Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1638/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından birgə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən 147 kv.m torpaq sahəsinə dair birgə iddiaçıların mülkiyyət hüquqlarının və Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən Fərdi yaşayış evinin ölçülərində olan yalnışlıqların düzəldilərək 86 kv.m ölçüdə birgə iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4, İddiaçı3, X5 və X6 Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, dalan 12, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləridirlər. Mülkiyyətçilərin mülkiyyət hüququnun təsdiq edən Çıxarışın Seriyası RX No ******* olmaqla reyestr nömrəsi **********32-10301-dir. Hazırda iddiaçıların 2 tələbi vardır. Birincisi fərdi yaşayış sahəsinin üzərində yerləşdiyi torpaq sahəsinə dair düzgün ölçülərlə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasıdır. Belə ki, torpağın faktiki sahəsi 147 kv.m təşkil etmişdir. Bunu təsdiq edən 2 sübut mövcuddur. Bunlardan ilki Azərbaycan Sosialist Sovet Respublikası Azərbaycan İctimai Şura Cəmiyyəti Evlər şöbəsi Kommunal Təsərrüfatlarının Məlumat sənədində qeyd edilmişdir ki, 147.0 ha torpaq sahəsi X1 məxsusdur. İkinci sübut isə xx.xx.2013-cü il tarixli A-1 saylı arxiv arayışıdır ki, bu arayışda qeyd edilmişdir ki, “Bakı şəhəri Oktyabr rayon Sovetinin İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1935-ci ilə dair başdan başa vergi uçotu kartoçkasında qeyd olunur ki, Osv.tyurçanki, 222 (Çadrovaya küç, dalan 12 ev 1) ünvanında yerləşən ümumi torpaq sahəsi - 147 kv.m (yaşayış evləri və onlara xidmət edən binalar altında -86 kv.m., həyətlər və sairələri - 61 kv.m) olan 2 mərtəbəli daş evin sahibi X3 olmuşdur. (AR Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivi A-1 saylı xx.xx.2013- cü il tarixli Arxiv arayışı ilə sübut edilir. (Əsas: f.1793, siy.1, sax.vah.217, vər.189)). Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5092/2012 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən isə müəyyən edilmişdir ki, Məşədi Yaqub birgə iddiaçılardan İddiaçı1 atası olmaqla digər birgə iddiaçların babası olmuşdur. Digər tələbləri isə fərdi yaşayış evinin ölçülərinin düzgün qeyd edilməsidir. Belə ki, birgə iddiaçılara məxsus fərdi yaşayış evi faktiki olaraq 86 kv.m təşkil etdiyi halda evin ölçüsü 53.2 kv.m qeyd edilmişdir. Həmçinin məhkəmənin diqqətinə belə bir məqam çatdırmaq istəyirlər ki, sözügedən çıxarışa əsasən fərdi yaşayış sahəsi 53.2 kv.m olduğu halda necə olur ki, həmin o, 53.2 kv.m 1 mərtəbəli evin üzərində yerləşdiyi torpağın sahəsi 0.004554 ha yəni 45.54 kv.m olur?! Hesab edirlər ki, qeyd edilən hal tamamilə - istər torpağın hüquqi statusuna, istərsə onun ölçülərinə, istərsə də, faktiki sahəsi ilə uyğunluq təşkil etməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 76 saylı Sərəncamına əsasən birgə iddiaçılara məxsus yaşayış sahələrinin sökülməsinin məqsədi həmin sahələrin yerində park-bağ kompleksinin tikilməsi qərara alınmışdır. Sərəncamda qeyd edilmişdir ki, “Bakı Şəhərinin Baş Planının icrasının təmin edilməsi, yuxarıda göstərilən ərazidə park-bağ kompleksinin salınması və Möhtərəm Prezidenti Bakının sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq müvafiq göstərişinə əsasən şəhərin abadlaşdırılması ilə əlaqədar Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X12, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyriyaşayış sahələrindən əhalinin köçürülməsi işlərinin həyata keçirilməsi yenidən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır”. Bir daha diqqətə çatdırılır ki, birgə iddiaçların mülkiyyətində və istifadəsində olan torpaq sahəsi faktiki olaraq 147 kv.m təşkil etmişdir. Üzərində hər mərtəbəsinin sahəsi 86 kv.m olmaqla 2 mərtəbəli fərdi yaşayış evi olmuşdur. Yardımçı sahələri isə 61 kv.m təşkil etmişdir. Beləliklə, faktiki olaraq birgə iddiaçların əlindən 147 kv.m torpaq sahəsi və 86x2 =172 kv.m təşkil edən fərdi yaşayış evi (2 mərtəbəli) və 61 kv.m yarıdımçı tikili sahə qanunsuz olaraq qeyd edilən sərəncamın icrası çərçivəsində sökülmüşdür. Söküntü ünvanındakı sözügedən fərdi yaşayış evi şəhərin mərkəz hissəsində yerləşməklə alternativ istifadə imkanları qeyri-məhdud olan və müxtəlif təyinat üzrə istifadə oluna bilən tikili olmuşdur. Beləliklə, birgə iddiaçılar tərəfindən cavabdeh quruma sözügedən məzmunlu müraciət ünvanlanmış, cavabdeh isə imtina məktubunda qeyd etmişdir ki, birgə iddiaçıların sözügedən müraciətinə cavab olaraq bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim ediləcəyi təqdirdə onların müraciətinə baxılacaqdır. Hesab edirlər ki, bu qədər sənəd və arxiv bazasına malik olan dövlət qurumu vətəndaşın müraciətini araşdırıb qanuna müvafiq tədbirlər görməli idi. Lakin, inzibati orqan tərəfindən müvafiq tədbirlər görülmədiyindən birgə iddiaçılara klassik imtina cavabı verilmişdir. Məhkəməyə müraciət edilməsinə dair zəruri hal isə öz növbəsində buradan yaranmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsində göstərdiyi dəlillərin araşdırılması üçün işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X14 küçəsi, dalan 12, ev 2 ünvanında istifadədə olan 0.004554 ha ölçüdə torpaq sahəsində yerləşən, ümumi sahəsi 53.2 kv.m təşkil edən 2 otaqlı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, **********, **********, ********** və ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıların birgə paylı mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evinə dair İdarənin arxivində olan Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə, həmin tarixə olan texniki vəziyyətinə uyğun texniki pasport tərtib olunmuşdur. Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 45.54 kv.m, evin mərtəbəliliyi 2, ümumi ölçüsü isə 88.78 kv.m qeyd edilmişdir. İddiaçılar hazırda Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən əldə edilmiş 24 yanvar 2013-cü il tarixli, A-1 nömrəli arayışa əsasən mübahisəli torpaq sahəsinin 147 kv.m və üzərindəki yaşayış evi və onlara xidmət edən binaların ölçüsünün 86 kv.m, ev iki mərtəbəli olduğundan ölçüsünün 172 kv.m (86×2) olmasına istinad etməklə mübahisəli ünvanda yerləşən daşınmaz əmlaka dair (torpaq və fərdi yaşayış evi birlikdə) ölçülərin dəqiqləşdirilərək hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla yeni çıxarışın verilməsini məhkəmədən xahiş edirlər. Lakin iş materiallarında olan xx.xx.2013-cü il tarixli yuxarıda göstərilən qeydiyyat nömrəli çıxarışlardan isə müəyyən olunur ki, fərdi yaşayış evinin ümumi sahəsi 53.2 kv.metr qeyd olunmuşdur. Beləliklə, məhkəmə Kollegiyası qeyd edir ki, fərdi yaşayış evinə dair İdarənin arxivində olan Bakı Şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1972-ci il tarixdə, həmin tarixə olan texniki vəziyyətinə uyğun Texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 45.54 kv.m, evin mərtəbəliliyi 2, ümumi ölçüsü isə 88.78 kv.m qeyd edildiyi halda xx.xx.2013-cü il tarixli yuxarıda göstərilən qeydiyyat nömrəli çıxarışlarda fərdi yaşayış evinin ümumi sahəsi hansı səbəbdən 53.2 kv.metr göstərilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2909/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-1638/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1638/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver