Məhkəmə qərarları › İş №2-1(103)-164/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-164/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-164/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ödənilməyən pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-119/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin aidiyyəti vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 21 iyun 2006-cı il tarixində təqaüdə çıxmışdır. Həmin vaxtı hərbi təqaüdünün xidmət illərinə görə hesablanması üçün kifayət qədər xidmət illərinin olmasına baxmayaraq, onun hərbi təqaüdü Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin təqsiri ucbatından xəstəliyinə görə az məbləğlə hesablanmışdır. Nəticədə də hər ay xeyli miqdarda az təqaüd alırdı. Bütün bunları nəzərə alaraq DTX-ya ərizə ilə müraciət edərək yol verilən qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdir. DTX-nın Maliyyə İdarəsi tərəfindən ərizəsinə əsasən hərbi təqaüdünün xidmət illərinə əsasən hesablanması barəsində ƏƏSM Nazirliyinin yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 004420 saylı, xx.xx.2016-cı il tarixli, 21/365 qeydiyyat nömrəli yeni məlumat vərəqəsi göndərmişdir. 2016-cı ilin may ayında barəsində yazılan yeni məlumat vərəqəsinə əsasən xəstəliyə görə onun üçün hesablanan 640 manat təqaüdü, təqaüdə çıxdığı vaxtdan 928 manata qaldırıldı. Fərq də göründüyü kimi 288 (iki yüz səksən səkkiz) manat təşkil etmişdir. 21 iyun 2006-cı il tarixindən 30 aprel 2016-cı il tarixinə qədər keçən 118 (yüz on səkkiz) ay müddətinə, hər ay 288 manat (118 x 288 = 33.984) olmaqla ona cəmi ödənilməli olan 33.984 (otuz üç min doqquz yüz səksən dörd) manat pul məbləğindən 27.154 (iyirmi yeddi min yüz əlli dörd) manat ödənilmişdir. Bu da onu göstərir ki, ona 6.830 (altı min səkkiz yüz otuz) manat pul az ödənilmişdir. Bundan əlavə xidmət illərinin səhv göstərilməsi ucbatından da ona təqaüdünün az hesablanması nəticəsində 19.599 manat maddi ziyan vurulmuşdur. 15 dekabr 2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xidmət illərinin düzgün hesablanması barəsində verilən məhkəmə qərarına əsasən ödənilməyən məbləğ bölünərək aylar üzrə təqaüdünə əlavə olunmağa başlanmışdır. Həmin məbləğin hesablanması zamanı da qanunusuzluğa yol verilərək, təqaüdünə 1.564 manat az pul əlavə olunmuşdur. Belə ki, DTX-nın xx.xx.2018-ci il tarixli, 21/138 saylı yeni məlumat vərəqəsinə əsasən onun pensiyası pul təminatının 79 faizdən 91 faizə qaldırılmışdır. Belə olan halda pensiyanın məbləği 141 manat artaraq 928 manatdan 1069 manata yüksəlmişdir. Belə ki, 139 ayı 141-ə vuranda 19.599 (on doqquz min beş yüz doxsan doqquz) manat edir. 19.599 manatdan da 18.035 manatı çıxanda 1.564 manat fərq qalır. Həmin məbləğ də ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-268/2020 saylı 04 fevral 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2016-cı il tarixli, 21/365 nömrəli məktubuna əsasən cavabdehə təqdim edilmiş dəqiqləşdirilmiş məlumat vərəqinin nəzərə alınaraq İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya fərqinin ödənilməyən hissəsinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1096/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2-1(112)- 268/2020 saylı qərarı ləğv edilmiş və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinin vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuzluqlar nəticəsində təqaüdünün az hesablanması nəticəsində ona ödənilməyən 8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğində pulun ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz, etiraza əlavə təqdim etmiş və etirazları onunla əsaslandırmışdır ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (hazırki Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən xx.xx.2006-cı il tarixində İddiaçı əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçuları və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. İddiaçı əmək pensiyasının təminat xərcliyinin artım hissəsinə uyğun olaraq yenidən hesablanaraq keçmiş dövr üzrə fərq məbləği aşağıdakı qaydada hesablanaraq ona ödənilmişdir. Belə ki, 21 iyun 2006-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 24,75 manat olmaqla cəmi təminat xərcliyi 766,35 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsə 32 il 3 ay xidmət müddətinə görə təminat xərcliyinin 91 faizi - 697,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 697,38 manat məbləğində pul ödənilməli olduğu halda 435,14 manat pul ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 1660,85 manat pul məbləği hesablanmışdır. 1 yanvar 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 32,00 manat olmaqla cəmi təminat xərcliyi 773,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 703,98 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 703,98 manat məbləğində pul ödənilməli olduğu halda, 427,49 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 3528,6 manat pul məbləği hesablanmışdır. 1 sentyabr 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 372,80 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 953,20 manat müəyyən edilmişldir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 867,41 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 867,41 manat məbləğində pul ödənilməli olduğu halda 530,26 manat ödənilmişdir. Beləliklə, növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4045,80 manat pul məbləği hesablanmışdır. 1 sentyabr 2010-cu il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 370,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 400,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 55,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1019,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 927,75 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 867,41 manat məbləğində pul ödənilməli olduğu halda 530,26 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4141,28 manat pul məbləği hesablanmışdır. 1 dekabr 2011-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 407,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 429,60 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 61,05 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1091,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 993,40 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 927,75 manat məbləğində pul ödənilməli olduğu 566,73 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4397,89 manat pul məbləği hesablanmışdır. 1 sentyabr 2013-cü il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 448,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 462,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,20 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1171,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1066,16 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 993,4 manat məbləğində pul ödənilməli olduğu halda 600,41 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4831,04 manat pul məbləği hesablanmışdır. 13 yanvar 2016-cı iltarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 450,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 464,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1069,71 manat məbləğində ödənilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 1068,34 manat məbləğində pul ödənilməli olduğu halda 644,38 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 2687,37 manat pul məbləği hesablanmışdır. 01 mart 2018-ci il tarixindən etibarən Mübatiz Şamilovun sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 495,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi – 500,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi – 74,25 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1263,25 manat müəyyən edilmişdir. Həmin il üzrə İddiaçı keçmiş dövr üzrə hər ay 1139,47 manat məbləğində pul ödənilməli olduğu halda 1573,48 manat ödənilmişdir. Beləliklə növbəti artımadək ümumilikdə keçmiş dövr üzrə ödənilməli olan 4141,28 manat pul məbləği hesablanmışdır. Göstərilənlərə əsasən iddiaçıya ümumilkdə keçmiş dövr üzrə ödənilməli olan 45234,92 manat fərq məbləği müəyyən edilmişdir. Həmin fərq məbləği xx.xx.2016- xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İdarəyə göndərilmiş ən sonuncu 7 fevral 2018-ci il tarixli, 004420 nömrəli yeni məlumat vərəqəsindəki məlumatlara əsasən, xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin sonuncu məlumat vərəqəsində vəzifə maaşı 450, rütbə maaşı 130, xidmət illərinə görə 80 faiz əlavə 464, məharət dərəcəsinə görə 15 faiz əlavə 67,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Göstərilən məlumatlara əsasən iddiaçıya 32 il cəmi xidmət illərinə görə əmək pensiyasının təyin olunması müəyyən olunmuşdur. 7 fevral 2018-ci il tarixli, 004420 nömrəli yeni və ən sonuncu məlumat vərəqəsinə əsasən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün iddiaçının əmək pensiyası yuxarıda göstərilən rəqəmlərə əsasən yenidən hesablanmış və nəticədə yaranmış 18 080,77 manat məbləğində fərq (21/356 nömrəli, 27 aprel 2016-cı il tarixli əvvəlki məlumat vərəqəsinə əsasən iddiaçının ümumi xidmət illəri 28 il müəyyən olunmuşdur, buna görə də sonuncu məlumat vərəqəsinə əsasən iddiaçıya 32 il ümumi staja görə əmək pensiyası təyin olunarkən əvvəlki təyinat və yeni təyinat məbləği arasında fərq yaranmışdı) 2018-ci ilin fevral ayından etibarən hissəhissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-119/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə etdiyi iddia ərizəsindən və iş materiallarından da göründüyü kimi, o, hərbi qulluqçu kimi 21 iyun 2006-cı il tarixində həqiqi hərbi xidmətdən təqaüdə çıxmışdır. Həmin vaxtı hərbi təqaüdünün xidmət illərinə görə hesablanması üçün kifayət qədər xidmət illərinin olmasına baxmayaraq, onun hərbi təqaüdü AR Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyinin ona olan qərəzli münasibətləri nəticəsində xəstəliyinə görə az məbləğlə hesablanmışdır. Nəticədə də hər ay xeyli miqdarda az təqaüd alırmış. Bütün bunları nəzərə alaraq, rəhbərlik dəyişdirildikdən sonra 2016-ci ilin aprel ayında AR DTX-nə ərizə ilə müraciət edərək yol verilən qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdir. DTX-nın Maliyyə İdarəsi tərəfindən ərizəsinə əsasən hərbi təqaüdünün xidmət illərinə əsasən yenidən hesablanması barəsində AR ƏƏSM Nazirliyi yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə 004420 saylı xx.xx.2016-cı il tarixli 21/365 qeydiyyat nömrəli yeni məlumatlandırma vərəqəsi göndərilmişdir. 2016-cı ilin may ayından ona təqaüd yeni məlumatlandırma vərəqəsinə əsasən xəstəliyə görə 55 faizlə 640 (altı yüz qırx) manat yox, döyüş bölgəsində xidmətimlə əlaqədar xidmət illərinin güzəştli sayılan hissəsi nəzərə alınmadan 28 il xidmət illərinə görə 79 faizlə 928 (doqquz yüz iyirmi səkkiz) manat ödənilməyə başlandı. Bu da onun təqaüdünün aylıq 288 (iki yüz səksən səkkiz) manat artması deməkdir. Nəticədə 2016-cı ilin aprel ayından başlayaraq xx.xx.2016-cı il tarixli 21/365 qeydiyyat nömrəli 004420 saylı məlumatlandırma vərəqəsinə əsasən 928 manat (640--288-928) təqaüd almağa başlamışdır. Sonra da qanuna müvafiq olaraq, təqaüdünün ona verilməyən məbləği 21 iyun 2006-ci il tarixindən 30 aprel 2016-cı il tarixinə qədər keçən 118 (yüz on səkkiz) ay müddətinə, hər ay üçün 288 manat olmaqla (118 x 288 33.084) ona əlavə olaraq cəmi 33.984 (otuz üç min doqquz yüz səksən dörd) manat pul ödənilməli idi. İş materialları və məhkəmə prosesində də təsdiq olundu ki, həmin məbləğdən cəmi 27.154 (iyirmi yeddi min yüz əlli dörd) manat pul birdəfəlik ödənilmişdir. Bu da onu göstərir ki, 6.830 (33984-27154=6830) altı min səkkiz yüz otuz) manat pul az ödənilmişdir. İddia tələbinin ikinci hissəsinə dair iş materiallarında olan sənədlərlə o da təsdiq olunur ki, AR DTX-nin Maliyyə İdarəsindən xx.xx.2018-ci il tarixli 21/138 qeydiyyat nömrəli 004420 saylı dəqiqləşdirilmiş yeni məlumatlandırma vərəqəsinə əsasən AR ƏƏSMN yanında DSMF-nun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsində pensiyamın yenidən hesablanması üçün, göndərilmişdir (2-1(82)4537/2017saylı xx.xx.2017-ci il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına uyğun olaraq). Pensiyanın yenidən hesablanması nəticəsində aldığı pensiyanın məbləği 32 il xidmət illərinə görə (döyüş bölgəsində xidmətilə əlaqədar, xidmət illərinin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 91 faizlə hesablanmaqla 928 (doqquz yüz iyirmi səkkiz) manat olan məbləğinin üzərinə 141 (yüz qırx bir) manat əlavə olunmaqla 1069 (min altmış doqquz) manata qalxmışdır. Belə olan halda da, ona keçmiş dövrün 139 ayının hər ayı üçün 141 manat pul ödənilməlidir, 139-u da 141-ə vuranda 19.599 manat pul edir (139 x 141=19599), İş materialları ilə və cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə sənədlərinə əsasən də təsdiq olunur ki, ona bu artımla bağlı da 18.035 manat pul ödənilmişdir, 19.599 manatdan da 18.035 manatı çıxanda 1.564 manat qalır. Deməli ona 1.564 manat az pul ödənilmişdir. Həmin məbləğ də ona ödənilməlidir. Bütün yuxarıda göstərənlərlə sübut olunur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin aidiyyətli vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlar səbəbindən 2(iki) hal üzrə, yəni təqaüdünün 2016-cı və 2018-ci illərdə artırılması ilə əlaqədar olan əlavədən 6.830 və 1.564 manat olmaqla (6.530-1.564=8.394manat), ümumilikdə 8.394 manat məbləğdə pulunu mənimsəyiblər. Bütün bunlar bu iş barəsində 3 ildən çox aparılan məhkəmə araşdırmaları ilə sübut olunsa da, işə baxan hakim cavabdehin sifarişi əsasında bu iş barəsində ədalətli yekun məhkəmə qərarın verilməsi üçün istinad etməli olduğu halların heç birinə hüquqi qiymət vermədən şəxsi mülahizələri əsasında, heç bir qanuna istinad etmədən iddia tələbinin rədd edilməsi barəsində məhkəmə qərarı vermişdir. Bu iş barəsində xx.xx.2022-ci il tarixində verilən 14 səhifəlik məhkəmə qərarının ancaq 13-cü səhifəsində iddia tələbinə bağlı iki cümlə olsa da, həmin cümlədə göstərilən hallar da, iddia tələbində göstərilən 2 dəlilin heç birinə aydınlıq gətirirməmiş və əksinə olaraq açıq aşkar aydın olan halları daha da qəlizləşdirmişdir. Bu iş barəsində 3 ildən çox aparılan məhkəmə prosesində qarşı tərəf ilk gündən mübahisəli hallara aydınlıq gətirmək əvəzinə, əksinə olaraq qəsdən ona görə qəlizləşdirirdi ki, əsl həqiqət görünməsin. İddia ərizəsindən də göründüyü kimi, onun qaldırdığı iddia tələbi pensiyanın hesablanması ilə yox, hesablanmış pensiyanın ona ödənilməmiş məbləği ilə bağlıdır, məhkəmə qərarının 14 səhifəsində göstərilənlərin hamısı ona verilən pensiyanın hesablanması ilə bağlıdır. Halbuki yuxarıda göstərdiyi kimi, ona hesablanan pensiyanın məbləği bu məhkəmə prosesində mübahisə obyekti olmamışdır. Məhz pensiyanın məbləğinin hesablanmasını mübahisə predmetinə çevirməklə cavabdeh əsl mübahisə predmetindən yayınmağa çalışmış və məhkəmənin köməyi ilə də yayına bilmişdir. Ona görə də yuxarıda göstərdiyi kimi, iddia predmetinə dolayısı ilə aidiyyəti olan 14 səhifəlik məhkəmə qərarının 2 cümləsində qeyd olunanlarla da sübut olunur ki, iddia tələbində göstərdiyi 2 dəlilinin heç birinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin aidiyyətli vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlar səbəbindən 2 (iki) hal üzrə, yəni təqaüdünün 2016-cı və 2018-ci illərdə artırılması ilə əlaqədar olan əlavədən 6.830 və 1.564 manat olmaqla ümumilikdə 8.394 manat məbləğdə pulunu mənimsəyiblər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********8 nömrəli məktubdan görünür ki, keçmiş dövr üzrə hesablanmış fərq məbləği haqqında xx.xx.2019cu il tarixində daxil olmuş ərizəsinə cavab olaraq bildirilir ki, ona 21 iyun 2006- cı il tarixdən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən İdarəyə təqdim olunmuş 7 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün əmək pensiyası yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 18080,77 manat məbləğində fərq 2018-ci ilin fevral ayından etibarən hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı hərbi xidmət dövründə yaranmış xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlilliyə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilmiş 003539 nömrəli məlumat vərəqəsinə əsasən xx.xx.2006-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. İddiaçı 2 may 2016-cı il tarixində əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina etməklə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçıya 01 yanvar 2007-ci il tarixdən 30 aprel 2016-cı il tarixədək pensiya yenidən hesablanmış və yaranmış 27154,15 manat pensiya fərqi 2016ci il oktyabr ayında ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçıya 21 iyun 2006-ci il tarixdən 31 yanvar 2018-ci il tarixədək pensiyası yenidən hesablanmış və yaranmış 18080,77 manat pensiya fərqi iddiaçıya ödənilmişdir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış **********3 №-li, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Mərkəzi Filialda mövcud olan məlumatlara əsasən Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (hazırki Dövlət Təhlükəsizlik Xidməti) tərəfindən xx.xx.2006-cı il tarixində İddiaçı əmək pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Adıçəkilən şəxsin sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala ünvanlanmış 2 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən İddiaçı əmək pensiyası aşağıdakı qaydada hesablanaraq ona ödənilmişdir: 21 iyun 2006-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 24,75 manat olmaqla cəmi təminat xərcliyi 766,35 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsə 32 il 3 ay xidmət müddətinə görə təminat xərcliyinin 91 faizi - 697,38 manat məbləğində əmək pensiyası ödənilmişdir. 1 yanvar 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 48,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 307,20 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası manat olmaqla cəmi təminat xərcliyi 773,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 703,98 manat məbləğində ödənilmişdir. 1 sentyabr 2008-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 336,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 372,80 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 50,40 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 953,20 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 867,41 manat məbləğində ödənilmişdir. 1 sentyabr 2010-cu il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 370,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 400,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 55,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1019,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 927,75 manat məbləğində ödənilmişdir. 1 dekabr 2011-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 407,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 429,60 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 61,05 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1091,65 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 993,40 manat məbləğində ödənilmişdir. 1 sentyabr 2013-cü il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 448,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 462,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,20 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1171,60 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1066,16 manat məbləğində ödənilmişdir. 13 yanvar 2016-cı il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 450,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 464,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 67,50 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1175,50 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin əmək pensiyası təminat xərcliyinin 91 faizi - 1069,71 manat məbləğində ödənilmişdir. 1 mart 2018-ci il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 495,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 500,00 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 74,25 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,0 manat olmaqla cəmi təminat xərcliyi 1263,25 manat müəyyən edimişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla 32 il 3 ay xidmət müddəti üçün aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; - 20 ildən artıq xidmət müddətinin (12 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (12x2) təminat xərcliyinin 24 faizi; - natamam ildəki iş stajı aylarının sayına (3 ay) mütənasib olaraq təminat xərcliyinin 0,50 faizi. İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 79,50 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1175,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı təminat xərcliyi (1263,25 manat) arasındakı fərq məbləğinin (87,75 manat) 79,50 faizi - 69,76 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1069,71 manat) üzərinə əlavə olunmaqla 1139,47 manat məbləğində əmək pensiyası müəyyən edilməklə ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən etibarən İddiaçı sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 598,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 80 faizi miqdarında əlavəsi - 598,40 manat, məxfiliyə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi - 89,70 manat və ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1500,10 manat müəyyən edimişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs edilən 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyi (1263,25 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1500,10 manat) arasındakı fərq məbləğinin (236,85 manat) 79,50 faizi - 188,30 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyasının (1139,47 manat) əlavə olunmaqla 1327,77 manat məbləğində əmək pensiyası müəyyən edilməklə adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2021 №-li, xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı xx.xx.2006-cı il tarixdə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının xx.xx.2016-cı il tarixli, 004420 nömrəli və xx.xx.2018-ci il tarixli, 004420 nömrəli məlumat vərəqələri üzrə yenidən hesablanması ilə bağlı müraciətinə 30 (otuz) gün müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********1 №-li məktubdan görünür ki, ona 21 iyun 2006-cı il tarixində sonuncu xidmət keçdiyi orqan tərəfındən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasmm təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən X3 tərəfindən ödənilir. İddiaçı 2 may 2016-cı il tarixində Mərkəzi Filiala əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş 27 aprel 2016cı il tarixli 004420 nömrəli məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən 1 may 2016-cı il tarixindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, eyni zamanda 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq əmək pensiyası üzrə xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaiti 2016-cı ilin oktyabr ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına koçürülür. Bundan başqa sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 7 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən xx.xx.2006xx.xx.2018-ci il tarixləri arasındaki dövr üçün əmək pensiyanın yenidən hesablanaraq ona ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd edilən 18080,77 manat pul vəsaiti xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındaki dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiaçıya ödənilir. Filial tərəfindən məhkəməyə ünvanlanmış məhkəmə qərardadının icrası haqqında xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, İddiaçı 21 iyun 2006-cı il tarixində sonuncu xidmət keçdiyi orqan tərəfindən əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən X3 tərəfindən ödənilir. İddiaçı 2 may 2016-cı il tarixində Mərkəzi Filiala əlilliyə görə ona ödənilən əmək pensiyasından imtina etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş 27 aprel 2016-cı il tarixli, 004420 nömrəli məlumat vərəqəsinə əsasən ona Mərkəzi Filial tərəfindən 1 may 2016-cı il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, eyni zamanda 1 yanvar 2007-ci il tarixindən yenidən hesablanmışdır. Bununla əlaqədar olaraq İddiaçı əmək pensiyası üzrə xx.xx.2007- xx.xx.2016-cı il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaiti 2016-cı ilin oktyabr ayında onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 7 fevral 2018-ci il tarixli, 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən xx.xx.2006- xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün onun əmək pensiyası yenidən hesablanaraq ona ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilib. Qeyd edilən 18080,77 manat pul vəsaiti xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə İddiaçı pensiyasının üzərinə əlavə olunmaqla ona ödənilib. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi əsası kimi qeyd etmişdir ki, İddiaçı təminat xərcinin məbləği xx.xx.2006-cı il tarixindən 766,35 manat, 1 yanvar 2008-ci il tarixindən 773,60 manat, 1 sentyabr 2008-ci il tarixindən 953,20 manat, 1 sentyabr 2010cu il tarixindən 1019,50 manat, 1 dekabr 2011-ci ildə 1091,65 manat, 1 sentyabr 2013-cü il tarixindən 1171,60 manat, 13 yanvar 2016-cı il tarixindən 1175,50 manat olmuşdur. İddiaçıya ilkin olaraq əlilliyə görə əmək pensiyası təyin edilərkən, həmçinin sonradan həmin pensiya növü yaşa görə əmək pensiyası ilə əvəz edildikdən sonra belə pensiya məbləği iddiaçının xidmət etdiyi qurum tərəfindən verilmiş hər artıma qədər verilmiş təminat xərcliyinə uyğun hesablanmış, xidmət illəri ilə bağlı yol verilmiş yalnışlıq aradan qaldırıldıqdan sonra xx.xx.2006-cı il tarixdən ödənilməyən fərq məbləğinin 45.234,92 manat olması müəyyən edilmiş, həmin fərq məbləğinin iddiaçıya ödənilməsi təmin edilmişdir. İddiaçı 2016-cı və 2018-ci illər üzrə verilmiş məlumat vərəqələrində əks olunan təminat xərcliyinin əvvəlki illərə (xx.xx.2006-cı ildən) şamil olunaraq, həmin təminat xərcliyi əsasında hesablamaların və yaranmış fərq məbləğlərinin ödənilməsini xahiş etsə də iddiaçının irəli sürdüyü bu dəili qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunvericilikdə təminat xərcliyinin həm hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldığı, həmçinin də sonrakı artımlar da nəzərə alınmaqla aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələr əsasında müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçının xidmət etdiyi orqan tərəfindən 2016-cı ilə görə və 2018-ci ilə görə verilən təminat xərcliyinin əvvəlki illər üzrə nəzərə alınması mümkün deyildir. Çünki 2016-cı il və 2018-ci illərə aid məlumat vərəqələrində nəzərdə tutulmuş təminat xərcliyində olan artım əvvəlki illərdə olmamış, hər dövr üzrə (artım olanadək) məlumat vərəqəsinin tərtibi həmin il üzrə hərbi qulluqçunun təminat xərcliyi əsasında müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14-cü maddəsinə əsasən bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 499 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 1.0.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur; 2.4-cü bəndinə görə, həmin Qanunun 1.0.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. 2017-ci il iyulun 1-dək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların: 1.1-ci bəndinə əsasən bu qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun oiaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. 1.2-cı bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olar qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsəsən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək, hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın: 1-ci bəndinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2-ci bəndinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. 4-cü bəndinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İşin faktiki hallarına əsasən iddiaçıya xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün əmək pensiyası yenidən hesablanmışdır. Cavabdeh tərəfindən əmək pensiyası üzrə xx.xx.2007-xx.xx.2016-cı il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 27154,15 manat pensiya məbləği hesablanmışdır. Qeyd edilən 27154,15 manat pul vəsaitinin 2016-cı ilin oktyabr ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İş materiallarından isə görünür ki, DTX-nın Maliyyə İdarəsi tərəfindən ərizəsinə əsasən hərbi təqaüdünün xidmət illərinə əsasən hesablanması barəsində ƏƏSM Nazirliyinin yanında DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 004420 saylı, xx.xx.2016-cı il tarixli, 21/365 qeydiyyat nömrəli yeni məlumat vərəqəsinə əsasən xəstəliyə görə iddiaçıya hesablanan 640 manat təqaüdü 928 manata qaldırılmış, 21 iyun 2006-cı il tarixindən 30 aprel 2016-cı il tarixinə qədər keçən müddət üçün, hər ay 288 manat (118 ay x 288 = 33.984) olmaqla ona cəmi ödənilməli olan 33.984 (otuz üç min doqquz yüz səksən dörd) manat pul məbləğindən 27.154 (iyirmi yeddi min yüz əlli dörd) manat ödənilmişdir. İddiaçıya 6.830 (altı min səkkiz yüz otuz) manat (33.984- 27.154=6830) pul az ödənilmişdir. Bundan başqa Mərkəzi Filiala təqdim olunmuş 7 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən cavabdeh tərəfindən xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün əmək pensiyanın yenidən hesablanaraq ona ödənilməli olan 18080,77 manat fərq məbləği müəyyən edilmişdir. Cavabdeh bildirir ki, qeyd edilən 18080,77 manat pul vəsaiti xx.xx.2018-xx.xx.2019cu il tarixləri arasındaki dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla iddiaçıya ödənilmişdir. İş materialları ilə və cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə sənədlərinə əsasən də təsdiq olunur ki, iddiaçıya pensiyanın yenidən hesablanması nəticəsində 18.035 manat pul ödənilmişdir. Qeyd edilməlidir ki, 7 fevral 2018-ci il tarixli 004420 nömrəli yeni məlumat vərəqəsinə əsasən pensiyanın məbləği iddiaçının xidmət illərinə görə 91 faizlə hesablanmaqla 141 (yüz qırx bir) manat artımla 1069 (min altmış doqquz) manat olmuş, belə olan halda da, ona keçmiş dövrün 139 ayının hər ayı üçün 141 manat olmaqla 19.599 (139 x 141=19599) manat pul ödənilməli olduğu halda, iş materialları ilə və cavabdehin məhkəməyə təqdim etdiyi maliyyə sənədlərinə əsasən də təsdiq olunur ki, ona bu artımla bağlı da 18.035 manat pul ödənilmişdir, odur ki, ödənilməmiş 1.564 manat fərq iddiaçıya ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün pensiya fərqinin iddiaçıya tam ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının imtinası əsassız olmuş və iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün pensiya fərqinin ödənilməyən hissəsinin-8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(112)-119/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr üçün pensiya fərqinin ödənilməyən hissəsinin-8.394 (səkkiz min üç yüz doxsan dörd) manat məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar