Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1640/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Frman oğlunun katibliyi ilə, iddiaçının, cavabdehin nümayəndəsi X3 iştirakı ilə. İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsinə qаrşı “yüksəkliyə görə 20% əlavənin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 349/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, dağ yüksəkliyinə görə ona şamil olan 20 % kompensasiya pulunun məsuliyyətinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1181/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənilməmiş yüksəkliyə görə 20 faiz məbləğində əlavənin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin 1998-ci il tarixdən 20 faiz dağ yüksəkliyinin ödənilməsi ilə bağlı verdiyi qərar və həmçinin birdəfəlik ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçı isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxsləri dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı daxili işlər orqanlarında xidmət etmiş, xx.xx.1998-ci ildən iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu ildə iddiaçının adına dağ yüksəkliyi ilə bağlı məlumat vərəqi cavabdehə daxil olduqdan sonra iddiaçıya dəniz səviyyəsindən yüksəklikdə işləməsinə görə ödənilən məbləğin son 3 il üçün təminat xərcliyində nəzərə alınaraq hesablanması və ödənilməsi həyata keçirilmişdir. Hazırda iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər olan müddət üçün təminat xərcliyində nəzərə alınmalı olan dəniz səviyyəsindən yüksəkliyə görə ödənişin birdəfəlik hesablanaraq ona ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Həmin qanun qüvvəyə minənə qədər tətbiq olunan, iddiaçının iddia tələbində göstərdiyi dövrlərdə hərbi qulluqçuların pensiya münasibətlərini tənzimləyən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə (öz arzusu ilə) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş şərtlərlə və normalar üzrə pensiyalar təyin edilə bilər. Həm də pensiya hesablanarkən əmək haqqı ilə bərabər hərbi qulluqçunun xidmətdən buraxılmazdan əvvəl aldığı təminat xərcliyinin bütün növləri nəzərə alınır. Həmin Qanunun 40-cı maddəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı (yeni vəzifə maaşını təşkil edən bütün artım; növləri və əlavələr daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri (fasiləsiz iş) üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. İş materialları ilə iddiaçıya daxili işlər orqanlarında xidmət edərkən dəniz səviyyəsindən yüksəkliyə görə ödənişin ödənilməsi müəyyən edilmiş, lakin cavabdeh orqan həmin ödənişin xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilə qədər olan dövrdə pensiya ödənişləri hesablanarkən nəzərə alınmasını apellyasiya şikayətində göstərməmişdir, eyni zamanda iddiaçı qeyd edilən dövrdə pensiya alan zaman yüksəkliyə görə 20 faiz məbləğində əlavənin pensiya məbləğinin hesablanmasında nəzərə alınması müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlili isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X4 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X5 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-349/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1640/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1640/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver