Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1642/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı təminat xərcliyinin hər ilə 3 faiz hesabı ilə hesablanıb ona ödənilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsinə (Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı) qarşı “xx xxxx 2017-ci il tarixdən, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018 ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdən onun pensiyasına artımdan sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 67% hesabı (xidmət illərinə görə 20 ildən sonrakı illərə görə hər ilə 3 faiz hesabı) ilə hesablanıb ona ödənilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2807/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 1962-ci il tarixdə anadan olmuş, xx.xx.1984-cü il tarixdən həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin ilk illərini, yəni xx.xx.1986-ci il tarixədək Sovet Ordusu sıralarında, xx.xx.1992-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Azərbaycan Ordusunda, Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. 2009-cu ildə istefaya buraxılmışdır. 09/1904 saylı pensiyçının uçot vərəqəsindən görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan iddiaçı ona təyin edilmiş pensiyaya sonrakı artımların yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X6 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş xx xxxx 2009-cu il tarixli 000126 nömrəli məlumat vərəqinə əsasən x xxxxxx 2009-cu il tarixində İdarə tərəfindən yaşa görə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla ona x xxxx 2018ci il tarixinədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 24 il 5 ay 1 gün xidmət müddətinə görə təminat xərcliyinin (1132,50 manat) 67 faizi -758,78 manat məbləğində pensiya qanunvericiliyinə uyğun hesablanaraq ödənilmişdir. x xxxx 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli 3766 nömrəli Sərəncamına əsasən əmək pensiyası 818,47 manata artırılmaqla ödənilmişdir. x xxxxxxxx 2019-cu il tarixindən xidmət etdiyi orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 735,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə- 222,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə- 183,75 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə- 73,50 manat, xarici dilə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə- 73,50 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1506,00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 1. 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi;-20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (4x2) təminat xərcliyinin 8 faizi; 2. natamam ildəki iş stajı aylarının sayına (5 ay) mütənasib olaraq təminat xərcliyinin 0,84 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 63,84 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, x xxxx 2018-ci il tarixinədək olan təminat xərcliyi (1132,50 manat) ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1506,00 manat) arasındakı fərq məbləğinin (373,50 manat) 63,84 faizi- 238,44 manat x xxxx 2018-ci il tarixinədək olan pensiyası (758,78 manat) üzərinə əlavə olunmaqla 997,22 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin X1rşı hazırki iddia ilə müraciət edərək ona xx xxxx 2017-ci il tarixdən, həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018 ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdən onun pensiyasına artımdan sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 67% hesabı (xidmət illərinə görə 20 ildən sonrakı illərə görə hər ilə 3 faiz hesabı) ilə hesablanıb ona ödənilməsi haqqında inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2018-ci il tarixədək sonuncu vəzifəsinə uyğun olaraq ona təminat xərcliyinin (1132,50 manat) 24 il 5 ay 1 gün xidmət müddətinə görə 67 %, yəni 758,78 manat məbləğində pensiya hesablanaraq ödənilirdi. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdən sonuncu vəzifəsinə uyğun olaraq əmək pensiyası 818,47 manata artırılmaqla iddiaçıya ödənilmişdir. xx.xx.2019-cu il tarixdən aylıq vəzifə və rütbə maaşlarının məbləğinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 735,00 manat, rütbə maaşı 154, 00 manat, xidmət etdiyi illərə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 222,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faiz miqdarında əlavə 183,75 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 73,50 manat, ərzaq payı əvəzinə kompensasiya 64,0 manat olmaqla, cəmi 1506,00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə əsasən həmin qanunun 9.5ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi ( Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faiz) miqdarında əlavə olunmaqla hesablanır. Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi qeyd olunanları nəzərə alaraq, xx xxxx 2018-ci il tarixədək olan təminat xərcliyi (1,837.50 manat) ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1132,50 manat) ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1506,00 manat) arasındakı fərq məbləğinin (373,50 manat) 63,84 faizi 238,44 manat, xx xxxx 2018-ci il tarixinədək olan pensiyanın (758,78) manat üzərinə əlavə olunmaqla 997,22 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq onun pensiyasına artımdan sonrakı təminat xərcliyi düzgün hesablanmamışdır. Belə ki, təminat xərcliyinin fərq məbləğinin 373.50 manatın, 63,84 faizi (238,44 manat) yox, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1- ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalı idi. Yəni, onun 20 ildən sonrakı xidmət müddətinin 5 il 5 ay 01 günü mütənasib olaraq təminat xərcliyinin 55+12+ 1,2= 68,2 faiz hesabı ilə hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 543- VQD saylı xx.xx.2017-ci il tarixli Qanuni ilə “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinə edilmiş əlavə (dəyişiklik) vətəndaşın ziyanına olduğuna görə, həmin müddəa həmin vaxtdan sonra yaranmış hüquq münasibətlərinə tətbiq edilməlidir. Yəni, xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılan hərbi qulluqçulara tətbiq edilməlidir. Qeyd edilən qanunun həmin hissəsi vətəndaşların ziyanına geriyə tətbiq edilə bilməz. Ancaq “ Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalıdır. Yəni, onun 20 ildən sonrakı xidmət müddətinin 5 il, 5 ay, 01 günü mütənasib olaraq təminat xərcliyinin 12+ 1,2= 3.2 faiz hesabı ilə hesablanmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyalarının həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2006-cı il tarixli Fərmanına əsasən xx xxxxxx 2007-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən tərtib edilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci ilin iyulun 01-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği xx xxxx 2014-ci il tarixinə azaldılmamaqla ödənilmişdir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2807/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 543- VQD saylı xx.xx.2017-ci il tarixli Qanuni ilə “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci maddəsinə edilmiş əlavə (dəyişiklik) vətəndaşın ziyanına olduğuna görə, həmin müddəa həmin vaxtdan sonra yaranmış hüquq münasibətlərinə tətbiq edilməlidir. Yəni, xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılan hərbi qulluqçulara tətbiq edilməlidir. Qeyd edilən qanunun həmin hissəsi vətəndaşların ziyanına geriyə tətbiq edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalıdır. Yəni, onun 20 ildən sonrakı xidmət müddətinin 4il, 5ay, 01 günü mütənasib olaraq təminat xərcliyinin 55+12+0,84=67,84 faiz hesabı ilə hesablanmalıdır. Beləliklə, Qanunun bu hissəsi vətəndaşın xeyrinə olduğuna görə geriyə şamil edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5pellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı bu barədə lazımi qaydada xəbərdar olunsa da, iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçı Allahverdiyev Rafayıl Köçəri oğlunun iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, qanunun geriyə şamil edilməsi yolverilməzdir. Belə ki, bu hal onun vəziyyətini pisləşdirir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona xx xxxx 2017-ci il tarixdən, həmçinin, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdən onun pensiyasına artımdan sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 67 % hesabı (xidmət illərinə görə 20 ildən sonrakı illərə görə hər ilə 3 faiz hesabı) ilə hesablanmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının qulluq illəri təqvim hesabı ilə 25 il 05 ay 05 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Göründüyü kimi, həmin Qayda hazırkı iş üzrə iddiaçıya da şamil edilir və cavabdeh iddiaçıya əmək pensiyasını hesablayarkən qanunun tələblərini düzgün tətbiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərаrına əsasən X6 üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh X6 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2807/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2807/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X6 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1642/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1642/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver