Məhkəmə qərarları › İş №2-1(103)-1642/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1642/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1642/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6915/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.1968ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 11 yanvar 2023-cü il tarixdə rəsmi ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh inzibati orqan 06 fevral 2023-cü il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtian etmişdir. İmtinaya səbəb kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (9 il 5 ay 21 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005- ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 10 ildən az (5 il 4 ay (xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərilmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. AZE ******** nömrəli (Fin: xxxxxxx) şəxsiyyət vəsiqəsinin surətinin məlumatlarına əsasən İddiaçı xx.xx.1968-ci ildə anadan olub. QT-1 № ******* nömrəli, 15 noyabr 1987-ci il tarixli əmək kitabçasının notariat qaydasında tərcümə və təsdiq edilmiş surətinin məlumatlarına əsasən iddiaçı xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Krasnovodsk dəniz-ticarət limanında müvəqqəti olaraq YNŞ İİ dərəcəli yük kassirinin (xəzinədarının) şagirdi, PPK-2 2-ci dərəcəli mal-yük kassiri (xəzinədarı) və dispetçer xidmətində texnik peşələrində işləyib (12 il 3 ay 27 gün staj). xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Dövlət X8nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində növbətçi və təsərrüfat müdiri peşələrində işləyib (16 il 3 ay güzəştli staj). xx.xx.2017-ci ildən hal-hazıradək "xxxx" MMC-də gəmi struktur bölməsində stüard peşəsində işləyir (xx.xx.2017-ci ilədək 4 ay 18 gün güzəştli staj). İddiaçının xx.xx.1987-ci il tarixdən qanuna edilmiş dəyişikliyə, yəni xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 28 il 11 ay 15 gün, güzəştli iş stajı isə 16 il 7 ay 18 gün təşkil edir. İddiaçı hesab edir ki, xx.xx.2017-ci il tarixinədək 28 il 11 ay 15 gün ümumi iş stajı, 16 il 7 ay 18 gün xüsusi iş stajını topladığına görə ona 52 yaşdan pensiya təyin edilməlidir. Qadınların xx.xx.2017-ci tarixinədək ən azı 20 il ümumi, 10 il isə güzəştli iş stajı olanda 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranırdı. Həmin tarixədək iddiaçının ümumi iş stajı 28 il 11 ay 15 gün, güzəştli iş stajı 16 il 7 ay 18 gün təşkil edir. Bu da ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulan ümumi və güzəştli iş stajına dair tələbləri ödəyir. İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuş, xx.xx.2020-ci il tarixdə 52 yaşına çatmışdır. xx.xx.2017-ci il tarixinədək tələb olunan ümumi və xüsusi stajı toplamış iddiaçının yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Belə ki, iddiaçı ƏPQ-ə edilmiş dəyişikliyədək 20 il ümumi, 10 il xüsusi stajı qazandığına görə mövcud iş üzrə ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-6915/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarı ilə İddiaçı Nıkolayevnanın cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasina dair iddia tələbi təmin edilmədi. İddiaçı hesab edir ki, qərar maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edildiyi üçün ləğv edilib, iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 11 yanvar 2023-cü il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan 06 fevral 2023-cü il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 20 ildən az (9 il 5 ay 21 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının isə 10 ildən az (5 il 4 ay (xx.xx.2000xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) olması göstərilmişdir. Cavabdeh inzibati orqanın bu imtinası iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2017ci il tarixinədək 28 il 11 ay 15 gün ümumi iş stajı, 16 il 7 ay 18 gün xüsusi iş stajını topladığına görə ona 52 yaşdan pensiya təyin edilməldir. Birinci instansiya məhkəməsi iddiaçının pozulmuş sosial təminat hüququnu bərpa etməmişdir. Məhkəmə iddianın təmin edilməməsinə dair qərarını xx.xx.2006-cı il tarixinədək iddiaçının ümumi iş stajının 20 ildən, güzəştli iş stajının isə 10 ildən az olması ilə əsaslandırdı. Məhkəmə həmçinin hesab etdi ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element (1. 52 yaşı, 2. xx.xx.2006-cı ilədək 20 il ümumi, 3. xx.xx.2006-cı ilədək 10 il güzəştli iş stajı) mövcud olmalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçıya münasibətdə iki şərt, yəni xx.xx.2006-cı ilədək ümumi iş stajının 20 il, güzəştli iş stajını isə 10 il olması şərtlər ödənilmir. İddiaçı bu qərarla razı deyil, qərar qanunsuz və əsassızdır. Qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edir. xx.xx.2017-ci il tarixinədək (“Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyədək) tələb olunan ümimi və xüsusi stajı qazandığına görə iddiaçıya münasibətdə yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməsi ilə bağlıdır. Bu əsas həm qanunvericilikdə, həm də məhkəmə təcrübəsində öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi tamamilə yanlış nəticəyə gəlmişdir. Məhkəmə qanunvericliyin imperativ xarakter daşıyan hüquq normalarını, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinin, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasını iddiaçıya münasibətdə tətbiq etməli idi. Qanuna edilmiş dəyişikliyə, yəni xx.xx.2017-ci il tarixinədək iddiaçının ümumi iş stajı 20 ildən (28 il 11 ay 15 gün), güzəştli iş stajı isə 10 ildən (16 il 7 ay 18 gün) çoxdur. İddiaçının 52 yaşı xx.xx.2017-ci il tarixindən sonra tamam olsa da, həmin tarixədək tələb olunan stajı qazandığına görə, ona münasibətdə yaş həddi ilə bağlı şərt də, həmin qanunun müddəasına əsasən müəyyən edilməlidir. Nəticədə iddiaçının 52 yaşdan pensiya hüququ yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən qadınlar - 52 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası nüququ vardır. xx.xx.2017-ci il tarixinədək iddiaçının ümimi iş stajı 20 ildən çox (28 il 11 ay 15 gün), güzəştli iş stajı isə 10 ildən çox (16 il 07 ay 18 gün) təşkil etdiyinə görə ona münasibətdə yaş həddi ilə bağlı şərt də həmin qanunun müddəasına əsasən müəyyən edilməlidir. Bu zərərli sahələrdə işlədiyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən əmək pensiyası təyin edilməlidir. İddiaçı tələb olunan sığorta stajını qanuna edilmiş dəyişikliyə qədər qazandığına görə mövcud iş üzrə «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Qanunun 9cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiva hüququ verən tam əmək stajına malik olduğundan iddiaçıya 52 yaşdan pensiya təyin edilməlidir. Cavabdeh tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İddiaçı xx.xx.2017-ci il tarixədək ümumi stajının 28 il 11 ay 15 gün, güzəştli stajın 16 il 07 ay 18 gün olduğunu iddia edərək 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixədək ümumi stajının 09 il 05 ay 21 gün, güzəştli iş stajının 05 il 04 ay təşkil etməsi və qanunvericiliklə tələb olunanlardan (ümumi staj 20 il, güzəştli iş stajı 10 il) az olması səbəbindən imtina edilmişdir. Bundan sonra iddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Müvafiq qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçının apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2-1(112)- 6915/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) xx.xx.2017-ci il tarixədək tələb olunan yaş həddinə çatdıqda (52 yaş), 2) azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Lakin qanunla tələb olunan birinci və ikinci şərtlər ödənilmir. Belə ki, Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 52 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Qanunvericiliklə tələb olunan xx.xx.2017-ci il tarixədək azı 20 il sığorta stajı (ikinci şərt) münasibətdə qeyd edilir ki, iddiaçının həmin tarixədək ümumi stajı 19 il 05 ay 21 gün (xx.xx.2006-cı il tarixədək 09 il 05 ay 21 gün; xx.xx.2006-xx.xx.2017-ci il tarixlərdə 10 il olmaqla (2006-cı il üzrə 01 il, 2007-ci il üzrə 01 il, 2008-ci il üzrə 09 ay, 2009-cu il üzrə 09 ay, 2010-cu il üzrə 01 il, 2011-ci il üzrə 01 il, 2012-ci il üzrə 11 ay, 2013-cu il üzrə 10 ay, 2014-cü il üzrə 01 il, 2015-ci il üzrə 09 ay, 2016-ci il üzrə 09 ay, 2017-ci il üzrə 03 ay olmaqla)) təşkil edir. Göründüyü kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1968-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (9 il 5 ay 21 gün (xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (5 il 4 ay (xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il ilədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixdə əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixinə 51600,00 manat hesablandığı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 34850,60 manat təşkil edirdi. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək asının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan “Azərbaycan X8” QSC X2 xx.xx.2022-ci il tarixli AM xx/xx- 2507 saylı arayışından görünür ki, iddiaçı Azərbaycan Dövlət X8nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək növbətçi, təsərrüfat müdiri vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 16 il 03 ay 00 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X8 Azərbaycan Dövlət X8 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X8nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1968-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus QT-İ seriyalı ******* nömrəli, xx.xx.1987-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək Krasnovodsk dəniz-ticarət limanında müvəqqəti olaraq YNŞ İİ dərəcəli yük kassirinin (xəzinədarının) şagirdi, PPK-2 2-ci dərəcəli mal-yük kassiri (xəzinədarı) və dispetçer xidmətində texnik, xx.xx.2000-ci ildən xx.xx.2016-cı ilədək Azərbaycan Dövlət X8nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində növbətçi və təsərrüfat müdiri vəzifələrində işləmişdir, xx.xx.2017-ci ildən hal-hazıradək "xxxx" MMC-də gəmi struktur bölməsində stüard peşəsində işləyir. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2020-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az, güzəştli iş stajı 10 ildən az təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona 52 yaşdan, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyasına əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 52 yaşı xx.xx.2020-ci ildə tamam olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı 10 ildən az təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar qeyd edilməlidir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərbaycan Dövlət Xəzər X4 donanması gəmisində işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (XXVİİİ. Nəqliyyat; 3. Dəniz və çay donanması 1) Üzən heyət; kod 23003010 Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) və buna uyğun olaraq iddiaçının güzəştli iş stajı 10 ildən az (05 il 04 ay) təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən azdır. Bu səbəbdən də onun 52 yaşının tamam olduğu xx.xx.2020-ci ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6915/2023 nömrəli, 29 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar