Məhkəmə qərarları › İş №2-1(103)-1640/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1640/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1640/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs: X2) maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 20.000 manat maddi və 10.000 manat mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə ona paylı mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsi ilə üçüncü şəxs qismində cəlb olunmuş X1 qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulmuşdur. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əmlakına 20.000 manat məbləğində qəsdən vurulmuş ziyan barədə 2017-ci ilin mart ayında cavabdehə müraciət etmiş, 102-yə çoxsaylı müraciətləri olmuş, hər ay qəbulda olub. danışmışdır . Cavabdeh 4 il ərzində hərəkətsizlik etmişdir. Cavabdehin əməkdaşları qanunsuz hərəkətləri ilə prosessual pozuntuya yol verib, ona maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi S.Rəhimov iddiaçının əsassız şikayətlərindən təngə gəldiklərini bildirərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 28.1.1-ci maddəsinə əsasən fiziki şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən 30.1-ci ərizə yazılı formada tərtib olunmalıdır. “İnzibati icraat haqqında” qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, inzibati akt qəbul etmək səlahiyətinə malik olan müvafiq inzibati orqana fiziki şəxs tərəfindən ərizə yazılı formada təqdim olunmalıdır. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının cavabdehdən 20.000 manat maddi və 10.000 manat mənəvi zərərin ödənilməsi tələb ilə bağlı cavabdehə ünvanlanmış ilkin yazılı müraciəti mövud deyil. Halbuki, qeyd olunan Qanunun 89-cu maddəsinin imperativ tələbinə görə maraqlı şəxs inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın ödənilməsindən imtinasını aldıqdan sonra müvafiq məhkəməyə şikayət verə bilər. Digər tərəfdən, iddiaçı tərəfindən cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində ona qeyd olunan həcmdə v maddi və mənəvi ziyan vurulduğunu iddima edərək ödənilməsini tələb etsə də, onun bu tələbi cavabdehin hansı qanunsuz hərəkətləri və hərəkətsiziliyi nətəicəsində ona bu qədər zərər vurulduğu əsaslandırılmamışdır. Halbuki, işdən görünür ki, üçüncü şəxs barəsində şikayət olunan məsələnin mülki xarakterli olmasına dair iddiaçıya cavabdehin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən 17.03.2018-ci il tarixli, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 03.02.2020-ci il tarixli cavab məktubları göndərilmişdir. Beləliklə də, iddiaçının hazırkı iddia tələblərinin inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, onun iddiası əsaslandırılmış iddia kimi qəbul edilə bilməz. İPM-in 35.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Əks təqdirdə, Məcəllənin 35.3-cü maddəsinin tələbindən göründüyü kimi, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4841/2021 saylı, 07.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar