Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1639/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «borca görə siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4607/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” 11 sentyabr 2019-cu il tarixli **********1 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün onun əmlakının siyahıya alınması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin məktubda vergi ödəyicisinə 11 sentyabr 2019cu il tarixli qərara əsasən 20 oktyabr 2020-ci il tarixdə 265.600 manat dəyərində əmlakının siyahıya alındığı bildirilmiş və əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, maliyyə sanksiyası və faizlər dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın satılması üçün məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” 20 oktyabr 2020-ci il tarixli protokolun surətindən görünür ki, vergi ödəyicisi kimi Cavabdeh MMC-nin ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə nümayəndəsinin iştirakı ilə ünvan 4 ünvanında yaşayış sahəsi – bina siyahıya alınmışdır. Hazırda iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «borca görə siyahıya alınmış əmlakın satılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləğləri yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 12 sentyabr 2019-cu il tarixli qərar çıxarmışdır. Həmin qərar əsasında vergi ödəyicisinin 12 sentyabr 2019-cu il tarixə yaranan dövlət büdcəsinə 407.830,63 manat borcuna görə 265.600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 20 oktyabr 2020-ci il tarixli **********1 nömrəli protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinə uyğun olaraq cavabdehə 23 oktyabr 2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 12 sentyabr 2022- ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 62.753,04 manat ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-1, 52, 77, 78, 85-ci maddələrinə, İPM-in 2.1, 2.2.7-ci maddələrinə əsaslanaraq, Cavabdeh MMC-nin 7 sentyabr 2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 62.753,04 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 265.600 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4607/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, cavabdehin siyahıya alınmış əmlakı kimi ünvan 4 ünvanında yaşayış sahəsi - bina siyahıya alınmışdır. Belə ki, əmlak siyahıya alınarkən tikintisi başa çatmamış binanın 5-ci və 6-cı mərtəbələrindəki mənzillərin vergi ödəyicisinin mülkiyyətində olması cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi iltizama əsasən müəyyən olunmuşdur. Lakin məhkəmə tərəfindən qərar qəbul olunarkən bu hal nəzərə alımamış və hazırkı tarixə əsasən sorğu verilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən müvafiq sorğuya cavab olaraq alınmış 28 sentyabr 2023-cü il tarixli məktubda bildirilir ki, Cavabdeh MMC-nin adına ünvan 5 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Göründüyü kimi, cavabdehin səlahiyyətli nümayəndəsinin iltizamına əsasən siyahıya alınmış Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlalküçəsi, 145 ünvanında siyahıya alınmış binanın 5,6-cı mərtəbələrində yerləşən mənzillər 2020-ci ildə cavabdehə məxsus olmuşdur. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamışdır. Belə ki, sorğu verilərkən əmlakın siyahıya alınarkən kimin mülkiyyətində olması da müəyyənləşdirilməli olan hallardan biri idi. Belə ki, əmlak siyahıya alınarkən əmlakın tikintisi başa çatmamışdır. Vergi Məcəlləsinin 90.3.3.9-cu maddəsinə əsasən vergi orqanının sifarişinə tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri əlavə edilməlidir. Bu maddənin məzmunundan məlum olduğu kimi, tikintisi başa çatmamış obyektin satılmasını vergi qanunvericiyi tanımışdır. Vergi Məcəlləsinin əmlak siyahıya alınmasını nəzərdə tutan normalarında siyahıya alınmış əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə hər hansı müddəa yoxdur. Məhkəmə isə sorğuda Cəmiyyətin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaka dair çıxarış barədə məlumatı istəməklə kifayətlənmişdir. Halbuki məhkəmə araşdırma aparmalı, Cəmiyyətin həmin ərazidə tikintiyə icazəsi, müvafiq sərəncam, torpaq üzərində mülkiyyət və yaxud istifadə hüququnun olub-olmamasını müvafiq sorğular verməklə aradan qaldırmalı idi. Belə ki, məhkəmə siyahıya alınmış obyektin tikintisi başa çatmayan obyekt olduğunu nəzərə almamış, siyahıya alınmış əmlakın dövlət reyestrində qeydiyyata alınıbalınmadığını sorğu etməklə kifayətlənmişdir. Lakin məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Siyahıya alınmış əmlakın hələ tikintisi başa çatmayan tikintisinin hissəsini nəzərə alsaq, qeyd olunan əmlakın dövlət reyestrində qeydiyyata alınmaması normaldır və məhkəmənin buna istinad edərək iddianı rədd etməsi əsassız və qanunsuzdur. Vergi Məcəlləsinin 90.3.3.9-cu maddəsi tikintisi başa çatmayan obyektin satılmasını nəzərdə tutmuşdur və həmin maddəyə görə tələb olunan sənədlər məhkəmə qərar qəbul etdikdən sonra satışı həyata keçirən quruma təqdim olunur. Lakin məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamış, bununla bağlı müvafiq orqanlara, eyni zamanda vergi orqanına sorğular verilməmişdir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin və Cavabdeh nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Əmlakın siyahıya alınması haqqında” 11 sentyabr 2019-cu il tarixli **********1 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh MMC vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun əmlakının siyahıya alınması qərara alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin məktubda vergi ödəyicisinə 11 sentyabr 2019cu il tarixli qərara əsasən 20 oktyabr 2020-ci il tarixdə 265.600 manat dəyərində əmlakının siyahıya alındığı bildirilmiş və əmlakının siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, maliyyə sanksiyası və faizlər dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın satılması üçün məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. “Əmlakın siyahıya alınması haqqında” 20 oktyabr 2020-ci il tarixli protokolun surətindən görünür ki, vergi ödəyicisi kimi Cavabdeh MMC-nin ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə nümayəndəsinin iştirakı ilə ünvan 4 ünvanında yaşayış sahəsi – bina siyahıya alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq alınmış 28 sentyabr 2023-cü il tarixli məktubda bildirilir ki, Cavabdeh MMC-nin adına ünvan 4 ünvanında qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçı vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlak həmin vergi ödəyicisinə məxsus deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1, 23.1.6 və 23.1.15-1-cı maddələrinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək; hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2000-ci il tarixli 393 №li Fərmanının 1.40-1-ci bəndində göstərilmişdir ki, həmin Məcəllənin 23.1.15-1-ci, 90.1-ci maddələrində, 90.3-cü maddəsinin birinci hissəsində və 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən etmək olur ki, vergi orqanı yalnız vergi ödəyicisinə məxsus əmlakı siyahıya ala bilər. Lakin hazırki işdən müəyyən olunur ki, ilə ünvan 4 ünvanında yaşayış sahəsi – bina Cavabdeh MMC-nin mülkiyyətində deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı vergi orqanı tərəfindən vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlak həmin vergi ödəyicisinə məxsus olmadığı üçün onun satılması ilə bağlı iddiaçının tələbi əsassızdır və təmin oluna bilməz. Bu barədə yuxarıda sadalanan maddi hüquq normalarının tələbinə görə birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğu üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının təmin edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4607/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4607/2023 saylı 22 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1639/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1639/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver