Məhkəmə qərarları › İş №2-1(103)-1639/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1639/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1639/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X25 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Pirallahı rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X24) “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1708/2022 saylı qərarından üçüncü şəxs X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli, 058-4901-1221 saylı imtina məktubunun qanunsuz hesab edilməsi və onun yaşayış yeri üzrə-ünvan 1 ünvanında qeydiyyata alınmasının cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Bakı səhəri, ünvan 3 ünvanda qeydiyyata alınan zaman keçmiş Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində onun yaşayış ünvanı ünvan 6. ünvan 7 olaraq qeyd edilmişdir. İlk əvvəl bununla bağlı heç bir çətinliklər yaranmamış, özü, valideynləri, arvadı və uşaqları, o cümlədən hazırda qardaşı X24 elə polis orqanının səhvi nəticəsində sonuncu qeyd olunan ünvanda pasport qeydiyyatına alınmışlar. Daha sonra ünvan 7 ünvanında yerləşən əmlakın həqiqi mülkiyyətçisi X13 məhkəməyə müraciət edərək polis orqanının səhvi nəticəsində onun mülkiyyətində olan adıçəkilən ünvana qeydiyyata alınmış onun, onun ailə üzvləri, o cümlədən atasının qeydiyyatdan çıxarılması ilə bağlı Bakı şəhəri Pirallahı Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(094)-56/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş X3 və İddiaçı az yaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi qət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər rayonu) rayon Polis İdarəsi tərəfindən texniki səhv nəticəsində aparılan qeydiyyat məhkəmənin qətnaməsi ilə ləğv edilmişdir. Həmin buraxılmış səhvin aradan qaldırılması məqsədilə o, əvvəlcə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə müraciət etmiş, oradan ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Pirallahı rayon Polis şöbəsinə göndərilmişdir. Müraciətində faktiki yaşadığı və əslində ilkin olaraq polis orqanı tərəfindən qeydiyyata almalı olduğu ünvan 9ta alınmağını xahiş etmiş, habelə polis orqanı tərəfindən texniki səhvi nəticəsində ünvan 8 ünvanına deyil, ünvan 7 ünvanına qeydiyyata alındığını və bu səbəbdən həmin yanlışlığın aradan qaldırılması məqsədilə yenidən həqiqi yaşadığı ünvana - ünvan 9ta salınmasının qanuni və əsaslı olduğunu bildirmişdir. Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsi buraxılmış səhvi aradan qaldırmaq əvəzinə, onun müraciətini nəzərə almamış və xx.xx.2021-ci il tarixli, 058-4901-1221 saylı məktubla onu faktiki yaşadığı ünvana qeydiyyata almaqdan imtina etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1708/2022 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşayış yeri üzrə- üçüncü şəxs X23 məxsus ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Pirallahı rayon Polis İdarəsinə həvalə olunması qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs apellyasiya şikayəti verilərək, iş üzrə qərarın ləğv edilməsini, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı X13 cavabdehlər X8 və İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi qismən təmin edilərək X3 və İddiaçı azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdllü X14, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Göründüyü kimi İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5 saylı evin 2 saylı mənzilində qeydiyyatda olmuş və həmin mənzildən istifadə hüququ itirilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-99/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, faktiki yaşadığı ünvan 10 ünvanına pasport qeydiyyatına alınmaqla həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzibəyov küçəsi, ev 5/2 mənzilinə istifadə hüququn tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5251/2020 saylı, xx.xx.2020-ci il: tarixli qətnaməsindən görünür ki, cavabdeh X20 apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-99/2020 saylı,17 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdeh X15rşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd olunmuşdur. Həmin qətnamədən görünür ki, mübahisə predmeti olan ünvan 11 ünvarında yerləşən fərdi yaşayış evi 09 yanvar 2001ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən evin əvvəlki mülkiyyətçisi X5 tərəfindən X23 satılmış, 01 mart 2001-ci il tarixdə cavabdeh Zaur Haşumoviçin adına qeydiyyatdan keçərək hazırda onun mülkiyyətindədir. İddiaçı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq 01 avqust 2001-ci il tarixdən həmin evdə qeydiyyatda olduğunu göstərsə də, həmin evdə qeydiyyatda olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı 01 avqust 2001-ci il tarixdən həmin evə qeydiyyata düşməsini və orada yaşamasını qəbul etdikdə belə, tərəflər arasında mənzildən istifadə ilə bağlı yaranmış mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun deyil, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməli idi. Belə ki, iş materiallarından göründüyü kimi həmin ev 09 yanvar 2001-ci il tarixdə cavabdeh Zaur Haşumova satılmış və 01 mart 2001-ci il tarixdə mülkiyyət hüququ üzrə Zaur Haşumovun adına qeydiyyatdan keçərək qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, mübahisəli ev 01 sentyabr 2000-ci il tarixədək olan dövrdə Zaur Haşumovun mülkiyyətində olmamışdır. Həmin evdən istifadə hüququnun yaranması üçün İddiaçıla evin mülkiyyətçisi olan cavabdeh Zaur Haşumovun arasında notarial qaydada təsdiq olunmuş yazılı razılığın olması, istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması da müəyyən edilməmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X24 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi əsassız olduğu üçün rədd edilmişdir. Göründüyü kimi işə baxan hakim yalnız ona iddianın təmin olunması üçün zəruri olan sübutları toplamış və işin faktiki hallarını araşdırmağa zərurət görmədən və qanun qüvvəyə minmiş məhkəmə qətnamələrini nəzərə almadan iddianı təmin etmişdir. Belə ki, işə baxan hakim iddiaçı X20 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi ilə bağlı iddianın rədd edilməsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etməklə İddiaçı həqiqətən mübahisəli mənzildə yaşamaq hüququnun olması qənaətinə gəlmişdir ki, onu yaşadığı ünvan üzrə qeydiyyata ala bilsin. Bu isə işə baxan hakimin işi obyektiv araşdırmadığına dəlalət edir. Belə ki, hakim Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etsə də, həmin qətnamədən apellyasiya şikayəti verilib-verilməməsini, verildiyi halda nəticəsini və qətnamənin qanun qüvvəsini alıb-almamasını araşdırmamışdır. Həmçinin İddiaçı və onun işdə iştirak edən vəkili həmin qətnamənin sonradan ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsin qətnaməsini məhkəməyə təqdim etməməklə məhkəmənin işi düzgün araşdırmasına köməklik etməmişdir. Hər bir halda İddiaçı həmin qətnamədən məlumatı olmadığını, qətnaməni almadığını qeyd edə bilməzdi. Çünki həmin qətnamədən kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş və şikayəti təmin edilməmişdir. İddiaçı X24 Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı 30 iyun 2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8735/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı uşaqları X14, X16 və X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil X20 mülkiyyətindədir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin həmin mənzilə istifadə hüququnun yaranmadığı müəyyən edilmişdir, lakin cavabdeh mübahisəli mənzildə yaşayır, bununla da, iddiaçının mülkiyyət hüququnu əsassız yerə məhdudlaşdırır. Odur ki, iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-711/2022 nömrəli, 22 fevral 2022-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2(103)-8735/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-242/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X9 cavabdeh X15rşı “mənzildən istifadə hüququnun tanınması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq cavabdeh X10 əşyaları ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5/2 saylı evdən çıxarılması qət edilmiş və qətmamə icra olunmuşdur. İstinad etdiyin məhkəmə qərarlarından görünür ki, İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evinə istifadə hüququ olmamaqla yanaşı onun uşaqları X14, X16 və X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bundan başqa Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdllü X14, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqları itirilmişdir. Bu isə onu göstərir ki, İddiaçı X20 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evində yox, X6 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin 2 saylı mənzilində qeydiyyatda olmuş və onun qeydiyyatı zamanı heç bir yanlışlığa yol verilməmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5251/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq 01 avqust 2001-ci il tarixdən həmin evdə qeydiyyatda olduğunu göstərsə də, həmin evdə qeydiyyatda olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1708/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı səhvən qeydiyyata alındığı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmış və şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Hazırda onun qeydiyyata düşmək istədiyi ünvan 1 ünvanına gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan mənzil iddiaçının daimi yaşayış yeri olduğuna görə, hazırkı vəziyyətdə cavabdeh inzibati orqanın imtinası yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-56/2020 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 2(094)-56/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamənin surətindən müəyyən olunur ki, iddiaçı X13 cavabdehlər X8 və İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X3 və İddiaçı azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdllü X14, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqlarının itirilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-56/2020 saylı məktubuna əlavə olunmuş Bakı şəhəri Pirallahı rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 058-2666-120 saylı məktubundan müəyyən olunur ki, Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 nömrəli, xx.xx.20020-ci il tarixli qətnaməsinə əsasən X12, İddiaçı, X14, X16 və X19 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilindən qeydiyyatdan çıxarılmış və şəxsiyyət vəsiqələri fəaliyyətsizləşdirilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, faktiki yaşadığı ünvan 10 ünvanına pasport qeydiyyatına alınmaqla həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(094)-99/2020 saylı Qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, M.Əzibəyov küçəsi, ev 5/2 mənzilinə istifadə hüququnun tanınması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X24 apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 5251/2020 saylı qətnaməsi ilə cavabdeh X20 apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli 2(094)-99/2020 saylı qətnaməsinin ləğv olunması, İddiaçı cavabdeh X15rşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********55 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 12 ünvanı X20 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********55 saylı məktubuna əlavə olunmuş 111852 №-li müqavilənin surətindən görünür ki, X24 mübahisəli mənzili xx.xx.2001-ci il tarixdə almışdır. xx.xx.2001ci il tarixdə sonuncunun həmin mənzilə dair xüsusi mülkiyyət hüquqları (FM seriyalı 004514 № qeydiyyat vəsiqəsi) qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X20 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsinin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 018-190-73- 1221 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında xx.xx.1983-cü il təvəllüdlü X20 və xx.xx.2004-cü il təvəllüdlü X1 yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışından görünür ki,X2 ünvan 12 ünvanında qeydiyyatdadır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Pirallahı rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 058-4901-1221 saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnu dövlət qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən order, çıxarış, icarə və kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi tələb olunur. Göstərilən sənədlərdən birini təqdim etdiyiniz təqdirdə müraciətiniz müsbət qaydada təmin olunacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı X20 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbi ilə bağlı iddianın rədd edilməsinə dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə istinad etməklə İddiaçı həqiqətən mübahisəli mənzildə yaşamaq hüququnun olması qənaətinə gəlsə də, apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8735/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsindən X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-193/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, cavabdeh İddiaçı uşaqları X14, X16 və X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8735/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-711/2022 nömrəli, 22 fevral 2022ci il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli, 2(103)- 8735/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, mübahisəli mənzil 01 mart 2001-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir, cavabdeh və onun ailə üzvləri iddiaçı ilə birgə yaşayan ailə üzvləri sırasına aid deyil. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin mənzildən istifadə hüququnun tanınması barədə iddiası əsassız olduğundan rədd edilib. Belə olan halda cavabdehin və ailə üzvlərinin mənzildə yaşamaları mülkiyyətçi kimi iddiaçının hüququnu pozur, məhdudlaşdırır. Ona görə də iddianı rədd etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlib və yuxarıda sadalanan maddələrin tələblərini pozub. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin hüquqi əsaslandırması ilə razılaşıb hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Belə ki, cavabdehin mənzildən istifadə hüququ Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə əsasən əmələ gəlməyib. Belə ki, həmin maddələrin mənasına görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Cavabdeh kassasiya şikayətində, 1995-ci ildən mübahisəli mənzildə yaşamaqla mənzildən istifadə hüququ əldə etdiyini, həmin mənzilin yerləşdiyi həyətdə girişləri fərqli olan iki tikilinin olduğunu, 2009-cu ildə Zarema Haşumova ilə ailə qurub üç övladı ilə birlikdə həmin mənzildə yaşadığını və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-242/2021 saylı 14 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı X9 cavabdeh X15rşı “mənzildən istifadə hüququnun tanınması” tələbi barədə iddiası əsassız olduğundan rədd edilmiş, qarşılıqlı iddia təmin olunmuş, cavabdeh X9 əşyaları ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5/2 saylı evdən çıxarılması qət edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, X17 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisinin qardaşının keçmiş həyat yoldaşıdır və beləliklə həmin iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinə münasibətdə Azərbaycan Respublikası MM-in 228.5ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, X11 qeyd olunan mənzilin mülkiyyətçisi X21 ailə üzvü olmadığından və onun mənzildən istifadə edilməsi üçün Azərbaycan Respublikası MM-in 228.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada razılıq mövcud olmadığından, onun sözügedən ünvana istifadə hüququ tanına bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, ilkin iddia tələbi əsasız olduğundan rədd olunmalıdır. Həmçinin qərarda qeyd olunmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı ev X22 mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan mənzilində yaşamaqla evdən çıxmaq istəmir və mənzili boşaltmaqdan imtina edir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüquqları pozulmuş, iddiaçı həmin əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Məhkəmə hesab edir ki, iddia cavabdeh X18 əşyaları ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı evdən çıxarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin olunmalıdır. Yuxarıda adıçəkilən məhkəmə qərarları ilə təsdiq olunmuşdur ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı ev mübahisəli mənzil 01 mart 2001-ci il tarixdən X22 mülkiyyətindədir. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evinə istifadə hüququ olmamışdır. İddiaçı Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evinə istifadə hüququ olmamaqla yanaşı onun uşaqları X14, X16 və X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 5/2 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Bundan başqa Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-56/2020 saylı, 21 yanvar 2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları xx.xx.2011-ci il təvəllüdllü X14, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2019-cu il təvəllüdlü X19 ilə birlikdə Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, 5 saylı evin, 2 saylı mənzilə istifadə hüquqları itirilmişdir. Beləliklə, iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınması üçün hər hansı qanuni əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçının yaşayış yeri üzrə qeydiyyata düşməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxs X20 apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1708/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X20 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli, 2-1(112)-1708/2022 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar