılması zamanı malların alış sənədlərinin tələb edilməməsi Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən aparılan vergi yoxlaması dövründə də həmin malların sənədlərinin tələb edilməli olmaması anlamına gəlməməlidir. Belə ki, vergi ödəyicisinin nizamnamə kapitalının artırılması proseduru və vergi yoxlamasının həyata keçirilməsi icraatı müxətlif icraatlar olmaqla bir-birindən asılı deyildir. Bir halda ki, vergi ödəyicisi əmlak şəklində mal qoymaqla nizamnamə kapitalını artırmışsa, onun üçün həmin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbinə uyğun formada əldə olunmasını təsdiq edən sənədlərin vergi orqanına təqdim edilməsi hər hansı çətinlik təşkil etməməli idi. Lakin hazırkı mübahisədə iddiaçı müvafiq sənədlərin vergi orqanına verilməsini təmin edə bilməmişdir. Həm də vurğulanmalıdır ki, malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi istinad olunan 58.8-ci maddədə malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır.” Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci insttansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır . Belə ki, Vergi Məcələsinin 13.2.10-cu maddəsinin tələbinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. İddiaçı əmlak şəklində nizamnamə kapitalına ümumi dəyəri 715.349,32 manat dəyərində mal-material (avtomobil ehtiyat hissələrinin) qoysa da həmin malları özü istehsal etməmiş, malların dəyərinin hansı mənbədən alındığı, hansı sənədlər əsasında mədaxil olunduğu qeyri-müəyyəndir. İddiaçının malların dəyərinin müstəqil auditor rəyi ilə təsdiq olundğunu mübahisələndirən dəlillərinə gəldikdə, auditor rəyi malların alış-satış sənədinini əks etdirən sənəd kimi qəbul edilə bilməz. Birincisi ona görə ki, auditor rəyinin obyektini təşkil edən sənədlərin konkret nədən və hansı sənədlərdən ibarət olduğu bəlli deyil, ikincisi, vergi orqanı həmin auditor araşdırmanın iştirakçısı da olmamışdır. Ümumiyyətlə, vergi qanunvericiliyi ilə audit rəyinin xərc sənədləri sırasna da aid edilməmişdir. Digər tərəfdən, əgər həmin sənədlər həqiqətən mövcuddursa, iddiaçı həmin sənədləri nə cavabdehə, nə birinci instansiya məhkəməsinə, nə də ki işə hazırkı mərhələdə işə baxılarkən məhkəməyə təqdim edə bilməmişdir. Ən azından, Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinin tələbinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, qeyd olunanlar nəzərə alınmaqla, iddianın rədd olunması barədə düzgün nəticəyə gəlmişdir. Onu da qeyd etmək lazımdır ki, məhkəmə praktikasında oxşar hallara dair məhkəmə mübahisəsi üzrə vergi orqanının xeyrinə qəbul olunmuş qanuni qüvvəsini almış məhkəmə qərarları da mövcuddur(İşə əlavə olunur). Beləliklə də iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Bu baxımdan, məhkəmə kollegiysı yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1831/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1638/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1638/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver